Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11381/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Hüseynova Məhsəti Mobil qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1521/2021 saylı 17 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Soltanov Xanoğlan Əjdər oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Soltanov Xanoğlan Əjdər oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 29.12.2014cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Soltanov Xanoğlan Əjdər oğlundan, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 müştərək qaydada iddiaçının xeyrinə 11656,58 ABŞ dolları əsas borcun, 10687,97 ABŞ dolları faiz borcunun, 12174,3 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 34518,85 ABŞ dolları borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi, tələbin cavabdehlər Soltanov Xanoğlan Əjdər oğlunun, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 mülkiyyətində olan Ağcabədi rayonu, İmamqulubəyli kəndində yerləşən 0,46 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 136,7 kv.m ümumi, 82,1 kv.m yaşayış, 54,6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına borcun İddiaçı QSC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, əmlakın hərracda satıldıqdan bir ay sonra cavabdehlərin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və evin banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 29.12.2014-cü il tarixli kredit Müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə, 120000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış 30.12.2014-cü il tarixli kredit razılaşması əsasında Cavabdeh1 36 ay müddətinə, aylıq 1.8333% olmaqla hissəhissə qaytarmaq şərtilə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 03.04.2015-ci il tarixli, 17.02.2016-cı il tarixli, 11.01.2017-ci il tarixli, 29.12.2017-ci il tarixli və 12.06.2018-ci il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Həmin kreditin təminatı olaraq cavabdehlər Soltanov Xanoğlan Əjdər oğlunun, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 mülkiyyətində olan Ağcabədi rayonu, İmamqulubəyli kəndində yerləşən 0,46 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 136,7 kv.m ümumi, 82,1 kv.m yaşayış, 54,6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə dair İpoteka Müqaviləsi bağlanmışdır. Həmçinin kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər cavabdehlər Cavabdeh2, Soltanov Xanoğlan Əjdər oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi pozaraq 01.10.2018-ci il tarixdən banka olan borcunu qaytarmamışdır. Cavabdeh götürdüyü borcdan ümumi olaraq 8343,42 ABŞ dolları ödəniş etmiş, 11656,58 ABŞ dolları məbləğində isə kredit borcu qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1521/2021 saylı 17 avqust 2021ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Soltanov Xanoğlan Əjdər oğlundan, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 11565,62 ABŞ dolları əsas borc, 7085,10 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19150,72 (on doqquz min yüz əlli dollar yetmiş iki sent) ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun və 20 manat məbləğində xidmət haqqının tutularaq İddiaçı QSC-yə ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğ Soltanov Xanoğlan Əjdər oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 məxsus olan ipoteka ilə yüklü edilmiş Ağcabədi rayonu, İmamqulubəyli kəndində yerləşən 0,46 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 136,7 kv.m ümumi, 82,1 kv.m yaşayış, 54,6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 15000 (on beş min) manat müəyyən edilməsi və əldə edilmiş pul vəsaiti hesabına borcun İddiaçı QSC-yə ödənilməsi, Ağcabədi rayonu, İmamqulubəyli kəndində yerləşən 0,46 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 136,7 kv.m ümumi, 82,1 kv.m yaşayış, 54,6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Soltanov Xanoğlan Əjdər oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmaları, torpaq sahəsi və fərdi yaşayış evinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat ekspertiza xərcin 50%-i, yəni 50 (əlli) manatı İddiaçı QSC-dən, qalan 50%-i yəni 50 (əlli) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Soltanov Xanoğlan Əjdər oğlundan, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürüləsi, iş üzrə keçirilmiş "xxxx" MMC-nin tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat xidmət haqqının 50%-i yəni 150 (bir yüz əlli) manatı İddiaçı QSC-dən, qalan 50%-i yəni 150 (bir yüz əlli) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Soltanov Xanoğlan Əjdər oğlundan, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Soltanov Xanoğlan Əjdər oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əsas öhdəliyin icra vaxtı 30 dekabr 2017-ci ildə başa çatmışdır. Bu halda qanunun tələbi baxımında zaminlərlə bağlanmış zaminlik müqaviləsinə xitam verilməlidir. Bundan başqa iddiaçı təşkilat iddia ərizəsində qeyd edir ki, cpvabldeh 8.343,42 ABŞ dolları ödəniş etmişdir. Ancaq buna baxmayaraq məhkəmə qətnaməsi ilə ekspert rəyinə uyğun olaraq onlardan 11565,62 ABŞ dolları əsas borc, 7085,10 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə olmaqla, cəmi 19150,72 ABŞ dolları tutulması nəticəsinə gəlmişdir. Nəzərə alınsa ki, bankdan cəmi 20000 ABŞ dolları kredit götürülmüşdür və həmin məbləğdən 8.343,42 ABŞ dolları ödəniş edilmişdir, onda iş üzrə keçirilmiş mühasibatlıq ekspertizasının rəyi də şübhə altına alınır. Belə olan halda, iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertiza təyin edilməlidir. İpoteka ilə yüklü edilmiş evin ilkin satış qiymətinin 15000 manat müəyyən edilməsi ilə razılaşmaq olmur. Belə ki, evin və torpağın dəyəri göstərilən məbləğdən qat-qat yuxarıdır. Hər sotun ən azı 1000 manat olması heabı ilə yalnız torpaq sahəsinin dəyəri 46.000 manat təşkil edir. O ki, qala üzərində yerləşən fərdi yaşayış evi birlikdə. Hesab edirlər ki, iş üzrə təkrar məhkəməəmətəşünaslıq təyin edilməlidir. Bundan başqa, cavabdehlərin ipoteka predmeti olan yaşayış evi satıldıqdan sonra evdə yaşayanların və qeydiyyatda olanların evi könüllü tərk etməsələr oradan çıxarılması barədə qərar qəbul etmiş məhkəmə hazırda mövcud olmayan, gələcəkdə baş verə biləcəyi ehtimal olunan mübahisə ilə əlaqədar qərar qəbul etmişdir ki, bunu da qanuni hesab etmək olmaz. Ev hərracda satışdan sonra yaşayış sahəsindən çıxarma yeni mülkiyyətçiyə aid hüquq olduğundan, mülkiyyət hüququ olmayan və yaşayış sahəsindən çıxarmaq üçün heç bir subyektiv hüquqa malik olmayan bankın tələbi üzrə həmin mübahisə həll oluna bilməz. Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC-nin nümayəndəsi Hüseynova Məhsəti Mobil qızı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasə işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı ümumiyyətlə mübahisələndirməmiş, cavabdehlər (Cavabdeh10 istisna olmaqla) isə yalnız qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişlər. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini qeyd olunan kontekstdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1521/2021 saylı 17 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış 29.12.2014-cü il tarixli, 038L**********52 saylı uzunmüddətli krediti müqaviləsindən görünür ki, Cavabdeh1 bank tərəfindən 120 ay müddətinə 120000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan "xxxx" ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış 038R********** nömrəli, 30.12.2014-cü il tarixli kredit razılaşmasına əsasən, Cavabdeh1 36 ay müddətinə, aylıq 1.8333% olmaqla hissə-hissə qaytarmaq şərtilə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan tərəflər arasında bağlanmış ödəniş planına dəyişiklik edilməsi haqqında sazişlərdən görünür ki, tərəflər arasında 03.04.2015-ci il tarixli, 17.02.2016-cı il tarixli 038R**********S nömrəli, 11.01.2017-ci il tarixli 038R**********SA nömrəli, 29.12.2017-ci il tarixli 038R**********SC nömrəli və 12.06.2018-ci il tarixli 038R**********SD nömrəli saziş müqavilələri bağlanmışdır. İş materiallarında olan zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2, Soltanov Xanoğlan Əjdər oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 ilə bank arasında zaminlik müqavilələri bağlanmış və onlar, iddiaçı ilə Cavabdeh1 arasında 29.12.2014- cü il tarixdə bağlanan 038L**********52 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tam həcmdə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. - 30.12.2014-cü il tarixli İpoteka Müqaviləsindən görünür ki, Soltanov Xanoğlan Əjdər oğlunun, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 mülkiyyətində olan Ağcabədi rayonu, İmamqulubəyli kəndində yerləşən 0,46 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 136,7 kv.m ümumi, 82,1 kv.m yaşayış, 54,6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi "xxxx" ASC-də mülkiyyətçilər tərəfindən ipotekaya qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 30.12.2014-cü il tarixli, RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışına əsasən, mülkiyyət hüququ ilə cavabdehlər Soltanov Xanoğlan Əjdər oğlunun, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 mülkiyyətində olan (04.11.2014-cü il tarixli, RX seriyalı ******* nömrəli Çıxarış) Ağcabədi rayonu, İmamqulubəyli kəndində yerləşən 0,46 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 136,7 kv.m ümumi, 82,1 kv.m yaşayış, 54,6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 05.12.2014-cü il tarixli 366 nömrəli arayışın surətindən görünür ki, digər cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 Soltanov Xanoğlan Əjdər oğlunun mülkiyyətində olan Ağcabədi rayonu, İmamqulubəyli kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 136,7 kv.m ümumi, 82,1 kv.m yaşayış, 54,6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayırlar. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin surətindən görünür ki, ipoteka müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş əks təqdirdə aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə 04.09.2020-ci il tarixli məktubundan görünür ki, Soltanov Xanoğlan Əjdər oğlunun, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 mülkiyyətində olan (04.11.2014-cü il tarixli, RX seriyalı ******* nömrəli Çıxarış) Ağcabədi rayonu, İmamqulubəyli kəndində yerləşən 0,46 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 136,7 kv.m ümumi, 82,1 kv.m yaşayış, 54,6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair məlumat göndərilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 25.05.2021-ci il tarixli, 9/2613 nömrəli ekspert rəyinə əsasən, 29.12.2014-cü il tarixli, 038L**********52 saylı kredit xətti çərçivəsində bağlanmış 038R********** nömrəli, 30.12.2014-cü il tarixli kredit razılaşmasına əsasən Cavabdeh1 06.10.2020-ci il tarixə İddiaçı QSC-yə 11565,62 ABŞ dolları əsas, 7085,10 ABŞ dolları faiz borcu təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 07.06.2021-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Ağcabədi rayonu, İmamqulubəyli kəndində yerləşən Soltanov Xanoğlan Əjdər oğlunun, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 mülkiyyətində olan 0,46 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 136,7 kv.m ümumi, 82,1 kv.m yaşayış, 54,6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 17000 manat, satış (likvid) qiyməti isə 15000 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda Cavabdeh1 vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 470.1, 472.2, 739-cu maddələrinə əsaslanaraq haqlı olaraq hesab etmişdir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini cavabdehə münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Beləliklə, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə 11565,62 ABŞ dolları məbləğində əsas borc, 7085,10 ABŞ dolları məbləğində faiz borcu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitinin almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, məhkəmə haqlı olaraq hesab etmişdir ki, ekspert rəyinə əsasən iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin məhkəmə haqlı olaraq qeyd etmişdir ki, digər cavabdehlər Soltanov Xanoğlan Əjdər oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 (zaminlər) iddiaçı (kreditor) qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Odur ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdehlər (zaminlər) Soltanov Xanoğlan Əjdər oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 iddiaçı-kreditor qarşısında cavabdeh-borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Məhkəmə həmçinin haqlı olaraq hesab etmişdir ki, cərimə məbləği 500 ABŞ dolları məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin iddia tələbinin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin göstərilən mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların əmlakdan çıxarılması və əmlakın boşaldılmış vəziyyətdə təhvil verilməsinə dair hissələri üzrə də haqlı olaraq hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, haqlı olaraq qeyd etmiş ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Məhkəmə eyni zamanda haqlı olaraq hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 (bir) ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən nəzərdə tutulmuş 1 (bir) ay müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Soltanov Xanoğlan Əjdər oğlundan, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 kredit müqaviləsinə əsasən iddiaçının xeyrinə 11565,62 ABŞ dolları əsas borc, 7085,10 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19150,72 ABŞ dolları borc tutularaq İddiaçı QSC-yə ödənilməli, tutulmalı olan məbləğ cavabdehlər Soltanov Xanoğlan Əjdər oğlunun, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Ağcabədi rayonu, İmamqulubəyli kəndində yerləşən 0,46 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 136,7 kv.m ümumi, 82,1 kv.m yaşayış, 54,6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın ilkin satış qiyməti 15000 manat müəyyən edilməli, əldə edilmiş pul vəsaiti hesabına borc iddiaçıya ödənilməli, Ağcabədi rayonu, İmamqulubəyli kəndində yerləşən 0,46 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 136,7 kv.m ümumi, 82,1 kv.m yaşayış, 54,6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Soltanov Xanoğlan Əjdər oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmalı, torpaq sahəsi və fərdi yaşayış evi boşaldılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdehlər apellyasiya şikayətində iş üzrə keçirilmiş ekspertiza rəyi ilə, o cümlədən qiymətləndirmə rəyi ilə razı olmadıqlarını qeyd etsə də, bu hala dair hər hansı əsaslı sübut və dəlili məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Əksinə iş materialları ilə cavabdehlərin apellyasiya şikayətinin qeyd edilən dəlilləri təkzib olunur. Kollegiya həmçinin apellyasiya şikayətinin digər dəlilinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 (bir) ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Kollegiya qeyd edir ki, nəzərdə tutulmuş 1 (bir) ay müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, apellyasiya şikayətinin qeyd edilən dəlili də əsasızdır və məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz Kollegiya həmçinin apellyasiya şikayətinin digər dəlili ilə bağlı qeyd edir ki, apellyasiya şikayətində göstərilən ödənişlərin edilməməsi səbəbləri cavabdehlərin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini istisna etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələrin hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1521/2021 saylı 17 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1521/2021 saylı 17 avqust 2021ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11381/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11381/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver