Məhkəmə qərarları › İş №2(103)-1125/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1125/2022

26.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1125/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(001)-896/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(001)-896/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən və İddiaçı xüsusi mülkiyyətində olan daşınmaz əmlakdan çıxarılması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya məhkəməsinin icraatında olarkən, Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Binəqədi rayon Məhkəməsindən məktub daxil olmuş, məktubda İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən Məhkəmə Elektron Sistemi vasitəsilə verilmiş apellyasiya şikayəti və müddətin bərpası barədə ərizəyə münasibət bildirilməsi üçün mülki işin Binəqədi rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kolegiyası iş materiallarını və məhkəmə kollegiyasına daxil olan məktubu nəzərdən keçirərək, hesab edir ki, hazırki mülki iş apellyasiya baxışından çıxarılmalı və Cavabdeh tərəfindən Məhkəmə Elektron Sistemi vasitəsilə verilmiş apellyasiya şikayəti və müddətin bərpası barədə ərizəyə münasibət bildirilməsi üçün Binəqədi rayon Məhkəməsinə göndərilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırki iş üzrə icraata qəbul barədə 14 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılaraq, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(001)-896/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən Məhkəmə Elektron Sistemi vasitəsilə verilmiş apellyasiya şikayəti və müddətin bərpası barədə ərizəyə münasibət bildirilməsi üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırki iş üzrə icraata qəbul barədə 14 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar