Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11180/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçının nümayəndəsi X7, cavabdeh, eyni zamanda digər Cavabdeh1 nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İnşi qızına qarşı “evdən çıxarılma, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-803/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Сəfərova Gülsurə İnci qızına qarşı evdən çıxarılma və maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və ona məxsus evdə yaşayan digər şəxsləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı "Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış"a əsasən icarəsində olan Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsindən və üzərində yerləşən bir mərtəbəli yarımçıq tikilidən çıxarılmalarına, cavabdehlər Cavabdeh1, Cavabdeh2 ona vurmuş olduğu maddi və mənəvi zərərin məbləği olan 5 000 (beş min) manat miqdarında vəsaitin və ödədiyi 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı "Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakn Dövlət Reyestrindən Çıxarış"a əsasən Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0.02 torpaq sahəsi onun adınadır. 0.02 ha torpaq sahəsi 99 (doxsan doqquz) il müddətinə ona icarəyə verilmişdir. Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsi üzərində onun validenyləri bir mətəbə ev inşa etmişdirlər. Həmin ev yarımçıq tikilidir. Belə ki, ona məxsus torpaq sahəsi və yarımçıq tikili evi cavabdehlər - Cavabdeh1, Cavabdeh2 və onların anası Cavabdeh3 və digərləri zəbt edərək yaşayırlar. Qeyd edir ki, o 2015-ci ildə Cavabdeh1 ilə ailə həyatı qurmuşdur. Ailə qurduqdan sonra Elnurun evi olmadığı üçün onlar yarımçıq tikili də olsa həmin evdə yaşamağa başlamışlar. Onlar cəmi 3 ay evli qalmış və həmin müddətdə qeyd olunan evdə bir yerdə 3 ay müddətində yaşamışlar. O Elnurun ona qarşı hərəkətlərinə dözməyib ata evinə gəlmişdir. Elnur isə bundan istifadə edərək, ona məxsus evi və torpaq sahəsini zəbt edərək, digər cavabdeh olan qardaşı Emil, anası Gülüstan və tanımadığı şəxslər ilə birlikdə evdə yaşayır. Hətta 3 000 manat dəyərində olan cehiz əşyalarını da mənimsəmiş və satmışlar. Elnurun özbaşınalıqlarından bezdiyi üçün onun bu hərəkətlərinə göz yummuş və cavabdeh bundan istifadə edərək, hazırda mülkiyyətini ələ keçirmişdir. Evinə getdikdə evdə olan bütün şəxslər onları qarşılayır, nəlayiq ifadələrlə şərəf və ləyaqətlərini alçaldırlar. Ətrafa səs-küy salaraq onlara şər atırlar. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı "Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış"a əsasən Abşeron rayonu, Maştağa, subtropik sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsi 2014-cü ildə ona valideynləri tərəfindən alınmış və həmin ev də o ərəfələrdə validenyləri tərəfindən tikilmişdir. Onu da qeyd edir ki, o daha əvvəl də Cavabdeh1 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ailə üzvləri ilə birlikdə ona məxsus olan Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 14 iyun 2016-cı il tarixli, 2(012)-2639/2016 saylı qətnaməsinə əsasən onun iddia tələbi qismən təmin edilərək Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı "Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış"a əsasən onun icarəsində olan 0.02 hektar sahəsindən məcburi qaydada çıxarılması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 14 iyun 2016-cı il tarixli, 2(012)-2639/2016 saylı qətnaməsindən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.12.2016-cı il tarixli, 2(105)- 2446/2016 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Yenə də Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.12.2016-cı il tarixli, 2(105)-2446/2016 saylı qətnaməsindən narazı qalan Cavabdeh1 kassasıya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04.05.2017-ci il tarixli, 2(102)- 2948/2017 saylı qərarı ilə Cavabdeh1 kassasıya şikayəti təmin edilməmişdir. Bütün bu baş verənlərə rağmən nə cavabdeh nə də ki, digərləri ona məxsus torpaq sahəsindən çıxmamışdırlar. Bəhanə edilir ki, yuxarıda qeyd etdiyi qətnamələrdə yalnız Elnurun çıxarılması göstərilmişdir. Digər cavabdeh və onun anasının çıxarılması barədə heç bir məlumat göstərilməmişdir. O bildirmək istəyir ki, 4 il müddətində cavabdehlər ona həm mənəvi həm də maddi ziyan vurmuşdurlar. O cavabdehlərin ona qarşı törətdiyi qanunsuz əməllərinə görə və öz halal evini və torpaq sahəsini zəbt etdiklərinə görə stress keçirmiş və əsəb xəstəliyinə düçar olmuşdur. Həm də cavabdehlər tərəfindən ona maddi ziyan dəydiyi üçün hər iki cavabdehdən müştərək qaydada maddi ziyan kimi 5000 manat tutularaq ona ödənilməlidir. O evi kirayə verərək, ayda 200-250 manat məbləğində pul ala bilərdi. Lakin cavabdehlər buna imkan vermədiyi üçün nəinki kirayə vermək, o heş həyətinə də girə bilmir. O həmin şəxsləri yəni, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və anaları Cavabdeh3 ona məxsus evdən çıxara bilmədiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
3. Daha sonra İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, X2 azyaşlı övladı 09.08.2004-cü il təvəllüdlü X5 və ona məxsus evdə yaşayan digər şəxslərin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı "Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış"a əsasən icarəsində olan Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsindən və üzərində yerləşən bir mərtəbəli yarımçıq tikilidən çıxarılmalarına, cavabdehlər Cavabdeh1, Cavabdeh2 ona vurmuş olduğu maddi və mənəvi zərərin məbləği olan 5 000 (beş min) manat miqdarında vəsaitin və ödədiyi 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia ərizəsinin maddi və mənəvi ziyan hissəsində dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona vurmuş olduğu maddi və mənəvi zərərin məbləği olan 10 000 (on min) manat miqdarında vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-803/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 İnşi qızı və azyaşlı övladı 09.08.2004-cü il təvəllüdlü X5 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik ərazidə yerləşən 2 sot torpaq sahəsindən və üzərində yerləşən yarımtikilidən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Anar Rzayev).
6. Qətnamədən cavabdeh X6 apellyasiya şikayəti verərək, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-803/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki iş materialları və işin faktiki hallan tam, hərtərəfli araşdırılmadan qətnamə qəbul edilib. Yəni, mülki iş materiallarında Azərbaycan Respuablikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşmmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda istinad edilsə də lakin, həmin mübahisə torpaq sahəsi ilə Çıxarışda qeyd edilən torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi mütəxəssis rəyi ilə müəyyən edilməyib. Həmçinin, həmin tikiliyə Cavabdeh1 tərəfindən xərc çəkilməsi də başqa bir məhkəmə qətnaməsi ilə öz təsdiqini tapır. Lakin, iddia ərizəsində qeyd edilən tikilini Cavabdeh1 ilə yanaşı cavabdeh də xərc çəkib tikilməsində iştrak etmişdir. Cavabdeh Cəfərova Gülsurənin də Banklardan və digər şəxslərdən borc alıb həmin tikilinin tikilməsində əziyyəti və pulu var. Lakin, məhkəmə bu hallan nəzərə almayıb. Cavabdeh, həmin tikili tikilən zaman kredit götürüb materiallar almışdır. Həmin kredit müqavilələri ilə evin tikilmə vaxtları da üst üstə düşür və həmin kredit müqavilələri cavabdehdə hal-hazırda qalıb. Eyni zamanda cavabdehdən başqa digər oğlu da tikilinin tikilməsi üçün materialların alınmasına xərc çəkib. Yuxarıda qeyd edilən hallar məhkəməyə təqdim edilmiş digər qətnamələrlə öz təsdiqini tapır. Hətta cavabdeh özü şəxsən iştrak etsə o özüdə təsdiq edəcək ki, həmin torpaq sahəsinin alınmasında və evin tikilməsində nə onun, nə də onun valideynlərinin pulu yoxdur. İddiaçının məhkəmə iclasında şəxsən iştirakı barədə məhkəmə qarşısında şifahi vəsatət qaldırılsa da iddiaçının nümayəndəsi bəhanələr gətirərək onun burada - Azərbaycanda olmadığını bildirib. İddiaçı bütün məhkəmə iclaslarında etibarnamə üzrə nümayəndəsi vasitəsilə iştrak edib. Əgər həqiqətən də iddiaçı - torpaq sahəsinin onun pulu İlə alınmasını iddia edirsə özü gəlib məhkəmə iclasında iştirak edib öz iddiasını müdafiə edərdi. Çünki, iddiaçının özü də yaxşı bilir ki, o torpağın alınmasında və evin tikilməsində onun nə də valideynlərinin pulu olmayıb. Lakin birinci instansiya məhkəməsində iş üzrə xüsusi əhəmiyyətə malik olan yuxarıda qeyd edilən hallar araşdırılmayıb. Mülki işə əlavə edilmiş sübutlardan və işin faktiki hallarından da göründüyü kimi qeyd edilən hallar nəzərə alınmadan və əsaslandırılmadan qətnamə qəbul edilib. Tərəflərin izahatları:
8. Kollegiya iclasında iştirak edən cavabdeh, eyni zamanda digər Cavabdeh1 nümayəndəsi G.Cəfərova apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdi.
9. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi K.Quliyeva cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
10. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
11. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX ********** qeydiyyat nömrəli, RX ******* seriya nömrəli Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsi İddiaçı icarəsindədir.
12. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2639/2016 saylı, 14.06.2016-cı il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX ********** qeydiyyat nömrəli, RX ******* seriya nömrəli Çıxarışa əsasən X1 icarəsində olan 0.02 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması qət edilmişdir.
13. İşdə olan Sumqayıt Apelyasiya Məhkəməsinin 01.12.2016-cı il tarixli 2(105)-2446/2016 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmişdir və Abşeron Rayon Məhkəməsinin 14.06.2016-cı il tarixli 2(012)-2639/2016 saylı qətnaməsi dəyişdirlmədən saxlanılmışdır.
14. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04.05.2017-ci il tarixli 2(102)-2948/2017 saylı qərarından görünür ki, Cavabdeh1 kassasiya şikayəti təmin edilməmişdir və Abşeron Rayon Məhkəməsinin 14.06.2016-cı il tarixli 2(012)-2639/2016 saylı qətnaməsi dəyişdirlmədən saxlanılmışdır.
15. İşdə olan Suraxanı Rayon Məhkəməsinin 11.03.2019-cu il tarixli 2(010)-1287/2019 saylı qətnamədən görünür ki, Cavabdeh1 İddiaçı qarşı İddiaçı ilə birgə alınmış Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisin də yerləşən 0.02 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində tikilən 3 otaqlı mənzilin tikilməsinə görə çəkilən xərcin əvəzi olaraq 15.000 manat pul məbləğinin İddiaçı alınaraq Cavabdeh1 ödənilməsi barədə iddia tələbi qismən 2000 manat həddində təmin edilmişdir.
16. İşdə olan Abşeron Rayon Məhkəməsinin 17.02.2020-ci il tarixli 2(012)-328/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh2, X3, X5 və onların ailə üzvlərinin Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisin də yerləşən 0.02 ha torpaq sahəsindən və üzərində yerləşən birmərtəbəli yarımçıq tikilidən çıxarılması qət edilmişdir. Hüquqi dəyərləndirmə:
17. İşin mahiyyəti ilə bağlı kollegiya aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri hesab edir:
18. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
19. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən-sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
22. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən-istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
23. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
24. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
25. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
26. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
27. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.
28. Kollegiya işin hallarına, tərəflərin izahatlarına və apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsi İddiaçı icarəsindədir. Belə olan halda, cavabdehlərin mübahisəli daşınmaz əmlakda yaşaması iddiaçının əmlakdan istifadə hüququna malik olan şəxs kimi hüquqlarını pozur.
29. Odur ki, Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh2, X8 və azyaşlı 09.08.2004-cü il təvəllüdlü X10 tərəfindən boşaldılması və həmin torpaq sahəsi və üzərində olan yarımçıq tikilidən çıxarılmalarına dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur.
30. Azərbaycan Respublikası Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
31. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə kollegiya “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarına istinad edilməsini zəruri hesab edir.
32. Həmin Qərara görə, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir.
33. İddiaçı iddia tələbində mənəvi zərərə görə 10000 manat məbləğində pulun cavabdehlərdən tutulub ona ödənilməsini tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı göstərilən iddia tələbi üzrə mənəvi zərərin vurulmasına dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, iddia tələbinin mənəvi ziyanın ödənilməsinə dair hissəsinin rədd edilməsində birinci instansiya məhkəməsi haqlı olmuşdur.
34. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
37. Cavabdeh apellyasiya şikayətində mübahisəli torpaq sahəsi ilə Çıxarışda qeyd edilən torpaq sahəsinin üst-üstə düşüb-düşməməsi barədə mütəxəssis rəyi alınmaması ilə bağlı hala istinad etmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2639/2016 saylı, 14.06.2016-cı il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX ********** qeydiyyat nömrəli, RX ******* seriya nömrəli Çıxarışa əsasən X1 icarəsində olan 0.02 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması qət edilmişdir və həmin qətnamə Ali Məhkəmənin qərarı ilə qüvvədə qalmışdır. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü məsələlər Cavabdehin qeyd etdiyi torpaq sahələrinin üst-üstə düşməsi məsələsi qeyd edilən məhkəmə qərarlarında işin mübahisələndirilməyən halı olmuşdur. Həmçinin hazırki apellyasiya baxışı zamanı cavabdeh əslində iddiaçının onunla halallaşmadığını bildirmiş və apellyasiya şikayətində torpaq sahəsinin üst-üstə düşüb-düşməməsi məsələsini iddiaçını incitmək məqsədilə qoyduğunu bildirmişdir. Bu səbəbdən də, kollegiya çıxarışda qeyd edilən torpaq sahəsinin hazırki iddianın predmetini təşkil edən torpaq sahəsi ilə üst-üstə düşməsinin müəyyən edilməsi üçün mütəxəssis rəyinin alınmasına zərurət görmür.
38. Tikilini Cavabdeh1 ilə yanaşı cavabdeh də xərc çəkib tikilməsində iştrak etməsinə dair cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, cavabdehin mübahisəli tikiliyə xərc çəkməsi iş materialları ilə öz təsdiqini tapmadığından apellyasiya şikayətinin dəlili əsassızdır və qətnamənin ləğvi üçün əsas deyildir.
39. Sadalanan xüsusatlara əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
41. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
42. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
43. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməs
q ə t e t d i:
Cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-803/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev