Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11324/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh və X6 qarşı pul tələbinə dair ilkin iddia tələbi üzrə, həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-1813/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 150.000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 17.02.2005-ci il tarixli, 125 No-li Sərəncamı ilə müəyyən edilmişdir ki, “Azon” zavodunun nəqliyyat sahəsində ümumi sahəsi 120 kv.m. ölçüdə qeyri-yaşayış sahələri onun tərəfindən tikilmiş və hazırda avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə edilir. Qeyd olunan sərəncama əsasən “Azon” zavodunun nəqliyyat sahəsində ümumi sahəsi 120 kv.m. ölçüdə qeyri-yaşayış sahələrinin İddiaçı məxsus olması və qeyri-yaşayış sahəsindən avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə olunması təsdiq edilmiş, habelə qeyri-yaşayış sahəsinin ərazisinin və ətrafın sanitar vəziyyətinin qorunması İddiaçı tapşırılmışdır. “Azon” zavodunun nəqliyyat sahəsində iddiaçı tərəfindən tikilmiş qeyri-yaşayış sahəsindən bir hissəsi (51,2 kv.m.) cavabdehin oğlu Emil Qəhrəmanovun, sonradan isə həmin hissə Cavabdeh Fərux oğlunun özünün adına formal olaraq rəsmiləşdirilmişdir. Cavabdeh onun doğma qardaşıdır. Qeyri-yaşayış sahəsinin qalan hissəsinə sərəncam əsasında onun hüququ qalmaqda davam edir. Qeyri-yaşayış sahəsi bütövlükdə iddiaçının vəsaiti hesabına inşa olunmuş, yalnız bir hissəsi formal olaraq cavabdehin adına rəsmiləşdirilmişdir, cavabdeh heç vaxt qeyri-yaşayış sahəsinə heç bir vəsait sərf etməmişdir. Cavabdeh onun doğma qardaşı olduğu üçün sonuncu ona etibar etmişdir. Lakin, bu yaxınlarda, yəni təxminən bir neçə gün əvvəl iddiaçıya məlum olmuşdur ki, cavabdeh ona məlumat vermədən və onun razılığı olmadan qeyri-yaşayış sahəsinin öz adına formal rəsmiləşdirilmiş 51,2 kv.m. hissəsini özgəninkiləşdirmək niyyətindədir, bununla əlaqədar olaraq artıq müəyyən hərəkətlər etmişdir. Hesab edir ki, cavabdeh iddiaçının vəsaiti hesabına tikilmiş və cavabdehin adına formal olaraq rəsmiləşdirilmiş qeyri-yaşayış sahəsinin 51,2 kv.m. hissəsinin dəyərini, yəni 150.000 manat məbləğində pul vəsaitini ona qaytarmalıdır. Birinci instansiya məhkəməsi baxışı zamanı Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı onun doğma qardaşıdır. 17.05.2005-ci il tarixli 125 No-li Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Başçısının mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı sərəncam verilsə də, lakin bu müddət ərzində cavabdeh həmin qeyri-yaşayış sahəsini adına rəsmiləşdirilməsi ilə bağlı müraciət etməmişdir. Həmin ünvanda yerləşən ərazi “AZON” zavodunun ərazisi olmuşdur. Təxminən 2013-cü ilin axırında oğlu Emil Qəhrəmanov “AZON” zavodu ilə həmin əraziyə dair icarə müqaviləsi bağlamış, daha sonra həmin ərazini öz vəsaitinə almış və oğlu Emil Qəhrəmanovun adına ünvan 1 ünvanında yerləşən 51,2 kv.m. olan qeyriyaşayış sahəsinə dair 22.02.2014-cü il tarixdə çıxarış verilmişdir. Bundan sonra 11.06.2014-cü il tarixdə oğlu Emil Qəhrəmanovun adına həmin üünvanda yerləşən 51,2 kv.m. qeyri-yaşayış sahəsinə və 0,1083 ha torpaq sahəsinə dair 04212934 No-li çıxarış verilmişdir. Daha sonra oğlu Emil Qəhrəmanov həmin sahəni ona bağışlamış və bununla bağlı onun adına 12.02.2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 51,2 kv.m. qeyriyaşayış sahəsinə və 0,1083 ha torpaq sahəsinə dair çıxarış verilmişdir. Bundan başqa həmin sahə oğlunun adında olduğu müddət ərzində həmin torpaq sahəsində tərtib olunmuş layihə əsasında öz vəsaitinə qeyri-yaşayış sahəsinin tikintisi başlamış, lakin sona qədər çatmamışdır və bundan əvvəl də 51,2 kv.m. qeyri-yaşayış sahəsi sökülmüşdür. Bundan əlavə həmin sahə 03.06.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında onun tərəfindən X2 və həmin sahə Elton Mustafayevin şəxsi mülkiyyətindədir. Qeyd etdiyi hallardan həmin ərazinin onun tərəfindən alınması, oğlunun adına rəsmiləşdirilməsi, sahədə söküntü və tikinti işlərin aparılması və digər şəxsə satılması barədə cavabdehin xəbəri olmuşdur. Digər tərəfdən cavabdeh həmin sahənin oğlunun adına özəlləşdirilməmişdən əvvəl sahədən çıxmış, ona “AZON” zavodu tərəfindən digər sahə verilmişdir. Bundan əlavə həmin sahəni satdıqdan sonra o, cavabdehin xahişi ilə ona 200.000 manat pul vəsaiti vermişdir. Faktiki olaraq cavabdeh ondan tələb etdiyi pul vəsaitindən 50.000 manat artıq vermişdir. Həmin 50.000 manatı cavabdeh ona qaytarmamış və üstəlik ondan yenə pul tələb edir. Hesab edir ki, cavabdeh ona 50.000 manat qaytarmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı ilkin iddia üzrə İddiaçı 150.000 manat məbləğində pul vəsaitinin ondan tutulub iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinin rədd olunması, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 50.000 manat məbləğində pul vəsaitinin tutulub xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı daha sonra ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh və X6 qarşı AR MPMnin 53cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 51,2 kv.m. hissəsini və torpaq sahəsini satdıqdan sonra ilkin iddiaçıya 200.000 manat verdiyini açıq etiraf etmişdir. Cavabdeh və X7 arasında bağlanılmış 03.06.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən edilir ki, cavabdeh qeyriyaşayış sahəsinin 51,2 kv.m. hissəsini 65.000 manat, torpaq sahəsini isə 1.000.000 manat dəyərinə satmışdır. Maraqlıdır, o, yalnız qeyri-yaşayış sahəsinin 51,2 kv.m. hissəsinin dəyəri kimi 150.000 manat pul tələbi irəli sürmüşdür. Lakin, sonradan alqı-satqı müqaviləsinin məzmunundan aydır olur ki, tərəf həmin qeyri-yaşayış sahəsini 65.000 manata satmışdır. Belə olan halda cavabdeh hansı səbəbdən ona 65.000 manat deyil, 200.000 manat pul verdiyini qeyd edir. Əgər onun həmin qeyri-yaşayış sahəsinə və torpaq sahəsinə heç bir hüququ yoxdursa, belə halda nə səbəbə cavabdeh sonuncuya qeyriyaşayış sahəsinin və torpaq sahəsinin alqı-satqısından əldə etdiyi vəsaitindən pul verməlidir. Məhz qarşılıqlı iddia ərizəsi ilə cavabdeh ilkin iddia üzrə iddiaçının nəinki qeyriyaşayış sahəsinin, həmçinin satılmış torpaq sahəsinə də hüququnun olduğunu açıq etiraf etmişdir. Əks halda, iddiaçıya heç bir pul vəsaiti verilməməli idi. Göstərilənləri nəzərə alaraq ilkin iddia üzrə iddiaçı cavabdehlər Cavabdeh və X3 1.065.000 manat pul vəsaitinin müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-1813/2021 saylı 24 sentyabr 2021ci il tarixli qətnaməsi ilə hər iki iddia tələbi rədd edilmişdir. Qətnamədən apellyasiya şikayət verən İddiaçı qətnamənin ilkin iddianın rədd olunması hissəsində ləğv edilməsi və ilkin iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ilkin iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmaqla yanaşı birinci instansiya məhkəməsinin işin faktiki hallarına düzgün qiymət verilməməsi ilə də əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Fərux oğlunun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qarşılıqlı iddia tələbində göstərildiyi kimi, təmsil etdiyi şəxsin iddiaçıya 200000 manat pul vəsaitini verməsi, sadəcə qardaş kimi köməklik məqsədi daşımış, bura da ilkin iddiaçının hər hansı mülkiyyət hüquqlarının etirafından söhbət getməmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəməyə gəlməmişlər, kollegiya həmin tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə hər iki iddia tələbi rədd edilmiş, apellyasiya şikayətini isə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Fərrux oğlu verərək qətnaməni ilkin iddia tələbinin rədd edilməsi hissəsində mübahisələndirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbinin rədd edilməsi hisəsində yoxlanılmalıdır. Kollegiya izahatı dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. İş üzrə Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 17.02.2005-ci il tarixli Sərəncamının kserosurətindən görünür ki, 3-cü Yasamal küçəsi, 179 saylı evdə yaşayan İddiaçı Fərrux oğluna Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi məxsus olması və qeyri-yaşayış sahəsindən avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə olunması faktı təsdiq edilməsi qərara alınmışdır. İş üzrə Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi “Azon” zavodu tərəfindən Dövlət Torpaq Komitəsinə ünvanlanmış 28.03.2005-ci il tarixli məktubun kserosurətindən görünür ki, “Azon” zavodunun rəhbərliyi zavoda məxsus nəqliyyat sahəsində uzun illər bundan qabaq əməkdaşı İddiaçı Fərrux oğlu tərəfindən öz vəsaiti hesabına 876 kv.m. torpaq sahəsində 120 kv.m. qeyri-yaşayış sahəsinin tikildiyini və zavoda gələcəkdə lazım olmamağını nəzərə alaraq həmin sahənin İddiaçı Fərrux oğlunun adına rəsmiləşdirilməsinə heç bir etirazı olmadığını göstərilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 22.02.2014-cü il tarixli çıxarışın kserosurətinə əsasən ünvan 2 ünvanında yerləşən 51,2 kv.m. olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X5 mülkiyyətindədir. İş üzrə Bakı şəhəri 18 saylı notariat ofisində təsdiq edilmiş 11.02.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən X8 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 51,2 kv.m. olan qeyri-yaşayış sahəsini və həmin ünvanda yerləşən, ümumi sahəsi 0,1083 ha olan torpaq sahəsini atası Cavabdeh bağışlamışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12.02.2020-ci il tarixli çıxarışın kserosurətinə əsasən ünvan 2 ünvanında yerləşən 51,20 kv.m. olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətindədir. İş üzrə Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş 03.06.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən Cavabdeh ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 51,2 kv.m. olan qeyri-yaşayış sahəsini və həmin ünvanda yerləşən, ümumi sahəsi 0,1083 ha olan torpaq sahəsini X1. İş materiallarından görünür ki, iddiaçı irəli sürülmüş tələblərin əsaslığı ilə bağlı, yəni satılmış qeyri-yaşayış sahəsinin ona məxsus olmasını Yasamal rayon İcra Hakimiyyəti başçısının 17.02.2005-ci il tarixli sərəncamını və “Azon” zavodunun 08.03.2005-ci il tarixli məktubunu məhkəməyə təqdim etmişdir. Həmin məktub qeyri-yaşayış sahəsinin İddiaçı faktiki istifadəsində olmasını təsdiq edir. Mülki Məcəllənin 139.1-ci madədsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Göründüyü kimi mülki qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınmalıdır və qeydiyyata alınmış hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilir. Lakin iddiaçının təqdim etdiyi sənədlər iddiaçının icarə əsasında həmin sahənin onun istifadəsində olmasını təsdiq etmir. İş materiallarından isə görünür ki, iddiaçının nə torpaq sahəsi, nə də ki qeyriyaşayış sahəsi üzərində hər hansı hüquqları dövlət qeydiyyatına alınmamışdır. Əksinə iş materiallarından görünür ki, mübahisəli qeyri-yaşayış sahəsi 12.02.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Emil Qəhrəmanovun adına rəsmiləşdirilmiş və 11.02.2021-ci il tarixdə onun tərəfindən atası Cavabdeh bağışlanmışdır. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin ona məxsus olmasını, həmin qeyri-yaşayış sahəsinin onun tərəfindən tikilməsini iddia etsə də, bu hallar alğı-satqı müqaviləsi üzrə Cavabdeh satıcı kimi ödənilmiş 1.065.000 manat məbləğində pulun onun xeyrinə tutulması üçün əsas ola bilməz. Belə olan halda müəyyən edilir ki, mübahisəli qeyri-yaşayış sahəsi Emil Qəhrəmanovun adına 2020-ci ildə mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınarkən həmin əmlak üzərində iddiaçının hər hansı hüquqları qeydiyyata alınmamışdır. X10 mülkiyyət hüquqları hər hansı şəxsin hüquqları ilə yüklü edilməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçının qeyri-yaşayış sahəsinə hər hansı hüquqları dövlət qeydiyyatına alınmadığı üçün, o, həmin qeyri-yaşayış sahəsnin satışından əldə olunmuş pul məbləğini cavabdehlərdən tutulmasını tələb etməkdə hüququ yoxdur. Yəni iddiaçı cavabdehlərin əsassız varlanmasını iddia etsə də, onun bu dəlilləri tamamilə əsassızdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ilk iddia tələbi üzrə cavabdehlərin əldə etdikləri 1.065.000 manat məbləğində pul daşınmaz əmlakın alğı-satqı müqaviləsindən əldə olunmuşdur. Yəni cavabdeh İddiaçı öz mülkiyyətində olan əmlakın satışından pul əldə etdiyi üçün, həmin pul vəsaiti ondan əsassız varlanmış şəxs kimi tələb edilə bilməz. Digər tərəfdən yuxarıda qeyd olunduğu kimi mübahisəli qeyri-yaşayış sahəsi üzərində iddiaçının hər hansı hüquqlarının olması müəyyən olunmadığından, onun həmin qeyri-yaşayış sahəsinin alğı-satqısı ilə bağlı cavabdehlərdən pul tələb etməyə hüququ yoxdur. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Göründüyü kimi ilkin iddia tələbinin dəlilləri öz təsdiqini tapmamış, apellyasiya şikayətinin dəlilləri isə iddianın əsasları eyni olmaqla formal mülahizələrdən ibarət olmuşdur. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Cavabdeh iddiaçıya 200000 manat pul vəsaiti verməsi sözügedən əmlaka İddiaçı hüququnun olmasının etirafı kimi yanaşmaq düzgün deyil, belə ki, birinci instansiya məhkəməsi də qətnaməsində iddia tələbinin həmin hissəsində sübut olunmama əsasını qeyd etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli əmlakla bağlı ilkin iddiaçının hər hansı mülkiyyət hüquqları olmamış, həmçinin Cavabdeh iddiaçıya 200000 manat pul vəsaitini verməsi, sadəcə qardaş kimi köməklik məqsədi daşımış, burada ilkin iddiaçının hər hansı mülkiyyət hüquqlarının etirafından söhbət getməmişdir. Göründüyü kimi iddia tələbinin dəlilləri öz təsdiqini tapmamışdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi ilkin iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin mübahisələndirilən hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə ilkin iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-1813/2021 saylı 24 sentyabr 2021ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün likin iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-11324/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11324/2021
22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver