Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11595/2021 19.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-356/2021 saylı, 17 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "X1 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit üzrə borcun qaytarılması və s. tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-356/2021 saylı, 17 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş - Cavabdeh1 1.787.969,58 (bir milyon yeddi yüz səksən yeddi min doqquz yüz altmış doqquz manat, əlli səkkiz qəpik) manat əsas, 880.580,60 (səkkiz yüz səksən min beş yüz səksən manat, altmış qəpik) manat faiz borcu, 100.000 (bir yüz min) manat cərimə borcu, habelə 1354 (bir min üç yüz əlli dörd) manat sığorta haqqı və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2.769.934,18 (iki milyon yeddi yüz altmış doqquz min doqquz yüz otuz dörd manat, on səkkiz qəpik) manat məbləğində pul alınaraq iddiaçı "X1 Azərbaycan" QSC-yə ödənilməsi; tutmanın ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr., 65C ünvanında, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 103,6 kv.m. qeyriyaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 180.000 (bir yüz səksən min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması; tutmanın ipoteka qoyulmuş Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 51,2 kv.m., əsas sahəsi 28,5 kv.m., köməkçi sahəsi 22,7 kv.m. olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 225.000 (iki yüz iyirmi beş min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması; tutmanın ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 28 ünvanında, 5-ci mərtəbəsində və çardaqda yerləşən, ümumi sahəsi 195.0 kv.m, əsas sahəsi 195.0 kv.m. olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 85.000 (səksən beş min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması; tutmanın ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 28 ünvanında, yerləşən, ümumi sahəsi 22,8 kv.m, əsas sahəsi 22,8 kv.m. olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 30.000 (otuz min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması; tutmanın ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında, ümumi sahəsi 205,7 kv.m, yaşayış sahəsi 128,6 kv.m, yardımçı sahəsi 77,1 kv.m., 5 otaqlı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 360.000 (üç yüz altmış min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması; tutmanın ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan ünvan 4 ünvanında, ümumi sahəsi 177,18 kv.m, yaşayış sahəsi 110,55 kv.m, yardımçı sahəsi 66,63 kv.m., 4 otaqlı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 310.000 (üç yüz on min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması; satışlardan əldə olunmuş vəsait hesabına Cavabdeh1 iddiaçı "X1 Azərbaycan" QSC-yə olan kredit borcu ödənilməsi; əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaiti müvafiq olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaytarılması; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; aparılmış qiymətləndirmə hesabatının haqqı olan 1800 (bir min səkkiz yüz) manat məbləğində pulun Cavabdeh1 tutulması qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci və 363.1.5-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiyası məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Apellyasiya şikayəti MPM-in 361-ci maddəsinin tələblərinə riayət edilmədən, o cümlədən elektron məhkəmə icraatı qaydasında elektron kabinet vasitəsilə verilmədiyindən qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-356/2021 saylı, 17 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 74, 361, 363, 366, 400, 402- 407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-356/2021 saylı, 17 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11595/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11595/2021
19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver