Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-114/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 (X13 və X14 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı MMC-nin vəkili Vəkil2, Cavabdeh1 və onun vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 (X13 və X14 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(010)- 1847/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı “MAC" MMC (bundan sonra iddiaçı) ilə Cavabdeh1 (bundan sonra cavabdeh) arasında bağlanmış əmək müqaviləsinə əsasən cavabdeh xx.xx.2019-cu il – xx.xx.2020-ci il tarixlərdə iddiaçı cəmiyyətə ekspeditor vəzifəsində işləmişdir. Aralarında bağlanmış əmək müqavilələrinə əsasən Cavabdeh3 xx.xx.2019-cu il – xx.xx.2020-ci il tarixlərdə, Cavabdeh2 isə xx.xx.2019-cu il – xx.xx.2019-cu il tarixlərdə iddiaçı cəmiyyətdə sürücü vəzifəsində çalışmışdılar. İddiaçı tərəfindən yaradılmış komissiya toplanmış materiallar və mövcud sübutlar əsasında Cavabdeh1 Rafail oğlunun balansında olan ərazi borclarını araşdırmış və nəticədə xx.xx.2019-cu il – xx.xx.2020-ci il tarixlərdə satış nöqtələri üzrə nöqsanlar və məbləğlərdə çatışmazlıqlar aşkar edilmiş, hesablamalar nəticəsində bu cavabdehin öhdəliyində ümumilikdə 104.211,68 manat məbləğində pul vəsaitinin borc olaraq qaldığı müəyyən edilmişdir. Bununla bağlı xx.xx.2020-ci il tarixdə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 21 saylı akta əsasən Komissiya cəmiyyətin maddi məsul işçisi olan Cavabdeh1 adında qeyd edilmiş obyektlər üzrə 104.211,68 manat məbləğində borcunun qaldığı, onun tərəfindən təqsirli hərəkətlərin sürücülər Cavabdeh3 və Cavabdeh2 ilə birlikdə mütəşəkkil qrup şəklində törədilməsinin mümkün olduğu göstərilmiş, bu səbəbdən cəmiyyətə vurulmuş bu zərər məbləğinin onlardan tələb edilməsi qərara alınmışdır.
2. Eyni zamanda, iddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh1 ilə aralarında tam maddi məsuliyyət haqqında müqavilə bağlandığını bildirərək, bu barədə müqavilə, habelə qaimə hesabatları təqdim etsə də məhkəmə kollegiyası tərəfindən keçirilmiş məhkəməxəttşünaslıq ekspertizasının nəticələrinə dair tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/542 saylı ekspert rəyində: - mülki işin 1-ci cildinin 158-ci vərəqəsində olan xx.xx.2019-cu il tarixli, XA00063 nömrəli sənəddəki "Ravil” sözü və həmin sözün qarşısındakı imza, 163-cü vərəqəsində olan xx.xx.2019-cu il tarixli, SF00468 nömrəli sənəddə "Təhvil Alan: “RAVİL EKSPEDİTOR” qrafasından aşağıdakı imza, i/v 212-də olan xx.xx.2019-cu il tarixli mal əsaslı qaimə hesabatında "T.Raviİ” sözü ve həmin sözdən yuxarıdakı imza, i/v 213-də olan xx.xx.2019-cu il tarixli mal əsaslı qaimə hesabatında "Cavabdeh1” sözü ve həmin sözün yuxarı hissəsindəki imza, i/v 217-də olan xx.xx.2019-cu il tarixli mal əsaslı qaimə hesabatında "Ra" sözü ve həmin sözün qarşısında olan imza, 2-ci cilddə i/v 75-de olan "MAC” MMC-nin direktoru Bəşir Səfərova ünvanlanan xx.xx.2019-cu il tarixli ərizənin aşağı hissəsinde "İmza" qrafasındakı imza ve "Cavabdeh1' sözləri, i/v 94-97-də olan TRR 06072019 nömrəli əmək müqaviləsinin 4-cü səhifəsinin sonunda "İmza” qrafasındakı imza - TAĞİZADƏ RAVİL RƏFAİL oğlu tərəfindən icra olunduğu, - mülki işin 1-ci cildinin i/v 218-də olan xx.xx.2019-cu il tarixli mal əsaslı qaimə hesabatında 'RAV" sözü ve həmin sözdən aşağıdaki imza, i/v 129-130-da olan xx.xx.2019-cu il tarixli, TMM015 nömrəli tam maddi məsuliyyət haqqında müqavilənin kserosurətinin 2-ci vərəqəsində "Maddi məsul şəxs: Cavabdeh1 Rafail oğlu imza” qrafasında əks olunan imza, 2-ci cilddə i/v 74-de olan "MAC' MMC ilə Cavabdeh1 arasında olan əmək müqaviləsinə dəyişikliklərin ve əlavələrin edilməsi haqqında razılaşmanın 'Tərəflərin hüquqi ünvanı ve rekvizitləri" hissəsində "Cavabdeh1” qrafasındakı imza, i/v 92-93-də olan xx.xx.2019-cu il tarixli, TMM015 nömrəli tam maddi məsuliyyət haqqında müqavilənin 2-ci vərəqəsində “Maddi məsul şəxs: Cavabdeh1 İmza” qrafasındakı imza – Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu qeyd edilmişdir.
3. Məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası da təyin edilsə də, ekspert vəsatətinə uyğun olaraq tələb edilmiş əlavə materialların iddiaçı tərəfindən təqdim edilməsi təmin edilmədiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/1351/2024 nömrəli məktubla məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, 104.211,68 manat məbləğində maddi ziyanın və 50 manat məbləğində məhkəmə xərclərinin cavabdehlərdən müştərək qaydada tutularaq, cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını və cəmiyyətə külli miqdarda maddi ziyanın vurulması faktı ilə bağlı cavabdehlər barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi işin faktiki hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, əmək fəaliyyəti zamanı cavabdehlər tərəfindən yol verilən kobud səhvlər və təqsirli hərəkətlər nəticəsində, müəssisənin mənafeyinə ciddi xələl gətirilmişdir və müəssisəyə külli məbləğdə maddi ziyan vurulmuşdur. Belə ki, müəssisəyə maddi ziyan vurulması faktlarının ətraflı araşdırılması məqsədilə İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli, RTR 194-1 nömrəli Əmri əsasında yaradılmış komissiya toplanmış materiallar və mövcud sübutlar əsasında xx.xx.2020-ci il tarixli, 21 saylı Aktı üzrə Cavabdeh1 əmək fəaliyyəti zamanı qəsdən və təqsirli hərəkətləri nəticəsində sürücülər Cavabdeh3 və Cavabdeh2 vasitəsilə müəssisəyə ümumilikdə 104,211.68 manat dəyərində maddi ziyan vurmasını müəyyən etmişdir. Həmin maddi ziyan məbləğindən Cavabdeh1 sifarişi əsasında sürücülər Cavabdeh3 vasitəsilə 56,552.37 manat və Cavabdeh2 vasitəsilə 9,578.01 manat dəyərində olan istehlak məhsulların, müəssisənin anbarından təhvil alınaraq götürüldüyü müəyyən edilmişdir və bu məhsulların müvafiq kontragentlər tərəfindən təhvil alınmasını təsdiqləyən heç bir sənəd müəssisəyə təqdim edilməmişdir. xx.xx.2020-ci il tarixli Raporta əsasən Cavabdeh1 Rafail oğlunun balansında olan ərazi borcları araşdırılmışdır. Araşdırma zamanı xx.xx.2019 - xx.xx.2020-ci il tarixlərdə satış nöqtələri (obyektlər) üzrə aşkar olunmuş nöqsanlar, kəm gələn məbləğlər əks olunaraq Cavabdeh1 Rafail oğlunun öhdəliyində qalan yekun məbləğin 104.211,68 manat təşkil edilməsi bildirilmişdir. İddiaçıya külli miqdarda maddi ziyan vurulması faktlarının ətraflı araşdırılması məqsədilə 7 nəfər mütəxəssisdən, o cümlədən Daxili audit şöbəsinin əməkdaşlarından ibarət komissiya mövcud olan sənədlərin və araşdırılmış faktların nəticəsində müəyyən etmişdir ki, Cəmiyyətin satış nümayəndəsi (ekspeditor) vəzifəsində çalışmış maddi-məsul işçisi Cavabdeh1 Rafail oğlunun xx.xx.2019 - xx.xx.2020-ci il tarixlərdə ona təhkim edilmiş və balansında olan satış nöqtələri (obyektlər) üzrə qeyd olunmuş satış əməliyyatlarına dair xx.xx.2020-ci il tarixli Məlumata, debitorlarla hesab dövriyyəsi barədə xx.xx.2020-ci il tarixli Məlumata və xx.xx.2020-ci il tarixli Raporta uyğun olaraq satış nöqtələri (obyektlər) üzrə ərazi borcu 104.211,68 manat təşkil edir. Həmçinin, müəyyən edilmişdir ki, Cavabdeh1 Rafail oğlu tərəfindən müxtəlif satış nöqtələri (obyektlər) üçün ümumi olaraq 131.014,91 manat dəyərində istehlak məhsulu onun adına sifariş edilmiş, həmin ümumi məhsuldan 5.187,38 manat dəyərində məhsul geriyə qaytarılmış, 7.517,35 manat dəyərində məhsul sifariş edilmiş obyektlərə çatdırılmış və yekun olaraq məhsulun dəyərindən müəssisəyə yalnız 14.098,50 manat məbləğində pul vəsaiti ödənilmişdir. Mövcud mal əsaslı qaimə hesabatlarına (MƏGH) əsasən müəyyən olunmuşdur ki, Cavabdeh1 Rafail oğlunun sifarişi üzrə onun adına, şirkətin sürücüləri vasitəsilə 86.013,41 manat dəyərində istehlak məhsulu şirkətin anbarından təhvil alınmışdır. Bunlardan sürücü Cavabdeh3 vasitəsilə 56.552,37 manat, Cavabdeh2 vasitəsilə 9.578,01 manat və digər sürücülər tərəfindən isə 15.369,28 manat dəyərində məhsul təhvil alınmış, qalan 4.513,75 manat dəyərində məhsulu Cavabdeh1 Rafail oğlu onun özünə məxsus olan obyektə şəxsən təhvil almışdır. Digər müxtəlif tarixli təhvil-qəbul sənədlərindən müəyyən olunmuşdur ki, məhsulun çatdırılması məqsədilə 14 kontragentə ümumilikdə 4.275,74 manat dəyərində olmaqla tərtib edilmiş və həmin obyektlər üzrə muvafiq hesablanmış qalıq borcları 19.172,04 manat təşkil edir. Eyni zamanda müəyyən olunmuşdur ki, həmin obyektlər üzrə təhvil alan obyektlərin imza yerində sürücülər Cavabdeh2 və Cavabdeh3 özləri (qəsdən və ya kobud səhflə) imza etmişlər. Həmçinin Cavabdeh1 Rafail oğlunun ümumi 95 obyektdən biri olan CR00829 saylı şəxsi obyektinə 399,60 manat məbləğində məhsulun təhvil alınması və 4.811,44 manat dəyərində ümumi borc qalığı müəyyən edilmişdir. xx.xx.2019 - xx.xx.2020ci il tarixlərdə 95 obyektdən yalnız 12 obyekt üzrə məhsulların çatdırılması təsdiq olunmuş, qalan obyektlər üzrə 10.4211,68 manat dəyərində malların kontragentlər tərəfindən təhvil alınması təstiqlənməmiş və təhvil alınmasını sübut edən heç bir sənəd müəssisəyə təqdim edilməmişdir. Cavabdeh1 Rafail oğlunun Əmək müqaviləsi və onun 1 saylı Əlavəsi, Cavabdeh1 Rafail oğlu ilə imzalanmış Tam maddi məsuliyyət haqqında müqaviləsi, sürücü Cavabdeh3 və sürücü Cavabdeh2 əmək müqavilələri komissiya tərəfindən nəzərdən keçirilmişdir. Müəyyən edilmişdir ki, Cavabdeh1 Rafail oğlu ekspeditor vəzifəsində xx.xx.2019 - xx.xx.2020-ci il tarixlərdə, sürücü Cavabdeh3 xx.xx.2019- xx.xx.2020-ci il tarixlərdə və sürücü Cavabdeh2 xx.xx.2019 – xx.xx.2019-cu il tarixlərdə eyni müddətlərdə müəssisədə işləmişlər. Yuxarıda qeyd olunanlar əsasında komissiya yekdilliklə belə qərara gəlmişdir ki, müəssisənin maddi məsul işçisi ekspeditor Cavabdeh1 Rafail oğlunun adına qeyd edilmiş obyektlər üzrə 10.4211,68 manat məbləğində borc qalığı, əmək fəaliyyəti zamanı qəsdən və təqsirli hərəkətləri səbəblərdən öhdəliyində qalmışdır. Koronavirus yoluxmaları nəticəsində ölkə üzrə elan edilmiş xüsusi rejim dövrü ərzində iddiaçı tərəfindən satışların ümumi aşağı düşməsi ilə əlaqədar cavabdehlərə satış əməliyyatlarının aparılmasına və verilən bütün sifarişlərin yerinə yetirilməsinə hər bir şərait yaradılaraq iddiaçı tərəfindən cavabdehlərə yüksək etibar göstərilmişdir. İddiaçının əldə etdiyi məlumatına əsasən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Akkord binalar kompleksində yerləşən və BAK.ALC.1006 obyekt kodu ilə iddiaçının məlumat bazasında qeydə alınan Samir Topdan firmasına Cavabdeh1 tərəfindən ona məxsus məhsulları dəfələrlə ucuz qiymətə satmışdır. Cəmiyyət tərəfindən məsələnin məhkəmədən kənar həll olunması və cavabdeh tərəfindən borcun ödənilməsi üçün bütün cəhdləri heç bir nəticə verməmişdir. Bu səbəbdən də borcun və vurulmuş zərərin əvəzinin, məhkəmə qaydasında cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi zəruridir.
6. Məhkəmə tərəfindən X13 və X14 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdilər.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(010)- 1847/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 104.211,68 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı MMCnin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X11)
8. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyə istinadən toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, cavabdeh rəsmi müqavilə üzrə üzərinə düşən öhdəliklərini lazımi qaydada icra etmədiyindən, tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlandığından və 104,211.68 manat məbləğində pulun İddiaçı MMCyə qaytarılması onun öhdəliyində olduğundan, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 iddiaçının xeyrinə 104,211.68 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır.
9. Həmin pulun Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi hissəsinə münasibətdə isə məhkəmə hesab etmişdir ki, həm iddiaçının nümayəndəsinin izahatından və həm də şahid ifadələrindən müəyyən olunmuşdur ki, həmin şəxslər müəssisədə sürücü vəzifəsində işləmişlər, sürücünün funksiyası yalnız malın depodan götürülərək obyektlərə çatdırılmasından ibarət olmuş və onlar həmin malın dəyərinin müəssisəyə ödənilməsinə cavabdehlik daşımamışlar. Buna görə də məhkəmə hesab etmişdir ki, digər cavabdehlərə münasibətdə iddia tələbi təmin olunmamalıdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 442ci, 443.1-ci, 448-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu, 200-ci, 202-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 106.1-ci, 217.4cü, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın ona aid hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddia tələbi və mübahisələndirdiyi qətnamə barədə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsində məlumat əldə etmişdir. Məhkəmə prosesləri barədə bildirişlər ünvan 1 ünvanına göndərilmişdir. O, həmin ünvanda yaşamadığından keçirlimiş məhkəmə prosesləri barədə məlumatı olmamışdır. O, xx.xx.2019-cu il tarixdən İddiaçı MMC-də ekspeditor vəzifəsində işə başlamış, xx.xx.2020-ci il tarixədək həmin müəssisədə çalışmışdır. Ekspeditor olaraq onun vəzifəsi satış obyektlərindən sifarişləri qəbul etmək, qəbul edilmiş sifarişləri proqram təminatı vasitəsilə ofisə göndərmək və satış obyektinin mühasibatlığı ilə ay ərzində təhvil verilmiş malların üzləşdirilməsinin aparılması olmuşdur. Belə ki, sifarişlər qaimə şəkilində tərtib olunmuş və anbardara göndərilmiş, məhsullar anbardan sürücülər tərəfindən götürülmüş və satış obyektlərinə çatdırılmışdır. Ay ərzində təqdim edilmiş mallar barədə satış obyektlərinin mühasibatlığı ilə müvafiq üzləşmələr aparılmış və malların pulu nağdsız qaydada müəssisənin bank hesabına köçürülümüşdür. O, xx.xx.2020-ci il tarixdə işdən çıxmaq üçün ərizə təqdim etmiş, həmin vaxt müəssisədə faktiki olaraq direktor səlahiyyətlərini həyata keçirən Əliyar adlı şəxs onun işdən çıxmaq istəyinə birmənalı yanaşmamış və aralarında mübahisə yaranmışdır. Lakin o, işdən çıxdıqdan sonra şirkət rəhbərliyi qərəzli olaraq onu borclandırmaq üçün şirkətin digər əməkdaşlarının iştirakı ilə aidiyyəti sənədlər (xx.xx.2020-ci il tarixli akt, xx.xx.2019-cu il tarixli “Tam maddi məsuliyyət haqqında müqavilə”, xx.xx.2020-ci il tarixli Raport və s) hazırlatmış, həmin sənədlərə reallığa uyğun olmayan məlumatlar daxil edilmiş, hətta onun əvəzindən saxta imza etməkdən belə çəkinilməmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli tam maddi məsuliyyət haqqında müqavilə onun tərəfindən imzalanmadığından, oradakı imza ona aid olmadığından eləcə də, müqavilədə nəzərdə tutulmuş öhdəliklərin ekspeditorun vəzifə öhdəliklərinə uyğun olmaması səbəbindən həmin müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərin ona aid edilməsi doğru deyildir, həmçinin onun müqavilə üzrə şirkət qarşısında hər hansı öhdəliyi yaranmamış və bu baxımdan məhkəmənin ona münasibətdə mövqeyini əsaslandırarkən istinad etdiyi maddi hüquq normaları bütünlükdə səhv tətbiq edilmişdir. Tam maddi məsuliyyət haqqında müqavilədə onun adının qarşısında edilmiş imza saxtadır. Hətta iş materiallarında imza olan digər sənədlərlə müqayisəli şəkildə gözəyarı təhlil edildikdə belə müəyyən olunur ki, sözügedən müqavilədəki imza ona məxsus deyildir. Digər tərəfdən xx.xx.2019-cu il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilədən müəyyən olunur ki, guya müəssisə tərəfindən ona 100.000 manat dəyərində əmlak təqdim edilmişdir və həmin əmlakın saxlanması, daşınması, satılması və s daxil olmaqla onun tərəfindən həmin müqavilədə göstərilmiş öhdəliklər icra edilməlidir. Müqavilə üzrə müəyyən olunmuş öhdəliklər onun vəzifəsinə uyğun deyildir. Tək bir nüansı qeyd edmək yerinə düşər ki, o, ümumiyyətlə şirkətə məxsus malları qəbul etməmiş və həmin mallar anbardar - sürücü xətti vasitəsilə satış obyektinə çatdırılmışdır. Bu hal sürücü Cavabdeh2 və anbardar X7 ifadələri ilə də təsdiq edilir. Belə olan halda guya müqavilə bağlanaraq ona mallar təhvil verilməsi tam məntiqsiz görünür. Başqa sözlə, malları anbardan təhvil alan və satış nöqtəsinə təqdim edən şəxs ekspeditor olmadığından ona hər hansı əmlakın (malın) təhvil verilməsi işin hallarına uyğun deyildir. Digər tərəfdən müqavilə üzrə təhvil-təslim aktlarının olmaması, ümumi dəyəri 100.000 manat qeyd olunmasına baxmayaraq, malların konkret olaraq hansı adda, dəyərdə, həcmdə və s fərqləndirici əlamətlərinin göstərilməməsi özlüyündə müqavilənin saxta olmasının təzahürüdür. Lakin məhkəmə sözügedən xüsusatları düzgün araşdırmamış, satış prosesinin həyata keçirilməsi barədə şahidlər tərəfindən verilmiş ifadələr ilə tam maddi məsuliyyət haqqında müqavilənin bəndləri arasında uyğunsuzluğu müqayisə etməmiş, ona doğrdan da 100.000 manat dəyərində əmlakın verilməsini və tərəfindən həmin əmlakın qəbul edilməsini sübuta yetirə bilməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışı, xx.xx.2020-ci il tarixli, 21 saylı akt və xx.xx.2020-ci il tarixli raport tamamilə qərəzlidir, saxta məlumatlar əsasında tərtib olunmuşdur. Nəzərə alınmalıdr ki, həmin sənədlər rəhbərliyin ona qarşı olan qərəzli mövqeyini özündə əks etdirir, müəssisənin rəhbərliyindən xidməti asılılığı olan səlahiyyətli şəxslərin iştirakı ilə hazırlanmışdır və bir nəfər də olsun kənar şəxs iştirak etməmişdir. Eyni zamanda, pərakəndə satış istisna olmaqla, aksiz markası ilə markalanmalı olan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların nağd qaydada satılması, belə malların satış məqsədləri üçün nağd qaydada xeyli alınması müvafiq olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyət yaratdığından həmin məhsulların dəyərinin ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. Yəni satış nöqtələrinə təhvil verilmiş malların dəyəri nağdsız qaydada bank hesabı vasitəsilə ödənilir. Beləliklə, malların satış obyektinə təhvil verilməsi prosesinə anbardar və sürücülər cavabdehdir. Malların dəyərinin ödənilməsi prosesi isə yalnız nağdsız qaydada bank hesabı vasitəsilə həyata keçirilir. Göstərilənlərdən də məlum olduğu kimi onun müəssisəyə 104.211,68 manat məbləğində ziyan vurmağı real deyildir.
13. Cavabdeh1 sonradan apellyasiya şikayətinə əlavə təqdim edərək əlavəni onunla əsaslandırmışdır ki, hazırki mübahisə əmək münasibətlərindən irəli gəldiyindən ilk növbədə iddiaçı qanunvericiliyin tələbinə əsasən mediasiya təşkilatına müraciət etməli, sonradan məhkəmədə iddia qaldırmalı idi. Lakin göründüyü kimi iddiaçı mediasiya təşkilatına müraciət etmədədən birbaşa məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi də bu hala əhəmiyyət vermədən işi icraata qəbul edərək mahiyyəti üzrə baxmış və nəticədə, prosessual pozuntuya yol vermişdir. Göstərilənlərin nəzərə alınaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
14. İddiaçı MMC apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, Cavabdeh1 məhkəmə işi üzrə icraatın başlamasından və həmin iş üzrə yekun məhkəmə aktının çıxarılmasından dəfələrlə və vaxtlı-vaxtında xəbər tutmuşdur və şikayət vermək üçün imkanı olmuş, lakin cavabdeh tələb olundiğu vaxtda apellyasiya şikayəti təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, iddiaçıya hər hansı məbləğdə maddi zərər vurmadığını, onunla iddiaçı arasında tam maddi məsuliyyət haqqında hər hansı müqavilənin bağlanmadığını, işinin əsasən sifarişlərin cəmiyyətə ünvanlamasından, onlara məxsus olan malların ticarət obyektlərində yerinin, habelə malların üzərində hədiyyə kimi verilən əşyaların müəyyən edilməsindən, alıcının nümayəndəsindən danışıqlar aparılmasında ibarət olduğunu, malların onun tərəfindən ticarət obyektinə təhvil verilmədiyini və malların dəyərinin yığılmasına, habelə cəmiyyətin kassasına köçürülməsinə görə məsuliyyət daşımadığını, ödənişlərin köçürmə yolu ilə həyata keçirilməsi səbəbindən məsuliyyət daşımasının da mümkün olmadığını bildirmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, Cavabdeh1 mövqeyindən çıxış etmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
17. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi X12 apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, cəmiyyət spirtli içkilərin satışı ilə məşğul olur. Cavabdeh1 cəmiyyətdə ekspeditor vəzifəsində işləmiş və aparılmış bölgüyə uyğun olaraq, onun spirtli içkilərlə təmin etməli olduğu ticarət obyektləri müəyyən edilmişdir. Məhz onun həmin ticarət obyektlərindən aldığı və sonradan cəmiyyətə ötürdüyü sifarişlərə uyğun sayda və çeşiddə spirtli içkilər ambardan nəqliyyat vasitələrinə yüklənmiş və ona təhkim edilmiş sürücülər vasitəsi ilə ünvanlara çatdırılmışdır. Lakin sonradan aparılmış yoxlama nəticəsində onun sifarişləri əsasında təhvil verilmiş malların dəyərinin cəmiyyətə tam ödənilmədiyi, malların daha ücüz qiymətə başqa ticarət obyektlərinə verildiyi müəyyən edilmişdir. Belə ki, bu malların dəyəri olaraq nağd və ya köçürmə yolu ilə aparılmış ödənişləri məhz ekspeditor toplamalı idi. Bununla bağlı aparılmış audit yoxlaması nəticəsində də onun sifarişi əsasında təhvil verilmiş ümumilikdə 104.211,68 manat məbləğində malın dəyərinin ödənilmədiyi aşkar edilmişdir. Həmin məbləğin ödənilməsi üçün də Cavabdeh1 məsuliyyət daşıdığından bu məbləğ ondan tutulmalıdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
18. Məhkəmə iclasında İddiaçı MMC-nin vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməmiş və iddia ərizəsinin məzmunundan, habelə nümayəndə X6 mövqeyindən çıxış edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 06 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən və penitensiar xidmətin əməkdaşları tərəfindən əvvəlki məhkəmə iclasına gətirilmiş Cavabdeh3 bildirmişdir ki, İddiaçı MMC-də mövcud olan iş prorsesinə əsasən Cavabdeh1 sistemdən vurulmuş qaimələri yığıb verirdi anbara. Anbardan qaimələrdə göstərilən miqdarda malları fəhlələr nəqliyyat vasitəsinə yığırdı. Mallar anbardan çıxarkən anbardar malları qaimə-faktura üzrə yoxlanışını həyata keçirirdi və mallar anbardan götürülərkən qaimə-fakturaya onlar imza edirdi. Hərdən heç onlar da anbarda qaimələrə imza etmirdi. Sonra onlar malları ünvan sahiblərinə çatdırırdılar və həmin vaxt da qaimə fakturaya mağazanın məsul şəxsi və o imza edirdi. İmzalanmış qaimənin bir nüsxəsi mağazanın məsul şəxsində qalırdı. Bir nüsxəsini də ya onlar özləri idarəyə apararaq təhvil verirdilər, ya da Cavabdeh1 verirdilər ki, o, aparıb təhvil versin. Ondan əvvəl Cavabdeh1 ilə Bəhram adlı sürücü işləmiş, Bəhram işdən çıxandan sonra isə o, Cavabdeh1 ilə işləməyə başlamışdır. O, adətən Cavabdeh1 təhkim olunmuş mağazalara mal daşıyırdı. Onun mal aparacağı mağazanı məhz Cavabdeh1 ona deyirdi, hətta yolu tanımayanda da ona yolu izah edirdi. O, Cavabdeh1 sifarişi əsasında ona təhkim edilmiş mağazalardan kənar mağazaya mal aparmamışdır. O, ödənişlə bağlı hissədə iştirak etmədiyindən ödənişin necə həyata keçirilməsi barədə məlumatlı deyil. Ən çox mal apardığı mağaza “Metropark”ın yanında olan supermarket olmuşdur
20. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 İddiaçı MMC-də sürücü vəzifəsində işlədiyini bildirərək, Cavabdeh3 izahatına uyğun izahat vermişdir. Əlavə olaraq bildirmişdir ki, mal təhvil verildikdən sonra o, qaimə-fakturaların 90% hissəsini şəxsən idarəyə vermiş, 10% hissəsini də Ravilə vermişdir ki, sonuncu idarəyə aparıb təhvil versin. O, Cavabdeh3la az müddət işləmiş və hazırda məhkəmə iclasında iştirak edən və anbardar olan Zaur Muradovu isə tanımır, yəni, o, işlədiyi müddətdə onu görməmişdir.
21. İştirak etdiyi məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X13 malların anbardan çıxarılmasına cavabdehlik daşıdığını və malların qaimələr üzrə ayırıb təhvil verdiyini, mallar anbardan çıxdıqdan sonra növbəti prosedurlarda iştirak etmədiyini bildirmişdir.
22. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X14 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə bu üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar; 191-ci maddəsinin 2-ci bəndinə əsasən a) ziyanın həqiqətən vurulduğunun aşkar olunması; b) təqsirkarın əməlinin, yəni hərəkəti və ya hərəkətsizliyinin qanuna zidd olması; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqənin olması şərtlərinin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır; 192-ci maddəsinin 1-ci bəndinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır; 192-ci maddəsinin 2-ci bəndinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar; 194.1-ci maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur; 194.2-ci maddəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir; 199-cu maddəsinin “a” bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır; 200-cü maddənin 1-ci hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər; 200-cü maddəsinin 5-ci hissəsinə əsasən tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır; 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir; 203-cü maddəsinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına əsasən istər işəgötürən, istərsə də işçi əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə mülki qanunvericilik normaları əsasında deyil, əmək qanunvericiliyi normaları əsasında maddi məsuliyyət daşıyır və vurulmuş ziyanın ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı mülki hüquqi müqavilənin bağlanması tələb olunmur. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər (Əmək Məcəlləsinin 203 və 205-ci maddələri). Eyni zamanda, qeyd edilmişdir ki, Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənin - tam maddi məsuliyyət götürülməsi barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması qaydaları isə Əmək Məcəlləsinin 200-cü maddəsi ilə müəyyən edilmişdir. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
28. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi xahiş edilsə də, hüquqi nəticə etibarı ilə qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməkdə səhvə yol verərək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməli, birinci instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir.
30. Məhkəmə kollegiyası mülki işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən ilk növbədə qeyd edir ki, cavabdeh iddiaçı cəmiyyətdə xx.xx.2019-cu il – xx.xx.2020-ci il tarixlərdə ekspeditor vəzifəsində işləmişdir. xx.xx.2020-ci il tarixdə cəmiyyətin satış müdiri cəmiyyətin direktoruna raportla müraciət edərək, cavabdehin öhdəliyində onun sifarişi əsasında təhvil verilmiş malların dəyərindən 104.211,68 manat hissəsinin ödənilməmiş qaldığını bildirmişdir. Bu səbəbdən cavabdehin əmək fəaliyyəti zamanı qəsdən yol verdiyi kobud səhvləri və təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində müəssisənin mənafeyinə ciddi xələl gətirməsi və müəssisəyə maddi ziyanın vurulması faktlarının və müvafiq əlaqəli sənədlərin araşdırılması, onun tərəfindən vurulmuş ziyanın məbləğinin və ödəniləcək məbləğin həcminin müəyyən edilməsi məqsədi ilə xx.xx.2020-ci il tarixdə komissiya yaradılmış və həmin komissiya tərəfindən aparılmış araşdırma nəticəsində müəssisənin maddi məsul işçisi kimi cavabdehin adına qeyd edilmiş obyektlər üzrə onun təqsiri nəticəsində 104.211,68 manat məbləğində borc qalığı yarandığı müəyyən edilmişdir. Bu barədə xx.xx.2020-ci il tarixli, 21 saylı akt tərtib edilərək, komissiyanın üzvləri tərəfindən imzalanmışdır.
31. Hazırda iddiaçı həmin məbləğdə zərərin cavabdeh tərəfindən vurulduğunu, o cümlədən onun sifarişi əsasında ona təhvil verilmiş malların daha ucuz qiymətə fərqli ticarət obyektlərinə təhvil verildiyini, cəmiyyətlə tam maddi məsuliyyət müqaviləsi bağlamış maddi məsul şəxs olaraq onun bu məbləği ödəmək öhdəliyini daşıdığını iddia edir və həmin məbləğin ondan tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir. İddiaçı ilə “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlamadığını, ambardan mal qəbul etmədiyini, ticarət obyektlərinə təhvil verilmiş malların qaimə-fakturalarını cəmiyyətə təqdim etmək vəzifəsini daşımadığını, təqdim edilmiş qaimə-fakturalarda olan imzaların da ona məxsus olmadığını, yalnız ticarət obyektlərinin istəklərinə uyğun cəmiyyətə sifarişlər barədə məlumat göndərdiyini, təhvil verilmiş malların dəyərini ticarət obyeklərindən yığmaq öhdəliyini daşımadığını, təhvil verilmiş mallar üzrə ödənişlərin nağdsız qaydada həyata keçirilməsi səbəbindən bu məbləğlərin onun tərəfindən yığılmasının da qeyri-mümkün olduğunu bildirir və iddianın ona aid hissədə də rədd edilməsini xahiş edir.
32. Məhkəmə kollegiyası mübahisənin mahiyyətini nəzərə alıb qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Belə ki, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqedən çıxış etmişdir. (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).
34. Bu baxımdan iddiaçı öz iddiasına uyğun olaraq cavabdehin ona 104.211,68 manat məbləğində maddi zərər vurduğunu sübuta yetirməli, bununla bağlı aidiyyəti, o cümlədən bu məbləğin müəyyən edilməsini mümkün edən sənədləri təqdim etməli idi. Lakin nəticə etibarı ilə iddiaçı iddiasını sübuta yetirə bilməmişdir.
35. Belə ki, iddiaçı cavabdehlə aralarında xx.xx.2019-cu il tarixdə “Tam maddi məsuliyyət haqqında” müqavilənin bağlanmasını bildirməklə, həmin müqaviləni məhkəməyə təqdim etsə də, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə - xəttşünaslıq ekspertizası üzrə aparılmış ekspert tədqiqatına əsasən bu müqavilədə olan imzanın cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Başqa sözlə, ekspert rəyinə əsasən cavabdeh belə bir müqavilə imzalamamışdır. Onun bu məsələ üzrə cinayət tərkibi olan təqsirli hərəkətlərə yol verməsi də müəyyən edilməmişdir. Qeyd edilənlər öz növbəsində mövcud olduğu təqdirdə belə iddia üzrə tələb edilən məbləğdə ziyanın cavabdehdən tutulmasını istisna edir. Belə ki, mövcud vəziyyətdə cavabdeh iddiaçıya vurulan ziyana görə ən yaxşı halda yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıya bilər.
36. Xüsusilə qeyd edilməlidir ki, cavabdeh xx.xx.2019-cu il – xx.xx.2020-ci il tarixlərdə ekspeditor vəzifəsində işləmişdir. Araşdırma zamanı isə xx.xx.2019-cu il – xx.xx.2020-ci il tarixlər üzrə (9 ay) borcun yarandığı müəyyən edilmişdir. Bununla belə, real olaraq borc yaranmışdırsa da, həmin borcun bir hissəsi cavabdehin rəsmi olaraq ekspeditor vəzifəsində işləməyə başladıqdan təxminən bir ay əvvəl yaranmışdır. Borcun yarandığı son tarixdən (xx.xx.2020-ci il) sonra cavabdeh hələ 1 aydan artıq müddət ərzində öz vəzifəsində işləməyə davam etmişdir. Halbuki, malların saxlanıldığı saxlanc yerində (anbarda) onların dəqiq hesabatı aparılır, anbardan götürülən və ticarət obyektlərinə təhvil verilən mallar aidiyyəti qaimə-fakturalarda qeyd edilir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi X12 cavabdehin birbaşa rəhbəri olan şəxsin özünün 15 gündən bir anbardan çıxan mallarla imzalı qaimə-fakturaları üzləşdirdiyini bildirmişdir. Belə olan halda, habelə satış şöbəsinin mövcud olduğu, mütəmadi olaraq təhvil verilən malların hesablanması aparıldığı bir vəziyyətdə vergi ödəyicisi olan iddiaçının qeyd edilən məbləğdə borcun mövcudluğunu yalnız 2020-ci ilin iyun ayında (9 ay ərzində borcun olduğunun aşkar edilməməsi) müəyyən etməsi, ümumiyyətlə satış şöbəsinin belə bir raportla yalnız bir neçə aydan sonra müraciət etməsi anlaşılmazdır. Hər bir halda, 2019-cu ilin (hesabat ilinin) sonunda aparılmış hesabat zamanı malların dəyərinin ödənilmədiyi müəyyən edilməli, bu kimi məlumatlar vergi sənədlərində öz əksini tapmalı idi.
37. Nəzərə alınmalıdır ki, iddiaçı ilə cavabdeh arasında mövcud olan əmək münasibətlərinə xx.xx.2020-ci il tarixdə (hər iki tərəf bu mövqedən çıxış edir) xitam verilmişdir. Lakin onun ekspeditor olmasına baxmayaraq, iddiaçı tərəfindən onunla hər hansı haqq-hesabın aparıldığı, o cümlədən anbardan təhvil alınmış və ticarət obyektlərinə təhvil verilmiş mallara görə borcun qalıb-qalmadığının təftiş edildiyi, habelə üzləşmə aktının tərtib edildiyi müəyyən edilmir. İddiaçı cavabdehlə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyini bildirsə də (cavabdeh öz ərizəsi ilə işdən çıxdığını qeyd edir, digər cavabdehlərin tərəflərin təşəbbüsü ilə tutduğu vəzifədən azad olunduğu iş materiallarında olan əmək müqaviləsi bildirişi ilə öz təsdiqini tapır) bu halı təsdiq edən hər hansı sübutu, habelə ümumiyyətlə vəzifə təlimatını məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən cavabdehin bu maddə ilə tutduğu vəzifədən azad edilməsi əmək qanunvericiliyinin tələbləri baxımından bir sıra tədbirlərin görülməsini, o cümlədən ondan izahatın alınmasını şərtləndirir. Lakin bu halların hər hansı biri müəyyən edilmir. İddiaçı tərəfindən aparılmış araşdırma isə xx.xx.2020-ci il tarixdən sonrakı dövrə təsadüf edir. Lakin bu halın mövcudluğu yenə də aşkar edilmiş pozuntular üzrə onun cəmiyyətə dəvət edilməsini, sənədlərlə tanış olmaq üçün ona təqdim edilməsini və sair aidiyyəti tədbirlərin görülməsini istisna etmirdi. İddiaçı isə qeyd edilən tədbirləri görməyərək, yalnız hazırki iddia ilə məhkəməyə müraciət etməzdən bir neçə gün əvvəl cavabdehlərə pretenziya məktubu göndərmişdir. Nəticə etibarı ilə cavabdehlə əmək münasibətlərinə xitam verilən zaman ona qarşı maddi zərərin vurulmasından irəli gələn hər hansı pretenziya və ya tələb irəli sürülməmişdir. Bu da öz növbəsində ona qarşı belə bir pretenziyanın irəli sürülməsi üçün hər hansı əsassın olmadığını, bu nəticəyə uyğun olaraq da onun iddiaçıya hər hansı məbləğdə maddi zərər vurmadığını təsdiq edir.
38. İddiaçı tərəfindən yaradılmış komissiyanın tərtib etdiyi xx.xx.2020-ci il tarixli aktla bağlı qeyd edilməlidir ki, həmin aktda göstərilən borc məbləği ilə bundan 7 gün əvvəl cəmiyyətin satış şöbəsinin təqdim etdiyi raportda əks olunmuş borc məbləği eynilik təşkil edir. Aktda ümumilikdə 104.211,68 manat dəyərində malların kontragentlər tərəfindən təhvil alınmamasının təsdiqləndiyi göstərilmişdir. Halbuki, raportda əks etdirilmiş cədvəldə həm çatdırılmış, həm də çatdırılmamış məhsul üzrə hesabat aparılmışdır. Həmin cədvəldən çatdırılmış məsul üzrə də məbləğin tam ödənilmədiyi, habelə çatdırılması təsdiqlənməmiş məsul üzrə ödənişlərin aparıldığı müəyyən edilir. Məsələn, cədvəlin 55-ci bəndində “Rahat Alvadi” satış obyektinə məsulun çatdırılmasının təsdiqlənmədiyi, eyni zamanda həmin məhsul üzrə 2.005,93 manat məbləğində pulun ödənildiyi qeyd edilmişdir. Lakin çatdırılmamış məhsul üzrə ödənişin hansı qaydada, hansı səbəbdən və hansı şəxs (ticarət obyekti) tərəfindən aparıldığı müəyyən edilmir. Bundan başqa, cədvəlin 92-ci bəndində həm “Sebet güneshli” ticarət obyektinə məhsulun çatdırılmaması, həm də 326,88 manat dəyərində məhsulun qaytarıldığı qeyd edilmişdir. Bu məlumat da çatdırılmamış məhsul üzrə qaytarılmanın hansı qaydada mümkün olması məsələsinə aydınlıq gətirilməsini zəruri edir və nəticə etibarı ilə bu məsələ də açıq qalır. Cavabdehə təhvil verilmiş məhsullara görə ödənişlərin hansı qaydada aparıldığını (nağd şəkildə, cəmiyyətin kassasına mədaxil etmə və ya köçürmə yolu ilə) da müəyyən etmək olmur.
39. Digər tərəfdən bu cədvəldə əks olunmuş məlumatlarla təqdim edilmiş məhsulun təhvil verilməsi sənədlərində və qaimə-fakturalarda əks olunmuş məlumatlar (anbardan təhvil verilmiş məhsulun dəyəri) üst-üstə düşmür. Həmçinin, 5 ədəd qaimə istisna olmaqla digərlərinin hər hansı birində cavabdeh məhsulu təhvil almasını öz imzası ilə təsdiq etməmiş və ya imzanın onun tərəfindən icra edilmədiyi müəyyən edilmişdir. Sadəcə olaraq bu sənədlərin üzərində onun adı qeyd edilmişdir. Onun imzası olan 5 ədəd faktura üzrə (1ci cild, i.v. 158-ci, 163-cü, (212-ci, 213-cü – eyni məsul) və 217-ci) təhvil verilmiş məsulun ümumi dəyəri (109,89 + 359,64 + 11,50 + 574,38 = 1.055,41) 1.055,41 manat təşkil edir. Lakin bu məhsulun tam dəyərinin və ya onun hər hansı hissəsinin ödənilməməsi öz təsdiqini tapmır. Qeyd edilənlər öz növbəsində iddiaçıya məxsus məhsulun anbardan cavabdeh tərəfindən təhvil alınmadığını və ticarət obyektlərinə təhvil verilmədiyini təsdiq edir. Həmin sənədlərdə məhsulu anbardan qəbul edən şəxs olaraq digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 adı qeyd edilmişdir.
40. Cavabdehin məsulun təhvil alınması və təhvil verilməsi prosesində iştirak etməməsi iş üzrə tərəflərin izahatı və şahidlərin ifadəsi ilə də təsdiq edilir. Belə ki, işə birinci instansiya məhkəməsində baxılan zaman xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən şahid X3 cəmiyyətdə satış müdiri vəzifəsində işlədiyini, sifarişlərin proqram vasitəsi ilə ofisə göndərdiklərini, çatdırılmalı olan məhsulun həm sürücü, həm də müştəri tərəfindən imzalandığını, bununla bağlı qaimələrin 3 nüsxədə olduğunu, bir nüsxənin anbarda, digər nüsxələrin isə müvafiq olaraq müştəridə və ofisdə olduğunu, satış təmsilçisinin məhsulla təmasda olmadığını bildirmişdir. Digər şahid X8 isə cavabdehlə iş yoldaşı olduğunu, ekspeditorun marketdən sifariş götürdüyünü, sürücünün təhvil-təslim etdiyini bildirmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında şahid X15 cəmiyyətdə təmsilçi vəzifəsində çalışdığını, onların mağazadan sifariş götürdüyünü, məhsulun isə cəmiyyət tərəfindən çatdırıldığını, məhsulun sürücülər tərəfindən təhvil verildiyini və pulların onlar tərəfindən yığıldığını qeyd etmişdir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 da cəmiyyətdə sürücü vəzifəsində işlədiklərini, Cavabdeh1 sistem vasitəsi ilə göndərdiyi sifarişlərə uyğun olaraq məhsulun anbardan onlar tərəfindən qəbul edildiyini və bu barədə qaimə-fakturalara imza etdiklərini, ticarət obyektlərinə təhvil verilən məhsulla bağlı da qaimə-fakturaların onlar və həmin obyektlərin məsul şəxsləri tərəfindən imzalandığını və sonradan onlarda qalan nüsxənin onlar tərəfindən cəmiyyətə aparıldığını, Ravil cəmiyyətə gedən zaman vaxta qənaət etmək üçün hərdən cəmiyyətə təqdim etmək üçün fakturaları (fakturaların 10%) Ravilə verdiklərini bildirmişdilər.
41. xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş ərizədə də iddiaçı koronovirus pandemiyası ərəfəsində iş yerlərinin bağlanması ilə əlaqədar sifarişlərin artırılması məqsədi ilə satış nümayəndələrinə sifarişlərin artırılması üçün maksimum şəraitin yaradıldığı və malların çatdırılmasının, həmçinin, təhvil təslim edilməsinin sürücülərə həvalə edildiyini bildirmişdir. Ərizədə həmçinin, məhsulun anbardan cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən təhvil alındığını və həmin sənədlərdə göstərilən məhsulu təhvil alan müştərilərin imzalarının onlar tərəfindən saxtalaşdırıldığı, təhvil qəbul qaimələrinin (satış qaimələrinin) sürücü cavabdehlər tərəfindən saxtalaşdırılmasının və müştərilər tərəfindən təhvil alınmamasının eyni sürücülərin imzasından aydın göründüyü göstərilmişdir. Bu mövqeyinə, o cümlədən Cavabdeh3 ilə bağlanmış tam maddi məsuliyyət haqqında müqaviləni təqdim etməsinə baxmayaraq, cavabdehlərə münasibətdə iddia rədd edilsə də, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş və bu nəticə ilə razılaşmışdır. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında cavabdehin vəkili Vəkil1 suallarına cavab olaraq, iddiaçının nümayəndəsi X12 bildirmişdir ki, onlar hələ özləri də müəyyən edə bilmirlər ki, mallar mağazalara təhvil verilib və bunun əvəzinə ödənişlər yığılmayıb, yoxsa ümumiyyətlə mallar mağazalara təhvil verilməyibdir. Həm bu nümayəndə (qanuni təmsilçi), həm də şahid X15 cavabdeh tərəfindən məhsulun daha ucuz qiymətə başqa bir ticarət obyektinə, Samir adlı şəxsə verildiyini bildirir. Lakin bu halı da təsdiq edən hər hansı sübut təqdim edilmir.
42. Mübahisələndirilən məbləğlərin əks olunduğu qaimə-fakturaların 4 ədədində (5 ədəddir, 2-si eyni məhsullarla bağlıdır) imzaların cavabdehə məxsusluğu məhkəməxəttşünaslıq ekspertizası ilə təsdiqləndiyindən, habelə iddiaçının təqdim etdiyi cədvəl, raport və aktda göstərilən məlumatlar və məbləğlərə dair bütün sübutlar (həmin sənədlərin tərtib edilməsinə əsas olmuş sənədlər) təqdim edilmədiyindən iddia edilən məbləğin düzgünlüyünün yoxlanılması, bununla da işin tam və hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədi ilə mülki iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir. Lakin tədqiqatın aparılması üçün ekspert tərəfindən bir neçə dəfə aidiyyəti sənədlərin təqdim edilməsi barədə vəsatətin qaldırılmasına, həmçinin vəsatətə uyğun sənədlərin təqdim edilməməsi səbəbindən qərardadın mülki işlə birlikdə icrasız məhkəməyə qaytarılmasına baxmayaraq, iddiaçı tərəf tələb olunan materialları, o cümlədən kontragentlər tərəfindən qəbul edilmiş mallara görə ödənişlərin təhvil verilməsi haqqında kassa mədaxil orderləri və ya köçürmə yolu ilə ödəniş sənədlərini, cavabdehin sifarişləri əsasında xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan debitor və ya kreditor üzrə dövriyyə saldo cədvəlləri (aylar üzrə qalıqlar göstərilməklə) və auditorlar tərəfindən təqdim edilmiş audit rəyi və rəyin nəticəsində istifadə olunmuş ilkin muhasibat və digər sənədlər haqqında məlumatları təqdim etməmiş və nəticədə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/1351/2024 nömrəli məktubu ilə məhkəmə ekspertizasının aparılmasından artıq ikinci dəfə imtina edilmişdir.
43. Bununla belə, iddiada göstərilən məbləğdə zərərin vurulması ilə bağlı sübutetmə yükünün iddiaçının üzərində olmasına baxmayaraq, iddiaçı tərəf nəinki iddia tələbinin uğurluluğuna nail olmaq üçün sübutlar təqdim etmiş, həmçinin, sənədləri təqdim etməməklə hüquqi nəticə etibarı ilə işin hərtərəfli araşdırılması üçün məhkəmə-mühasibat ekspertizasının keçirilməsinə də maneəçilik törətmişdir. Belə olan halda, iddia edilən məbləğdə zərərin nəinki cavabdehin təqsirli hərəkətləri nəticəsində yarandığı öz təsdiqini tapmır, ümumiyyətlə mövcud olduğu halda belə vurulmuş zərərin məbləğinin özü qeyrimüəyyən olaraq qalır. Qeyd edilənlər öz növbəsində cavabdehdən nəinki iddia üzrə tələb edilən, hətta yalnız onun 1 aylıq əmək haqqı məbləğində zərər məbləğinin tutulmasını, yəni Əmək Məcəlləsinin 200.5-ci maddəsinin tətbiq edilməsini hüquqi nəticə etibarı ilə qeyri-mümkün edir. Bu səbəbdən, məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq apellyasiya şikayətinin bu qəbildən olan dəlillərini əsaslı hesab edir.
44. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili kimi göstərildiyindən iddianın mediasiya təşkilatına müraciət edilmədən birbaşa məhkəməyə verilməsi və birinci instansiya məhkəməsi tərəfindən bu hal nəzərə alınmadan işə mahiyyəti üzrə baxılması arqumentinə münasibətdə qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbi xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi hal üzrə mülki prosessual qanunvericilikdə müvafiq dəyişiklik isə xx.xx.2021-ci il tarixdə qüvvəyə minmişdir. Başqa sözlə, hazırki iddia qanunvericilikdəki həmin dəyişiklikdən əvvəl qaldırıldığından həmin müddəa hazırki mübahisəyə tətbiq edilə bilməz.
45. Beləliklə, məhkəmə kollegiyası yuxarıda nümayiş etdirilmiş hüquqi mövqeyini əsas götürüb, belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia həmin hissədə rədd edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən Cavabdeh1 aid edilməlidir.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(010)- 1847/2021 saylı qətnaməsi mübahisələndirilən, yəni “Cavabdeh1 104.211,68 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.