Məhkəmə qərarları › İş №2(103)-11246/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11246/2019

16.10.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11246/2019 16.10.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Abiddin Qabil oğlu Hüseynovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 Rafık oğlunun, İddiaçı2 Rafik oğlunun və İddiaçı3, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Rafık oğlunun vəkili X3, Qarşılıqlı iddia üzrə Cavabdeh2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-534/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Rafık oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 Rafık oğlu, İddiaçı2 Rafik oğlu və İddiaçı3 Cavabdeh1 Rafık oğluna qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının tanınması, həmin mənzilə köçürülmələri və bununla bağlı maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İlkin iddia üzrə iddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, ünvan 1 ünvanında yaşayırlar. Ailəlidirlər. 1999-cu ildə yuxarıda göstərilən ünvanı alaraq təmir etdirib 2000-ci ildən orada ailələri ilə birlikdə yaşayırlar. X1 2003-cü ildə dünyasını dəyişmişdir. Bir müddət sonra qardaşı Cavabdeh1 Rafık oğlu yaşadıqları evi öz adına keçirmişdir. İddiaçı1 Rafık oğlunun qızı Cavabdeh2 və Cavabdeh1 Rafık oğlunun ailəsi ünvana qeydiyyatdadırlar. Dəfələrlə cavabdehə müraciət etsələr də, onları 18 il yaşadıqları, istifadə hüquqlarının olduğu ünvana qeydiyyata salmamışdır. Halbuki, evin təmir olunmasında ən çox onların əməyi olub. Yaşadıqları ünvanda hər ailənin özünün ayrı-ayrılıqda qapısı var və hər bir ailə mənzilə dair istifadə hüquqlarına malikdir. Cavabdeh1 Rafık oğlu cavabdehlər İddiaçı1 Rafık oğluna, İddiaçı2 Rafik oğluna, İddiaçı3 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, Kaçalov küçəsi, 16C saylı fərdi yaşayış evinə istifadə hüquqları itirilməklə həmin evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 Rafık oğlu qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 2014-cü il tarixdən mülkiyyətindədir. Həmin evdə yaşayır və hal-hazırda da qeydiyyatdadır. Fərdi yaşayış evinə xx.xx.2014-cü ildə Daşınmaz Əmlakın Dövlət Reystri tərəfındən adına mülkiyyət hüququ əsasında çıxarış verilmişdir. Lakin mülkiyyətində olan evdə yaşaya bilmir. Yaşadığı fərdi yaşayış evi əvvəl olaraq atasının təşəbbüsü ilə əldə olunmuşdur. Atası 2003-cü ildə vəfat etdikdən sonra qardaşları ilə münasibətlərində soyuqluq yaranmışdır. Ailəsi ilə kirayələrdə yaşamış, son 5 ay ərzində Leyla xanım Əliyevanın təşəbbüsü ilə evin bir hissəsi təmir edilmiş və həmin hissəyə köçmüşdür. Həmçinin xəstəlikdən əziyyət çəkir. Ona məxsus olan ev yaxın qohumları olan cavabdehlər tərəfindən zəbt edilmişdir və onlar evi könüllü olaraq tərk etmək istəmirlər. Ona görə də məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmək məcburiyyətindədir. Cavabdehlərin qanunsuz hərəkətləri mülkiyyətçi kimi hüquqlarını pozur. 2014-cü il tarixdə məhkəməyə cavabdehlərin mənzildən çıxarılması ilə bağlı müraciət etsə də, aralarında razılıq əldə olunduğundan iddia ərizəsini geri götürmüş və baxılmamış saxlanılmışdır. Cavabdeh2 da (xx.xx.1997-ci il əvəllüdlü) ünvan 1 ünvanında qeydiyyatdadır, lakin 1 ilə yaxındır ki, ailə həyatı qurmuşdur. Hesab edir ki, cavabdehlərin həmin mənzildə qeydiyyatda olması və mənzildən faktiki istifadə etməməsi onun mülkiyyət hüquqlarına toxunur və həmçinin onların yerinə kommunal xərcləri ödəyir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-534/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, iddiaçılar İddiaçı1 Rafık oğlunun, İddiaçı2 Rafik oğlunun və İddiaçı3 ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının tanınması, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh1 Rafık oğlunun cavabdehlər İddiaçı1 Rafık oğluna, İddiaçı2 Rafik oğluna, İddiaçı3 və Cavabdeh2 qarşı Bakı şəhəri, Xətai rayonu, Kaçalov küçəsi, 16C saylı fərdi yaşayış evinə istifadə hüquqları itirilməklə həmin evdən çıxarılmaları barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın Cavabdeh1 Rafık oğlundan tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Rafık oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlərin hərəkətləri mülkiyyətçi kimi hüquqlarını pozur. 2014-cü il tarixdə məhkəməyə caabdehlərin mənzildən çıxarılması ilə bağlı müraciət etsə də, aralarında razılıq əldə olunduğundan iddia ərizəsinin geri götürmüş, ərizəsi baxılmamış saxlanılmşıdır. X4 da ünvan 2 ünvanında qeydiyyatdadır, lakin 1 ilə yaxındır ki, ailə həyatı qurmuşdur. Hesab edir ki, cavabdehlərin həmin mənzildə qeydiyyatda olması və mənzildən faktiki istifadə etməsi onun mülkiyyət hüquqlarına toxurunur və həmçinin onların yerinə kommunal xərcləri ödəyir. İş materiallarından göründüyü kimi, Xətai rayon İcra Hakimiyyəi Başçısının xx.xx.1999-cu il tarixli 252 saylı sərəncamından çıxarışın surətindən görünür ki, onun müraciəti əsasında ünvan 3 mənzil 10 ünvanın yağınlığında torpaq sahəsi ayrılmış və fərdi evin tikintisinə icazə vermişdir. İddiaçılar həminin iddialarında göstərirlər ki, guya evin təmirində ən çox onların əməyi olmuşdur. Hansı ki, evin bir hissəsinin təmiri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təmir edilmiş ə həmin hissədə yaşayırlar. Özü 1-ci qrup əlildir, xəstəlikdən əziyyət çəkir. Ona məxsus olan ev yaxın qohumları olan cavabdehlər tərəfindən zəbt edilmiş və onlar evi könüllü olaraq tərk etmək istəmirlər. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Rafık oğlunun vəkili X6 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 Rafık oğlu, İddiaçı2 Rafik oğlu və İddiaçı3 apellyasiya şikayətin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə Cavabdeh2 da apellyasiya şikayətin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Rafık oğlunun apellyasiya şikayətinə münasibətdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-534/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Rafık oğluna münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Xətai rayon İH başçısının xx.xx.1999-cu il tarixli, 252 saylı sərəncamından çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 10 ünvanında yaşayan Cavabdeh1 Rafık oğlunun müraciəti əsasında həmin evin yaxınlığında 10X10 m. ölçüdə torpaq sahəsi ayrılmış və fərdi ev tikintisinə icazə verilmişdir. İş materiallarında olan Xətai rayon İH başçısının xx.xx.2004-cü il tarixli, m-129 saylı sərəncamından çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Kaçalov küçəsi, 16C saylı evin Cavabdeh1 Rafık oğluna məxsus yaşayış sahəsi 160.92 kv.m, köməkçi sahəsi 108.40 kv.m olan fərdi yaşayış evinin istismara qəbul ediləsi və hüquqi qeydiyyatdan keçirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli, 1148 saylı ekspert rəyinə əsasən,qərardadın birinci sualı üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, X5 və İddiaçı2 Rafik oğlunun faktiki yaşadıqları və istifadə etdikləri yaşayış və qeyri-yaşayış sahələrinin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Kaçalov küçəsi 16 C saylı fərdi yaşayış evinin sahəsinə daxil olduğu müəyyən edilir. Qərardadın ikinci, ücüncü və dördüncü sualları üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı1 faktiki istifadəsində olan tikililərin texniki pasport üzrə ümumi sahəsinin 78,7 m2, o cumlədən yaşayış sahəsinin 29,6 m2, qeyri-yaşayış sahəsinin 49,1 m2; İddiaçı2 Rafik oğlunun faktiki istifadəsində olan tikiiilərin texniki pasport üzrə ümumi sahəsinin 69,1 m2, o cümlədən yaşayış sahəsinin 31,3 m2, qeyri-yaşayış sahəsinin 37,8 m2; Cavabdeh1 faktiki istifadəsində olan tikililərin texniki pasport üzrə ümumi sahəsinin 164,0 m2, o cümlədən yaşayış sahəsinin 40,2 m2, qeyri-yaşayış sahəsinin 123,8 m2 təşkil etdiyi müəyyən olunur. Qərardadın besinci və altıncı sualları üzrə İddiaçı1, İddiaçı2 Rafik oğlunun və Cavabdeh1 faktiki istifadə etdikləri yaşayış və qeyri-yaşayış sahələrinin təcrid olunmuş vəziyyətdə olduğu və tərəflərin ümumi istifadəsində yaşayış və qeyri-yaşayış sahələrinin olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2- ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “N.S.Cəbrayılovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının x xxxxxx 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxx 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “nəzərə alınmalıdır ki, «mülkiyyətçinin razılığı» müddəasına verilmiş şərh MM-in 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız «digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir» müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur. Bu mənada nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi, mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin təsir dairəsinə düşmür.Mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsində əks olunmuş qayda Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən, 34-cü maddəsinin İV və V hissələrindən, habelə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü və MM-in 27.2-ci maddələrindən irəli gəlir. Göstərilən normaların müddəalarında ər və arvadın hüquqlarının bərabər olmasının, uşaqlara qayğı göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilə ilə deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır”. Məhkəmə haqlı olaraq işin faktiki halarını və qanunvericiliyin qeyd edilən müddəalarını, həmçinin, mübahisəli fərdi yaşayış evinin ilkin olaraq tərəflərin atalarına məxsus olmasını, iddiaçılar İddiaçı1 Rafık oğlunun, İddiaçı2 Rafik oğlunun və İddiaçı3 uzun müddət ailə üzvü olmaqla ünvan 1 ünvanında yerləşən mənzildə yaşamalarını və hazırda da yaşamaqda davam etmələrini nəzərə alaraq hesab etmişdir ki, ilk iddia üzrə iddiaçıların həmin mənzildən istifadə hüquqları tanınmalıdır. Cavabdeh1 Rafık oğlunun cavabdehlər İddiaçı1 Rafık oğluna, İddiaçı2 Rafik oğluna, İddiaçı3 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma tələbinə dair” qarşılıqlı iddiasına münasibətdə məhkəmə haqlı olaraq hesab etmişdir ki, aşağıda göstərilənlərə əsasən həmin tələb təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz.” Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. X10 Məhkəməsi “X2” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Rafık oğlu iddia ərizəsində və apellyasiya şikayətində Bakı şəhəri, Xətai rayonu, Kaçalov küçəsi, 16 C saylı evin cavabdehlər tərəfindən zəbt edilməsini qeyd etmiş, eyni zamanda onların həmin mənzildə qeydiyyatda olmalarını, lakin mənzildən faktiki istifadə etməmələrini göstərməklə bununla onun mülkiyyət hüquqlarının pozulmasını və həmçinin onların yerinə kommunal xərcləri ödəməyə məcbur olmasını iddia etmiş, lakin göstərilən hallar iş üzrə araşdırılmış sübutlarla təsdiq olunmamış, həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı bu barədə mötəbər sübutları nə iddia ərizəsinə, nə də apellyasiya şikayətinə əlavə etməmiş, və məhkəmə baxışlarında isə məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, qarşılıqlı iddia tələbi əsassız sayılmalı və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlan araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlil formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-534/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Rafık oğluna münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Rafık oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-534/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Rafık oğluna münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Abiddin Hüseynov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar