Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1130/2025 31.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, Cavabdeh, işdə iştirak etməyə cəlb olunmayan Maraqlı şəxs, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-503/2024 nömrəli qətnaməsindən işdə iştirak etməyə cəlb olunmayan şəxs Maraqlı şəxs apellyasiya şikayətinə baxılması üzrə keçirilən açıq məhkəmə iclasında aşağıdakı qərardadı qəbul etdi. İşin halları 1.Mübahisə Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən iki mərtəbəli fərdi yaşayış evi ilə bağlıdır (bundan sonra – ev). Ev özbaşına tikinti obyektidir. 2.Tərəflər keçmiş ər-arvaddır. Onların nikahı xx.xx.2001-ci ildə bağlanıb, xx.xx.2020-ci il tarixli qətnamə ilə pozulub. Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsində tələb olunub ki, iddiaçı övladları ilə birlikdə evə köçürülsün. Tələb onunla əsaslandırılıb ki, ev tərəflərin nikahda olduğu müddətdə onların ümumi vəsaiti hesabına inşa edilib. 4.Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin edilsin, iddiaçı övladı Məhəmmədəli Cənnətov ilə birlikdə evə köçürülsün, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 5.İşdə iştirak etməyə cəlb edilməyən Maraqlı şəxs apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 6.Apellyasiya şikayətini belə əsaslandırılıb ki, Maraqlı şəxs 26 il bundan əvvəl – 1999cu ilin fevral ayında cavabdehə 5.000 (beş min) ABŞ dolları pul verib, onlar razılaşıblar ki, ya cavabdeh həmin pulu geri qaytarsın, ya da cavabdeh həmin pul ilə Maraqlı şəxs üçün ev tiksin. Maraqlı şəxs 1980-ci illərdə törətdiyi cinayətə görə axtarışda olduğuna görə 1999-cu ilin noyabr ayında 8 il azadlıqdan məhrum edilib, cəzaçəkmə müəsissəsindən çıxdıqdan sonra cavabdehi axtarıb tapıb, 5.000 dollar pulu verərkən razılaşdıqları məsələni ondan soruşub, cavabdeh isə Maraqlı şəxs bildirib ki, verdiyi 5.000 dollar pul ilə ona həmin evi inşa edib. 7.Apellyasiya şikayəti mümkün hesab edilməklə icraat qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 8.AR Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə görə, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Müəyyən olunur ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunub. Belə ki, həmin Məcəllənin 357.2-ci maddəsinə görə, apellyasiya şikayəti vermək hüququna, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Lakin həmin qətnamə Maraqlı şəxs hüquq və vəzifələrinə toxunmur. Ona görə də apellyasiya şikayətinin icraata qəbulu, yəni apellyasiyanın mümkünlüyü barədə qərardad ləğv edilməli və iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. 9.Tərəflər birinci instansiya məhkəməsində icraat zamanı evin Maraqlı şəxs pulu ilə Maraqlı şəxs üçün tikilməsi barədə məlumat verməyiblər. İddiaçı evin ər-arvadın ümumi vəsaiti ilə tikildiyini bildirib, cavabdeh isə iddiaya etirazını onunla əsaslandırıb ki, ev əmisi oğlunundur, evi və işi olmadığına görə əmisi oğlu ona ailəsi ilə birlikdə evdə yaşamağa icazə verib. Cavabdehin bu izahatı iclas protokolunda əks olunub (iş v. 61). Bundan başqa, cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı verdiyi yazılı vəsatətdə də evin qohumlarına məxsus olduğunu bildirib (iş v. 43). Cavabdeh “qohum” və ya “əmi oğlu” deyəndə Maraqlı şəxs nəzərdə tutmayıb, Maraqlı şəxs cavabdehlə qohumluq münasibəti yoxdur. 10.Lakin qətnamə qəbul edildikdən sonra cavabdeh mövqeyini dəyişib. Belə ki, o, apellyasiya icraatı zamanı verdiyi izahatda bildirib ki, Maraqlı şəxs apellyasiya şikayəti ilə razılaşır, evi 25 il bundan əvvəl Maraqlı şəxsdən aldığı 5.000 ABŞ dolları pulun hesabına Maraqlı şəxs üçün tikib. 11.Maraqlı şəxs 25 il bundan əvvəl cavabdehə pul verməsi faktı həqiqi olubolmadığından asılı olmayaraq Maraqlı şəxs üçün evə hüquq yaratmır. Belə ki, borc və podrat müqaviləsinin predmeti fərqləndirilməlidir. Borc müqaviləsinin predmeti pul (Mülki Məcəllə, maddə 739.1), podrat müqaviləsinin predmeti isə işdir (Mülki Məcəllə, maddə 752.1). Müqavilənin predmetinə dair şərt mühüm şərtdir. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır (Mülki Məcəllə, maddə 405.1). Əgər Maraqlı şəxs (sifarişçi) və cavabdehin (podratçının) ev tikintisinə dair podarat müqaviləsi bağlamaq niyyəti olmuşdursa, göstərilən 3 hal mövcud olduğu təqdirdə müqavilənin predmetinə dair şərt razılaşdırılmış sayılardı: 1) evin tikildiyi torpaq sahəsinə Maraqlı şəxs mülkiyyət, icarə və ya istifadə hüququ olsun; 2) Maraqlı şəxs həmin torpaq sahəsində ev tikməyi cavabdehə sifariş etsin; 3) Maraqlı şəxs buna görə cavabdehə muzd ödəməyi öhdəsinə götürsün. Lakin 1-ci hal mövcud deyil. Belə ki, evin tikilidiyi torpaq sahəsinə Maraqlı şəxs hər hansı hüququ yoxdur. Onun özünün izahatına görə, hətta torpaq sahəsinin harada yerləşdiyini bilməyib, cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra torpaq sahəsinin yerini öyrənib. 2-ci hal mövcud deyil. Belə ki, Maraqlı şəxs həmin torpaq sahəsində ev tikməyi cavabdehə sifariş etməyib. Onun özünün izahatına görə, cavabdehin pul ehtiyacı olduğuna görə 5.000 ABŞ dollarını ona verib. 3-cü hal mövcud deyil. Belə ki, Maraqlı şəxs cavabdehə muzd ödəməyi öhdəsinə götürməyib. Onun özünün izahatına görə 1999-cu ilin fevral ayında cavabdehə 5.000 ABŞ dolları pul verərkən razılaşıblar ki, ya cavabdeh həmin pulu geri qaytarmalı, ya da cavabdeh həmin pul ilə Maraqlı şəxs üçün ev tikməlidir. Yəni pul borc verilib və “ev tikmək” borc qaytarılmadığı təqdirdə cavabdehin icra etməli olduğu öhdəlik kimi müəyyən edilib. Borc müqaviləsi üzrə verilən pul “muzd” sayılmır. 12.Göründüyü kimi, cavabdeh etiraf edir ki, 25 il əvvəl Maraqlı şəxs 5.000 ABŞ dolları pul alıb. Odur ki, Maraqlı şəxs cavabdehə qarşı iddia qalıraraq 5.000 ABŞ dollarının qaytarılmasını, habelə həmin pula görə 25 illik faizlərin ödənilməsini tələb edə bilər. Əgər cavabdeh pul öhdəliyini icra edə bilməsə, Maraqlı şəxs cavabdehdən tələb edə bilər ki, Maraqlı şəxs mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində Maraqlı şəxs üçün ev tiksin, çünki Maraqlı şəxs və cavabdeh təsdiq edirlər ki, onların arasında belə razılıq olub. 13.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 366 və 384.0.6-cı maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-503/2024 nömrəli qətnaməsindən işdə iştirak etməyə cəlb olunmayan Maraqlı şəxs verdiyi apellyasiya şikayətinin icraata qəbulu barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Həmin apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya baxışından çıxarılmaqla Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1130/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1130/2025
31.01.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver