Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11273/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(006)-2137/2021 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilə istifadə hüququna xitam verilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(006)-2137/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı ASC, "xxxx" MMC-nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi) hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(005)- 898/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, həmin qətnamədən iddiaçı X2 apellyasiya şikayəti vermiş, iş hal-hazırda hakim Xumar Mərdanovanın icraatındadır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 avqust 2021-ci il tarixli, 2(103)- 7450/2021 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı ASC-nin cavabdeh X1 qarşı “borcun tutulması və ipoteka predmetlərinə yönəldilməsinə” dair müulki iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktlar müəyyən edilməli olduğundan və həmin mübahisə nizamlanadək hazırki mülki işə baxılması mümkün olmadığından işin icraatı dayandırılmışdır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hazırki mülki iş, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı ASC, "xxxx" MMC-nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi) hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair dair mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, iş materiallarından görünür ki, hakim Xumar Mərdanovanın icraatında olan iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı ASC, "xxxx" MMC-nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi) hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair 2(103)-7450/2021 saylı mülki iş, hazırki 2(103)-11273/2021 saylı mülki işdən əvvəl icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər bir-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər (maddə 43). Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməyə haqlıdır (maddə 169.3). İşin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra, işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya məhkəmənin təşəbbüsü ilə iş üzrə icraat təzələnir (maddə 257) Kollegiya hesab edir ki, Bakı Apellyasiya Məhkəməsində olan 2(103)-7450/2021 və 2(103)- 11273/2021 saylı mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43, 169.3, 257, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “Muğanbank" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi tələbi” tələbinə dair 2(103)-11273/2021 saylı mülki iş, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı ASC, "xxxx" MMC-nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi) hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair 2(103)-7450/2021 saylı mülki işlə bir icraatda birləşdirilsin, hər iki mülki işə 2(103)-7450/2021 saylı nömrə verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasia şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-11273/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11273/2021
15.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver