Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11524/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdeh1 və onun və Cavabdeh2 vəkili X1 iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-3934/2021 saylı 24.09.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 07.03.2017-ci il tarixli hüquq xidmətləri göstərilməsinə dair müqavilənin 3.3-cü bəndinə əsasən 10000 manat zəhmət haqqının müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-3934/2021 saylı 19.05.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi MPM-in 259.0.7ci maddəsinə əsasən baxılmamış saxlanmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işin icratının bərpa edilib, mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir, Bakı şəhri Xətai Rayon Məhkəməsinin 2(011)-3934/2021 saylı 27.08.2021-ci il tarixli qərardadı ilə İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3934/2021 saylı, 19.05.2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə ərizəsi təmin edilməmişdir. İddiaçı Xətai Rayon Məhkəməsinin 2(011)-3934/2021 saylı 27.08.2021-ci il tarixli qərardadından verdiyi şikayət 22.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Xətai Rayon Məhkəməsinin 2(011)-3934/2021 saylı 24.09.2021-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Xətai Rayon Məhkəməsinin 2(011)-3934/2021 saylı, 19.05.2021-ci il tarixli və 24.09.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətlər məhkəməyə daxil olmuşdur. Rayon məhkəməsi tərəfindən 19.05.2021-ci il tarixli qərardaddan verilmiş şikayət geri qaytarılmış, 24.09.2021-ci il tarixli qərardaddan verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə Kollegiyasının iclasında Cavabdeh1 və onun və Cavabdeh2 vəkili M.Əliyev ayrlıqda şikayətlə razılaşmayaraq təmin edilməməsini xahiş etdilər. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılması mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda, apellyasiya instansiya məhkəməsi rayon məhkəməsinin iş üzrə qəbul etdiyi qərardadların prosessual qanunvericiliyə uyğunluğunu tam yoxlayır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət qismən təmin edilməli, 24.09.2021-ci il tarixli qərardadı ləğv edilməli, 19.05.2021-ci il tarixli qərardaddan verilmiş şikayətə tərəflərin iştirakı ilə yenidən baxılması üçün mülki iş materialları Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Rayon məhkəməsi 19.05.2021-ci il tarixli qərardaddan verilmiş şikayətə münasibətdə qeyd etmişdir ki, qanunvericiliklə iddianın baxılmamış saxlanılmasından şikayət verildikdə dövlət rüsumunun ödənilməsi nəzərdə tutulduğu halda, tərəf mülki işin baxılmamış saxlanılması barədə qərardaddan şikayət verərkən, qanunverici tərəfindən müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməmişdir. Halbuki, Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırkı mülki işdə olan “Məcburi köçkün vəsiqəsi”ndən məlum olur ki, İddiaçı Xocavənd rayonundan məcburi köçkündür (i/v 17). Birinci instansiya məhkəməsi isə həmin vəsiqəyə diqqət yetirməmiş, nəticədə düzgün olmayan qənaətə gəlmişdir. Rayon məhkəməsi 24.09.2021-ci il tarixli qərardaddan verilmiş şikayətə münasibətdə qeyd etmişdir ki, şikayətçi şikayət ərizəsində məhkəmə qərardadının ləğv edilməsi barədə əsaslarını göstərməmiş, buna dair sübutları iş materiallarına əlavə etməmişdir. Kollegiya hesab edir ki, əsasların göstərilməməsi, sübutların əlavə olunmaması şikayətin baxılmadan geri qaytarılması üçün deyil, şikayətin təmin edilməməsi üçün əsas ola bilərdi. Belə olan halda məlum olur ki, rayon məhkəməsi həmin qərardaddan verilmiş şikayətləri geri qaytararkən prosessual qanunvericliyin tələblərini pozmuşdur. Bundan başqa, iş materialları ilə müəyyən olunur ki, rayon məhkəməsi 24.09.2021-ci il tarixli qərardadında iddiaçıya 19.05.2021-ci il tarixli qərardaddan qanunla müəyyən edilmiş qaydada şikayət vermək hüququnun olmasını izah etmişdir. İş materialları ilə həmçinin müəyyən olunur ki, iddiaçı rayon məhkəməsinin həmin gösətərişinə (izahına) əsasən 19.05.2021-ci il tarixli qərardaddan şikayətlə məhkəməyə müraciət etmişdir. Rayon məhkəməsi 27.10.2021-ci il tarxili qərardadla iddiaçının şikayətini və ona əlavə edilmiş sənədləri dövlət rüsumunun ödənilməməsi əsası ilə geri qaytarmışdır. Halbuki, iş materialları ilə müəyyən olunur ki, yuxarıda da qeyd edildiyi kimi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən, iddiaçı dövlət rüsumu ödəməkdən azad edilən şəxslər sırasına aiddir. Belə olan halda, müəyyən ounur ki, rayon məhkəməsi iddiaçının ərizənin baxılmamış saxlanmasına dair 19.05.2021-ci il tarixli qərardaddan vermiş olduğu şikayəti dövlət rüsumunun ödənilməməsi əsasına görə geri qaytararkən növbəti qanun pozuntusuna yol vermişdir. Eyni zamanda, müəyyən olunmuşdur ki, iddiaçı rayon məhkəməsinin müxtəlif məzmunlu qərardadlarından bir neçə dəfə ərizə və şikayət verməsinə baxmayaraq rayon məhkəməsi tərəfindən onun iştirakı təmin edilməmiş və o dinlənilməmişdir. Belə olan halda, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə ərizənin baxılmamış saxlanmasına dair qərardadından işin mahiyyəti üzrə baxılmasının təzələnməsinə dair ərizənin baxılmadan geri qaytarılması barədə həmin məhkəmənin 24.09.2021-ci il tarixli eləcə də, ərizənin baxılmamış saxlanmasına dair 19.05.2021-ci il tarixli qərardaddan iddiaçının şikayətinin geri qaytarılması ilə bağlı 27.10.2021-ci il tarixli qərardadı ləğv edilməli, 19.05.2021-ci il tarixli qərardaddan iddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş ərizə və şikayətə yuxarıda qeyd edilən halların araşdırılmasından ötrü tərəflərin iştirakı təmin edilməklə baxılması üçün mülki iş materialları Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Xətai Rayon Məhkəməsinin 2(011)-3934/2021 saylı, 24.09.2021-ci il tarixli, eləcə də 27.10.2021-ci il tarixli qərardadları ləğv edilsin, məhkəmənin 19.05.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş ərizə və şikayətə yuxarıda qeyd edilən halların araşdırılmasından ötrü tərəflərin iştirakı təmin edilməklə baxılması üçün mülki iş materialları Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-11524/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11524/2021
24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver