Məhkəmə qərarları › İş №2(103)-1122/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1122/2021

03.02.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1122/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdeh Professor Ə.F.Qarayev adına 2 saylı X5 nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin X3 iştirakı ilə, İddiaçı cavabdeh Professor Ə.F.Qarayev adına 2 saylı X7 (Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin üçüncü şəxs qismində cəlb edildiyi) qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdeh Professor Ə.F.Qarayev adına 2 saylı X5 xx.xx.2010-cu il tarixli, 8- K nömrəli əmrinin ləğv edilərək, tutduğu vəzifəyə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı prosesdə iştirak edə bilməyəcəyi barədə rəsmi teleqram ünvanlasa da, məhkəmə, bunu nəzərə almamış, məhkəmə prosesini onun iştirakı olmadan keçirməklə və vurduğu teleqrama qətnamədə qiymət verməməklə kobud pozuntuya yol vermişdir. Görünüyü kimi, hakim ona qarşı qərəzli mövqedə olmuşdur. Belə ki, iddiaçı məhkəmə prosesində iştirak etsəydi, iş üçün mühüm əhəmiyyət kəsb edən sübutlarını təqdim edəcəkdi. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçı ona hədə-qərxu gəlinməsi barədə indiyə qədər heç bir orqana müraciət etməmişdir. Halbuki, bununla bağlı müraciət etmədiyi orqan qalmamışdır. Hətta qanunsuz olaraq işdən azad edilməsindən əvvəl həm xəstəxananın baş həkimi, həm də Həmkarlar İttifaqına ünvanladığı müraciətinə nəinki düzgün hüquqi qiymət verilməmiş, ümumiyyətlə istinad belə edilməmişdir. Halbuki, məhkəmə tərəfindən sorğu verilməklə asanlıqla məhz teleqramdan sonra işdən azad edilməsi müəyyənləşdirilə bilərdi. Bundan başqa, məhkəmənin onun barəsində müxtəlif səpkili şikayətlərin olmasına söz xatirinə münasibət bildirməsi də qanunsuz olmuşdur. Belə ki, onun barəsində böhtan xarakterli hansısa şikayətlərin olması işdən azad edilməsi üçün əsas təşkil etmir. Belə ki, həmin şikayətlər üzrə araşdırmalar aparılmış və yekunda göstərilən faktlar böhtan xarakterli olduğundan cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin və üçüncü şəxsin nümayəndələri, apelyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçılarını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş faktiki hallarına görə, İddiaçı Professor Ə.F.Qarayev adına 2 saylı X5 Laboratoriya şöbəsinin müdiri vəzifəsində işləmişdir. İşlədiyi müddətdə iddiaçının müxtəlif şəxslərdən işə və təhsil müəssisəsində təhsil almağa düzəltmə adı ilə pul alması barədə Səhiyyə Nazirliyinə çoxsaylı şikayətlər daxil olmuşdur. Səhiyyə Nazirliyinin cavabdeh Professor Ə.F.Qarayev adına 2 saylı X7 ünvanladığı 6-7/Ə-25880 saylı, xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, araşdırma zamanı İddiaçı iş vaxtı ərizində iş yerində vəzifə funksiyalarına aid olmayan, həkimin adına və nüfuzuna xələ gətirən işlər görməsi müəyyən olunduğundan o, Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən intizam məsuliyyətinə cəlb olunmalıdır. Professor Ə.F.Qarayev adına 2 saylı X5 xx.xx.2019-cu il tarixli, 200 saylı əmri ilə qeyd olunan məktuba və ƏM-in 186-cı maddəsinə əsasən Kliniki diaqnostik laboratoriyanın şöbə müdiri İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Səhiyyə Nazirliyi tərəfindən cavabdehə ünvanlanmış 6-7/Ə25880 nömrəli, xx.xx.2019-cu il tarixli məktubda isə qeyd olunmuşdur ki, İddiaçı barəsində çoxsaylı şikayətlər gəlməsi ilə əlaqədar Xəstəxananın Laboratoriya şöbəsində xidməti yoxlama aparılmışdır. Araşdırma zamanı həmin şöbənin müdiri İddiaçı öz vəzifə funksiyalarını və öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi, eləcə də şöbə müdiri kimi nəzarəti lazımi qaydada həyata keçirmədiyi aşkar olunmuşdur. Belə ki, onun rəhbərlik etdiyi şöbənin qanalma otağında, şkafda və soyuducuda istifadə müddəti keçmiş reaktivlər və sınaq şüşələri aşkar edilmiş, eləcə də şöbənin bir neçə jurnalının müvafiq tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Qeyd edilməsi zəruridir ki, daha əvvəl İddiaçı iş vaxtı ərizndə iş yerində vəzifə funksiyalarına uyğun olmayan, həkim adına və nüfuzuna xələl gətirən işlər görməsi müəyyən olunduğundan onun barəsində Xəstəxananın xx.xx.2019-cu il tarixli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbeh tədbiri tətbiq edilmişdir. Lakin göründüyü kimi, İddiaçı ona verilmiş intizam tənbeh tədbirindən nəticə çıxarmamış və əmək funksiyası pozuntusunu davam etdirmişdir. Bununla da, ƏM-in 72-ci maddəsinin “ə” bəndində göstərilmiş kobud pozuntuya yol vermişdir. Bununla əlaqədar, İddiaçı ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən, işdə qalıb-qalmaması məsələsinə baxılaraq, nəticəsi barədə Nazirliyə məlumat verilməsi xahiş olunmuşdur. Professor Ə.F.Qarayev adına 2 saylı X5 xx.xx.2019-cu il tarixli, 695 nömrəli və xx.xx.2019-cu il tarixli, 697 nömrəli məktubları ilə İddiaçı, müvafiq olaraq Səhiyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli məktubunun və ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinin müzakirəsi üçün X1 xx.xx.2019-cu il tarixdə saat 09:30-da və xx.xx.2020-ci il tarixdə saat 09:30-da keçirəcəyi iclaslara dəvət olunmuşdur. Professor Ə.F.Qarayev adına 2 saylı X5 xx.xx.2020-ci il tarixli, 8-K saylı əmri ilə İddiaçı əmək funksiyasını pozduğuna görə, əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərizində təkrarən əmək funksiyasını pozduğuna görə ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən Kliniki-diaqnostik laboratoriyanın şöbə müdiri vəzifəsindən azad edilmişdir (əsas: Səhiyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli, 6- 7/Ə-25880 nömrəli məktubu və Həmkarlar Təşkilatının xx.xx.2020-ci il tarixli, 2 nömrəli protokolu). Bundan sonra, Səhiyyə Nazirliyi tərəfindən İddiaçı hərəkətlərində Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət əməli tərkibinin yaranması ehtimalı olduğundan həmin hadisələrə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim olunmuşdur. Baş Prokuror yanında X4 Baş İdarəsinin Səhiyyə Nazirliyinə ünvanladığı xx.xx.2020-ci il tarixli, ********* nömrəli təqdimatdan görünür ki, İddiaçı barəsində CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmışdır. Cinayət işinin istintaqı zamanı onun qulluq mövqeyindən istifadə edərək müxtəlif şəxslərlə danışıqlara girməsi və cinayət epizodlarında əksər hallarda cinayətin törədilməsi barədə danışıqları Xəstəxanadakı xidməti otağında aparmaqala yanaşı, habelə dələduzluq yolu ilə pul məbləğlərini də bilavasitə xidməti otağında ələ keçirməsi müəyyən edilmişdir. Qeyd olunan halların dəfərlərlə baş verməsini nəzərə alaraq bu halların İddiaçı iş yeri üzrə rəhbərliyi tərəfindən vaxtında aşkara çıxarılmaması, habelə təsirli tədbirlərin görülməməsi sözügedən cinayətlərin baş verməsinə şərait, habelə baş vermiş cinayətlərin vaxtında aşkara çıxarılmasına maneə yaratmaqla yanaşı İddiaçı öz qulluq mövqeyindən, vəzifəsinə olan inam və etibardan istifadə etməklə yeni cinayət əməllərini törətməsinə münbit şərait yaratmışdır. Bundan başqa, İddiaçı qeyd edilən cinayət əməlləri ilə vətəndaş-məmur, pasiyent-həkim münasibətlərinə, vətəndaşların səhiyyə işçilərinə, habelə səhiyyə orqanlarına olan inamına ciddi zərər vurmaqla yanaşı, həmin orqanların nüfuzuna da öz mənfi təsirini göstərmişdir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsi əsasları qeyd edilmiş və bu əsaslardan biri kimi də tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsi halı nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Beləliklə, qeyd edilən normaların qarşılıqlı təhlilindən aydın olur ki, işəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən işçinin qəsdən və ya səhlənkarlıqla əmək funksiyasının yerinə yetirməməsi, habelə qeyd edilən halın müvafiq iş yerində əmək və ya iş intizamının normal ahəngini pozması və ya işəgötürənin hüquqlarına və ya qanunla qorunan maraqlarına hər hansı ziyan vurmasına səbəb olması müəyyən edilməlidir. Baxılan işin hallarından görünür ki, İddiaçı Professor Ə.F.Qarayev adına 2 saylı X5 Laboratoriya şöbəsinin müdiri vəzifəsində işlədiyi müddətdə əmək funksiyalarını pozmuş, buna görə barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam təhbeh tədbiri tətbiq olunmuş, lakin iddiaçı altı ay ərizində təkrarən qulluq mövqeyindən istifadə edərək, əmək funksiyalarını kobud şəkildə pozmuş və xx.xx.2020-ci il tarixdə işdən azad edilmişdir. Beləliklə, İddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gəlmişdir. Bu hallar iş materiallarında olan yuxarıda sadalanan sənədlərlə öz təsdiqini tapır. Kollegiya, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş müddəaları hazırkı mülki işə tətbiq edərək qeyd edir ki, Baş Prokuror yanında X4 Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, təqdimatından da göründüyü kimi, İddiaçı əmək funksiyalarının icrası zamanı yol verdiyi pozuntular vətəndaş-məmur, pasiyent-həkim münasibətlərinə, vətəndaşların səhiyyə işçilərinə, habelə səhiyyə orqanlarına olan inamına ciddi zərər vurmaqla yanaşı, həmin orqanların nüfuzuna da öz mənfi təsirini göstərmişdir. Bütün bunlar isə özü-özlüyündə Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan əmək və icra intizamnın normal ahənginin pozulmasıdır. Qeyd edilənlər ona dəlalət edir ki, Professor Ə.F.Qarayev adına 2 saylı X8 tərəfindən İddiaçı işdən azad edilərkən əmək qanunvericiliyin tələblərinə əməl edilmişdir. Kollegiya, apelyasiya şikayətinin iddiaçının məhkəmə iclasında iştirakının təmin olunmaması barədə dəlilləri ilə razılaşmır, ona görə ki, iş materiallarından görünür ki, məhkəmə təərfindən iddiaçının ərizəsində göstərdiyi ünvan üzrə ona məhkəmə iclasının yeri və baxtı barədə ona bildirişlər göndərilmiş, eyni zmanada sms xəbərdarlıqlar edilmişdir. Hətta iddiaçının iştirakının təmin olunması məqsədilə məhkəmə iclası növbəti tarixə təxirə də salınmışdır. Lakin iddiaçı bu müddət ərizində kifayət qədər vaxtı olmasına baxmayaraq qətnamənin aid olduğu məhkəmə iclasının keçirildiyi gün vəkillə yeni müqavilə bağlaması səbəbindən məhkəmə iclasının başqa vaxta keçirilməsi barədə teleqram vurmuş, hansı ki, məhkəməyə qətnamənin çıxarılmasından sonra daxil olmuşdur. Görünüyü kimi, məhkəmə iddiaçının məhkəmə prosesində iştirakının təmin olunması üçün özündən asılı olan bütün tədbirləri görmüşdür. Eyni zamanda, iddiaçı qətnamədən verdiyi apelyasiya şikayətində sübutlarını təqdim edə bilmədiyini bildirsə də, istinad etdiyi həmin sübutları nə apelyasiya şikayətinə əlavə etmiş, nə də məhkəməyə təqdim etmişdir. COVİD-19 xəstəsi olması ilə əlaqədar iclasda iştirak edə bilməyəcəyi barədə məhkəməyə ünvanladığı teleqram isə bununla bağlı sübut olmadığından üzrlü səbəb hesab edilməmişdir. Odur ki, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi, işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3493/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar