Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1156/2023 09.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2(006)-3361/2022 saylı qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş şikayətlərə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzilə köçürülmüş və həmin mənzildən qanunsuz olaraq istifadə edən digər şəxslərlə birlikdə çıxarılması, mənzilin iddiaçıya təhvil verilməsi və cavabdehlər və mənzildən qanunsuz olaraq istifadə edən digər şəxslər tərəfindən əmlaka daxil olmağa və sərbəst şəkildə istifadə etməyə törədilən bütün növ maneələrin aradan qaldırılması, Cavabdeh1 ilə iddiaçı arasına bağlanılmış 08/20 saylı, xx.xx.2020-ci il tarixli kirayə müqaviləsi üzrə 12000 (on iki) manat məbləğində ödənilməmiş kirayə haqqı borcunun və məhkəməyə ödənilmiş 126 (bir yüz iyirmi altı) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(006)- 3361/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (həmin mənzilə köçürülmüş və həmin mənzildən qanunsuz olaraq istifadə edən digər şəxslərlə birlikdə) çıxarılmaları, mənzilin iddiaçıya təhvil verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (həmçinin mənzildən qanunsuz olaraq istifadə edən digər şəxslər) tərəfindən iddiaçının əmlaka daxil olmasına və sərbəst şəkildə istifadə etməsinə törədilən bütün növ maneələrin aradan qaldırılması, Cavabdeh1 ilə İddiaçı arasında bağlanılmış 08/20 saylı, xx.xx.2020-ci il tarixli kirayə müqaviləsi üzrə 12000 (on iki min) manat məbləğində ödənilməmiş kirayə haqqı borcunun və məhkəməyə ödənilmiş 126 (bir yüz iyirmi altı) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən həmin qətnamədən apellyasiya şikayətləri verilmiş və apellyasiya şikayətləri verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizələr ilə məhkəməyə müraciət edilərək buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2(006)- 3361/2022 saylı qərardadı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(006)-3361/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilməsi qərara alınmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3361/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından şikayətlər verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onların asan imza nömrələri olmamış, asan imza nömrəsini sonradan əldə emiş və apellyasiya şikayətini poçt vasitəsilə göndərmişlər. Onlar şikayətin elektron qaydada asan imzanın vasitəsilə verildiyini bilməmişlər. Belə ki, daha əvvəl cavabdehlərin adından Cavabdeh3 tərəfindən elektron məhkəmə sistemi vasitəsilə verilən apellyasiya şikayətinin Cavabdeh3 asan imzası ilə imzalanaraq göndəriləcəyindən xəbərdar olmamışlar. Ona görə də hesab edirlər ki, həmin qərardad əsassızdır və ləğv edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2(006)-3361/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Kollegiya şikayətlərin əsasları ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdehlərin asan imza nömrələrinin olmaması, asan imza nömrələrinin sonradan əldə edilməsi və apellyasiya şikayətinin qanunvericilikdə nəzərdə tutulmuş formada yazılmaması apellyasiya şikayətlərinin verilməsi üçün buraxılmış müddətlərin bərpası üçün üzrlü hallar hesab edilə bilməz. Cavabdehlər şikayətlərin elektron qaydada asan imzanın vasitəsilə verildiyini bilirdilər. Belə ki, daha əvvəl cavabdehlərin adından Cavabdeh3 tərəfindən elektron məhkəmə sistemi vasitəsilə verilən apellyasiya şikayətlərində cavabdehlərin imzaları var idi və onlar həmin şikayətlərin Cavabdeh3 asan imzası ilə imzalanaraq göndəriləcəyindən xəbərdar idilər. Hətta cavabdehlər öz ərizələrində göstərmişlər ki, onların asan imzaları olmadığı üçün şikayətlər Cavabdeh3 asan imzası ilə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə 2”-də isə apellyasiya şikayətinin forması müəyyən edilmişdir. Kollegiya hesab edir ki, Qanunun tələblərini bilməmək üzrlü hal hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadını qanuni və əsaslı sayaraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2(006)-3361/2022 saylı qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2(006)-3361/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-1156/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1156/2023
09.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver