Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1144/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin X5 Xidməti” X3rşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-1144/2025 (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqınnın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin X5 Xidməti” X3rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqınnın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5131/2024 nömrəli 25 noyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 16 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 3T-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı "xxxx" ASC-nin Xətai rayonu Sukanal Departamentində xx.xx.2013-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin tullantı suların axıdılması xidməti üzrə qəza-bərpa işləri üzrə çilingəri vəzifəsində işləmişdir.
2. “İri Şəhərlərin X5 Xidməti” X7 Xətai Rayon Sukanal İdarəsinin İddiaçı ünvanladığı 28 iyun 2024-cü il tarixli ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlığa əsasən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə “İri Şəhərlərin X5 Xidməti” Publik hüquqi şəxs yaradılmışdır.
3. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin “İri Şəhərlərin X5 Xidməti” X7 xx.xx.2024-cü il tarixli 39-nömrəli əmri ilə “İri Şəhərlərin X5 Xidməti” X7 strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən iddiaçının tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin 9 təqvim həftəsindən sonra ləğv ediləcəyi bildirilmişdir.
4. İddiaçının nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla özünə iş yeri axtarmaq üçün o, bir iş günü işdən azad edilmiş, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə, ona bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü lissəsinə uyğun olaraq razılığı olduğu halda orta aylıq əmək haqqının 2 misli miqdarında birdəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsinə müraciət etdiyi gündən ləğv edilə bilər.
5. İddiaçı “İri Şəhərlərin X5 Xidməti” X7 Xətai Rayon Sukanal İdarəsinə ünvanladığı 05 avqust 2024-cü il tarixli ərizəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən aralarında bağlanmış 05 iyun 2013-cü il tarixli 055 saylı əmək müqaviləsinin 05 avqust 2024-cü il tarixdən əmək haqqının birdəfəyə ödəməklə ləğv edilməsi barədə onları məlumatlandırmışdır.
6. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin X5 Xidməti” PHŞ-nin Xətai rayon Sukanal İdarəsinin fəhlələrin 2024-cü il üçün ştat cədvəlinin surətindən görünür ki, idarədə 21 iyun 2024-cü il tarixinə qəza-bərpa işləri üzrə çilingər ştatı üzrə 18 ştat vahidi müəyyən edilmişdir.
7. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin X5 Xidməti” PHŞ-nin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əsasən ştat vahidinin ixtisara düşməsi ilə bağlı ona bildiriş təqdim edilmiş və xx.xx.2024-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Bildirilmişdir ki, şikayət ərizəsində qeyd etdiyi digər xüsusatlar öz təsdiqini tapmamışdır.
8. İş materiallarında olan 008530 saylı, xx.xx.1997-ci il tarixli vəsiqəyə əsasən İddiaçı müharibə veteranıdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh “İri Şəhərlərin X5 Xidməti” X3rşı “əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Xətai Rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 115 K nömrəli əmrinin ləğv olunması və onun həmin İdarədə uyğun işlə təmin olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Daha sonra iddiaçı məhkəməyə iddia həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh Xətai Rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 115 K nömrəli əmrinin ləğv olunaraq onun həmin İdarədə öz vəzifəsinə təmin olunmağı və işləmədiyi ayların əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2013-cü il tarixdə cavabdeh “İri şəhərlərin X5 Xidməti” X7 (keçmiş Azərsu ASC-nin) tabeliyində olan X2 (indiki Xətai rayon Sukanal İdarəsi) ilə rəsmi əmək müqaviləsi bağlayaraq həmin idarədə 4-cü dərəcə ilə kanalizasiya və yağış suyu şəbəkələrinin istismarı sahəsinə qəza-bərpa işləri üzrə çilingər kimi işə qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixədək həmin İdarədə müxtəlif peşə sahələrində çilingər kimi işləmişdir. Həmin tarixdə Xətai Rayon Sukanal İdarəsi rəisinin 115 K saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidinin ixtisarı ilə bağlı onunla Xətai Rayon Sukanal İdarəsi arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, barəsində verilmiş həmin əmr qanunsuzdur. Ona görə də ləğv olunmalıdır. Belə ki, o, uzun müddətdir ki, həmin idarədə işləyir, kifayət qədər stajı və müxtəlif sahələr üzrə iş təcrübəsi var. İdarənin ahəngdar işinin davam etməsi üçün başqalarına nisbətən onun daha çox köməyi dəyə bilər. İşlədiyi müddətdə dəfələrlə atestasiya olunmuş və işlədiyi peşəyə yararlı olduğunu sübut etmişdir. Həmçinin 1-ci Qarabağ Müharibəsinin iştirakçısıdır. Ona görə ştatlar ixtisar olunanda onun işdə qalmaq şansı başqalarına nisbətən daha çox idi. İdarə rəhbərliyi ştatların ixtisarı səbəbi ilə onun əmək müqaviləsinə xitam verəndə bu halları nəzərə almayıb və qanunsuz olaraq onu işdən azad edib. Ona görə də Xətai Rayon Sukanal İdarəsi rəisinin 115 K saylı əmri ləğv olunmalı və o, ya öz işinə, ya da həmin idarədə müvafiq bir işə bərpa olunmalıdır.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-5131/2024 nömrəli 25 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia tələbi təmin edilmiş, “İri Şəhərlərin X5 Xidməti” X8 Xətai Rayon Sukanal İdarəsinin əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli, 115-K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Xətai Rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin tullantı suların axıdılması xidməti üzrə qəza-bərpa işləri üzrə çilingəri vəzifəsinə bərpa edilməsi, İddiaçı işdən çıxarıldığı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməsi, cavabdehdən ödənilmiş mediasiya xərcinə görə 60 (altmış) manat iddiaçının xeyrinə tutulması qət edilmişdir.
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisarı ilə əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Belə ki, ixtisarın qanuni olması üçün ixtisar prosedurunun da qanunvericiliyə uyğun aparılması mühüm şərtdir. Hazırki işçiyə münasibətdə işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizi aparılmamış və onun nəticələri barədə sənəd tərtib edilməmişdir. Bundan əlavə Həmkarlar İttifaqının üzvü olan işçinin ixtisarı zamanı həmin təşkilatın əsaslandırılmış yazılı qərarı, eləcə də ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd cavabdeh tərəfindən məhkəmə iclasında təqdim edilməmişdir.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı müharibə veteranıdır və Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinə əsasən, üstünlük hüququnun müqayisəli analizi aparılmalı şəxslər siyasına daxildir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 35, Əmək Məcəlləsinin 2.3, 11.1, 16, 70, 71, 74, 77, 78, 80, 300.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 216-220, 358 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın təmin edilməməsi və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayətində göstərilmişdir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X5” X7 Xətai rayon Su kanal İdarəsi tərəfindən "xxxx" ASC-nin Xətai rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Tullantı suların axıdılması xidməti üzrə qəza-bərpa işləri üzrə çilingəri İddiaçı 13-16-5-2/2-03-148/2024 nömrəli, xx.xx.2024-cü il tarixində bildirişlə Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq verilmişdir. Xətai rayon Su kanal İdarəsi tərəfindən işciyə bildirilmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən “Sizinlə bağlanmış əmək müqaviləsi 9 təqvim həftədən sonra ləğv ediləcəkdir”. İddiaçı İdarəyə gələrək xx.xx.2013-cü il tarixli, 055 saylı əmək müqaviləsinin xx.xx.2024-cü ul tarixindən əmək haqqını birdəfəyə ödəməklə özü tərəfindən ləğv edilməsi barədə könülü olaraq xx.xx.2024-cü il tarixli, M-115 nömrəli ərizə vermişdir. Xətai rayon Su kanal İdarəsinin 05 avqust 2024-cü il tarixli, 115-k nömrəli əmri ilə Əmək Məcəlləsinin70-ci maddəsinin “b” bəndinə əsasən, İddiaçı ərizəsi əsas götürülərəkonun əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edilənlərdən göründüyü kimiiddiaçı 9 təqvim həftəsinin bitməsini gözləmədən qanunvericiliklə müəyyən edilmiş müavinətlərini alaraq əmək müqaviləsini ləğv edilməsinə təşəbbüs göstərmiş və cavabdeh tərəfindən iddiaçının rəsmi ərizəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir. Həmin sübutlar iş materiallarında mövcuddur. Lakin məhkəmə qətnamə qəbul edərkən bu faktlara hüquqi qiymət verməyərək əsassız qətnamə qəbul etmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanının 5.2-ci bəndinə əsasən Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidəntəşkili yolu ilə İri Şəhərlərin X5 Xidməti X8 yaradılmışdır. "xxxx" ASC-nin ştat vahidi 13800 olduğu təqdirdə, bugünki gündə İri Şəhərlərin X5 Xidməti X7 ştat vahidi 7700 olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
20. İddiaçı isə apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
21. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
22. Maddə 70 “b” bəndi. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
23. Maddə 71.1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
24. Maddə 74.2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. 25.Maddə 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 26.Maddə 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 27.Maddə 77.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 28.Maddə 77.4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. 29.Maddə 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 30.Maddə 78.2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda müharibə iştirakçılarının işdə saxlanmasına üstünlük verir. 31.Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 32.Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
33. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
40. Qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Göründüyü kimi, İddiaçı “İri Şəhərlərin X5 Xidməti” X7 Xətai Rayon Sukanal İdarəsində Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin tullantı suların axıdılması xidməti üzrə qəza-bərpa işləri üzrə çilingəri vəzifəsində 2013-cü il tarixdən işə başlamış və xx.xx.2024-cü il tarixədək, yəni 10 ildən çox həmin vəzifədə çalışmışdır. İşlədiyi dövrlərdə hüquqi şəxsin adı dəyişdirilsə də, İddiaçı eyni yerdə çalışmış və eyni işləri görmüşdür. İşəgötürənin xx.xx.2024-cü il tarixli əmrinə əsasən iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.
43. İddiaçının müharibə iştirakçısı olması və Əmək Məcəlləsinin 78.2-ci maddəsinə əsasən işdə saxlanmasına üstünlük hüququ ümumiyyətlə cavabdeh tərəfindən nəzərə alınmamışdır.
44. Kollegiya birinci instansiya məhkəməsini mövqeyi razılaşaraq, qeyd edir ki, ixtisarın qanuni olması üçün ixtisar prosedurunun da qanunvericiliyə uyğun aparılması mühüm şərtdir. Bunun üçün aşağıdakı tələblərə əməl etmək vacibdir. İxtisar real olmalıdır, ixtisarın real olduğunu isə aşağıdakı sənədlərin məcmusu təsdiq edir: - ixtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və ya köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr; - işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd; - həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı; - ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd; - işçiyə ixtisar olunacağı barədə 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən işçinin imzası olan sənəd və ya xəbərdarlıq müddəti əvəzinə iki aylıq əməkhaqqının ödənilməsi barədə işçinin yazılı razılığı və belə ödənişin edildiyini təsdiq edən sənəd; - xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr (və ya digər rəsmi sənəd); - ixtisar olunan hər bir işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr.
45. Lakin iş materiallarında qeyd edilən sənədlərdən işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd; - həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı; ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd; xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr (və ya digər rəsmi sənəd) mövcud deyil.
46. Qeyd edilən sənədlər nə birinci instansiya, nə də apellyasiya instansiyasında cavabdeh tərəfindən təqdim edilməmişdir.
47. Kollegiya onu da qeyd edir ki, təqdim olunmuş sənədlərdən müəyyən olunduğu kimi, iddiaçının işlədiyi Xətai Rayon Sukanal İdarəsində ştatların ixtsar edilməsinə səbəb bu barədə “İri Şəhərlərin X5 Xidməti” X7 İdarə Heyətinin sədrinin xx.xx.2024-cü il tarixli 09 saylı əmri olmuşdur. Əmrlə “Ştat vahidlərinin sayı” təsdiq olunmuş (1 nömrəli Əlavə) və Xətai Rayon Sukanal İdarəsinin ştat sayı 238 müəyyən olunmuşdur.
48. İxtisardan öncə Xətai Rayon Sukanal İdarəsində tullantı suların axıdılması xidməti üzrə qəza-bərpa işləri üzrə çilingər ştatının sayı 35 olmuş, 11 ştat (o cümlədən iddiaçının ştatı) ixtisar olunmuş, ixtisardan sonra 24 ştat vahidi saxlanıldımşdır.
49. Cavabdehin nümayəndəsi Kollegiyanın iclasında bildirdi ki, əslində onlar tullantı suların axıdılması xidməti üzrə qəza-bərpa işləri üzrə çilingər ştatlarını ixtisara salarkən hər hansı təhlil, fərdiləşdirmə və s. aparmamış, həmin ştat üzrə işləyən 35 nəfər fəhlənin hər birinə bildiriş-xəbərdarlıq göndərilmiş və əmək müqaviləsinə xəbərdarlıq müddətini gözləmədən xitam verilməsini istəyən işçilərin əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı da xəbərdarlıq müddəti bitmədən ərizə verərək işdən çıxmışdır. İddiaçı ərizə verdiyi üçün Həmkarlar İttifaqının razılığı alımamışdır.
50. Halbuki Əmək Məcəlləsinin 78-ci maddəsinin tələbinə görə, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda ... müharibə iştirakçılarının işdə saxlanmasına üstünlük verir. 51.Lakin cavabdehin göstərilən tələblərə əməl etməsi müəyyən olunmur.
52. Xəbərdarlıq müddətini gözləmədən könülü işdən çıxması barədə ərizə verməsinə aydınlıq gətirən iddiaçı bildirdi ki, ona verilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıqda tutduğu vəzifənin artıq həmin tarixdən ixtirsara düşdüyü qeyd olunduğu üçün, 9 həftə gözləmədən əmək haqqını alıb, məhkəməyə müraciət etmək istəmiş, ərizə verərkən də niyyətini cavabdehə bildirmişdir. Cavabdeh onun 10 il həmin işdə işləməsini, hətta müharibə veteranı olmasını nəzərə almamışdır, halbuki ondan az stajı və təcrübəsi olanlar qalıb işləyirlər.
53. Beləliklə məhkəmə haqlı olaraq əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin qanunsuz olduğu qənaətinə gəlmişdir.
54. Kollegiya birinci instansiya məhkəməsinin möveqeyi razılaşır və qeyd edir ki, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır.
55. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
56. Apellyasiya şikayətində qeyd olunanlar qanuni və əsaslı olan qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5131/2024 nömrəli iş üzrə 25 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.