Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1159/2024 15.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4360/2023 saylı 23 noyabr 2023-cü il tarixli qərardadından iddiaçı Ərizəçi nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Ərizəçi maraqlı şəxs ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “uzun müddət istifadələrində olan torpaqlardan istifadə və mülkiyyət hüququnun tanınması” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Tərəvəzçilik-Südçülük sovxozunun ərazisində yerləşən 72 sotluq koordinatları tam göstərilmiş uzun müddət istifadələrində olan torpaq sahələrinə istifadə və mülkiyyət hüququnun tanınması, Ərizəçi məxsus olması haqqında hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-4360/2023 saylı qərardadı ilə Ərizəçi maraqlı şəxs ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “uzun müddət istifadələrində olan torpaqlardan istifadə və mülkiyyət hüququnun tanınması” barədə ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Hazırda iddiaçının nümayəndəsi Nümayəndə həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilərək işin icraata qəbul edilməsini, şikayət təmin olunmadığı təqdirdə şikayətin mülki işlə birlikdə baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizənin geri qaytarılması üçün heç bir əsas olmamışdır. Belə ki, sözügedən torpaq sahəsi iddiaçının ulu babasına məxsus olmuşdur. SSRİ yarandıqdan sonra həmin torpaq sahəsi Buzovna qəsəbəsində fəaliyyət göstərən Abşeron rayonu Tərəvəzçilik-Südçülük sovxozunun sərəncamına verilmişdir. İddiaçı 1963-1996-cı illər ərzində fasiləsiz olaraq həmin sovxozda işləmiş, həmin sovxozdan da təqaüdə çıxmışdır. Sovxozda işlədiyi müddət ərzində 1985-1986-cı illərdə sovxozun direktoru ilə aralarında ona müvəqqəti təhkim olunmuş 2.4 ha və 2.5 ha torpaq sahəsinin hər hektarından müqavilədə göstərilən miqdarda keyfiyyətli tərəvəz məhsulu əldə edib sovxoza təhvil verməsi barədə öhdəlik götürməsi haqqında podrat müqavilələri bağlanmışdır. Müqavilə öhdəlikləri onun tərəfindən tam şəkildə icra edilmişdir. Həmçinin podrat müqavilələrində sözügedən torpaq sahəsinin ona müvəqqəti təhkim olunduğu qeyd edilsə də, müqavilələrin bağlandığı 1985-1986-cı illərdən hal-hazıradək torpaq sahəsi faktiki olaraq fasiləsiz və etirazsız onun sahibliyində və istifadəsindədir. Eyni zamanda həmin torpaq sahəsinə dair vergilər Buzovna Bələdiyyəsi yarandığı tarixdən 2012-ci ilə qədər bələdiyyəyə, 2012-ci ildən sonra Tərəvəzçilik-Südçülük sovxozuna, daha sonra isə Kənd Təsərrüfatı müəssisəsinə ödənilmişdir. Həmin torpaq sahəsinin uzun müddət iddiaçının sahibliyində və istifadəsində olması qonşular tərəfindən notarial qaydada təsdiq edilmiş ərizədə və Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin 02/365 nömrəli xx.xx.2023-cü il tarixli məktubunda da öz təsdiqini tapmışdır. Eyni məzmunlu ərizə ilə daha öncədən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin bəzi sənədlər çatmadığı üçün iddia ərizəsini geri götürmək məcburiyyətində qalmışdır. İkinci dəfə eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət etdikdə isə hakim qərardad çıxararkən belə qənaətə gəlmişdir ki, iddia ərizəsi Mülki Prosesual Məcəllənin tələblərinə riayət edilməməklə verilmişdir. Əgər riayət edilməmişdirsə bəs niyə birinci dəfə göndərdikdə icraata qəbul edilib baxılmışdır? Göründüyü kimi, hakim işə düzgün hüquqi qiymət verməmiş, işin hallarını düzgün araşdırmamışdır. Qeyd olunanlarla bir daha təsdiq edilir ki, sözügedən torpaq sahəsi onun faktiki sahibliyində və istifadəsindədir. Göründüyü kimi, sözügedən torpaq sahəsi faktiki mülkiyyətçi hüququ ilə 30 ildən artıq müddətdir ki, fasiləsiz və etirazsız olaraq onun sahibliyindədir və belə olan halda, o, həmin torpaq sahəsinin mülkiyyətçisi kimi qeydə alınmağını tələb etməkdə haqlıdır. O, 1963-1996-cı illər ərzində fasiləsiz olaraq həmin sovxozda işləmiş, həmin sovxozdan da təqaüdə çıxmışdır. Sovxozda işlədiyi müddət ərzində 1985-1986-cı illərdə sovxozun direktoru ilə aralarında ona müvəqqəti təhkim olunmuş 2.4 ha və 2.5 ha torpaq sahəsinin hər hektarından müqavilədə göstərilən miqdarda keyfiyyətli tərəvəz məhsulu əldə edib sovxoza təhvil verməsi barədə öhdəlik götürməsi haqqında podrat müqavilələri bağlanmışdır. Müqavilə öhdəlikləri tərəfindən tam şəkildə icra edilmişdir. Həmçinin podrat müqavilələrində sözügedən torpaq sahəsinin ona müvəqqəti təhkim olunduğu qeyd edilsə də, müqavilələrin bağlandığı 1985-1986-cı illərdən hal-hazıradək torpaq sahəsi faktiki olaraq fasiləsiz və etirazsız onun sahibliyində və istifadəsindədir. Eyni zamanda həmin torpaq sahəsinə dair vergilər Buzovna Bələdiyyəsi yarandığı tarixdən 2012-ci ilə qədər bələdiyyəyə, 2012-ci ildən sonra Tərəvəzçilik-Südçülük sovxozuna, daha sonra isə Kənd Təsərrüfatı müəssisəsinə ödənilmişdir. Göründüyü kimi artıq 30 ildən çoxdur ki, həmin torpaq sahələri onun istifadəsində olmuşdur. Həmin torpaq sahəsinin uzun müddət iddiaçının sahibliyində və istifadəsində olması qonşular tərəfindən notarial qaydada təsdiq edilmiş ərizədə və Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin 02/365 nömrəli xx.xx.2023-cüil tarixli məktubunda da öz təsdiqini tapmışdır. Onun ulu babasına məxsus olan Buzovna qəsəbəsində yerləşən torpaqları SSRİ yarandıqdan sonra Buzovna qəsəbəsində fəaliyyət göstərən Tərəvəzçilik-Südçülük sovxozunun sərəncamına verilmişdir. Daha sonra 1985-ci ildə o, Buzovna Tərəvəzçilik-Südçülük sovxozu ilə müqavilə bağlayaraq, ailə briqadası yaratmaqla, həmin torpaq sahəsini istifadəsinə götürmüşdür və dövlətə əkilən məhsulun planı və vergisini ödəmişdir. İlkin olaraq ona 2.5 ha torpaq sahəsi ayrılmışdır. Daha sonra Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra o, ulu babasına məxsus olmuş və müqavilə əsasında onun istifadəsində olan torpaq sahəsini özəlləşdirməyə çalışsa da, Buzovna Tərəvəzçilik Südçülük sovxozu və digər inzibati orqanlar tərəfindən ona süni maneələr yaradılmağa başlanılmışdır. Lakin, işə baxmış məhkəmə tərəfindən yuxarıda qeyd olunan xüsusatlar araşdırılmamış, iş üzrə qəbul edilmiş məhkəmə qərardadları ilə onun Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunan mülkiyyət hüquqları pozulmuşdur. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-4360/2023 saylı 11 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-4360/2023 saylı 23 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə, iddianın predmeti və qiyməti, Ərizəçinın və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə maraqlı şəxsə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 149.3-cü maddəsinə əsasən tələblərinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ərizə məhkəməyə xüsusi icraat qaydasında verilmişdir. Lakin, ərizəçi “xahiş etdi” hissəsində sənədin məxsusluğu faktı ilə xüsusi icraat qaydasında baxılan işlərə aid olmayan istifadə, mülkiyyət hüququnun tanınması tələbini birləşdirmişdir. Digər tərəfdən ərizəçi ona məxsusluğunun müəyyən edilməsini istədiyi sənədi də qeyd etməmişdir. Bununla da ərizəçi ərizədə hər iki tələbi qeyd etməklə bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirmişdir. Sənədin itirilməsi halları istisna olmaqla heç bir hüquqmüəyyənedici sənədi olmayan daşınmaz əmlakdan istifadə və ona sərəncam vermək hüququnun tanınması mülki məhkəmə icraatı qaydasında baxılan məsələ olmadığından ərizəçi müvafiq inzibati orqana etdiyi müraciətdən narazı qaldığı halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qərardaddan da göründüyü kimi, məhkəmə iddiaçıya hazırki iddia tələbi ilə aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etməli olduğunu izah etmişdir. Şikayətin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, bu dəlillər yuxarıda göstərilənlərlə təkzib olunur və mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Ona görə də şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-4360/2023 saylı 23 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ərizəçi nümayəndəsi Nümayəndə şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-4360/2023 saylı 23 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1159/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1159/2024
15.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver