Məhkəmə qərarları › İş №2(103)-1118/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1118/2025

13.01.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1118/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı “İddiaçı Cavabdehnə qarşı – əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əməkhaqqı tələbinə dair mülki iş üzrə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin e- 2(003)-1932/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətninin işdən azad etmə əmrinin ləğv olunaraq, İddiaçı Bəhman oğlunun öz işinə bərpa olunması və məcburi işburaxmaya görə əməkhaqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1932/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh İddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin 21 fevral 2024-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin “2a” bəndinə əsasən (tərəflərin qarşılıqlı razılığı) xitam verilməsinə dair Cavabdeh X/173 saylı, 21 fevral 2024-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdehndə “Mühafizəçi” vəzifəsinə bərpa edilməsi, 21 fevral 2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı əlavə qətnamə çıxarılması barədə ərizə ilə müraciət edərək, məcburi işburaxmaya görə əmək haqqının ödənilməmiş hissəsinin tam ödənilməsi barədə əlavə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmədə cavabdeh Vətən-N Mühafizə Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı qəbul edərək, izahatında göstərmişdir ki, İddiaçı və digərlərinə əməkhaqqı MMC-nin məsul şəxsi X4 tərəfindən ödənilməsi üçün ona verilmişdir. Lakin onlara məlum olmuşdur ki, Orxan İslamov əməkdaşların əməkhaqqlarını mənimsəmişdir. Buna görə də onunla bağlı zəruri hüquqi addımlar atılacaqdır. İddiaçı ümumiyyətlə əmək haqqının ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi, məhkəmənin məcburi işburaxmaya görə təyin etdiyi əməkhaqqı məbləği işin faktiki hallarına uyğun deyildir. İddiaçı Bəhman oğlunun məcburi işburaxmaya görə əməkhaqqısı xx.xx.2023-cü ildən hesablanmalıdır. İddiaçı ərizəsinə əlavə olaraq izahat ünvanlayaraq göstərmişdir ki, Əmək Müqavilələrinə dəyişiklik mənim razılığım alınmadan, qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməmişdir. Ona 2023-cü ilin fevral ayından əmək haqqı ödənilməmişdir. İlk əvvəl əmək haqqının ümumi hesablanaraq ödəniləcəyi haqda bildirilsə də, daha sonra "xxxx" MMC-nin məsul şəxsi X4 ona xx.xx.2023-cü il tarixində postda olduğu vaxt telefonla zəng edib demişdir ki, əmək haqqını bank kartına köçürülməsini tələb etdiyi üçün o, artıq Cavabdeh əməkdaşı deyil, xx.xx.2023-cü il tarixindən işdən azad olunmağı barədə əmr verilmişdir. Məhkəmə baxışı zamanı iclas zalında iştirak edən X4 özü bunu təsdiq etmişdir. Eyni zamanda, məhkəməyə bu qanunsuzluq barəsində X3 və Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciətlər etməyi barədə sənədlər təqdim etmişdir. Lakin məhkəmə iddia tələblərinin 2023-cü ilin fevral ayından başlayaraq ödənilməmiş əməkhaqqı məbləğinin verilməsi ilə bağlı, eləcə də məcburi işburaxmanın 2023-cü ilin sentyabr ayından etibarən əmək haqqının hesablanması hissəsinə dair e-2(003)- 1932/2024 saylı qətnamədə cavabdehin üzərinə hər hansı öhdəlik qoymamışdır. e-2(003)- 1932/2024 saylı mülki iş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixində qəbul etdiyi qətnamədə məcburi işburaxmaya görə təyin edilən əməkhaqqı məbləği işin faktiki hallarına uyğun deyil, onun işdən azad olunması barədə Cavabdeh X/173 saylı, 21 fevral 2024-cü il tarixli əmrdən sonrakı dövrü əhatə etmişdir. Qətnamədə məhkəmə təhqiqatında sübut olunan ödənilməmiş əməkhaqqı 2023-cü ilin fevral ayından 2024-cü ilin fevral ayına qədər olan müddət və məcburi işburaxma müddəti olaraq 2023-cü ilin sentyabr ayı deyil, 2024-cü ilin 21 fevral tarixi götürülmüşdür. 2023-cü ilin fevral ayından başlayaraq 2023-cü ilin sentyabr ayına qədər ödənilməmiş əmək haqqının, 2023-cü ilin sentyabr ayından başlayaraq 2024-cü ilin fevral ayına qədər, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqı hissəsinin tam ödənilməsi barədə əlavə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixdə “əlavə qətnamə” qəbul edərək İddiaçı Vətən-N Mühafizə Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə əlavə qətnamənin çıxarılmasından imtina etmişdir. Həmin aktdan iddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsini, ərizəsinin təmin edilməsi barədə əlavə qətnamənin qəbul edilməsini xahiş etmiş, şikayətini ərizəsinə uyğun olaraq əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5497/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin e- 2(003)-1932/2024 saylı, xx.xx.2024-cü il tarixli “əlavə qətnamə”sinin (əslində, qərardad kimi qəbul olunmalı) ləğv olunması və İddiaçı əlavə qətnamə çıxarılması barədə ərizəsinə yenidən baxılması üçün mülki işin materialları həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Kollegiya öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə İddiaçı əlavə qətnamə çıxarılması barədə ərizə ilə müraciət edərək, məcburi işburaxmaya görə əmək haqqının ödənilməmiş hissəsinin tam ödənilməsi barədə əlavə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi göstərilən ərizəyə münasibətdə qanunvericiliyə əsasən qəbul edilməli məhkəmə aktını düzgün müəyyənləşdirməmiş, ərizənin təmin edilməməsi qənaətinə gəlsə də, bu barədə qərardad deyil, birbaşa olaraq əlavə qətnamənin özünü qəbul etmiş və ərizənin nəticəsini mülki prosessual qanunvericiliyin qətnamələrlə bağlı tələblərini tənzimləyən normalara əsasən yekunlaşdırmışdır. Bundan əlavə işin hallarından görünür ki, iddiaçı birinci instansiya məhkəməsində işə bərpa tələbi ilə yanaşı məcburi işburaxmaya görə əmək haqqı tələbini də müdafiə etmiş, həmin müddətin xx.xx.2024-cü il tarixdən deyil, xx.xx.2023-cü il tarixdən hesablanmalı olduğunu qeyd etmişdir (iddia tələbində konkret bu cür ifadə edilməmiş və bu hal özünü məhkəmə iclas protokolunda əksini tapmışdır). Cavabdeh isə iddia tələbini qəbul edərkən məhz xx.xx.2024-cü il tarixdən məcburi işburaxmaya görə əməkhaqqının hesablanmasına etiraz etmədiyini bildirmişdir. Bu halda birinci instansiya məhkəməsi tələbi dəqiqləşdirərək iddiaçının konkret olaraq nə vaxtdan etibarən məcburi işburaxma dövrünə görə əmək haqqının ödənilməsini tələb etdiyini öyrənməli, məhkəmə qətnaməsi də həmin tələbə münasibətdə qəbul edilməli idi. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1932/2024 saylı qərardadı ilə İddiaçı Vətən-N Mühafizə Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə əlavə qətnamənin çıxarılmasından imtina olunması qərara alınmışdır. Qərardaddan iddiaçı şikayət verərək ləğv edilməsini, ərizəsinin təmin edilməsi barədə əlavə qətnamənin qəbul edilməsini xahiş etmiş, şikayətini ərizəsinə uyğun olaraq əsaslandırmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1932/2024 saylı qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinə qarşı hər hansı etiraz daxil olmamışdır. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılacağı barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmişdir. Məhkəməyə İddiaçı tərəfindən işə şifahi məhkəmə iclasında baxılması barədə vəsatət təqdim olunmuşdur. Kollegiya MPM-in 397.2-ci maddəsinə əsasən işin halları, eləcə də işdə olan sübutlar əsasında şikayətə yazılı icraat qaydasında baxıla bilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin e-2(003)-1932/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1932/2024 saylı qətnaməsində iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının xx.xx.2023-cü il tarixdən bu vaxtadək əmək haqqı almadığını və məcburi iş buraxması ilə bağlı əmək haqqını həmin dövrdən hesablanaraq iddiaçıya ödənilməsinə dair dəlillərinə Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1932/2024 saylı qətnaməsi ilə qiymət verilmiş və qeyd edilmişdir ki, iddiaçı iddia tələbində məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, məcburi iş buraxma - işçinin əmək müqaviləsinə xitam verildiyi dövrdən onun işə bərpa olunduğu günə qədər olan dövrü əhatə edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli, “Məhkəmə qətnaməsi” haqqında 4 saylı Qərarında birbaşa qeyd kimi göstərilmişdir ki, Əlavə qətnamənin çıxarılmasına yalnız Azərbaycan Respublikası MPM-nin 229-cu maddəsində müəyyən edilmiş hallarda yol verilir. Bu halların genişləndirilməsinə yol verilmir. Mülki-Prosessual Məcəllənin 229.1-ci maddəsinə bu hallar aşağıdakı kimi qeyd olunmuşdur: a) İşdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa; b) Hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; c) Məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. Lakin nə iş materiallarından, nə də məhkəmə icraatı zamanı aparılmış tədqiqatda analoji sübutlardan iddiaçı tərəfindən hazırki tələbin əsaslandığı hallar konkret faktlarla öz təsdiqini tapmamışdır. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə kollegiya qeyd etməyi zəruri hesab edir ki, iş daha öncəki apellyasiya baxışında ləğv edilərək yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilən zaman məhkəmə qarşısında həll edilməsi zəruri olan məsələlər də aydınlaşdırılmış, qəbul edilən qərar da müvafiq araşdırılmalar aparılaraq əsaslandırılmışdır. Qeyd olunan xüsusatlar nəzərə alınmaqla, kollegiya hesab edir ki, hazırkı işin halları, mübahisənin mahiyyəti və tərəflərin münasibətləri baxımından ərizənin qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin e-2(003)-1932/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar