Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1158/2025 31.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Repsublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X6 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-579/2024 nömrəli, 04 noyabr 2024cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan işəgötürən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı baş gözətçi peşəsinə qəbul edilmiş, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə müddətsiz bağlanılmışdır.
2. İş materiallarında olan İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir.
3. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 73/A saylı əmrindən görünür ki, “Təhlükəsizlik şöbəsi” bölməsində “baş gözətçi” vəzifəsində işləyən İddiaçı Tofiq oğlu ilə bağlanılmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə AR ƏM-in 68.2. “a” - tərəflərdən birinin təşəbbüsü maddəsinə əsasən xx.xx.2023 tarixdən xitam verilmişdir.
4. İş materiallarında olan İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə "xxxx" MMC cəmiyyətin təhlükəsizlik şöbəsinə baş gözətçi vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 (a) bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir.
5. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 77-1/A saylı əmrindən görünür ki, “Təhlükəsizlik şöbəsi” bölməsində “baş gözətçi” vəzifəsində işləyən İddiaçı Tofiq oğlu ilə bağlanılmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə “AR ƏM-in 69.“1” - işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər” maddəsinə əsasən xx.xx.2023 tarixdən xitam verilmişdir.
6. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 001/İ saylı əmrindən görünür ki, cəmiyyətin baş gözətçisi İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı verilmiş 73/A nömrəli xx.xx.2023-cü il tarixli əmr etibarsız hesab edilmişdir.
7. İş materiallarında olan mərkəzləşdirilmiş X2 iş yerinə dair arayışdan görünür ki, "xxxx" MMC-nin “Təhlükəsizlik şöbəsi” bölməsində “baş gözətçi” vəzifəsində işləyən İddiaçı Tofiq oğlunun aylıq əmək haqqı 669.71 manatdır.
8. İş materiallarında olan bank hesabına ödənilən əmək haqqı cədvəlindən görünür ki, İddiaçı 16 dekabr 2023-cü il tarixədək əmək haqqı ödənilmişdir.
9. İş materiallarında olan ilkin mediasiya sessiyası üçün ərizədən görünür ki, İddiaçı 08 yanvar 2024- cü il tarixdə xx.xx.2023-cü il tarixli 73/A nömrəli əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddətində əmək haqqının hesablanaraq ödənilməsi ilə bağlı mediasiya şurasına müraciət etmişdir.
10. İş materiallarında olan əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, bildiriş elektron sistemə xx.xx.2024-cü il tarixində daxil edilmişdir.
11. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 30 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı 08 yanvar 2024-cü il tarixdə xx.xx.2023-cü il tarixli 73/A nömrəli əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddətində əmək haqqının hesablanaraq ödənilməsi ilə bağlı mediasiya şurasına müraciət etmişdir.
12. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 05 mart 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı 13 fevral 2024-cü il tarixdə xx.xx.2023-cü il tarixli ərizənin və ərizəyə əsasən xx.xx.2023-cü il tarixli 77-1A nömrəli əmrin etibarsız hesab edilərək, işə bərpa, məcburi işburaxma müddətində əmək haqqının hesablanaraq ödənilməsi ilə bağlı mediasiya şurasına müraciət etmişdir.
13. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 oktyabr 2024-cü il tarixli, 4/1400 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 16 noyabr 2023-cü il tarixli, "xxxx" MMCnin direktoruna ünvanlanmış “ərizə”nin yuxarı hissəsində “gözətçi, İddiaçı Tofik oğlu” yazıları, ərizənin aşağı hissəsində “İddiaçı T. 16 noyabr” yazıları və “İddiaçı T.” yazılarının qarşısındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X6 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən barəsində verilmiş xx.xx.2023-cü il tarixli 73/A nömrəli əmrin ləğv edilməsi, işə bərpa olmağı və məcburi işburaxma müddətində əmək haqqı hər ay 1000 manat olmaqla hesablanaraq ödənilməsi, 70 manat hüquqi yardım üçün ödənilmiş vəsaitin və 60 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2022-ci ildən faktiki əmək münasibətlərinə daxil olsa da, rəsmi olaraq əmək müqaviləsi xx.xx.2023-cü il tarixində bağlanmış, baş gözətçi vəzifəsində işə “başlamış” (ya da davam etmiş) və ona xx.xx.2023-cü il tarixində AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərin birinin təşəbbüsü) əsasən xitam verilmişdir. İddia ərizəsinin birinci abzasında qeyd edilən xüsusiyyətlər sənəd üzərində qeyd ediləndir. Belə ki, cavabdeh onu xx.xx.2023-cü ildə xəbəri olmadan saxtakarlıq edilərək adından ərizə yazaraq və bu saxta ərizəyə əsaslanaraq əmək müqaviləsinə xitam vermişdir. Faktiki olaraq 1000 manat əmək haqqı almış olsa da, elektron sistemdə əmək haqqı 669.71 manat qeyd edilmişdir. Yaranmış vəziyyətlə bağlı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinə xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023cü il tarixlərdə dəfələrlə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh barəsində MN ******* saylı protokol tərtib edilmiş, xx.xx.2023-cü il tarixdə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə MN ******* nömrəli qərar qəbul edilmiş, eyni zamanda "xxxx" MMCnin direktoru A.İbrahimova 30 gün ərzində əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin etibarsız sayılması, 10 gün ərzində son haqq hesabın hesablanaraq ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli məktub göndərilmişdir. Nəticə etibarı ilə “xx.xx.2023-cü il tarixli 73/A nömrəli əmr ləğv edilmədi, işə bərpa, məcburi işburaxma müddətində əmək haqqı hesablanması” ilə bağlı müraciəti öz müsbət həlli tapmadı. İşdən çıxarılma barəsində guya tərəfindən yazılmış həmin ərizə xx.xx.2023-cü il tarixdə yazılmış, 69.3-cü maddədə qeyd edilən hallar göstərilmədən elə həmin gün də müqaviləsinə xitam verilmişdir. Xüsusi olaraq qeyd edir ki, AR Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və AR Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydaları”ın 3.4 bəndinə əsasən, əmək müqaviləsi bildirişin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökümət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autenfikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökümət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyat keçirilməsi” xidməti vasitəsi , ilə işəgötürənin özü və ya bu səlahiyyəti olan şəxslər tərəfindən həyata keçirilməlidir, lakin tərəfindən bütün həmin daxili qaydada və ya qanunla müəyyən edilmiş formada cavabdehə müraciətin heç bir müsbət nəticəsi olmamışdır.
16. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı xx.xx.2023-cü il tarixli saxta ərizə əsasında verilmiş olan xx.xx.2023-cü il tarixli 77-1 A nömrəli əmrin ləğv edilməsi, işə bərpa olmağı və məcburi işburaxma müddətində əmək haqqı hər ay 1000 manat olmaqla hesablanaraq ödənilməsi, 90 manat hüquqi yardım üçün ödənilmiş vəsaitin və 60 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı xx.xx.2023-cü il tarixli saxta ərizə əsasında verilmiş olan xx.xx.2023-cü il tarixli 77/1 A nömrəli əmrin ləğv edilməsi, işə bərpa olmağı və məcburi işburaxma müddətində əmək haqqı hər ay 1000 manat olmaqla hesablanaraq ödənilməsi, 90 manat hüquqi yardım üçün ödənilmiş vəsaitin və 120 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı xx.xx.2022-ci il tarixdən etibarən onunla MMC arasında əmək müqaviləsi bağlamadan işə cəlb edilməyi, xx.xx.2023-cü il tarixli saxta ərizə əsasında verilmiş olan xx.xx.2023-cü il tarixli 77/1 A nömrəli əmrin ləğv edilməsi, işə bərpa olmağı və xx.xx.2023-cü il tarixdən etibarən məcburi işburaxma müddətində əmək haqqı hər ay 1000 manat olmaqla hesablanaraq ödənilməsi, 90 manat hüquqi yardım üçün ödənilmiş vəsaitin və 120 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı onunla xx.xx.2022-ci il tarixdən etibarən əmək müqaviləsi bağlanmadan işə cəlb edilməyi, xx.xx.2023-cü il tarixli saxta ərizə əsasında verilmiş olan xx.xx.2023-cü il tarixli 77/1 A nömrəli əmrin ləğv edilməsi, işə bərpa olmağı və məcburi işburaxma müddətində əmək haqqı hər ay 1000 manat olmaqla xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dövrlərdə məcburi işbraxmaya əsasən 6 ayın əmək haqqı 6000 manat ödənilməsi, 90 manat hüquqi yardım üçün ödənilmiş vəsaitin və 120 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı xx.xx.2022-ci il tarixdən etibarən onunla əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməyi, xx.xx.2023-cü il tarixli saxta ərizə əsasında verilmiş olan xx.xx.2023-cü il tarixli 77/1 A nömrəli əmrin ləğv edilməsi, işə bərpa olmağı və xx.xx.2023-cü il tarixdən etibarən məcburi işburaxma müddətində əmək haqqı hər ay 1000 manat olmaqla hesablanaraq ödənilməsi, 90 manat hüquqi yardım üçün ödənilmiş vəsaitin və 120 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 77-1/A nömrəli əmrin ləğv edilməsi, işə bərpa olmağı və xx.xx.2023-cü il tarixdən etibarən işə bərpa olunan günədək məcburi işburaxma müddətində aylıq əmək haqqının hesablanaraq ödənilməsi, 120 manat hüquqi yardım üçün ödənilmiş vəsaitin və 120 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-579/2024 nömrəli, 04 noyabr 2024-cü il tarixli qətnaməsi (hakim Rəna Qafarova) ilə iddia tələbinin qismən təmin edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 dekabr 2023-cü il tarixli, 77-1/A nömrəli əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Təhlükəsizlik şöbəsi” bölməsində “baş gözətçi” vəzifəsinə bərpa olunması, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 16 dekabr 2023-cü il tarixindən işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 120 (bir yüz iyirmi) manat hüquqi yardım xərcinin və 120 (bir yüz iyirmi) manat mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 80 (səksən) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 124 (bir yüz iyirmi dörd) manat pul məbləğinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X3, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülməsi qət edilmişdir.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Azərbaycan Respublikası Konstitusiyasının 35-ci madəsinin İİ, İV, Vİ hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 372.1-ci maddəsinə, Əmək Məcəlləsinin 2, 11, 12, 68, 69, 76, 296.2, 296.3, 300-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə, Mediasiya haqqında Qanunun 35.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
24. Qətnamədən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-579/2024 nömrəli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edilmişdir. İddiaçı tərəfindən özü tərəfindən qol çəkilmiş ərizə olduğu halda, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin a yarımbəndinə dair şərtlərin mövcudluğuna dair mötəbər sübut olduğu halda, məhkəmə hazırki əmək mübahisəsinə baxarkən göstərilən maddi hüquq normasının imperativ tələbinə əhəmiyyət verməmişdir. Bu qeyd edilənlərə əsasən, iddiaçının hazırki iddiası tamamilə əsassız olmuş və bunun əsasında məhkəmənin də qəbul etdiyi qətnamə tamamilə əsassızdır. Sözügedən qətnamə həm maddi, həm də prosessual hüquq normalarının pozulması səbəbilə qəbul edildiyi üçün ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76,77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir əhəmiyyətli sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında ədalətli məhkəmə araşdırılması hüququnun təminatı baxımından məhkəmələr tərəfindən qəbul edilən aktların qanuni və əsaslı olmasının vacibliyini göstərmişdir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə üzrə 30 dekabr 2008-ci il, X.Xəlilovunşikayəti üzrə 16 yanvar 2009-cu il və N.Manafovun şikayəti üzrə 13 iyul 2009-cu il tarixli Qərarlar). Konstitusiya Məhkəməsinin Plenumu İ.Ağayevin şikayəti üzrə 22yanvar 2013-cü il tarixli Qərarında xüsusi ilə bildirmişdir ki, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı «məhkəmə» üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. Hazırki qətnamədən görünür ki, məhkəmə iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş, sübutları tam hərtərəfli və obyektiv qiymətləndirməmiş, qanuna əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarını başqa sübutlarla təsdiq etməyə çalışmışdır. Belə ki, özü tərəfindən imzalanan ərizəni tərəfindən imzalandlığını qəbul etməmişdir. Məhkəmə ərizələrdən sadəcə birini ekspertizaya göndərmiş, digərini isə göndərməmişdir. Lakin qeyd olunan sübutlar olmadan məhkəmə cavabdehin şifahi mülahizəsi əsasında bu hala da qanunsuz və əsassız huquqi qiymət verməklə MPM-in 81-ci maddəsinin və digər müddəalarının imperativ tələbini pozmuşdur. Sözügedən qətnamə həm maddi, həm də prosessual hüquq normalarının pozulması səbəbilə qəbul edildiyi üçün ləğv edilməlidir. Məhkəmə yuxarıda qeyd edilən bütün halları tam araşdırılmadığından işin bütün faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçı tərəfindən əmək münasibətinə əsas təşkil etdiyi qeyd olunan ərizənin şəxsin özü tərəfindən imzalanmadığı qeyd olunsa da, təqdim olunmuş digər ərizənin iddiaçıya məxsus olduğu üçün araşdırılmamışdır. Məhkəmə tərəfindən iş üçün əhəmiyyətli olan halların heç biri sübut edilməmişdir. İddiaçı tərəfindən imzalanan ərizə nəzərə alınmamış və yoxlanılmamışdır. Birinci instansiya məhkəməsində proses vaxtı qeyd olunsa da, ərizə iddiaçı tərəfindən təqdim olunmamışdır. Sözügedən iddiaçı tərəfindən özünün imzaladığı işdən çıxma ərizəsi təqdim olunacaqdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz edərək etirazı onunla əsaslandırmışdır ki, "xxxx" MMC sözügedən qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətini belə əsaslandırmışdır ki, guya məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş, sübutları tam, hərtərəfli, obyektiv qiymətləndirməmiş, özü tərəfindən imzalanan ərizəni tərəfindən imzalandığını qəbul etməmiş, məhkəmə ərizələrdən sadəcə birini ekspertizaya göndərmiş, digərini isə ekspertizaya göndərməmişdir. Əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərin birinin təşəbbüsü) əsasən xitam verilmişdir. Belə ki, cavabdeh xx.xx.2023-cü ildə iddiaçının xəbəri olmadan saxtakarlıq edərək adından ərizə yazaraq və bu saxta ərizəyə əsaslanaraq əmək müqaviləsinə xitam vermişdir. Bundan sonra xx.xx.2023-cü, xx.xx.32023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə iddiaçı əmək hüquqularının pozulması ilə bağlı X5 müraciət etmişdir. Bununla belə Müfəttişlik iddiaçının pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyini tövsiyə etmiş (xx.xx.2023-cü il tarixli məktubla), bundan sonra xx.xx.2023-xx.xx.2024-cü il tarixləri isə qeyri-iş günü olduğundan xx.xx.2024-cü il tarixdə (əmək mübahisələri üçün mediasiya zəruri olduğundan) 8 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə mediasiya sessiyası baş tutmuş, qarşı tərəf gəlmədiyi üçün mediasiya sessiyasında iştirak edilməməsi barədə iddiaçıya arayış təqdim edilmiş, iddiaçı 2 gün sonra -xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, sözügedən proseslər baş verdiyi müddətdə cavabdeh tərəf əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2023-cü il tarixli, 73/A nömrəli əmri ləğv etmiş, iddiaçını işə bərpa edərək (xx.xx.2024-cü il tarixdə yenidən iş yerinə gedəndə iddiaçını şirkətə daxil olmağına mane olmuş və şirkətdə işləmədiyini bildirərək ərazini tərk etməyini tələb etmişlər) xx.xx.2024-cü il tarixində köhnə tarixlə -xx.xx.2023-cü il tarixli, 77-1/A nömrəli əmrlə əmək müqaviləsinə xitam verilməsi barədə bildirişi sistemə daxil etmişdir. Cavabdeh öz-özlüyündə guya 1 aylıq müddətə riayət etmişdir. İddiaçı tərəfindən yazılmadığını bildiyi halda həmin ərizəni 1 ay əvvəlcədən yazıldığını qəbul edərək 1 ay sonrakı tarixlə (sistemə xx.xx.2024-cü il tarixdə daxil edilib) əmək müqaviləsinə xitam vermişdir. Bundan sonra isə iddiaçı xx.xx.2024-cü il tarixində eyni zamanda həm X5, həm də 8 saylı Mediasiya Təşkilatına yenidən müraciət etmişdir. (baxmayaraq ki, iş artıq məhkəmənin icraatında idi) və artıq iddiaçının mübahisələndirəcəyi əmr xx.xx.2023-cü il tarixli, 73/A nömrəli əmri olmadığı üçün iddia tələbinə dəqiqləşmə verərək xx.xx.2023-cü il tarixli, 77-1/A nömrəli əmrin ləğv edilməsini, işə bərpa edilməsini və məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsini tələb etmişdir. İkinci dəfə əmək müqaviləsinə xitam verərkən X6 tərəfindən də iddiaçının müraciətinə cavab verilmiş, həmin məktubda da qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə cavabdeh yol verilən inzibati xəta halını aradan qaldırmış və iddiaçının əmək müqaviləsinin bildirişi qüvvədə olmuşdur. "xxxx" MMC qətnamədən verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, guya iddiaçı tərəfindən imzalanan ərizəni tərəfindən imzalandığını qəbul etməmiş, yəni ki guya imza iddiaçıya məxsusdur, iddiaçı qəbul etməmiş, halbuki AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1400 nömrəli ekspert rəyi ilə xx.xx.2023-cü il tarixli ərizədəki imzanın iddiaçıya məxsus olmadığı sübut olunmuşdur. Apellyasiya şikayətində qeyd edilən digər ərizə isə X4 qərarından sonra xx.xx.2024-cü il tarixində şirkətin kadrlar idarəsindən iddiaçı ilə əlaqə saxlayaraq işə bərpa olunmaq üçün ərizə yazmağını təklif etmiş, məhz həmin ərizə əsasında xx.xx.2024-cü il tarixindən iddiaçının işə bərpa edilməsi sistemdə əks olunub və elə xx.xx.2023-cü il tarixli ərizə əsasında xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmiş xx.xx.2023-cü il tarixində əmək müqaviləsinə yenidən xitam verilmişdir, cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə ərizələrdən sadəcə birini ekspertizaya göndərmiş, digərini isə ekspertizaya göndərməmişdir. Digər ərizənin işin predmeti ilə əlaqəsi olmamış, həmin ərizənin ekspertizaya göndərilməsi üçün də hər hansı zərurət olmamışdır. Belə ki, əmək müqaviləsinə məhz xx.xx.2023-cü il tarixli iddiaçının imzalamadığı ərizə əsasında xitam verilmişdir. Qeyd edilən halları nəzərə alaraq, iddiaçı Səbail Rayon Məhkəməsinin 2(009)-579/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
c) Proses iştirakçılarının izahatı
27. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.
28. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Repsublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X6 Xidməti məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh "xxxx" MMC-nin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Repsublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X6 Xidmətinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
29. 35-ci maddəsinin İİ, İV, Vİ hissələrinə əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
30. Maddə 2. Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.
31. Maddə 11. Müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir.
32. Maddə 12.1. «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir.
33. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
34. Maddə 68.2. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər.
35. Maddə 69.1 İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
36. Maddə 76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər. 1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
37. Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
45. Hazırki halda, qətnaməni yalnız cavabdeh mübahisələndirdiyindən, iddiaçı tərəfindən iddianın təmin edilməməsi ilə bağlı hissədən apellyasiya şikayəti verilmədiyindən, qətnamə apellyasiya şikayəti çərçivəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-579/2024 nömrəli, 04 noyabr 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Belə ki, işin hallarına əsasən İddiaçı "xxxx" MMC-də 02 may 2023-cü il tarixdə baş gözətçi vəzifəsinə işə qəbul edilmişdir. İlk öncə o, işəgötürənin xx.xx.2023-cü il tarixli əmri ilə, həmin əmr işəgötürənin özü tərənindən etibarsız hesab edilməklə 16 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən, (yəni işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər) işdən azad edilmişdir.
48. İş materiallarından görünür ki, mübahisələndirilən əmrin verilməsinə əsas iddiaçının 16 noyabr 2023-cü il tarixli ərizəsi olmuşdur. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 oktyabr 2024-cü il tarixli, 4/1400 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 16 noyabr 2023-cü il tarixli, "xxxx" MMC-nin direktoruna ünvanlanmış “ərizə”nin yuxarı hissəsində “gözətçi, İddiaçı Tofik oğlu” yazıları, ərizənin aşağı hissəsində “İddiaçı T. 16 noyabr” yazıları və “İddiaçı T.” yazılarının qarşısındakı imza - İddiaçı Tofik oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir.
49. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
50. Beləliklə, tədqiq olunmuş sübutlarla cavabdeh tərəfindən iddiaçının əsassız olaraq işdən çıxarılması müəyyən edilmişdir. Belə ki, 16 noyabr 2023-cü il tarixli tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə ərizə iddiaçı tərəfindən yazılmamış, lakin cavabdeh tərəf həmin ərizəyə istinad etməklə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsində nəzərdə tutulan əsasla (işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər) xitam vermişdir.
51. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddia tələbinin xx.xx.2023cü il tarixdən etibarən işə bərpa olunan günədək məcburi işburaxma müddətində aylıq əmək haqqının hesablanaraq ödənilməsi hissəsi ilə bağlı iş materiallarında olan işə götürən tərəfindən təqdim edilmiş banka ödənilən əmək haqqı cədvəlindən göründüyü kimi İddiaçı 16 dekabr 2023-cü il tarixədək əmək haqqı ödənilmişdir.
52. Məhkəmə haqlı olaraq hesab edir ki, iddia qismən təmin edilərək İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" MMC-nin 16 dekabr 2023-cü il tarixli, 77-1/A nömrəli əmri ləğv olunmalı, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə "xxxx" MMC-nin “Təhlükəsizlik şöbəsi” bölməsində “baş gözətçi” vəzifəsinə bərpa olunmalı, iddia qalan hissədə təmin edilməməlidir.
53. Kollegiya apellyasiya şikayətinin dəlillərini münasibətdə isə qeyd edir ki, apellyasiya şikayətində göstərilən hallar yuxarıda qeyd edilənlərlə əsasən əsaslı sayıla və qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Belə ki, cavabdeh şirkət iddiaçını heç bir qanuni əsas olmadan, eləcə də işdən çıxarma qaydalarını pozmaqla, yəni qanun pozuntusu ilə işdən azad etməsi iş materialları ilə tam təsdiq edilir. Eyni zamanda apellyasiya şikayətində qeyd olunan digər ərizəyə münasibətdə kollegiya hesab edir ki, həmin ərizənin işin predmeti ilə əlaqəsi olmamış, ekspertizaya göndərilməsi üçün hər hansı zərurət olmamışdır. Belə ki, cavabdeh iddiaçı ilə əmək müqaviləsinə məhz Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 oktyabr 2024-cü il tarixli, 4/1400 nömrəli ekspert rəyi ilə imzanın iddiaçıya məxsus olmaması müəyyən olunan xx.xx.2023-cü il tarixli ərizə əsasında xitam vermişdir.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
55. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-579/2024 nömrəli, 04 noyabr 2024cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdeh "xxxx" MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.