Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1142/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdeh MMC-nin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması tələbinə dair” ilkin, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “lizinq müqaviləsinin ləğvi, borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair” qarşılıqlı iddiasına dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(011)-2571/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsassız varlanma nəticəsində əldə edilmiş 9775 manatın, vurulmuş mənəvi ziyana görə 16000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qalıq 9775 manatdan avtomobilin təmirinə xərclənmiş 3000 manatın, 826 manat inzibati cəriməninin və 449 manatın çıxılaraq, yekun olaraq 5500 manatın cavabdehdən alınıb, ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 10.07.2019-cu il tarixində cavabdehlə aralarında bağlanmış X3 əsasən, “SaipaSaina” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil ona lizinqə verilmişdir. İlkin ödəniş olaraq 4000 manat ödənilmişdir. Müqaviləyə əsasən, hər ay 385 manat pul ödənilməlidir. 2019-cu il noyabr ayınadək hər ay 385 manat, cəmi 10.160 manat pul ödənilmişdir. Avtomobil əvvəldən nasaz vəziyyətdə olub və istismar edərkən onun hesabına düzəldilib. Həmin nasazlığı aradan qaldırmaq üçün 1200 manat xərc çəkmişdir. Sonuncu dəfə 2019-cu ilin dekabr ayında avtomobilin yenidən mühərrikində nasazlıq baş vermiş və ustaya aparılmışdır. Buna baxmayaraq növbəti ayın ödənişi olmadığı üçün yanvarın əvvəli 2020-ci ildə cavabdehin əməkdaşları avtomobili təmir yerindən aparmışdılar. Lizinq müqaviləsi birtərəfli qaydada pozulmuşdur. Bundan sonra cavabdehə pretenziya verərək, indiyə kimi ödənilmiş 10.160 manatdan bir ayın ödənilməmiş pulunu yəni 385 manat çıxaraq, qalan 9775 manatı ona qaytarılmasını xahiş etmiş, lakin cavabdeh imtina etmişdir. Müqavilə pozularkən çox vaxt lizinq şirkətlərinin öz köhnə müştərilərinə nəyə görə pulu qaytarmalı olmalarını anlamaq üçün bir az lizinqin mahiyyətinə nəzər salmaq lazımdır. Bir tərəfdən lizinq icarədir, amma adi deyil, müddətin sonunda satınalmaq hüququ olan icarədir. Yəni növbəti ödənişi edərkən lizinq şirkətinin müştərisi həm icarə,həm də götürülmüş lizinq obyektin satın alınması üçün pul ödəyir. Beləliklə, əgər lizinq şirkəti zaman onun tərəfindən əsassız varlanma mövcuddur. Lizinq alan pul vəsaitinin geri tələb etmək hüququna malikdir. Eyni zamanda belə vəziyyət onun mənəvi-psixoloji ovqatının pozulmasına, əsəb sisteminin gərginləşməsinə, iztirab keçirməsinə, gündəlik fəaliyyətinin ahəngdarlığına mənfi təsir göstərməklə ümumilikdə mənəvi əzab çəkməsinə gətirib çıxarmışdır. Cavabdehin qanuna zidd əməlləri nəticəsində dəymiş mənəvi ziyanın miqdarını 16000 manat dəyərləndirir. Cavabdeh MMC cavabdeh İddiaçı qarşı “lizinq müqaviləsinin ləğvi, borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 107-18 saylı, 10.07.2018-ci il tarixli Daxili lizinq müqaviləsi üzrə ödənilməmiş 1540 manat əsas borc, 233 manat hesablanmış faiz borcu, yol hərəkəti qaydalarının pozuntusu nəticəsində yaranmış 826 manat cərimə, lizinq obyekti olan avtomobilə dəymiş 1965 manat maddi ziyan olmaqla, 4564 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutuaraq iddiaçıya ödənilməsi, avtomobilin qeydiyyat şəhadətnaməsinin və ehtiyat açarlarının cavabdehdən alınaraq iddiaçıya verilməsi və 10 iyul 2018-ci il tarixli, 107-18 saylı müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçılə aralarında 10 iyul 2018-ci il tarixdə lizinq obyektinin müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişləri icra etmək qarşılığında müvəqqəti sahiblik və istifadəyə verilməsinə dair 107-18 saylı Daxili lizinq müqaviləsi bağlanılmışdır. 48 aylıq müddətə bağlanılmış müqavilənin şərtlərində nəzərdə tutulan öhdəliklər iddiaçı tərəfindən tam şəkildə ödənilsə də cavabdeh İddiaçı müqavilə üzrə öhdəliklərini tam icra etməyərək 16 aylıq müddətə ödənişləri ödəsə də, ödənilməsi nəzərdə tutulan 12.305 AZN qalıq pulu ödəməkdən qərəzli olaraq boyun qaçırır. Bundan başqa cavabdeh istifadəsində olan avtomobili müqavilə şərtlərinə zidd olaraq saz və istifadəyə yararlı vəziyyətdə saxlamadan lizinq obyektini yararsız hala salmış, avtomobildən istifadə edərkən yaranmış 826 manat cərimə borcunu müqavilənin 2.7-ci maddəsinin tələblərinə zidd olaraq 5 iş günü ərzində ödəməmiş, həmçinin sonuncu ödəniş 2019-cu ilin noyabr ayı üçün 17 gün gecikmə ilə ödəməklə ödəniş etsə də 5 aydan artıqdır ki, aylıq ödənişləri ödəməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq müqavilə üzrə nəzərdə tutulan öhdəliklərini ödəməkdən qərəzli olaraq boyun qaçırmışdır. Tərəflər arasında bağlanılmış X2 9.1-ci maddəsinə əsasən, öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan Qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Müqavilənin 10.1-ci maddəsinə görə, lizinq alan lizinq obyektini işlək halda saxlamadıqda, lizinq obyektinin texniki keyfiyyəti pisləşdikdə, lizinq ödənişləri lizinq alan tərəfindən ödənilmədikdə, monitorinq zamanı əmlakın vəziyyəti qənaətbəxş hesab edilmədikdə və s. hallarda lizinq şirkəti pul məbləğlərini vəlizinq obyektini mübahisəsiz geri ala və Müqaviləni Beləliklə, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam olaraq icra etməməklə qarşılıqlı iddia üzrə iddiaçıya maddi zərər vurmuşdur. İddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz göndərərək göstərmişdir ki, qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, iddia ərizəsində qeyd edilir ki, avtomobilin ehtiyat açarlarını özündə saxlamışdır. Halbuki bu həqiqətə uyğun deyil. Cavabdehin əməkdaşları yanvar ayının əvvəlindən avtomobili apararaq, açarları da götürmüşdürlər. Daha sonra cavabdeh qeyd edir ki, artıq 5 aya yaxındır ki, müqavilə üzrə öhdəliklər yerinə yetirilmir. Burada xatırlatmaq istəyir ki,cavabdeh 5 aydan çoxdur ki, avtomobili alıb özündə saxlayır və birtərəfli müqaviləni pozmuşdur. Daha sonra cavabdeh qeyd edir ki, X3 əsasən ödənilməmiş 12,305 manat borclu qalmışdır. İş materiallarından görünür ki, ilkin ödəniş 4000 manat ödənilmişdir. 2019-cu il noyabr ayınadək hər ay 385 manat pul ödənilmişdir. Cəmi 10.160 manat pul ödənilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(011)-2571/2020 saylı ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 10 iyul 2018-ci iltarixli, 107-18 saylı X2 ləğv edilməsi, cavabdeh İddiaçı 10 iyul 2018-ci il tarixli, 107-18 saylı daxili lizinq müqaviləsi üzrə 1544 manat əsas borc, 233 manat faiz borcu, 1965 manat maddi ziyan olmaqla, cəmi 3738 (üç min yeddi yüz otuz səkkiz) manat borc və ödənilmiş dövlət rüsumunun 24,30 (iyirmi dörd manat otuz qəpik) manat hissəsi tutularaq iddiaçı Cavabdeh MMC-nin hesabına ödənilməsi, “Saipa Saina” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi və ehtiyat açarlarının cavabdeh İddiaçı alınıb Cavabdeh MMC-yə qaytarılması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilərək, iddiasının təmin edilməsini, qarşılıqlı iddianın təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-832/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(011)- 2571/2020 saylı qətnaməsi qarşılıqlı iddianın maddi zərərin məbləği və cəmi məbləğ hissələrində dəyişdirilmiş, maddi zərər məbləği 1785 (min yeddi yüz səksən beş) manat, cəmi məbləğ 3562 (üç min beş yüz altmış iki) manat müəyyən edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4751/2021 nömrəli, 04 noyabr 2021-ci il tarixli qərarına əsasən İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-832/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 10.07.2018-ci il tarixində cavabdehlə iddiaçı arasında X3 əsasən, ona “SAİPA SAİNA” markalı, 2018-ci il buraxılışı olan, **-PT-*** nişanlı avtomobil verilmişdir, ilkin ödəniş 4000 manat ödənilmişdir. Müqaviləyə əsasən, hər ay 385 manat pul ödənilməlidir. 2019-cu il noyabr ayınadək hər ay 385 manat pul ödənilmişdir. Cəmi 10.160 manat pul ödənilmişdir. İddiaçı qeyd edir ki, avtomobil əvvəldən nasaz vəziyyətdə olub və istismar edərkən onun hesabına düzəldilib. Həmin nasazlığı aradan qaldırmaq üçün 1200 manat xərc çəkib. Sonuncu dəfə 2019-cu ilin dekabr ayında avtomobilin yenidən mühərrikində nasazlıq baş vermişdir. Avtomobil ustaya aparılmışdır. Buna baxmayaraq, növbəti ayın ödənişi olmadığı üçün yanvarın əvvəli 2020-ci ildə cavabdehin əməkdaşları avtomobili və avtomobilin açarlarını təmir yerindən aparmışdılar. Lizinq müqaviləsi birtərəfli qaydada pozulmuşdur.Bundan sonra iddiaçı cavabdehə pretenziya verərək bildirmişdir ki, indiyə kimi ödənilmiş 10.160 manatdan bir ayın ödənilməmiş pulunu, yəni 385 manat çıxaraq, qalan 9775 manatınona qaytarılmasını xahiş etdi. Cavabdehin əməkdaşları iddiaçı ilə telefon əlaqəsi saxlayaraq bildirdilər ki, “belə bir təkliflə heç vaxt rast gəlməyiblər və lizinq müqaviləsinə əsasən, lizinq şirkəti tərəfindən hər hansı bir məbləğin qaytarılması barədə işlərlə rast gəlməyiblər. Əksinə,lizinq şirkəti müştərilərdən pul tələb edib.” Məhkəmə iclasında belə fikir irəli sürülmüşdür ki, lizinq müqaviləsində də qalıq pulun geri qaytarılması nəzərdə tutulmamışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsi, şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyator qətnamənin ləğv edilməsini xahiş etdiyindən apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının ilkin iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi hissəsində yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin edilmiş hissəsində qismən ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında 10 iyul 2018-ci il tarixli daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı (lizinq alanın) sifarişi ilə 2018-ci il buraxılışlı, “SaipaSaina” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil 11281 manat məbləğinə Cavabdeh MMC-nin (lizinq verənin) mülkiyyətinə alınmış və lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İddiaçı tərəfindən ilk 16 ay ərzində (yəni, 10.08.2018-ci ildən 10.12.2019-cu ilə qədər) hər ay müqavilə ilə nəzərdə tutulmuş məbləğ- 385 manat, cəmi 6160 manat pul ödənilmişdir. 10 yanvar 2020-ci il tarixində mübahisə predmeti olan avtomobil Cavabdeh MMC tərəfindən İddiaçı götürülmüşdür. 17.06.2020-ci il tarixli avtomobilə dəyən zərərə dair aktdan görünür ki, “Saipa Saina” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə İddiaçı istifadəsində olduğu dövrdə dəymiş zərərə görə avtomobilin təmirinə Cavabdeh MMC tərəfindən 1965 manat sərf olunmuşdur. Məhkəmə kollegiyasına Cavabdeh MMC tərəfindən təqdim edilmiş 176/2020 nömrəli, 17.06.2020-ci il tarixli arayışa əsasən, lizinq alan İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 10 iyul 2018-ci il tarixli, 107-18 saylı X3 əsasən lizinq obyekti olan “Saipa Saina” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobil müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişləri icra etmək qarşılığında Lizinq alan İddiaçı müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Lizinq obyekti olan avtomobil Lizinq alan İddiaçı tərəfindən Binəqədi rayonu ərazisindəki “Elit Ticarət Mərkəzi”nin arxasındakı avtoservisə verildikdən sonra Cavabdeh MMC-nin nümayəndəsinə zəng edib məlumat vermiş və avtomobil Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən yararsız vəziyyətdə təhvil götürülərək 10 mart 2020-ci il tarixdə Cavabdeh MMC-nin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Bakı Avtomobil Satış Mərkəzindəki duracağına təhvil verilmişdir. X2 şərtlərində nəzərdə tutulan öhdəliklər Lizinq alan İddiaçı tərəfindən tam icra edilmədiyi üçün Lizinq alan İddiaçı Lizinq verən Cavabdeh MMC-yə 10 mart 2020-ci il tarixədək 1540 manat əsas borcu, minimal hesablanmış faizlə 233,31 borcu, lizinq obyekti olan ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 1.965 manat maddi ziyan borcu yaranmışdır. İş üzrə keçirilmiş kompleks məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının 12 fevral 2021-ci il tarixli rəyindən görünür ki, İddiaçı Cavabdeh MMC-nə 10 yanvar 2020-ci il tarixə əsas borcu 8914,06 AZN, faiz borcu 284,28 AZN, 09 iyun 2020-ci il tarixə cərimə borcu 136,45 AZN təşkil edir. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 17.06.2020-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 2018-ci il buraxılışlı, “Saipa” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 1785,0 manat (dəyişilməli hissələrin qiyməti-1225,0 manat, təmir-bərpa işlərinin qiyməti -560,0 dəydəymiş manat) təşkil edir. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422 saylı məktubunda göstərilənlərə əsasən nəqliyyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əssasında əmtəəşünaslıq ekspertizasının servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizalarının aparılması məqsədə müvafiq hesab olunduğundan, 2(103)-8385/2020 saylı mülki iş üzrə ekspertiza tədqiqatı təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş 17.06.2020-ci il tarixli qüsur aktı üzrə təqribi və təxmini hesablanır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, İddiaçı Cavabdeh MMC ilə aralarında bağlanmış 10 iyul 2018-ci il tarixli, 107-18 saylı daxili lizinq müqaviləsində nəzərdə tutulan öhdəlikləri lazımınca yerinə yetirməməsi, nəticədə onun lizinq şirkətinə 1540 manat əsas borc, 233 manat hesablanmış faiz borcunun qalması, qarşılıqlı iddia üzrə cavabdehin təqsiri nəticəsində qarşılıqlı iddia üzrə cavabdehə 1965 manat məbləğində maddi ziyanın dəyməsi, nəticədə qarşılıqlı iddia üzrə iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması təsdiq olunur. Cavabdeh MMC qeyd olunan cərimə məbləğinin onun tərəfindən ödənilməsi və bunun nəticəsində həmin məbləği tələb etmək hüququnun yaranması barədə iddia ərizəsinə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyinə görə, “apelyasiya instansiyası məhkəməsi Cavabdeh MMC tərəfindən tələb olunan 1540 manat məbləğində əsas borcun hansı əsasla hesablandığını müəyyənləşdirməli olduğu halda, bu halı müəyyənləşdirməmişdir. Kompleks məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 fevral 2021-ci il tarixli rəyi ilə mübahisə predmeti olan avtomobilə 1785 manat məbləğində zərər dəydiyi müəyyənləşdirilsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin zərərin məhz İddiaçı tərəfindən vurulubvurulmaması ilə bağlı araşdırma aparılmamışdır. Bundan başqa, iddiaçı ilkin ödəniş olaraq 4000 manat pul ödədiyini bildirsə də, apelyasiya instansiya məhkəməsi bu hala hüquqi qiymət verməmişdir.” Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri əsasında yoxlanılan birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə qismən razılaşaraq aşağıdakıları qeyd edir: İşin mübahisəsiz olaraq bəlli olmuş hallarından başqa təkrar apellyasiya baxışı zamanı kassasiya instansiya məhkəməsinin də göstərişləri nəzərə alınmaqla müəyyən edilmişdir ki, 10.01.2020-ci ildən tarixdən avtomobil servisdən götürülmüşdür. Cavabdeh MMC tərəfindən məhkəmə kollegiyasına təqdim etdiyi arayışda, avtomobilin onlara təhvil verildiyi tarixin 10.03.2020-ci il olduğu göstərilmişdir. Kollegiya həmin arayışa tənqidi yanaşaraq qeyd edir ki, Cavabdeh MMC tərəfindən iddiaçıya sonuncu dəfə etibarnamə 18.11.2019-cu il tarixdə verilmişdir. Etibarnamənin qüvvədə olma müddəti 25.11.2019-cu il tarixədək göstərilmişdir. Bundan başqa, ilk apellyasiya baxışı zamanı kollegiya tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və lizinq müqaviləsi 10.01.2020-ci il tarixinə ödənilməmiş əsas və faiz borcunun məbləğinin hesablanması sualı ekspert qarşısında qoyulmuşdur. Ekspertiza rəyi kollegiya tərəfindən tədqiq edilmiş, 10 yanvar 2020-ci il tarixə borc məbləğləri müəyyən edilmişdir. Bütün bunlara baxmayaraq, Cavabdeh MMC nə ilkin apellyasiya instansiyası, nə də kassasiya instansiyası məhkəməsində işin araşdırılması zamanı borcun hesablanmasının son tarixi olaraq 10.01.2020-ci il kimi qeyd edilməsi mübahisələndirilməmişdir. Hətta ilkin apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi İ.İsmayılov izahatında (i:v: cild 1, səh. 184) avtomobilin iddiaçıdan 10.01.2020-ci il tarixdə təhvil alınmasını göstərmişdir. Belə olan halda, mübahisəsiz hal ondan ibarətdir ki, lizinq obyekti 10.01.2020-ci il tarixdə cavabdehə təhvil verilmişdir. Bunan başqa, məhkəmə kollegiyası, borcun hesablanması ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı tərəfindən müqavilənin bağlandığı tarixdən-10.08.2018-ci ildən 27.11.2019-cu ilə qədər hər ay müqavilə ilə razılaşdırılmış aylıq ödəniş olan 385 manat ödənilmişdir. 10 yanvar 2020ci il tarixində isə mübahisə predmeti olan avtomobil Cavabdeh MMC tərəfindən İddiaçı götürülmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, iddiaçı hər ayın 10-u 385 manat lizinq ödənişini lizinq verənə ödəməlidir. İşdə olan ekspertiza rəyindən görünür ki, iddiaçı 15.10.2019-cu il tarixdə 385 manat ödəniş etmişdir. 10 noyabr 2019-cu il tarixdə ödəniş etməli olduğu halda, ödənişi 27.11.2019-cu il tarixdə aparmışdır. Ödəniş cədvəlinə əsasən əsas məbləğ üzrə 385,34 manat (190.55 + 194.79), faiz məbləği isə 384,66 (194.45 + 190.21) manat (yəni, noyabr-dekabr, dekabr-yanvar ayları üçün) təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. - 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. - 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması,vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. - 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. - 748-1.12.4-cü maddəsinə görə isə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC iddia tələbində 1540 manat əsas borc və 233 manat faiz borcu tələb edir. Nə qədər ki, iddiaçı iddia tələbində 233 manat faiz borcu tələb edir, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbindən kənara çıxması yolverilməzdir. Belə olan təqdirdə, iddiaçı tərəfindən noyabr-dekabr, dekabr-yanvar ayları üzrə lizinq ödənişləri aparılmadığından əsas borc üzrə 385,34 manat, faiz borcu isə 233 manat məbləğində pul iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə əlaqəli şəkildə yoxlayaraq qeyd edir ki, 10.01.2020-ci ildən tarixdən avtomobil təhvil verilmiş, Cavabdeh MMC 10.03.2020-ci il tarixdən avtomobili təhvil aldığını qəbul etmiş və Cavabdeh MMC 17.06.2020-ci il tarixli avtomobilə dəyən zərərə dair akt əsasında İddiaçı zərərin əvəzini tələb etmişdir. İşdən, şübhəsiz olaraq aydın olur ki, lizinq obyekti 10.01.2020-ci ildən tarixdən İddiaçı istifadəsində olmamış, lizinq alana təhvil verilmişdir. Ötən müddət ərzində (yəni 10.01.2020-17.06.2020) lizinq alan tərəfindən lizinq obyektinə zərərin vurulması işdə olan hər hansı mötəbər sübutlarla öz təsdiqini tapmır və yalnız bu zərəri vurduğunu iddia edənin mülahizələrindən ibarətdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin “1965 manat maddi ziyanın tutulması” ilə bağlı gəldiyi nəticə sübutlarla təsdiq edilmədiyindən, qətnamə bu hissədə ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir. Həmçinin, iddiaçının ilkin ödəniş olaraq 4000 manat pul ödədiyini bildirərək bu pulun cavabdeh tərəfindən qaytarılmasını tələb etsə də, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 10 iyul 2018-ci il tarixli, 107-18 saylı daxili lizinq müqaviləsində tərəflərin belə bir müddəa məzmununda anlaşmadıqları təsbit edilmişdir. Bundan başqa, iddiaçı tərəfindən ilkin ödəniş olaraq 4000 manat məbləğində pulun ödənilməsi barədə sübut iş materiallarında təsbit edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, lizinq müqaviləsi üzrə tərəflərin hüquq və vəzifələri aralarında bağlanmış və iradə ifadələrini əks etdirən müqavilə ilə müəyyənləşdirildiyindən iddianın bu hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün mövqe tutmuşdur. Kollegiya İddiaçı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməli, təyin edilmiş məhkəmə ekspertizalarının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 50 manatı İddiaçı tutularaq, 50 manatı Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 384.0-384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (384.0.1); qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər (384.0.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 77, 217, 384-388, 392, 402-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(011)-2571/2020 saylı qətnaməsi “cavabdeh İddiaçı maddi ziyanın tutulması” hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə rədd edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(011)-2571/2020 saylı qətnaməsi “cavabdeh İddiaçı 10 iyul 2018-ci il tarixli, 107-18 saylı daxili lizinq müqaviləsi üzrə əsas və faiz borcunun tutulması” hissəsində dəyişdirilsin. İddiaçı 10 iyul 2018-ci il tarixli, 107-18 saylı daxili lizinq müqaviləsi üzrə əsas borc 385,34 manat, faiz borcu isə 233 manat məbləğində pul tutularaq Cavabdeh MMC-nin hesabına ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Məhkəmə ekspertizalarının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 50 manatı İddiaçı tutularaq, 50 manatı isə Cavabdeh MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1142/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1142/2022
15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver