Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1147/2022 05.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 25.11.2021-ci il tarixli qərardadından iddiaçının vəkili və nümayəndəsi Vəkil şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Hazıkı iş üzrə Xətai Rayon Məhkəməsinin 25.11.2021-ci il tarixli qərardadı ilə qərara alınıb ki, iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona görə baxılmamış saxlanılıb ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər, işə onların iştirakı olmadan baxılmasını isə xahiş etməmişlər. Hüquqi əsas kimi Mülki-Prosessual Məcəllənin 259.0.6-cı maddəsinin göstərişinə istinad olunub. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. İddiaçının vəkili şikayətdə qeyd edib ki, iclas saat 16:10-a təyin olunmuş, o, iddiaçının nümayəndəsi kimi 16:08-də məhkəmə binasına gəlmiş, zalın önündə əyləşərək iclas katibinin iclasa hazırlıq keçirməsini gözləmiş, iclasın keçirilib-keçirilmədiyini müəyyən etmək üçün dəfələrlə iclas zalına daxil olmuş, daha sonra isə katib iclas üçün təyin olunmuş vaxtın keçdiyini ona bildirmişdir. Şikayət təmin olunmalıdır. Vəkilin iclasa vaxtında gəlib-gəlməməsi məsələsinə münasibətdə məhkəmə ilə vəkilin arasında fikir ayrılığı var. Kimin haqlı olduğunu işdə olan sənədlərə əsasən müəyyən etmək mümkün deyil. Mülki-Posessual Məcəllənin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Lakin bu norma formal tətbiq edilməməli, MPM-in 2-ci maddəsində müəyyən edilmiş mülki məhkəmə icraatının vəzifələri nəzərə alınmalıdır. Hazırkı işdə 259.0.6-cı maddə formal tətbiq edilib. Belə ki, məhkəmə prosesinə 2 ay 25 gün vaxt sərf edilib, iddiaçı prosesdə vəkil (nümayəndə) vasitəsilə iştirak edib. Vəkil əvvəlki iclasda iştirak edib, odur ki, vəkil növbəti iclasa gəlmədikdə məhkəmə baxışı bir dəfə təxirə salına və ya vəkilin gəlməməsi səbəbinin aydınlaşdırılması üçün onunla əlaqə saxlanıla bilərdi. Məhkəmənin belə vəziyyətdə proses iştirakçıları ilə əlaqə saxlamaq vəzifəsi qanunda müəyyən edilməyib, lakin qanun bunu qadağan da etməyib, vəkilin statusu və tərəflərə hüquqi yardım göstərmək öhdəliyinin olması nəzərə alınaraq vəkilin gəlməməsi səbəbinin aydınlaşdırılması məqsədəuyğundur. Beləliklə, qərardad ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 25.11.2021-ci il tarixli qərardadı ləğv edilsin və iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1147/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1147/2022
05.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver