Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11514/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borc məbləğinin yenidən hesablanması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli 2(004)-6728/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı borc məbləğinin yenidən hesablanması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01.10.2021-ci tarixli 2(004)-6728/2021 saylı qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. İddiaçı şikayət ərizəsi ilə məhkəmə müraciət edərək, həmin qərardadın ləğv olunmasını və iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(004)- 6728/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. İddia ərizəsinin məzmunundan görünür ki, Kürdəmir Rayon Məhkəməsinin 28.08.2016-cı il tarixli 2(041)-927/2016 saylı qətnaməsi ilə cavabdeh İddiaçı 74090 ABŞ dolları əsas borc, 6496 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları dəbbə olmaqla, cəmi 81586 ABŞ dolları məbləğində pulun, 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının tutularaq iddiaçı “Nikoyl” İKB-nin xeyrinə tutulması, tələbin ünvan 1 ünvanında yerləşən 69,9 kv.m ümumi, 58,2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 120000 manat müəyyən olunmaqla, açıq hərracdan satılması və satışdan əldə olunmuş məbləğin iddiaçı “Nikoyl” İKB-nın xeyrinə ödənilməsi, qeyri-yaşayış sahəsinin boşaldılması və təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin 23.10.2019-cu il tarixli 2(106)-10/2019 saylı qətnaməsi ilə qismən təmin edilmiş, qətnamə əsas borcun, faiz borcunun, 1000 ABŞ dolları dəbbə pulunun və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində ləğv edilmiş, iddia tələbi faiz borcunun tutulması hissəsində qismən təmin edilmiş, 18.11.2014cü il tarixli, 6-G-l-0-2266-14 nömrəli kredit müqaviləsinə əsasən cavabdeh İddiaçı 74090 ABŞ dolları məbləğində əsas borc, 6255,93 ABŞ dolları məbləğində faiz borcu və 1000 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 81345,93 ABŞ dolları məbləğində pulun alınıb iddiaçı “Nikoyl” İKB-yə ödənilməsi, ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 69,9 kv.m ümumi, 58,2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 600000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 10.06.2020-ci il tarixli 2(102)-2072/2020 saylı qərarı ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göründüyü kimi, hazırkı iş üzrə tərəflər eyni olduğundan və İddiaçı 18.11.2014-cü il tarixli, 6-G-l-0-2266-14 nömrəli kredit müqaviləsinə əsasən ”Yelo Bank" ASC-yə (əvvəlki adı “Nikoyl” İKB) olan borc məbləği qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, borc məbləğinin yenidən hesablanması barədə hazırkı iddia ərizəsini qəbul etməkdən imtina etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400 və 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli 2(004)- 6728/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-11514/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11514/2021
30.11.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver