Məhkəmə qərarları › İş №2(103)-11647/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11647/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11647/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-234/2018 saylı 16.07.2021-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-234/2018 saylı 31.10.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 10.02.2010-cu il tarixli 906/741-02/2010 saylı X1 Müqaviləsinə əsasən 01.10.2010-cu il tarixli öhdəliyin köçürülməsi haqqında müqavilə üzrə əsas məbləğə görə 3544,52 ABŞ dolları, faiz borcu üzrə 5945,15 ABŞ dolları, cəmi 9489,67 ABŞ dolları ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq "xxxx" Lizinq Şirkəti QSC-nin hüquqi varisi "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə 13.07.2021-ci il tarixdə məhkəməyə apelyasiya şikayəti ilə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin həmin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-234/2018 saylı 16.07.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-234/2018 saylı, 31.10.2018-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı apelyasiya şikayəti üzrə mübahisələndirilən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 31.10.2018-ci il tarixli, 2(011)- 234/2018 saylı qətnaməsi poçt vasitəsilə tərəflərə göndərilmişdir, qətnamə qanuni qüvvəyə minmiş, hazırda icra mərhələsindədir, apelyasiya şikayəti məhkəmə qətnaməsinin rəsmi qaydada alınmasından bir ay müddətində verilməli olduğu halda, iki ildən artıq bir dövr sonra 13.07.2021-ci il tarixdə verilməklə prosessual müddət ötürülmüşdür, həmçinin şikayətə buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə şikayət ilə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-234/2018 saylı, 16.07.2021-ci il tarixli qərardadının ləğv edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-234/2018 saylı, 31.10.2018-ci il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 234/2018 saylı, 31.10.2018-ci il tarixli qətnaməsi Cavabdeh 10.06.2021-ci il tarixində rəsmi qaydada təqdim edildiyindən, ona münasibətdə həmin qətnamədən şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddət ötürülməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 2(011)-234/2018 saylı qərardadına əsasən şikayətin təmin edilməməsi, cavabdehin Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə Bakı şəhəri Xətai Rayon məhkəməsinin 2(011)-234/2018 saylı, 16 iyul 2021-ci il tarixli qərardadından verilmiş şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və apellyasiya şikayəti yenidən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin qərardadında qeyd olunur ki, mübahisələndirilən Bakı şəhəri Xətai Rayon məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli, 2(011)-234/2018 saylı qətnaməsi poçt vasitəsi ilə tərəflərə göndərilsə də, qətnamənin cavabdehə təqdim edilməsi iş materialları ilə müəyyən edilmir. Əksinə cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin surətinin ona təqdim edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamə cavabdehə 10.06.2021-ci il tarixdə təqdim edilmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytararkən, prosessual müddətin ötürülməsini qeyd etməsi anlaşılmazdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, apellyasiya şikayətinin mülki-prosessual qanunvericiliyə uyğunluğu yenidən yoxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 399, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-234/2018 saylı, 16.07.2021-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-234/2018 saylı, 31 oktyabr 2018-ci il tarixli, qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti yenidən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar