Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11229/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi eyni zamanda vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4989/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh ASC-yə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçının nümayəndəsi eyni zamanda vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanmasını və iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4989/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv olunması və işə yenidən baxılması barədə qərardad xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayət ərizəsinə əlavə olunan sənədlərdən görünür ki, sözügedən sayğac İddiaçın məxsusdur, həmçinin ünvan olaraq qeyd olunmuş F.Əsgərov 13 ünvanı da F.Əsədov 13 olaraq qeyd olunmuşdur. Belə ki, İddiaçı məxsus 19.12.2000-ci il tarixli 000603 qeydiyyat nömrəli şəhadətnamədən görünür ki, ünvan ünvan 1 ünvanıdır. Lakin Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 09.12.2009-cu il tarixli 412 nömrəli sərəncamdan isə görünür ki, eyni tarixli eyni nömrəli şəhadətnamə olmasına baxmayaraq ünvan olaraq F.Əsədov 13 ünvanı müəyyən olunmuşdur. Həmçinin Cavabdeh ASC ilə X1 03 mart 2021-ci il tarixli K-1257/21 nömrəli Xidmət müqaviləsi imzalanmışdır. Həmin müqavilə ilə də müəyyən olunur ki, F.Əsgərov 13 (və ya F.Əsədov 13) ünvanında quraşdırılmış sayğac Əfəndiyev Şahinə deyil, İddiaçı məxsusdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4989/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi eyni zamanda vəkili Vəkil şikayətin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən mübahisələndirilən borc Şahin Əfəndiyevə yazılmış, bununla bağlı isə hər hansı sübutları yoxdur. Cavabdeh tərəf ərizə verilməsini bildirsə də bir nəticəsi olmamışdır. Həmin ünvandakı sayğac isə iddiaçıya məxsusdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsini məhkəmə iclasına göndərməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarını və şikayətin dəlillərini araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməyərək mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı tərəf ərizə ilə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanmasını və iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə istinad etməklə iddia ərizəsini baxılmamış saxlamışdır. İş materiallarından görünür ki, iddiaçının nümayəndəsi eyni zamanda vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanmasını və iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir, bu baxımdan kollegiya hesab edir ki, məhkəmə iddia ərizəsini baxılmamış saxlamaqda haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilən hallar hazırda mübahisələndirilən qərardadın ləğv edilməsi üçün əsas yaratmır, belə ki, iddiaçı iradə ifadəsini göstərərək nümayəndə vasitəsi ilə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir ki, hazırda həmin qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, iş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4989/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4989/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-11229/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11229/2021
17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver