Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1151/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh oğluna qarşı iddia tələbi üzrə (Açar sözlər: mənzilə köçürülmə, mənzilin boşaldılması, mənzilə istifadə hüququ, subyektiv hüquq) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X5 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1, apellyasiya icraatı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş Bakı şəhər İcra Hakimiyyətinin (Mənzil-Kommunal Təsərrüfatı Departamentinin) nümayəndəsi X13 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması və mənzilə köçürülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2019-cu il tarixli arxiv arayışında göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil dəyişmə İdarəsinin arxiv sənədləri arasında olan 108239 №-li xx.xx.1989-cu il tarixli order əsasında Məmmədov Novruz Bakı şəhəri, Binəqədi rayonu, Nəsimi küçəsi, ev 4 ünvanında yerləşən 2 otaqdan ibarət 6 nömrəli mənzili Süleymanov Məcidə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Nəsimi küçəsi, ev 4 ünvanında yerləşən 3 otaqdan ibarət sahəsi 48,64 kv.metr olan 20 nömrəli mənzillə dəyişmişdir.
2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin X7 ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda göstərilmişdir ki, X6 ünvan 2 ünvanında yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı ərizəsinə baxılmış, sözügedən mənzilə dair “Mənzil fondunun özəlləşdirilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən, ərizənin icrasından imtina edilmişdir.
3. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli 1146 №-li məktubunda göstərilmişdir ki, Azərbaycan Dövlət Dəmir Yoluna məxsus olmuş mənzil fondu, o cümlədən ünvan 3 ünvanda yerləşən yaşayış binası Azərbaycan Dövlət Dəmir Yolunun xx.xx.2001-ci il tarixli 46/H saylı əmrinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 193 saylı sərəncamı ilə balansa qəbul edilmişdir. Hazırda qeyd edilən ünvanda yerləşən yaşayış binası 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzilinə dair çoxsaylı məhkəmə mübahisələrinin yaranması ilə əlaqədar Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən həmin yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməmişdir.
4. X4 X9 qarşı “Bakı şəhəri, Binəqədi rayonu, Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzilindən çıxarılma” tələbi Binəqədi Rayon Xalq Məhkəməsinin 15 aprel 1997-ci il tarixli qətnaməsi ilə rədd edilmiş, qarşılıqlı iddia təmin olunaraq həmin mənzilə X4 adına verilmiş xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsi etibarsız sayılmışdır.
5. X6 İddiaçı və digərlərinə qarşı “mənzilə köçürülmə” tələbi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qətnaməsi ilə təmin olunmuş, Səmayə Məmmədovanın ünvan 4 ünvanda yerləşən, ümumi yaşayış sahəsi 27,40 kv metr olan iki otaqlı mənzilə köçürülməsi qət edilmişdir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, X8 İddiaçı qarşı “ünvan 3 evin 6 saylı mənzilindən çıxarılma” tələbi rədd olunmuşdur.
7. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, Elçin İsmayılovun sözügedən mənzilə hər hansı hüququ yoxdur və İddiaçı həmin mənzildə yaşayır.
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən, X6 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxs İddiaçı) qarşı “ünvan 4 ünvanında pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiası rədd edilmişdir.
9. Bakı İnzibati Məhkəməsi hesab etmişdir ki, mənzilə dair hər hansı hüququ olmadığı halda, X8 həmin mənzilə Səmayə Məmmədovanın qeydiyyata alınmasına razılıq verməsi mümkün deyildir və bu razılığın hər hansı hüquqi qüvvəsi yoxdur.
10. İddiaçı, ona məxsus Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsi, ev 4, mənzil 6 ünvanında olmadığı müddət ərzində Novruz Məmmədov, Səmayə Məmmədova və Cavabdeh həmin mənzilin qapısını sındırma yolu ilə evə daxil olaraq yaşamaları ilə əlaqədar müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsinin 29 avqust 2022-ci il tarixli qərarı ilə rədd edilmişdir.
11. X21 Əliyevanın bacısı, Cavabdeh bacısının oğlu, Elçin İsmayılov qardaşıdır.
12. İddiaçı ünvan 5 ünvanında pasport qeydiyyatındadır.
13. ünvan 6ərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə (fərdi yaşayış evi ¼ hissə, torpaq sahəsi ¼ hissə) İddiaçı mülkiyyətindədir.
14. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X23 küçəsi ev 1, inzibati bina ünvanında pasport qeydiyyatındadır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, Nəsimi küçəsi, ev 4 ünvanında yerləşən 6 saylı mənzildən çıxarılması və özünün sözügedən mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası Ağamusa İsmayılov və mərhum anası Səkinəxanım Əliyeva Bakı şəhəri, Binəqədi rayonu, Nəsimi küçəsi, ev 4 ünvanında yerləşən 6 saylı mənzili alaraq orada yaşamağa başlamışlar. Sonradan o, ailə həyatı qurmuş və Göyçay rayonunda yaşamağa başlamışdır. Atası vəfat etdikdən sonra Bakı şəhərinə gəlmiş və qeyd olunan ünvanda yaşamağa davam etmişdir. Mərhum anası Səkinəxanımın xəstə olması səbəbindən, eyni zamanda həmin ünvanda yaşayan 2-ci qrup əlil olan qardaşı X2 göstərmişdir. 2014-cü ildə mərhum anası Səkinəxanım həmin mənzili ona və 2-ci qrup əlil olan qardaşı X9 vəsiyyət etmiş, həmçinin mərhum anası Səkinəxanım öz təşəbbüsü ilə səs yazısını diskə yazdıraraq, mənzili onlara vəsiyyət etmişdir. Buna baxmayaraq, bacısı Səmayə Məmmədova özünə məxsus mənzili sataraq, əri Novruz və oğlu Cavabdehla birlikdə onların evinə müvəqqəti yaşamaq üçün gəlmiş, daha sonra isə bacısı Səmayə Məmmədova onların evinə icazəsiz qeydiyyata düşmüşdür. Ondan sonra məhkəmə qərarı ilə bacısı Səmayə Məmmədova həmin evdən çıxarılmış, sözügedən mənzildə ona və qardaşı Elçin İsmayılova yaşamaq hüququ verilmişdir. Ondan sonra övladının xəstə olması səbəbindən yaxınlıqlarında yaşayan övladına baş çəkməyə getmişdir. Həmin vaxt bacısı oğlu Cavabdeh məhkəmənin qərarını saymayaraq, özbaşınalıq edib Binəqədi rayonu, Nəsimi küçəsi, ev 4 ünvanında yerləşən 6 saylı mənzilinin kilidini sındıraraq evə daxil olmuş, həmçinin evin açarını dəyişdirərək qanunsuz olaraq orada yaşamağa başlamışdır. Həmin mənzilə istifadə hüququ məhkəmə qətnamələri ilə tanınmışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə qardaşı X8 onun mənzildən çıxarılmasına dair iddiası rədd edilmişdir. X1 qeydiyyatı onun verdiyi şikayət əsasında ləğv olunmuşdur.
17. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 iddiaya qarşı yazılı etiraz vermiş, etirazında aşağıdakıları göstərmişdir: “...İddiaçının ümumiyyətlə belə bir iddia qaldırmaqda subyektiv hüququ yoxdur, çünki həmin mənzil, dövlət mənzil fondunun balansındadır və mülkiyyətçisi dövlətdir. ünvan 9 ünvanında yerləşən 6 saylı mənzil Ağamusa İsmayılov və Səkinəxanım Əliyeva, yəni iddiaçının valideyinləri tərəfindən deyil, qardaşı X12 tərəfindən alınmışdır. Belə ki, X12 ünvan 9 ünvanında yerləşən 6 saylı mənzili keçmiş sahibi X3 15 200 manat ödəməklə alqı-satqı yolu ilə almış, həmin tarixdən mənzil Elçin İsmayılovun qanuni istifadəsində olmuşdur. Binəqədi rayon Xalq Məhkəməsinin 2-269/1997 nömrəli xx.xx.1997-ci il tarixli qətnaməsi ilə X4 X9 qarşı ünvan 9 ünvanında yerləşən 6 saylı mənzilindən çıxarılmasına dair iddiası rədd edilmiş, qarşılıqlı iddia təmin edilməklə, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən həmin mənzilə dair X4 adına verilmiş xx.xx.1997-ci il tarixli 061156 saylı qeydiyyat vəsiqəsi etibarsız hesab edilmişdir. Ondan əvvəl də həmin mənzil hazırda xx.xx.1989-ci il tarixli order əsasında Cavabdeh atası X11 Məcid arasında 108240 saylı həmin ünvandakı 20 saylı mənzillə dəyişdirilmişdir. X8 iddiası əsasında Binəqədi Rayon Məhkəməsinin 2-1458/2001 nömrəli xx.xx.2001-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, X4 Bakı şəhəri, Binəqədi rayonu, Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzilinə olan hüquqları itirilmiş hesab edilmişdir. Qeyd olunan məhkəmə qərarlarından da müəyyən edilir ki, sözügedən mənzil Elçin İsmayılova məxsus olmuşdur. İddiaçı ərizəsində bildirmişdir ki, mərhum anasının xəstə olması səbəbindən, eyni zamanda həmin ünvanda yaşayan 2-ci qrup əlil olan qardaşı X2 göstərmiş, 2014-cü ildə mərhum anası Səkinəxanım sözügedən mənzili ona və 2-ci qrup əlil olan qardaşı X9 vəsiyyət etmiş, həmçinin mərhum anası öz təşəbbüsü ilə öz səs yazısını diskə yazdıraraq, mənzili onlara vəsiyyət etmişdir. Əgər belə bir vəsiyyətnamə və ya disk varsa məhkəməyə təqdim etməlidir. Eyni zamanda iddiaçı ərizəsində göstərir ki, bacısı Səmayə Məmmədova özünə məxsus mənzili sataraq, əri Novruz və oğlu Fərid Novruzovla birlikdə guya ki, onların evinə müvəqqəti yaşamaq üçün gəlmişlər. Daha sonra isə bacısı Səmayə Məmmədova evə icazəsiz qeydiyyata düşmüş, sonra isə məhkəmə qərarı ilə Səmayə Məmmədova həmin evdən çıxarılmış və məhkəmənin qərarı ilə sözügedən mənzildə ona və qardaşı Elçin İsmayılova yaşamaq hüququ verilməsi ilə bağlı qərar verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-3856/2011 saylı qətnaməsi ilə yalnız İddiaçı cavabdehlər X7 və qeyrilərinə qarşı iddiası təmin edilmiş və X10 ünvan 10 ünvanda yerləşən ümumi sahəsi 27,40 kv metr olan iki otaqlı mənzilə köçürülmüşdür. Həmin qətnamə qüvvədədir. Məhkəmə qətnaməsində müəyyən olunur ki, dövlət mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzilinə dair heç kəsin icarə və mülkiyyət hüquqları qeydə alınmamış, mənzil 2001-ci ildən Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. İddiaçının hər hansı bir hüququ olmayan mənzildən kiminsə çıxarılmasını tələb etmək və evə köçürülmək barədə subyektiv hüququ olmadığından iddia ərizəsi əsassızdır, ona görə də təmin edilə bilməz”.
18. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın rədd olunması qət edilmişdir.
19. Məhkəmə, iddiaçının mübahisəli mənzildə deyil, ünvan 5 ünvanında qeydiyyatda olmasını, eləcə də mənzilin iddiaçının mülkiyyətinə və ya qanuni sahibliyinə verilməməsini, eyni zamanda iddiaçının həmin mənzilə dair istifadə hüququnun müəyyən edilməməsini vurğulayaraq hesab etmişdir ki, iddiaçı, cavabdehin mübahisəli mənzildən çıxarılmasını və özünün həmin mənzilə köçürülməsini tələb etmək üçün subyektiv hüquqa malik deyildir.
20. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 139.1-ci, 152.1-ci, 152.2-ci, 152.3-cü, 157.2-ci, 157.4-cü və 157.8.1-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 88-ci, 119.1-ci və 217.4-cü maddələrinə istinad etmişdir.
b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
21. İddiaçı nümayəndəsi (vəkili) qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutları düzgün araşdırmadığını, işin hallarına səhv qiymət verdiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, nəticədə əsassız qərar çıxardığını irəli sürmüşdür.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 23 yanvar 2023-cü il tarixli qətnaməsinin qismən, yəni İddiaçı Cavabdeh qarşı irəli sürdüyü "iddiaçının mübahisəli mənzilə köçürülməsi barədə” tələbin rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılması və həmin tələbin təmin edilməsi, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Nəsimi küçəsi, ev 4 ünvanında yerləşən 6 saylı mənzilə köçürülməsi qət ediilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisəli mənzilə köçürülməsi barədə tələbi rədd etməklə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmiş, "cavabdehin mübahisəli mənzildən çıxarılması barədə tələbin rədd edilməsi barədə” qənaəti isə əsaslı olmuşdur. Belə ki, mübahisəli mənzil Bakı şəhər İcra Hakimiyyətinin 2 saylı Xüsusi Təyinatlı Mənzil - Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İddiaçının mübahisəli mənzilə cavabdehə münasibətdə hər hansı üstün hüququ (mülkiyyət hüququ, sahiblik hüquq və s.) yoxdur. Belə olan halda o, cavabdehin mənzildən çıxarılmasını tələb etmək üçün subyektiv hüquqa malik deyildir.
24. İddiaçı mübahisəli mənzilə köçürülməsi barədə tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzil Bakı şəhər İcra Hakimiyyətinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır və iddiaçının mübahisəli mənzilə hər hansı bir hüququ tanınmamışdır. Bununla belə müəyyən edilmişdir ki, iddiaçı 2009-cu ildən xx.xx.2022-ci il tarixədək həmin mənzildə yaşamış və qeyd edilən tarixdə cavabdehin özü və cavabdehin valideynləri tərəfindən yaşadığı mənzildən qovulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X18 Əliyevaya qarşı irəli sürdüyü (mübahisəli) mənzildən çıxarılması barədə iddiası təmin edilməmiş, qətnamədə qeyd edilmişdir ki, Rusiya Federasiyasının vətəndaşı olan, 2002-ci ildən Azərbaycan Respublikasında yaşamayan Elçin İsmayılovun dövlət mülkiyyətində olan (mübahisəli) mənzilinə dair mülkiyyət və istifadə hüquqları mövcud deyildir, çünki mənzil dövlət mülkiyyətinə qaytarıldıqdan sonra mənzili balansında saxlayan dövlət qurumu ilə Elçin İsmayılov arasında mənzilə dair kirayə müqaviləsi bağlanmamışdır. Buna görə də Elçin İsmayılov hər hansı bir hüququ olmadan mənzildə yaşayan İddiaçı mənzildən çıxarılmasını tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Bu səbəbdən də, Elçin İsmayılovun iddiası təmin edilməməlidir. Göstərilən halı və cavabdehin nümayəndəsi olan anasının məhkəməyə verdiyi izahatı nəzərə alan apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisəli mənzildə yaşamasının hüquqi əsası olmasa da, onun həmin mənzildə yaşamasının qarşısı yalnız mənzilin qanunu sahibinin-mənzili balansında saxlayan Bakı Şəhər İcra Hakimiyyətinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin iddiası əsasında alına bilər. Cavabdeh iddiaçının mübahisəli mənzildə yaşamasının qarşısını almaq üçün subyektiv hüquqa malik deyil, çünki onun özünün həmin mənzildə yaşamasının hüquqi əsası mövcud deyildir. Belə bir hal Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinin tələblərinə ziddir.
25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 26 may 2023-cü il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.
27. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “...İddiaçı tərəfin izahatı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3595/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi və cavabdehin nümayəndəsi olan anasının məhkəməyə verdiyi izahatına əsasən apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 2009-cu ildən xx.xx.2022-ci il tarixədək qanuni əsas olmadan mübahisəli mənzildə yaşamış və göstərilən tarixdə cavabdehin özü və cavabdehin valideynləri onu mənzilə buraxmamışlar. İddiaçının mübahisəli mənzildə yaşaması üçün hüquqi əsası olmasa da, onun həmin mənzildə yaşamasının qarşısı yalnız mənzilin qanunu sahibi tərəfindən alına bilərdi, Cavabdeh belə bir subyektiv hüququ yoxdur, çünki onun özünün də həmin mənzildə yaşaması əsassızdır. Cavabdeh İddiaçı mübahisəli mənzildə yaşamasına mane olması Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinin pozuntusudur, həmin pozuntu aradan qaldırılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, istinad olunan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3595/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Elçin İsmayılovun hazırkı iş üzrə İddiaçı qarşı mübahisəli mənzildən çıxarılması barədə iddiası rədd edilmiş, iddianın rədd olunmasına əsas İddiaçı mənzilə hər hansı hüquqa malik olması deyil, Elçin İsmayılovun belə bir tələb irəli sürmək üçün subyektiv hüququnun olmaması olmuşdur. İddiaçı hazırkı iş üzrə məhkəmə iclasında, habelə mübahisəli mənzillə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə aktlarındkı izahatlarında mübahisəli mənzilə nə vaxt köçməsi barədə hər hansı hal göstərməmiş, həyat yoldaşı vəfat etdikdən sonra Bakı şəhərinə gəldiyini bildirmiş, onun mübahisəli mənzilə köçməsinin daimi, yaxud müvəqqəti xarakter daşıması da müəyyən edilməmişdir. Cavabdeh isə 2008-ci ildən ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə yaşadıqlarını, İddiaçı sonradan gəldiyini göstərmişdir. Məhkəmə həmçinin iddiaçının Bakı şəhərində, yaxud başqa yaşayış məntəqəsində yaşayış sahəsinin olub-olmaması ilə əlaqədar da tədqiqat aparmamışdır, iş materiallarına görə iddiaçı ünvan 11 ünvanda qeydiyyatdadır. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli mənzilə köçürülməsi qənaətinə gələrkən mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən yuxarıda göstərilən halların müəyyən edilmədiyini nəzərə almamış, faktiki sahib kimi iddiaçının mənafeyinin müdafiəsi üçün onun tərəfindən təqdim edilmiş sübutların kifayət etmədyini diqqətdən qaçırmışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, tərəflərdən heç birinin mübahisəli mənzilə dair hər hansı hüququ yoxdur, onlar mənzilin faktiki sahibləri kimi mənafelərini müdaifə edirlər. Əmlakın faktiki sahibinin mənafeyinin müdafiəsi üçün də qanunvercilikdə konkret şərtlər nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə tərəflərdən hansının əmlaka ilk sahiblik etməsi, sahibliyin müvəqqəti, yaxud müddət müəyyən edilmədən mövcud olması, hansı tərəfin özbaşınalıq yolu ilə sahibliyi pozması kimi halların müəyyən edilməsi mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası daha sonra qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına görə mübahisəli mənzil Azərbaycan Dövlət Dəmir Yoluna məxsus olmuş, mənzilin yerləşdiyi yaşayış binası Azərbaycan Dövlət Dəmir Yolunun xx.xx.2021-ci il tarixli 46/H saylı əmrinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 193 saylı sərəncamı ilə balansa qəbul edilmişdir. Hazırda həmin yaşayış binası (mübahisəli mənzil də daxil olmaqla) 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Mübahisəli mənzillə bağlı çoxsaylı məhkəmə işlərinin olmasını nəzərə alan Departament mənzilə dair heç kimlə kirayə müqaviləsi bağlamamışdır. İşə baxan məhkəmələr dövlət mülkiyyətində olan mənzilə köçürülmə (faktiki istifadə) ilə bağlı mübahisəni həll edərkən Bakı şəhər İcra Hakimiyyətini işə cəlb etməmiş, bununla balans sahibinin iştirakı olmadan onun maraqlarına toxunan məsələni də həll etmişlər”. Təkrar apellyasiya baxışı, izahatlar
28. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən iddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişdir.
29. Təkrar apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanlar əsas götürülməklə Bakı şəhər İcra Hakimiyyəti işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş, həmin qurumun təmsilçisi kimi məhkəmə iclaslarında iştirak edən Əsəd Bayramov izahatında bildirmişdir ki, Azərbaycan Dövlət Dəmir Yoluna məxsus mənzil fondu, o cümlədən ünvan 3 ünvanda yerləşən yaşayış binası Azərbaycan Dövlət Dəmir Yolunun xx.xx.2001-ci il tarixli 46/H saylı əmrinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 193 saylı sərəncamı ilə balansa qəbul edilmişdir. Hazırda qeyd edilən ünvanda yerləşən yaşayış binası 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır və heç bir şəxsin, o cümlədən nə iddiaçının, nə də cavabdehin həmin mənzilə dair hüquqmüəyyənedici sənədləri mövcud olmamışdır.
30. Təkrar apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanlar əsas götürülməklə İddiaçı əmlak vəziyyətinin yoxlanılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müvafiq sorğu ünvanlanmış, sorğuya verilən cavabda İddiaçı mülkiyyətində paylı mülkiyyət hüququ ilə (fərdi yaşayış evi ¼ hissə, torpaq sahəsi ¼ hissə) ünvan 6ərdi yaşayış evinin olduğu göstərilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
31. Maddə 43 (1-ci hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
34. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
35. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
36. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır.
37. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
38. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
39. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
40. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
41. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
42. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
50. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
51. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”.
52. İddiaçının tələbi mülkiyyətində olmayan mənzillə bağlı olsa da, kassasiya instansiyası məhkəməsinin də vurğuladığı kimi (§ 27) o, mənzilin faktiki sahibi kimi müvafiq iddia tələblərini irəli sürmüşdür.
53. Əmlakın faktiki sahibinin mənafeyinin müdafiəsi üçün qanunvercilikdə konkret şərtlər nəzərdə tutulmuşdur və əgər qanunla müəyyənləşdirilən şərtlər mövcuddursa, əmlak üzərində sahiblik hüququ olan şəxsin öz hüquqlarının realizəsinə həmin əmlak üzərində sahiblik hüququ olmayan şəxslərin bütün qanunsuz müdaxilələri, o cümlədən sahiblk hüququna olan hər cür pozuntu qadağan edilir (§ 39).
54. Başqa sözlə, iddianın hüquqi əsası kimi sahibliyin müdafiəsinə dair normaların (§ 38-41) tətbiq edilməsi üçün iddiaçının özünün mübahisəsi gedən əmlak üzərində sahiblik hüququna malik olub-olmaması müəyyən edilməlidir.
55. Belə ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarı).
56. İşin halları o qənaətə gəlməyə əsas verir ki, iddiaçı mübahisəsi gedən mənzilə cavabdehdən daha əvvəlki tarixdə faktiki sahiblik etməyə başlamış, bu səbəblə onun (cavabdehin) anası və dayısı mənzillə bağlı iddia tələblərini məhz iddiaçıya qarşı irəli sürmüşlər.
57. Həmin iddia tələbləri üzrə çıxarılan məhkəmə aktlarının (§ 5, 6, 8), eləcə də iddiaçının şikayəti üzrə qəbul olunmuş Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsinin 29 avqust 2022-ci il tarixli qərarının (§ 10) təhlili ağlabatan mühakimə əsasında o qənaəti formalaşdırır ki, iddiaçı 2022-ci ilin ortalarına qədər mənzilə sahiblik etmişdir.
58. Buna görə də kollegiya hesab edir ki, iddiaçının, əvvəllər faktiki sahiblik etmiş olduğu və yaşadığı evdən istifadəsinə yaradılan maneələrin aradan qaldırılmasını, yəni oraya köçürülməsini tələb etməyə subyektiv hüququ mövcuddur və birinci instansiya məhkəməsinin həmin tələb üzrə gəldiyi nəticə müəyyən olunmuş faktlara uyğun olmamışdır.
59. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin özünün də vurğuladığı kimi, tərəflərdən hansının əmlaka ilk sahiblik etməsi, sahibliyin müvəqqəti, yaxud müddət müəyyən edilmədən mövcud olması, hansı tərəfin özbaşınalıq yolu ilə sahibliyi pozması kimi halların müəyyən edilməsi mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.
60. Subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra isə, bu hüququ pozan şəxsin hərəkətlərinin qanuni olub-olmadığı aydınlaşdırılaraq müvafiq qərar verilməlidir.
61. Bu kontekstdə qeyd olunmalıdır ki, Konstitusiyanın 43-cü maddəsi insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və cavabdeh iddiaçıya təsir edərək onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc və ya sair təsir tətbiq etməklə mənzildən çıxarma, güc və ya sair təsir tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin mübahisəli mənzil üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəmələrə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (təsir etməklə mənzildən çıxarma) qanunsuzdur. Cavabdehin mübahisəli mənzilə iddiaçıya münasibətdə hər hansı üstün hüququ olmadığı (mülkiyyət hüququ, sahiblik hüququ və s.) üçün iddiaçının yaşadığı yerdən məhrum edilməsinin qanuni əsası yoxdur.
62. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur; pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi mənzilə köçürülməlidir.
63. Qeyd olunmalıdır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X22rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
64. Bununla belə kollegiya, iddiaçının digər tələbi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.
65. Belə ki, yuxarıda qeyd edildiyi kimi mübahisəli mənzil Bakı şəhər İcra Hakimiyyətinin 2 saylı Xüsusi Təyinatlı Mənzil - Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İddiaçının mübahisəli mənzilə cavabdehə münasibətdə hər hansı üstün hüququ (mülkiyyət hüququ) yoxdur. Belə olan halda o, cavabdehin mənzildən çıxarılmasını tələb etmək üçün subyektiv hüquqa malik deyil.
66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-471/2023 saylı iş üzrə 23 yanvar 2023-cü il tarixli qətnaməsi qismən - İddiaçı “mənzilə köçürülmə” tələbinin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunsun və həmin tələb üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbi təmin edilsin. İddiaçı ünvan 9 ünvanında yerləşən 6 saylı mənzilə köçürülsün. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə