Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11423/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (əri) X1 Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X2 iştirakları ilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsinin Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 17.12.2019-cu il tarixli, 2(005)-5080/2019 nömrəli qətnaməsinə izah verilməsində dair həmin Məhkəmənin 08.10.2021-ci il tarixli, 2(005)-5080/2019 nömrəli qərardadından cavabdeh X7 Liseyi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.12.2019-cu il tarixli, 2(005)-5080/2019 nömrəli qətnaməsinə izah verilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5080/2019 saylı, 17.12.2019-cu il tarixli icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə qərarına İddiaçı tələbinin, yəni “İddiaçı əvvəlki vəzifəsinə bərpa edilsin” cümləsinin, “əvvəlki aylıq əmək haqqı və dərs saatı ilə təmin olunması” kimi başa düşülməsinin düzgün olub-olmamasına aydınlıq gətirilməsi ilə bağlı izah verilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5080/2019 saylı, 17.12.2019-cu il tarixli icra sənədinə əsasən, əmək funksiyalarını yerinə yetirməyən işçiyə “sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi intizam tənbehi barədə” 13.09.20019-cu il tarixli, 416/H №-li İddiaçı barəsində X3 Vəqfi Bakı Atatürk Liseyinin əmri ləğv edilməlidir. X3 Vəqfi Bakı Atatürk Liseyinin İddiaçı işdən azad edilməsinə dair 07.10.2019-cu il tarixli, 417/H №-li əmri ləğv edilməli, İddiaçı müddətsiz əmək müqaviləsi bağlanılmaqla öz vəzifəsinə bərpa edilməlidir. İddiaçı məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulmalıdır. İcra sənədi şöbənin icraatına 16.04.2021-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu “X7 Liseyi”-nin ünvanına bildiriş göndərilmişdir. “X7 Liseyi” tərəfindən şöbəyə təqdim edilmiş 01.07.2021-ci il tarixli, 632 nömrəli əmrə əsasən “X7 Liseyi”-nin İddiaçı işdən azad edilməsinə dair 07.10.2019-cu il tarixli, 417/H №-li əmri ləğv edilmiş və İddiaçı müddətsiz əmək müqaviləsi ilə öz vəzifəsinə bərpa edilmişdir. Tələbkar ərizə ilə şöbəyə müraciət edərək, “X7 Liseyi”-nə “Azərbaycan dili və ədəbiyyatı” müəllimi vəzifəsinə 575,97 manat məbləğində əvvəlki aylıq əməkhaqqı olmaqla, minimum 20 saatlıq dərs yükü ilə tam bərpa olunmasını xahiş etmişdir. İcra sənədində tələbkarın tələb etdiyi əməkhaqqı və dərs yükü tələbi öz əksini tapmamışdır. Bu səbəbdən qətnaməyə həmin hissədə izah verilməlidir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 08.10.2021-ci il tarixli, 2(005)- 5080/2019 nömrəli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.12.2019-cu il tarixli, 2(005)-5080/2019 nömrəli qətnaməsinə izah verilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsinin ərizəsi təmin edilərək qətnamənin nəticə hissəsində üçüncü abzasında qeyd edilmiş “İddiaçı müddətsiz əmək müqaviləsi bağlanılmaqla öz vəzifəsinə bərpa edilsin.” cümləsinə aşağıdakı qaydada izah verilmişdir: İddiaçı müddətsiz əmək müqaviləsi bağlanılmaqla, əvvəlki əmək haqqı və dərs saatı ilə təmin olunaraq öz vəzifəsinə bərpa edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 08.10.2021-ci il tarixli, 2(005)- 5080/2019 nömrəli qərardadından cavabdeh X7 Liseyi şikayət vermiş, həmin şikayət təmin edilməyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.3-cü maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı İddiaçı və onun nümayəndəsi (əri) X4 Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 08.10.2021-ci il tarixli, 2(005)-5080/2019 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apellyasiya baxışı zamanı icra məmuru şikayətin təmin edilib-edilməməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh X7 Liseyinin nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, qətnamənin nəticə hissəsində “İddiaçı müddətsiz əmək müqaviləsi bağlanılmaqla öz vəzifəsinə bərpa edilsin.” cümləsinin qeyd edilən redaksiyada verilməsi qətnamənin icrasına maneələr yarada bilər. Bu səbəbdən məhkəmə “İddiaçı müddətsiz əmək müqaviləsi bağlanılmaqla öz vəzifəsinə bərpa edilsin.” cümləsinin “İddiaçı müddətsiz əmək müqaviləsi bağlanılmaqla, əvvəlki əmək haqqı və dərs saatı ilə təmin olunaraq öz vəzifəsinə bərpa edilsin.” kimi başa düşülməsi barədə qətnaməyə izah verilməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, “əvvəlki əmək haqqı və dərs saatı ilə təmin olunaraq” cümləsi qətnamədə göstərilməsə də, “İddiaçı müddətsiz əmək müqaviləsi bağlanılmaqla öz vəzifəsinə bərpa edilsin.” cümləsi özündə onun əvvəlki əmək haqqı və iş həcminin saxlanılmaq şərtini də özündə ehtiva edir. Məhkəmə eyni zamanda qeyd edir ki, həmin cümlə qətnamədə göstərilməsə də, iddiaçı bu hissədə qətnaməni yuxarı instansiya məhkəmələrində də mübahisələndirməmişdir. Bu da bir daha onu təsdiq edir ki, iddiaçının işə bərpa barədə tələbi tam şəkildə təmin edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apelyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 17.12.2019-cu il tarixli, 2(005)-5080/2019 nömrəli qətnaməsinə yuxarıda göstərilən qaydada izah verməklə düzgün nəticəyə gəlmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərardadının ləğvi üçün hüquqi əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya. qərara a l d ı: Cavabdeh X7 Liseyi tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsinin Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 17.12.2019-cu il tarixli, 2(005)-5080/2019 nömrəli qətnaməsinə izah verilməsində dair həmin Məhkəmənin 08.10.2021-ci il tarixli, 2(005)-5080/2019 nömrəli qərardadı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardadan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-11423/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11423/2021
23.11.2021 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver