Məhkəmə qərarları › İş №2(103)-1144/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1144/2022

26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1144/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədirlik edən və məruzəçi), Ziya Allahverdi oğlu Şirinov və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızıBağırlının katibliyi ilə, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 İrahim qızının nümayəndəsidir) iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti əsasında mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar X2 və X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11,400 ABŞ dolları pulun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Səbail Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər birgə apellyasiya şikayəti vermişdirlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək sözügedən qətnamədən iddiaçı X1 tərəfindən də apellyasiya şikayətinin verildiyini göstərmiş və işin Səbail Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mülki iş apellyasiya baxışından çıxarılmalı və prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün, yəni iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 362-ci maddəsinə əsasən apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. 363-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi ilkin olaraq apellyasiya şikayətini yoxlayır və həmin maddədə göstərilən hallarda apellyasiya şikayətini geri qaytarmaq səlahiyyətinə malikdir; 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və həmin maddənin tələblərinə cavab verən apellyasiya şikayətini işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehlərin verdiyi apellyasiya şikayəyi apellyasiya baxışından çıxarılmalı və mülki iş üzrə iddiaçı tərəfindən verilən apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 363, 364, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 2(009)-2633/21 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Bakı Apellyasiya Məhkəməsinin cavabdehlərin apellyasiya şikayətinin mümkün sayılması barədə 20.12.2021-ci il tarixli qərardadı ləğv olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 2(009)-2633/21 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələblərinə əməl edilməsi üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar