Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11467/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X2 və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3045/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və “Azərbaycan Avtomobil Yolları dövlət agentliyi”nə qarşı 147/K/Ş saylı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3045/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, 2017-ci ilin may ayında "xxxx" MMC-də işə başlamış, ilk dəfə Şamaxının Quşçu kəndində Çarıxı yol çəklişində katok(asfalt basan) operatoru vəzifəsində çalışmış, daha sonra bu vəzifə üzrə X7 kəndində, İsmayıllının Lahıc kəndində işləmiş, 2018-ci ildə Şirvan-Salyan yolunun çəklişində çalışdı - Xələc, Qarabağlı yolunda operator vəzifəsində çalışdı, bir müddət sonra onui göndərdilər Ağacanlı yolunda işləməyə, 2018-ci ildə yenidən Salyan-Şirvan yolunun çəkilişində işləməyə qaytarıldı və MMC-nin direktorunun bacısı oğlu Vasif ona işdə təzyiqlər etdi. Gecə saat 12-yə kimi çalışdırırdı və ona bildirdi ki, fiziki baxımdan bu qədər işləməyə dözə bilmir. Hətta bir dəfə idarə etdiyi katok az qalsın aşacaqdı, çünki böyük daş kəsəkləri əzmək üçün digər texnikanın işini katokla edirdi, hansı ki, bu iş üçün sepli texnika ilə icra edilməlidir. Ona görə 2018-ci ilin sentyabr ayında müvafiq dövlət qurumlarına şikayət etdi(Sosial arayış iddia ərizəsinə əlavə olunur, həmin arayışda şikayətinin tarixləri göstərilib hamısı). Çünki əmək haqqı vaxtında verilmirdi, verilən yeməkləri yemək olmurdu. Ona olan təzyiqlər idarənin direktoruna qədər yüksəldi və ənənəvi üsularlla səsini boğdular. İşini itirməmək üçün susub, işləməyə davam etdi. Susduğuna görə, ya gündəlik 12 saatdan çox işlədiyi üçün, dəqiq bilmir ki, hansısa səbəbdən 2019-cu ildə MMC-nin direktoru Ə.Şirinov onu Sabirabadın Moranlı kəndində yol çəkilişində nəzarətçi vəzifəsinə təyin etdi. İşdən azad olunduğu günə qədər nə vəzifəsini bilmiş, nədə əmək müqaviləsindən xəbəri olub. Düzgün işlədiyinə görə "Mitsubishi" markalı ** PT *** dövlət qeydiyyat nişanlı "Pikap" maşın verdilər ki, ərazilərə nəzarət etsin. Nəzarətçi vəzifəsi üzrə Sabirabada, Salyan, Kürdəmir rayonunda və Xaçmazda işlədi. Vəzifəsinin nə olduğunu, hansı vəzifəni icra etməyi barədə məlumatı yox idi, hər dəfə sakit şəktldə əmək müqaviləsini tələb edəndə idarədə ona qarşı nifrət ordusu formalaşırdı, ona görə susurdu. İşini itirməmək üçün işinin başına qayıdaraq məcbur olub pozulmuş haqqını dövlət orqanlarından tələb etməyə başladı. 2020-ci ilin yanvar ayında dekabr və yanvar ayının əmək haqqı gecikdlrildiyi və verilmədiyi üçün başda cənab Prezident olmaqla digər dövlət qurumlarına 22.01.2020-ci il tarixdə şikayət etdi. 27.01.2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əmək hüquqlarının pozulması ilə bağlı məktub, 20.02.2020-ci il tarixdə isə ƏƏSMN-nin 142 - "Çağrı mərkəzi"nə dekabr ayının yarı iş günlərinin, yanvar ayının isə bütöv əmək haqqının ödənilməməsi, əmək hüquqlarının kobud pozulması ilə bağlı şikayət etdi. Şikayətindən sonra işçilərin bütün əmək haqqlarını karta köçürüb, necə oldu ki, bu qədər maaş artımı oldu? Baş Prokurorluğa 05.02.2020-ci ildə, Vergilər Nazirliyinə verdiyi şikayətlərin cavabları iddia ərizəsinə əlavə olunur. Əvvəla, 2020-ci ilin yanvar ayında, dekabr və yanvar ayının əmək haqqı gecikdirildiyi, verilmədiyi üçün, əmək hüquqlarının pozulması, iş saatından artıq işləməyi, tutduğu vəzifəyə uyğun deyil, başqa işlərdə işlədilməyilə bağlı ali dövlət qurumlanna 22.01.2020-ci il tarixdə şikayət etmişdir. 27.01.2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əmək hüquqlarının pozulması ilə bağlı məktub, 20.02.2020-ci il tarixdə isə ƏƏSMN-nin 142 - "Çağrı mərkəzi"nə dekabr ayının yarı iş günlərinin, yanvar ayının isə bütöv əmək haqqının ödənilməməsi, əmək hüquqlarının kobud pozulması ilə bağlı şikayət etdi. Həmin şikayətlərində də qeyd etmişdir ki, dekabr 2019 və yanvar 2020-ci illlər üzrə əmək haqqı verilmir. İkincisi, qanunsuz əmrdə qeyd olunur ki, 07.01.2020-ci il tarixdən üzrsüz səbəbdən işə gəlməmişdir. , 2019-cu ilin son aylarından öz vəzifəsi olmayan "Mitsubishi" markalı ** PT *** dövlət qeydiyyat nişanlı "Pikap" maşınla nəzarətçi işləmişdir. Buna dair ona yol vərəqələri verilmişdir. Yanvar ayının 31-nə kimi qeyd olunan avtomaşını idarə etmək üçün yol vərəqi verilmişdir və həmin avtomaşın onda olmuşdur(2020-c/ ilin yanvar ayı üçün verilmiş yol vərəqi və avtomaşının texpasportunun surəti iddia ərizəsinə əlavə olunur). Həmin avtomaşının 2020-ci ilin yanvar ayının 10-na yaxın Xaçmaza servisə təhvii vermişdir. Bundan sonra əraziləri özünə məxsus olan "Lada 015" ** BH *** d.q.n. avtomaşınla gəzmişdir. Əlavə olaraq ona "xxxx" markalı **-AE-*** dövlət qeydiyyat nişanlı yük maşınını sürmək üçün yol vərəqi verimiş(10-31.2020 və 01- 29.02.2020-ci illər üçün) və boş vaxtlarında yük maşını ilə Salyan-Şirvan yolunda yükün daşınmasında köməklik etmişdir. 2020-ci ilin yanvar ayının sonu həmin "xxxx"la Kürdəmir ərazisində çaydan qrabildə daşımışdır. Üçüncüsü, MMC-nin teleqramına verdiyi 16.02.2020-ci il tarixdə teleqramda bayram günləri də daxil olmaqla Sabirabadda qarajda, Kürdəmir, Hacıqabulda(bir daha qeyd edir işi aparılan işlərə nəzarət etmək olduğundan, iş gedən yerlərə nəzarət edirdi, gün ərzində üç rayon ərazisinə gedib nəzarət edirdi) işdə olduğunu və hazırda Şirvanda işlədiyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X4 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh “Azərbaycan Avtomobil Yolları dövlət agentliyi”nin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdeh “Azərbaycan Avtomobil Yolları dövlət agentliyi”nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci bəndinə; Əmək Məcəlləsinin 10, 68.1, 76.2, 71.2, 71.3, 80, 186.3, 187.1-ci maddələrinə, 70-ci maddəsinin “ç” bəndinə, 72-ci maddəsinin “a” bəndinə istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, işin faktiki hallarından müəyyən olunur ki, İddiaçı 2018-ci ilin iyun ayından etibarən "xxxx" MMC-də çalışmağa başlamış və onunla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMCnin arasında əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin bir nüsxəsi İddiaçı təqdim edilmişdir. Lakin İddiaçı əmək müqaviləsi bağlanandan sonra müqavilənin surətinin ona verilməsi barədə Müəssisəyə heç bir müraciət etməmişdir. Buna baxmayaraq, İddiaçıla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Qanunvericiliyinin tələblərinə uyğun olaraq, elektron informasiya sistemində qeydiyyata alınmışdır. İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-də işlədiyi müddətdə öz vəzifə səlahiyyətlərini tam icra etməmiş, işə çıxmamış və ona tapşırılmış işi yerinə yetirməmiş və buna baxmayaraq, əmək haqqlarının vaxtında verilməməsi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nin barəsində müxtəlif orqanlara şikayət ərizələri ünvanlamışdır. İddiaçı Müəssisə barəsində yalan məlumatlar yaymaqla yanaşı, işəgötürənin ona tapşırdığı işləri yerinə yetirməkdən imtina etmiş, 07 yanvar 2020-ci il tarixdən etibarən üzrlü səbəblər olmadan işə çıxmamışdır. İşə çıxmamasının səbəbləri barədə izahat verməsi üçün İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nin inzibati binasına dəvət edilsə də, o, izahat verməyə gəlməkdən imtina etmişdir. Bütün bunlar son nəticədə onunla olan əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsaslanaraq xitam verilməsinə səbəb olmuşdur. Məhkəmə hesab edir ki, etibarsızlığı tələb olunan əmr əmək qanunvericiliyinin tələblərinə (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə) uyğun qəbul edilmişdir və əsas düzgün müəyyən olunmuşdur. Məhkəmə həmçinin nəzərə alır ki, əmək müqaviləsinə İddiaçı 07.01.2020-ci il tarixdən üzrsüz olaraq, işə gəlməməsi haqqında sahə rəsilərinin təqdimatı, bununla bağlı İddiaçı ünvana göndərilmiş 2 ədəd teleqrama məhəl qoymaması, işə gəlməməyinin səbəblərini əsaslandırmaması əsas götürülərək, qanunvericiliyin tələbləri gözlənilməklə xitam verilmişdir. Təqdim edilmiş sübutlardan görünür ki, İddiaçı 01.06.2018-ci il tarixli 285 saylı əmrə əsasən "xxxx" MMC-yə texnik-operator vəzifəsinə təyin olunmuş, 03.03.2020-ci il tarixli 147 saylı əmrə əsasən isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ Ç” bəndinə əsasən vəzifədən azad edilmişdir. "xxxx" MMC-nin 147/K/Ş seriya nömrəli 03.03.2020-ci il tarixli əmrinə əsasən İddiaçı 07.01.2020-ci il tarixdən üzürsüz olaraq işə gəlməməsi haqqında sahə rəislərinin təqdimatı, bununla əlaqədar ünvanına göndərilmiş 2 ədəd teleqrama məhəl qoymaması, işə gəlməməyinin səbəblərini əsaslandırmaması əsas götürülərək, ƏMin 70-ci maddəsinin “ç” bəndi ilə 03.03.2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. 26.02.2020-ci il tarixli teleqrama əsasən İddiaçı "xxxx" MMC-nin göndərdiyi teleqramı 25.02.2020-ci il saat 17:16-da aldığını göstərmişdir. Bu barədə poçt əməkdaşının sənədlərində qeyd aparılmışdır. İşdə olan 16.02.2020-ci il tarixli teleqrama görə İddiaçı bayram günləri daxil olmaqla işdə olmasını və buna görə də çağrışa gələ bilməməsini rəhbərliyə izah etməyə çalışmışdır. 24.02.2020-ci il tarixli teleqramdan görünür ki, İddiaçı 07.01.2020-ci il tarixdən 14.02.2020-ci il tarixə kimi işə gəlməməsinin səbəbləri araşdırılması məqsədi ilə 25.02.2020-ci il tarixdə saat 11:00 "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 61k ünvanında yerləşən inzibati binasında keçiriləcək iclasına dəvət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsi düzgün olmuşdur. Əvvəla ona görə ki, işdə olan sübutlarla iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunur. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının konkret olaraq 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması əsası ilə ləğv etmiş, eyni zamanda iddiaçının 07.01.2020-ci ildən üzrsüz səbəbdən işə çıxmaması əmrdə göstərilmişdir. İddiaçı ilə bu əsasa görə əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, eləcə də üzrlü səbəb olmadan bütün iş günü ərzində işə gəlməməsi müəyyənləşdirilməli, iddiaçı bu hallara yol versə belə, məhz bunun nəticəsində mütləq müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. İşdən görünür ki, iddiaçı 07 yanvar 2020-ci ildən 03 mart 2020-ci ilədək heç bir üzrlü səbəb olmadan işə gəlməmiş, yəni iş yerində olmamışdır. Düzdü, iddiaçı şikayətində göstərir ki, cavabdeh onu müxtəlif dövlət orqanlarına əmək hüquqlarının pozulması ilə bağlı etdiyi şikayətlərə görə işdən azad etmişdir. Lakin iddiaçı bəyan etdiyi bu hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Bundan əlavə, iddiaçıya 2020-cilin yanvar yaxud fevral ayları ərzində avtomobilləri idarə etmək üçün yol vərəqələrinin verilməsi o demək deyil ki, iddiaçı həmin aylarda iş yerində olmuşdur. İddiaçının həmin dövrdə iş yerində olmamasına kifayət qədər sübutlar, o cümlədən sahə rəislərinin məlumatları mövcuddur. Hətda cavabdeh tərəfindən iddiaçının işə çıxmaması ilə əlaqədar keçiriləcək iclasa dəvət olunması üçün göndərdiyi iki teleqramın məzmunundan, eləcə iddiaçının həmin teleqramlara cavab teleqramlarının məzmunundan sonuncunun qeyd olunan dövrlərdə iş yerində olmaması açıq-aşkar təsdiq olunur. Bu cür vəziyyətdə iddiaçının mübahisələndirdiyi əmrin ləğv edilməsi üçün hər hansı bir əsasın olduğu təkzib olunur. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər mübahisələndirdiyi hissədə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, qətnamə mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsasən ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3045/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11467/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11467/2021
20.12.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver