Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1149/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X9 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 28 saylı Notariat ofisinə qarşı iş üzrə (Açar sözlər: vərəsəliklə bağlı mübahisə) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X8, İddiaçı X9 nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 Asif oğlunun iştirakı ilə, İddiaçı X9 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 28 saylı Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən olunması, mirasın rəsmiləşdirilməsi müddətinin ötürülməsinin üzürlü hesab edilməsi, miras əmlakın ½ hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(009)-1995/2022 saylı qətnaməsindən iddiaçı X9 nümayəndəsi və vəkili X19 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. 26 Bakı Komissarı adına Rayon Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin 1/108 nömrəli, xx.xx.1980-ci il tarixli qərarına əsasən X20 4 nəfərdən ibarət ailə tərkibi (özü, arvadı X7, qızları Cavabdeh1 və X21) ilə birlikdə Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci Neftçilər döngəsi, 3 saylı evin, 14-cü blok, 5-ci mərtəbəsində, sahəsi 32,5 kv.m. olan 2 otaqlı, 145 saylı mənzilinə order verilməsi qərara alınmışdır.
2. Xalq Deputatlarının Bakı Şəhər Sovetinin İcrayyə Komitəsi Yaşayış sahəsinin uçotu və bölüşdürülməsi İdarəsinin 184516 nömrəli, xx.xx.1980-ci il tarixli orderinə əsasən 26 Bakı Komissarı adına Rayon Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin 1/108 nömrəli, xx.xx.1980-ci il tarixli qərarına uyğun olaraq, Bakı şəhəri, Badamdar qəsəbəsi, 2ci Neftçilər döngəsi, 3 saylı evin, 14-cü blok, 5-ci mərtəbəsində, sahəsi 32,5 kv.m. olan 2 otaqlı 145 saylı mənzili 4 nəfər ailə tərkibi (özü, arvadı X7, qızları Cavabdeh1 və X21) ilə X22 verilmişdir.
3. V-JQ serialı, 284349 nömrəli, xx.xx.1977-ci il tarixli doğum haqqında şəhadətnaməyə əsasən X23 xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X25, anası isə X4.
4. İİİ-JQ serialı, 430876 nömrəli, xx.xx.1975-ci il tarixli doğum haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X25, anası isə X4.
5. AZ-İ serialı, 045648 nömrəli, xx.xx.2004-cü il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X25 09 yanvar 2004-cü il tarixdə ölmüşdür.
6. İİ-JQ 403767 nömrəli, xx.xx.1983-cü il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X7 16 iyul 1983-cü il tarixdə ölmüşdür.
7. AR DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışa əsasən X23 xx.xx.2002-ci il tarixdən Bakı şəhəri, Badamdar qəsəbəsi, İ.Ağayev küçəsi 3 saylı evin, 145 saylı mənzilində pasport qeydiyyatındadır. Onunla birlikdə həmin mənzildə X16 və X24 pasport qeydiyyatındadır.
8. Bakı şəhəri 28 saylı notariat ofisinin 16 avqust 2022-ci il tarixli qərarına əsasən miras əmlaka dair hüquqmüəyyənedici sənədin olmaması və mirasın qəbul edilməsi üçün müddətin buraxılması səbəbindən vətəndaş X3 üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi qərara alınmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
9. İddiaçı X23 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 28 saylı Notariat ofisinə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2004-cü il tarixdə vəfat etmiş atası X13 miras qalmış, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın qəbul etməsi faktının müəyyən olunması, həmin miras əmlak üzərində vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsinin üzürlü hesab edilməsi və ona həmin əmlakın 1/2 hissəsinə dair qanun üzrə vərəsəlik hüququ hüqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri 28 saylı Notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun atası X25 1980-ci il tarixdə 23 nömrəli Hərbi Zavodda işlədiyi dövrdə, Bakı şəhəri keçmiş 26 Bakı Komissarı rayon X14 İcraiyyə Komitəsinin (indiki Səbail) 1/108 saylı, xx.xx.1980-ci il tarixli orderi əsasında Badamdar qəsəbəsi, 2-ci Neftçi döngəsi, ev 3, blok 14, 5-ci mərtəbə yerləşən 145 saylı, 2 otaqlı mənzili 4 nəfərdən ibarət olan ailə üzvünə verilmişdir. Ailə üzvlərinin tərkibi atası X25, anası X7, bacısı Cavabdeh1 və o, yəni X10 ibarət olmuşdur. O, ailə üzvləri ilə həmin evə köçüb yaşamışdır. O, və bacısı həmin evdə bu günədək qeydiyyatdadırlar. İddiaçının anası xx.xx.1983-cü il tarixdə, atası isə 09.01,2004-cü il tarixdə vəfat etmişdir. Onun anası öləndən sonra onlara nənələri baxmışdır. Onlar hər iki evdə, yəni həm nənəsinin evində, həm də öz evlərində yaşamışdılar. Onun uşaqları da həmin evdə qeydiyyatdadırlar. Sadəcə o, azyaşlı olduğuna görə evlərinin sənədləşdirilməsi üçün hansı addımların atılması barədə məlumatsız olmuşdur. Uzun müddət uşaqları ilə həmin evdə yaşamışdır. Hazırda həmin evdə onun bacısı yaşayır. Azərbaycan dilini yaxşı bilmədiyi üçün hansı sənədləri toplamaq, ümumiyyətlə hardan başlamaq ona çətin olmuşdur. O, mənzil üzərində hüquqlarını sənədləşdirmək qərarına gəlmiş və bu zaman məlum olmuşdur ki, ilkin olaraq notariat ofisinə gedib vərəsəlik şəhadətnaməsi almalıdır. O, 28 saylı notariat ofisinə müraciət etmiş, lakin ona vəkillə müqavilə bağlamağı məsləhət görrmuşdülər. Bakı səhəri 28 saylı notariat ofisinə tələb olunan sənədlər verildikdən sonra 28 saylı notariat ofisinin notariusu E.Ə.Kərimov tərəfindən mirasın qəbul edilməsi üçün müddətin buraxılması və miras əmlaka dair hüquq müəyyənedici sənədin olmadığı üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnmənin verilməsindən imtina edilmişdir. O, bacısına mirası qəbul etmək üçün notariat orqanına və ya Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə birlikdə müraciət etməyini bildirsə də, bacısı bundan imtina etmişdir. Bacısı ona cavabında bütün evi onun adına yazmalı olmasını bildirmişdir. O, bununla razılaşmamış, evi ədalətli şəkildə 1/2 paya bölünməsini və onun payının ona aid edilməsini xahiş etmişdir. Onun iki azyaşlı övladı var. Əslində onun nənəsi sağ olanda onun da 1 otaqlı evi var idi. O bildirmişdir ki, öz evini bacısı Cavabdeh1 Raşidovnaya verir, valideynlərinin evi isə ona qalsın. Lakin onun nənəsi rəhmətə gedən kimi bacısı bununla razılaşmayıb, həm nənələrinin evinə sahib çıxıb, həm də ki, bu evi bütövlüklə özünə istəmişdir.
11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(009)- 1995/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim X6)
12. Məhkəmə iddianı rədd edərkən hesab etmişdir ki, iddiaçı mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbi ilə məhkəməyə müraciət etsə də, məhkəməyə mübahisəli evin mərhum atası X18 xüsusi mülkiyyətində olmasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Mübahisəli ev daşınmaz əmlak kimi dövlət reyestrində qeydə alınmadığından, xüsusi mülkiyyət hüququ əsasında mərhum X20 məxsus olmuş əmlak kimi miras kütləsinə aid edilə bilməz.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, 307.2.9-cu, 1145-ci, 1151.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 119.1-ci , 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı X23 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini rədd edərkən gəldiyi nəticə tamamilə əsassızdır. Belə ki, bu sahəni tənzimləyən qanunvericiliyin tələbləri baxımından daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsindən ötrü müvafiq sənədlərin olması şərtdir ki, onlardan biri də müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş orderdir. Atası 1980-ci ildə 23 nömrəli Hərbi Zavodda işlədiyi dövrdə, Bakı şəhəri 26 Bakı Kommisarı rayon X11 İcraiyyə Komitəsi tərəfindən 14 mart 1980-ci il tarixli, 1/108 saylı qərar və həmin qərar əsasında da 19 mart 1980-ci il tarixli, 184516 saylı order verilmişdir. Qeyd edilən order əsasında mübahisəli mənzil onlara verilmişdir. Lakin məhkəmə həmin orderə hüquqi qiymət verməmiş, əksinə evin məhrum atasının xüsusi mülkiyyətində olması ilə bağlı heç bir sübutun təqdim edilmədiyini əsaslandırmışdır. Həmin orderdə ailə üzvi kimi onun da adı göstərilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni” gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edə bilər. Göründüyü kimi, atasından miras qalmış mənzildə onun gözlənti hüququ vardır. Lakin məhkəmə atasının mənzilə dair orderinin olmasına düzgün hüquqi qiymət verməmişdir. O, birinci növbəli vərəsədir, lakin məhkəmə mübahisəli mənzilin atasının adına order əsasında olmasına baxmayaraq, həmin mənzilin miras kütləsinə daxil edilmədiyi qənaətinə gəldiyindən vərəsə kimi miras əmlakdan məhrum edilmişdir. Nəticədə vərəsə kimi hüquqları pozulmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iddiaçı X9 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etmişdir.
18. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 Asif oğlu apellyasiya şikayətinin əsassız olduğunu, tərəflərin atasının həmin mənzilin icarədarı oluduğunu, onun ölümündən sonra müqavilənin yenilənmədiyini və digər ailə üzvləri ilə belə bir müqavilənin bağlanmadığını, mənzilin ataları tərəfindən özəlləşdirilməməsi səbəbindən miras əmlakın tərkibinə daxil olmadığını, habelə iddiaçının həmin ünvanda yaşamadığını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. Cavabdeh Bakı şəhəri 28 saylı Notariat ofisi ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, cavabdehin bu barədə ərizəsini, habelə məhkəmə iclasnda iştirak edən şəxslərin məsələyə mübasibətini öyrənib işə bu cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1153-cü maddəsinə əsasən şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktdiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
21. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir; 52-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir; 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır; 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
27. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia üzrə irəli sürülmüş digər iki tələbdən fərqli olaraq mirasın qəbul edilməsi faktının müəyyən olunması məsələsinə xüsusi icraat qaydasında baxılır. Lakin hazırki iş üzrə cavabdeh iddianı qəbul etmir və onun irəli sürdüyü hüquqi mövqedən bu məsələ üzrə hüquq haqqında mübahisə olması müəyyən edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə də digər iki tələblə birlikdə iddia icraatı qaydasında baxıla bilər.
28. Mülki qanunvericilikdə təsbit edilmiş vərəsəlik hüququnun normalarının tələbləri baxımından şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir.
29. İddiaçının miras əmlak olduğunu iddia etdiyi Bakı şəhəri, Badamdar qəsəbəsi, 2ci Neftçilər döngəsində yerləşən 3 saylı evin, 145 saylı mənzili yaşayış sahəsi kimi xx.xx.1980-ci il tarixli order əsasında iddiaçının atası olan və xx.xx.2004-cü il tarixdə vəfat edən X20 verilmişdir. Başqa sözlə, həmin order qeyd edilən şəxsin və onun ailə üzvü olmaqla onunla birlikdə yaşayan arvadının və iki qızının (iddiaçı və cavabdeh) yaşayış sahəsindən istifadə etmək hüququnu yaratmışdır. Lakin, X25 həmin orderin sahibi və mənzilin icarədarı olaraq mənzildən istifadə etmək hüququnu əldə etsə də, sağlığında bu hüququna söykənərək, mənzilə dair mülkiyyət hüququnu əldə etməmiş və mənzilin mülkiyyətçisinə çevrilməmişdir. Onun bu mənzilə olan istifadə hüququ mahiyyət etibarı ilə şəxsi xarakter daşımış (şəxsi servitut) və yalnız ona mənsub ola bilən hüquq olmuşdur. Bu səbəbdən həmin hüquqa, habelə bu hüquqdan irəli gələrək mənzilə dair mülkiyyət hüququnun əldə edilməsinə olan “gözlənti” hüququna onun ölümü ilə xitam verilmişdir. Xitam olunmuş hüququn da mirasın tərkibinə daxil edilməsi qeyri-mümkündür.
30. Mübahisəli mənzil isə daşınmaz əmlak kimi bügünədək dövlət reyestrində qeydə alınmamış və hazırda dövlətin mülkiyyətindədir.
31. Bununla belə, nə mənzil (mövcud hüquqi vəziyyətinə görə), nədə ki, X18 mənzilə münasibətdə yaranmış (onun ölümü ilə artıq xitam verilməsi səbəbi ilə) əmlak hüquqları ondan qalmış mirasın tərkibinə daxil deyil. Bu səbəbdən iddiaçı X23 X18 vərəsəsi olaraq bu mənzildən pay tələb edə bilməz.
32. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392- 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı X9 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(009)- 1995/2022 saylı qətnaməsi iddiaçı X9 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Fuad Abdıyev Hakimlər: Xəyal Sarıyev Fərrux Qasımov