Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11443/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə” ərizəsi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2779/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 1926-cı ildə Ermənistan SSR Qafan rayonunun Xələc kəndində anadan olmuş, 27 dekabr 1997-ci il tarixdə Bakı şəhərində ölmüş, Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 13.01.1998-ci il tarixli V-JQ seriyalı 312763 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilən X4 onun atası olması, 27 dekabr 1997-ci il tarixdə Bakı şəhərində ölmüş, Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 13.01.1998-ci il tarixli V-JQ seriyalı 312763 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilən X6 ilə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin ata qrafasında X3 eyni şəxs olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxxxx 1965-ci ildə Ermənistan SSR Qafan rayonunun Xələc kəndində anadan olmuşdur və onun doğumu Ermənistan SSR-nin Qafan rayon Siznək kənd sovetdiyində 12 iyul 1965-ci il tarixdə qeyd edilib. Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə onun, yəni xx xxxxx 1965-ci ildə Ermənistan SSR Qafan rayonu Xələc kəndində anadan olmuş Hacıyeva (nikaha daxil olduqdun sonra Hüseynova) Zərifə Allahverdi qızının doğumunun Ermənistan SSR Qafan rayon Siznək kənd sovetliyində 12 iyul 1965-ci il tarixdə qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında X5, ana qrafasında isə X7 qeyd olunması barədə qətnamə qət edilib. Ona doğum haqqında şəhadətnamə Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilib və ata qrafasında X5, ana qarafasında isə X7 qeyd edilib. Atası və anası hər ikisi vəfat edib və bunu təsdiq edən ölüm haqqında şəhadətnamələr vardır.Atasının ölüm haqqında şəhadətnaməsində soyad qrafasında X2 qeyd edilib. Atası böyük vətən müharibəsi iştirakçısı olduğundan, hal-hazırda onun vərəsələrinə təyin edilən güzəştlərdən istifadə etmək zərurəti ilə əlaqədar, hüquqi faktın müəyyən edilməsi zərurəti yaranıb. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2779/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir. Qətnamədən ərizəçi apellyasiya şikayəti verərək onun ləğv edilməsini, ərizənin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin dəlillərinə uyğun və məhkəmənin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməsi və qanunun tələblərinə zidd qərar qəbul etməsi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında ərizəçi apellyasiya şikayətinin və ərizənin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1279/2021 saylı iş üzrə qəbul etdiyi 25.02.2021-ci il tarixli qətnamə ilə Ərizəçi hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin olunmuş, Ərizəçi xx xxxxx 1965-ci il tarixdə Ermənistan SSR Qafan rayonu, Xələc kəndində anadan olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması və doğum aktı qeydi bərpa olunmaqla ərizəçiyə yeni doğum haqqında şəhadətnamə verilməsi, doğum haqqında şəhadətnamənin ata qrafasında «X5», ana qrafasında «X7» qeydləri aparılması qət edilmişdir. İş materiallarında olan V-JQ seriyalı 312763 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 27.12.1997-ci il tarixdə X6 vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 13.01.1998-ci il tarixdə 37 nömrəsi ilə qeydə alınmışdır. Ölümün səbəbi kəskin qaraciyər çatışmazlığı olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 229407 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 28.01.2007-ci il tarixdə X7 vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 17.02.2007-ci il tarixdə 146 nömrəsi ilə qeydə alınmışdır. Ölümün səbəbi beyin infarktı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsindən məhkəməyə ünvanlanmış 02.09.2021-ci il tarixli məktubda qeyd olunur ki,1925-ci il təvəllüdlü X6 barəsində Nizami RPİ-nin arxivində hər hansı məlumat aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində iştirak edən Şahid ifadə verərək göstərmişdir ki, ərizəçi onun anasıdır. Anası xx xxxxx 1965-ci ildə Ermənistan SSR Qafan rayonu Xələc kəndində anadan olub. X1, nənəsi isə X7 olub. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq məhkəmə xüsusi icraat qaydasında, həmçinin fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.1.1, 307.1). Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.11). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (maddə 308). Beləliklə, prosessual qanunvericiliyin müddəalarında xüsusi icraat qaydasında baxılan işlərin dairəsi müəyyən olunmuşdur. Məcəllə xüsusi icraat qaydasında digər işlərə baxılmasını da istisna etmir, lakin bunun üçün həmin hala baxılması Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmalıdır. Mülki prosessual qanunvericilik xüsusi icraat qaydasında baxılan işlərin bir növü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsini nəzərdə tutur. Həmçinin Məcəllənin 307.2.11-ci maddəsi MPM-in 307-ci maddəsində nəzərdə tutulmayan hüquqi əhəmiyyətli halların müəyyən edilməsini o halda mümkün hesab edir ki, bunun qanunvericilikdə başqa qaydası nəzərdə tutulmasın. Eyni zamanda ərizəçinin hüquqi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi bu işlərə məhkəmədə xüsusi icraat qaydasında baxılmasını istisna edir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarındakı hüquqi mövqelərə görə, həmin halların Mülki Prosessual Məcəllənin 31-ci Fəslinin müddəalarına uyğun olaraq müəyyən edilməsi yolverilməzdir. Çünkü həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. ...Qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Əvvəla iş materiallarından göründüyü kimi Ərizəçi ərizəsində göstərilən tələblə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Bundan başqa, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1279/2021 saylı iş üzrə qəbul etdiyi 25.02.2021-ci il tarixli qətnamə ilə Ərizəçi hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin olunmuş, Ərizəçi xx xxxxx 1965-ci il tarixdə Ermənistan SSR Qafan rayonu, Xələc kəndində anadan olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması və doğum aktı qeydi bərpa olunmaqla ərizəçiyə yeni doğum haqqında şəhadətnamə verilməsi, doğum haqqında şəhadətnamənin ata qrafasında «X5», ana qrafasında «X7» qeydləri aparılması qət edilmişdir. Qeyd olunan qətnamədə müəyyən olunan hallar hazırkı iş üzrə ərizəçinin tələbinin təmin edilməsini mümkünsüz edir. Belə ki, qeyd olunan qətnamə ilə ərizəçinin atasının X5 olması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarını və onlara tətbiq edilməli olan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmuşdur. Kollegiya, həmçinin nəzərə alır ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Ərizəçi apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(004)-3791/2019 saylı, 21 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-11443/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11443/2021
01.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver