Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1139/2024 12.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “kommunal xidmət haqqı üzrə yaranmış borcun ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kommunal xidmət haqqı üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-3492/2023 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. xx.xx.2020-ci il tarixində tərəflər arasında mənzil-kommunal xidməti haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMM ünvan 1 ünvanda yerləşən binanın 2-ci mərtəbəsində, ümumi sahəsi 273.kv.m olan qeyri-yaşayış sahəsinə sahə-kommunal xidmətlərin həyata keçirilməsi, həyətyanı sahənin abad saxlanması və s. öhdəliyini üzərinə götürmüşdür.
2. Həmin müqavilənin 3.2 bəndinə uyğun olaraq, Cavabdeh hər ayın 05-i tarixindən gec olmayaraq, 273 kv.m. qeyri-yaşayış sahəsi üçün aylıq 144.69 manat məbləği (273 m x 0,53 AZN = 144.69) “İcraçı”ya ödəyir (ödəniş nəğd və ya köçürmə yolu ilə aparılır).
3. Həmin müqavilənin 3.4. bəndinə əsasən ödəmənin hər gecikdirilən günü üçün borcun məbləğinin 0,1% miqdarında, ümumi məbləğin 10%-dən çox olmamaqla dəbbə pulu hesablana bilər.
4. Müqavilənin 6-cı bəndinə əsasən bu müqavilə xx.xx.2020-ci il tarixdən qüvvəyə minir və 2 il müddətində etibarlıdır. Müqavilənin 4.4-cü bəndinə əsasən müqavilənin müddəti bitdikdə, əgər tərəflərdən heç biri bu müqavilənin ləğv edilməsini bildirməsə, müqavilə əvvəlki şərtlərlə həmin müddətə uzadılmış hesab edilir.
5. Cavabdeh və "xxxx" MTK arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə 1 saylı əlavənin “B” fəslinə əsasən binaya aid ümumi xərclərin qiyməti hər kvadrat metr üçün minimal olaraq 0,53 manat olaraq müəyyən edilir və mənzilin və qeyriyaşayış sahəsinin mülkiyyətçisi tərəfindən manatla ödənilir.
6. Cavabdeh atası Nümayəndə tərəfindən "xxxx" MMC-yə, İddiaçı MMM-ə və "xxxx" MTK-ya ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədə kommunal xidmət müqaviləsi bağladığını, kommunal xidmət haqqını vaxtında ödədiyini və kommunal xidmətdən razı olduğunu bildirmişdir.
7. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 3510/2021 nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2021-ci il tarixinə 1.736,28 manat məbləğində yaranmış borc, 173,62 manat məbləğində dəbbə pulu, dövlət rüsumu üçün ödənilmiş 30 manat, ümumilikdə 1.939,90 manat pul vəsaitinin tutularaq "xxxx" MMM-yə ödənilməsi qət edilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-2109/2022 nömrəli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilərək, tutulmalı olan kommunal xidmət haqqı 1.128 manat müəyyən edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-2109/2022 nömrəli qətnaməsində qeyd olunmuşdur ki, Cavabdeh və İddiaçı MMM arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Mənzil kommunal xidməti haqqında” müqavilədə qeyriyaşayış sahəsinin ölçüsü 273 kv.m göstərilsə də, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışda qeyri-yaşayış sahəsinin ölçüsü 248,4 kv.m göstərilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kommunal xidmət haqqı qismində xx.xx.2023-cü il tarixinə 3.761,94 manat məbləğində yaranmış borcun, 376,19 manat məbləğində dəbbə pulu, dövlət rüsumu üçün ödənilmiş 61,39 manat, ümumilikdə 4.199,52 manat pul vəsaitinin Cavabdeh tutularaq, İddiaçı MMM-in hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanda yerləşən yaşayış binasına İddiaçı MMM tərəfindən 2007-ci ildən etibarən kommunal xidmətlər göstərilir. Xidmətlərin göstərilməsinə dair yaşayış və qeyri-yaşayış sahələrinin sahibləri ilə İddiaçı MMM arasında xidmət müqavilələri bağlanılmış və həmin müqaviləyə əsasən ödənişlər aparılması həyata keçirilir. Cavabdeh və İddiaçı MMM arasında xx.xx.2020-cu il tarixli “Mənzil Kommunal xidməti haqqında” müqavilə bağlanmasına baxmayaraq, cavabdehə məxsus Bakı şəhəri, Səbayıl rayonu, B.Sərdarov küçəsi ev 16, 2-ci mərtəbədə yerləşən, ümumi sahəsi 273 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə görə kommunal xidmət haqqını ödənilməsinə dair yazılı bildiriş göndərilsə də, sonuncu ödənişdən imtina etmişdir. “Mənzil Kommunal xidməti haqqında” müqavilənin 2.2-ci maddəsinin bəndinə əsasən, “Sifarişçi” yerinə yetirilmiş iş və xidmət haqlarını vaxtında ödəməlidir. Həmin müqavilənin 3.2 bəndinə uyğun olaraq, “Sifarişçi” hər ayın 05-i tarixindən gec olmayaraq, 273 kv.m. qeyriyaşayış sahəsi üçün aylıq 144.69 manat məbləği (273 m x 0,53 AZN = 144.69) “İcraçı”ya ödəyir (ödəniş nəğd və ya köçürmə yolu ilə aparılır). Müqavilənin 3.4. bəndinə əsasən ödəmənin hər gecikdirilən günü üçün borcun məbləğinin 0,1% miqdarında, ümumi məbləğin 10%-dən çox olmamaqla dəbbə pulu hesablana bilər. Lakin araşdırma zamanı müəyyən olunmuşdur ki, cavabdeh iyul 2021-ci il tarixindən bu günə qədər olan müddət ərzində kommunal xidmət haqqları ödənilməmiş, nəticədə İddiaçı MMM-nə xx.xx.2023-ci il tarixinə 3.761,94 manat məbləğində borc yaranmışdır. Bundan əlavə, müqavilə şərtlərinə uyğun olaraq 376,19 manat məbləğində dəbbə pulu hesablanmışdır.
12. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, cavabdehin həmin qeyri-yaşayış sahəsinə dair kommunal xidmət üçün məbləğlər ödəmək öhdəliyi mövcud deyildir. Çünki cavabdehlə İddiaçı MMM arasında kommunal xidmətlərin göstərilməsinə dair hər hansı bir müqavilə heç vaxt mövcud olmamışdır. Belə ki, e- 2(005)3492/2023-10 saylı iş barədə cavabdehə məhkəmədən bildiriş gəldikdə məhz iş barədə məlumat əldə etmək məqsədi ilə məhkəməyə yaxınlaşılmış və iş materialları arasında İddiaçı MMM ilə cavabdeh arasında bağlanmış müqavilənin olduğu qeyd edilmişdir. Həmin müqaviləyə nəzər yetirildikdə müqavilənin yalnız son hissəsində cavabdeh yerində imzanın olduğu görünmüşdür. Halbuki, tərəflər arasında indiyə kimi belə bir müqavilə heç vaxt mövcud olmamışdır. Sözügedən müqavilə sənədlərin saxtalaşdırılması yolu ilə İddiaçı MMM tərəfindən məhkəməyə təqdim edilmişdir. Belə ki, Cavabdeh yalnız ünvan 5 ünvanında yerləşən 248,4 kv metr qeyri-yaşayış sahəsinin alqısatqısı zamanı həmin binanın satış ofisində iştirak etmiş və yalnız alqı-satqı müqavilələrinə imza atmışdır. Cavabdeh İddiaçı MMM ilə nəinki müqaviləsi olmuş, hətta münasibəti belə olmamışdır. Müqavilə isə ən azı iki şəxs arasında bağlanmalıdır. Burada isə birinci tərəf İddiaçı MMM olduğu halda, ikinci tərəf mövcud deyildir. Bu isə müqavilənin etibarlılığına əsas verən təməl şərtlərdən biridir. Bu da onu deməyə əsas verir ki, sözügedən müqavilə tamamilə etibarsızdır və cavabdeh üçün hər hansı öhdəliklər yarada bilməz. Həmçinin qeyd edilməlidir ki, cavabdehin tərəfindən atılmış görüntüsü verən imza müqavilənin yalnız sonuncu səhifəsində olduğu halda, iddiaçı həmin müqavilənin hər səhifəsində öz imzasını atmışdır. Bu isə onu deməyə əsas verir ki, hətta tərəflər arasında müqavilə olsa idi belə, ön səhifələrinin iddiaçı tərəfindən indiyə kimi asanlıqla dəyişdirilməsi mümkün haldır. Hətta sözügedən müqavilə mövcud olmuş olsa belə, faktiki olaraq icra edilməyən iş və xidmətlərə görə iddiaçı tərəfindən cavabdehə hec bir halda iddia edilə bilməz. Belə ki, ünvan 5 ünvanında yerləşən 248,4 kv metr qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən əldə edildiyi gündən etibarən həmin əmlak onun tərəfindən faktiki olaraq istifadə edilməmişdir. Mənzil Tikinti Kooperativində qeyri-yaşayış sahəsi mülkiyyətçiləri kommunal xidmətlərə dair xərcləri ödəmək məcburiyyətində deyillər. Belə ki, Mənzil Məcəlləsinin 137-ci maddəsində yalnız yaşayış sahəsi mülkiyyətçilərinin digər ödənişlərlə yanaşı kommunal xərcləri ödəmək öhdəliyi müəyyən edildiyi halda, qeyriyaşayış sahəsi mülkiyyətçiləri üçün bu norma müəyyən edilməmişdir. Bu da onu deməyə əsas verir ki, yazılmamış məcburi ödənişlərin tələb edilməsi qanunsuzdur və qanunvericilikdə göstərilməyən hər şey vətəndaşın xeyrinə həll edilməlidir. Hal-hazırda isə iddiaçının özünə qanunvericilikdə olmayan hüququ yaratması və qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olan Cavabdeh kommunal xərclərin tələb edilməsi tamamilə qanunsuzdur və heç bir hüquqi əsası mövcud deyildir.
13. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 3492/2023 nömrəli qətnaməsi ilə (hakim A.N.Novruzova) iddia qismən təmin edilmiş, Cavabdeh 3.761, 94 manat məbləğində kommunal xidmətə görə yaranmış borc və 30 manat məbləğində dəbbə pulunun, ödənilmiş dövlət rüsumuna görə 55,86 manatın İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəflər arasında kommunal xidmətlərlə bağlı müqavilə bağlanmadığını bildirsə də nəzərə alınmalıdır ki, tərəflər arasında olan münasibətlərdən irəli gələn mübahisə üzrə qəbul olunmuş və hazırda qanuni qüvvədə olan yuxarıda qeyd edilmiş məhkəmə qətnamələri ilə tərəflər arasında qeyd olunan müqavilənin mövcudluğu təsdiq olunmuşdur. Cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətində tərəflər arasında belə bir müqavilə bağlanmadığı qeyd olunsa da, mülki işi araşdıran apellyasiya instansiyası məhkəməsi tərəflər arasında kommunal xidmət müqaviləsinin bağlanması faktını təsdiq etmişdir.
15. İş materiallarından Cavabdeh və onun nümayəndəsi tərəfindən imzalanmış müqavilənin, həmçinin bu müqavilənin mövcudluğunu və kommunal ödənişlərin edilməsinə dair ərizənin olmasını, ən əsası tərəflər arasında olan münasibətlərin xarakteri barədə qüvvədə olan məhkəmə qətnamələrinin mövcudluğunu nəzərə alaraq məhkəmə cavabdeh tərəfindən verilmiş etirazın əsassız olduğu qənaətinə gəlmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, müqaviləni bağlamadığını və bu müqavilədən məlumatlı olmadığını bildirən cavabdeh etirazını sübutlarla əsaslandıra bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə bu halları sübuta yetirmək cavabdehin üzərindədir.
16. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələblərinin qanuni əsaslarının mövcud olması iş materialları ilə təsdiq olunur. Məhkəmə tutulmalı olan kommunal xidmət haqqı ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında 04 iyun 2020-ci il tarixli mənzil-kommunal xidməti haqqında müqavilənin mövcudluğu təsdiq olunduğundan xidmət haqqı da həmin müqaviləyə uyğun hesablanmalıdır. Belə ki, bu müqavilə ləğv edilməmiş, etibarsız hesab edilməmişdir, hazırda tərəflər arasında mülki hüquq münasibətlərini tənzimləyir. Bu münasibətlərin məzmunu məhz müqavilə üzrə tərəflərin öz üzərinə götürdüyü hüquq və öhdəliklərdə ibarətdir. Bu müqavilə tərəflər arasında olan münasibətlərin yaranması üçün hüquqi fakt olmuşdur. Bu səbəbdən də məhkəmə müqavilə görə hesablanmış 3.761,94 manat məbləğində kommunal xidmət haqqının tutulması hissəsində iddia tələbini əsaslı hesab etmişdir.
17. Məhkəmə işin hallarını və yaranmış borcun məbləğini nəzərə alaraq iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlmişdir ki, dəbbə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən caavbdehdən tutulmalı olan cərimə məbləği 30 manat məbləğində müəyyən edilməlidir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1, 135.2.3, 136.2, 137.4, 137.7, 137.10-cu maddələrinə, Mülki Məcəllənin 442, 443.1, 445, 445.2.1, 448.1, 462.1, 463.1, 465.2, 467-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 77, 82.3, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətlərinin dəlilləri
19. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqaviləyə nəzər saldıqda görünür ki, müqavilə xx.xx.2020-ci ildə bağlanmışdır və müqavilənin 6-cı maddəsinə əsasən xx.xx.2020-ci il tarixdən qüvvəyə minir və 2 il müddətinə etibarlıdır. Qəbul edilsə ki, müqavilənin bağlanması qüvvədə olan məhkəmə aktları ilə təsdiq olunmuşdur, lakin nə səbəbdən müqavilənin bugün qüvvədə olmaması məhkəmə tərəfindən nəzərə alınmamışdır. Müqavilə xx.xx.2022-ci il tarixdə qüvvədən düşdüyündən iddianın təmin olunması əsası kimi qeyd olunması yolverilməzdir. Qüvvədə olan məhkəmə aktlarına istinad edən məhkəmə, nədənsə həmin məhkəmə aktlarında qeyd olunan faktların bir hissəsinə istinad etmişdisə, digər hissələrinə isə nədənsə istinad etməmişdir. İlk olaraq qüvvədə olan məhkəmə akları qəbul olunan zaman kommunal xidmət haqqında müqavilə qüvvədə olmuşdur və həmin məhkəmələr qüvvədə olan müqaviləyə istinad etmişdir. Lakin müqavilə qüvvədən düşdüyü halda eyni ilə həmin məhkəmə aktlarına istinad olunması yolverilməzdir. Beləliklə, iddianın əsasını təşkil edən müqavilə qüvvədə olmadığı halda iddianın təmin olunması üçün heç bir hüquqi əsas qalmamışdır. Qüvvədə olan məhkəmə aktları isə həmin dövr üçün müqavilənin qüvvədə olmasını ehtiva edir və bu o anlama gələ bilməz ki, müqavilə qüvvədən düşəndən sonrada qüvvədə olmalıdır. Mübahisələndirilən qətnamədə istinad olunan məkhəmə aktında (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsinin sonuncu vərəqinin 3 – cü abzasında) qeyri-yaşayış sahəsinin ölçüsünün 284,4 kv.m nəzərə alınmaqla hesablanmanın aparılması qeyd olunsa da, nədənsə iddianı təmin edən məhkəmə iddia ərizəsində göstərilən ölçüləri əsas götürmüşdür. İddia ərizəsində tələb olunan vəsaitin xx.xx.2023-cü il tarixə kimi hesablanan məbləğ olduğu qeyd olunur , lakin mübahisələndirilən qətnamədə bu hal ümumiyyətlə araşdırılmır ki, hansı tarixdən etibarən başlayarq xx.xx.2023-cü il tarixə kimi kommunal xidmət haqqı hesablanmışdır. Həmçinin iddiaçının kommunal xidmətləri göstərmək səlahiyyətinin hansı hüquqi sənədlərlə təsdiq olunması da mübahisələndirilən qətnamədə öz əksini tapmamışdır. Yəni, iddiaçı müqavilənin 2.1-ci bəndində göstərilən öhdəlikləri icra etmək səlahiyyəti hansı hüquqi sənədlə təsdiq olunur. Məhkəmə qətnaməsində sübutlardan biri kimi tərəflər arasında xx.xx.2020-ci il tarixli “Mənzil Kommunal Xidməti haqqında” müqavilənin mövcudluğuna istinad etmişdir. Məhkəmənin yanaşması əsassız və qanuna ziddir. Belə ki, əgər həqiqətən də belə bir müqavilə mövcud olmuş olsa belə, bu hələ o demək deyil ki, müqavilədə göstərilmiş kommunal xidmətlər iddiaçı tərəfindən cavabdehə göstərilmişdir. Məhkəmə qətnaməsində bir dənə də olsun mötəbər sübuta istinad edilməmişdir ki, həqiqətən də iddiaçı tərəfindən cavabdehə hansısa adda kommunal xidmətlər göstərilmiş, bu kommunal xidmətin dəyəri hansı məbləğdir, həqiqətən də cavabdeh bu kommunal xidmətdən istifadə etmişdir. Məhkəmə araşdırmamışdır ki, həqiqətən də sözügedən müqavilə mövcuddurmu və bu müqavilədəki imza həqiqətən də onamı məxsusdur. Belə müqavilə imzaladığı yadına gəlmir, belə bir müqavilə onda yoxdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən ünvan 5 ünvanında, yeni qaydada AZ1001, Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlərküçəsi, 1 A ünvanında cavabdehə mülkiyyət hüququ əsasında məxsus qeyri-yaşayış sahəsi 248.4 kv.metrdən ibarədir. Belə olduqda isə, ya iddia ərizəsində və məhkəmə qətnaməsində göstərilmiş 273 kv.m. olan qeyri-yaşayış sahəsinin ona aidiyyəti yoxdur, ya iddiaçı ona məxsus 248.4 kv.m. olan qeyri-yaşayış sahəsini artıraraq 273 kv.m. göstərməklə artıq pul almaq niyyətindədir, ya da ki həmin qeyri-yaşayış sahəsini 2020-ci ildə ona hər kv.m. 3000 ABŞ dollarına satarkən iddiaçı 248.4 kv.m. olan qeyri-yaşayış sahəsini 273 kv.m.göstərərək onu aldatmış, etibarından sui-istifadə edərək 125.460 manat artıq almışdır. Cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin, bina girişinin əks tərəfində, binanın həyətinə heç bir aidiyyəti və əlaqəsi olmayan yol tərəfindən ayrıca girişi vardır, o, binanın girişindən, həyətindən, liftindən, bloklarından və blok pilləkənlərindən, zibil qutularından, istilik sistemindən, işığından, suyundan və s. xidmətlərindən istifadə etmir, bu xidmətlərin hamısı onun özündə iddiaçıdan ayrı şəkildə var, qeyri-yaşayış sahəsi heç bir fəaliyyət göstərmir, həmin sahəni əldə etdiyi vaxtdan indiyə kimi cəmi 3-4 dəfə, hər dəfə də cəmi 10-15 dəqiqə orada olmuşdur. Belə olduğu halda nəyə görə və nəyə əsasən iddiaçıya pul verməlidir. Beləliklə sübut olunur ki, məhkəmənin qətnaməsi qanunsuz, əsassızdır və məhkəmənin səhv nəticəyə gəlməsinə görə qəbul olunmuşdur.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
24. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Hazırkı işdə iddia qismən təmin edildiyindən və cavabdeh apellyasiya şikayətində qətnamənin iddianın təmin edilən hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının xeyrinə ödənilməli olan borc məbləği ilə bağlı hissədə dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. İş materialları ilə təsdiq olunur ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli mənzil-kommunal xidməti haqqında müqaviləsi bağlanmış, müqavilədə iddiaçı tərəfindən sahə-kommunal xidmətlərin həyata keçirilməsi, həyətyanı sahənin abad saxlanması və s. öhdəliklərin icra olunması qarşılığında cavabdeh tərəfindən hər ayın 05-i tarixindən gec olmayaraq 273 kv.m. qeyri-yaşayış sahəsi üçün (qeyri-yaşayış sahəsinin hər kvadrat metri üçün minimal olaraq 0,53 manat olmaqla) kommunal xidmət haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir.
31. Məhkəmə kollegiyası müqavilə müddətinin bitməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, müqavilənin 4.4-cü bəndinə əsasən müqavilənin müddəti bitdikdə, əgər tərəflərdən heç biri bu müqavilənin ləğv edilməsini bildirməsə, müqavilə əvvəlki şərtlərlə həmin müddətə uzadılmış hesab edilir. Cavabdeh tərəfindən həmin müqavilənin ləğv edilməsi (bununla bağlı bildirişin iddiaçıya göndərilməsi) və ya etibarsız hesab edilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir.
32. İşdən o da müəyyən edilir ki, həmin bənd müqavilənin son səhifəsində qeyd edilmiş və cavabdehin nümayəndəsi tərəfindən həmin səhifə imzalanmışdır. Odur ki, həmin bənddən cavabdehin məlumatlı olmaması ağlabatan və inandırıcı deyil.
33. Bundan başqa, tərəflər arasında müqavilənin bağlandığı cavabdehin onun nümayəndəsi tərəfindən "xxxx" MMC-yə, İddiaçı MMM-ə və "xxxx" MTK-ya ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizə ilə də təsdiq olunur.
34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, xx.xx.2021-ci il tarixinədək iddiaçının kommunal xidmətlərin ödənilməsi ilə bağlı tələbinə məhkəmədə baxılmış və müvafiq akt qəbul edilmiş, iddiaçının hazırki tələbi isə həmin tarixdən xx.xx.2023-cü il tarixinədək kommunal xidmətlərə görə yaranmış borcun ödənilməsi ilə bağlıdır.
35. Bununla belə, iş materiallarında olan İddiaçı Cavabdeh qarşı “kommunal xidmət haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-2109/2022 nömrəli qətnaməsinə əsasən cavabdehə məxsus ünvan 7 ünvanında yerləşən qeyriyaşayış sahəsinin ölçüsünün 248,4 kv.metr olduğu müəyyən edilmişdir.
36. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilərək, xx.xx.2021-ci il tarixinə cavabdehdən tutulmalı olan kommunal xidmət haqqı 1.128 manat müəyyən edilmişdir.
37. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda hazırki iddia tələbi üzrə cavabehdən tələb olunan kommunal xidmət haqqının məbləği qeyri-yaşayış sahəsinin ölçüsünün 248,4 kv.metr olması nəzərə alınmaqla xx.xx.2021-ci il tarixdən başlayaraq iddia ərizəsində göstərilən xx.xx.2023-cü il tarixənədək hesablanmalı (248,4 x 0.53=131,65; 26 ay x 131,65 = 3.422,9 manat) və cavabdehdən əsas borc olaraq 3.422,9 manat tutulmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-3492/2023 nömrəli qətnaməsi əsas borc məbləği ilə bağlı hissədə dəyişdirilməli, cavabdeh Aslanova Cavabdeh 3.422,95 manat məbləğində kommunal xidmətə görə yaranmış borc İddiaçı xeyrinə tutulmalıdır.
39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının xeyrinə cavabdehdən cərimə olaraq 30 manat tutulması qənaətinə gəlmişdir.
40. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 3492/2023 nömrəli qətnaməsi əsas borcla bağlı hissədə dəyişdirilsin. Cavabdeh 3.422,9 manat tutularaq İddiaçınə ödənilsin. Qətnamə mübahisələndirilən qalan – cərimə məbləği ilə bağlı hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: