Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11300/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1717/2021 №-li mülki iş üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdeh Bakı şəhəri 28 saylı Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması və s.” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.08.2020-ci il tarixdə vəfat etmiş Məmmədova (Şayxalova) Elnarə Fərman qızından miras qalmış əmlakların qəbulu üçün müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab edilməsi, İddiaçı və azyaşlı oğlu X2 miras əmlaklara vərəsəlik hüququnun tanınması, İddiaçı və azyaşlı oğlu X3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Səbail rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 29009)-1717/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (maddə 357.1.). Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir (maddə 357.2.). Sadalanan prosessual hüquq normalarından göründüyü kimi əgər birinci instansiya məhkəməsinin qətnaməsindən tərəfin özü deyil, qətnamənin hüquq və vəzifələrinə toxunduğunu hesab edən digər şəxs apellyasiya şikayəti verirsə, mülki prosessual qanunvericiliyə uyğun olaraq ilk növbədə qəbul edilmiş qətnamənin həmin şəxsin hüquq və vəzifələrinə toxunub-toxunmadığını müəyyən edilməlidir. İş üzrə tərəf olmayan şəxsin verdiyi apellyasiya şikayəti yalnız o halda prosessual qanunvericiliyin tələblərinə uyğun verilmiş hesab oluna və baxılmaq üçün qəbul edilə bilər ki, həmin şəxs qətnamə ilə onun hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınsın. Şikayət vermiş şəxs hazırkı mülki iş üzrə tərəf və üçüncü şəxs qismində cəlb edilməmiş, qətnamə ilə həmin üzərinə heç bir vəzifə qoyulmamışdır. Lakin birinci instansiya məhkəməsi qətnamə ilə şikayət vermiş şəxsin maraqlarına toxunulub-toxunulmaması məsələsini müəyyən etmədən apellyasiya şikayətini baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iş üzrə qəbul edilmiş qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunub-toxunmaduğu müəyyən edilmədiyindən həmin şəxsin qətnamədən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş 1-ci instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1717/2021 №-li mülki iş üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayətin geri qaytarılması üçün iş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-11300/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11300/2021
02.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver