Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1165/2023 09.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X7 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2(004)-658/2006 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün Maraqlı şəxs tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizəyə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-658/2006 saylı işi üzrə xx.xx.2022-cı il tarixli qərardadından ərizəçi Səidova(Hacıyeva) Anaxanım Əli qızı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi Ərizəçi Səidova(Hacıyeva) Anaxanım Əli qızı məhkəmədə iddia qaldırıb Bakı şəhərinin 13cü Nərimanov döngəsindəki 7 saylı evin 1 otaq və 1 dəhlizdən ibarət mənzilinə alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini və həmin yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, mübahisəli mənzili mərhum atası Əli 1975-ci ildə 13-cü Nərimanov döngəsindəki 7 saylı evin 2/3 hissəsinin mülkiyyətçisi X2 vəkaləti arasında Rəşid Məlik oğlu adlı şəxsdən 500 manat nağd pul verməklə almışdır. Bu barədə sənəd tərtib olunsa da, alğı-satqı notariat qaydasında rəsmiləşdirilməmişdir. O,1975-ci ildən indiyədək fasiləsiz olaraq adı çəkilən mənzildə yaşadığı üçün mənzilə hüquq əldə etmişdir. Odur ki, mənzilin alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini və 30 ildən artıq müddətə yaşadığı mənzilə mülkiyyət hüququnun tanınmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-658/2006 saylı işi üzrə xx.xx.2006-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhərinin 13-cü Nərimanov (keçmiş Sovet) döngəsindəki 7 saylı evin Səidova(Hacıyeva) Anaxanım Əli qızının yaşadığı sahəsi 16 m 2 1 otaq və sahəsi 12 m 2 olan 1 dəhlizdən ibarət mənzilinin alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin mənzilə Səidova(Hacıyeva) Anaxanım Əli qızının mülkiyyət hüququnun tanınması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə adı çəkilən mənzil üçün Səidova(Hacıyeva) Anaxanım Əli qızı adına qeydiyyat vəsiqəsi vermək vəzifəsinin həvalə edilməsi qət edilmişdir. Qətnamədən marağına toxunan şəxs kimi Maraqlı şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Bakı şəhərinin 13-cü Nərimanov (keçmiş Sovet) döngəsindəki 7 saylı evin Səidova(Hacıyeva) Anaxanım Əli qızının yaşadığı sahəsi 16 kv.m 1 otaq və sahəsi 12 kv.m olan 1 dəhlizdən ibarət mənzilinin alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi haqqında 10 fevral 2006-cı il tarixli 2-658/2006 nömrəli qətnaməsinin ləğv edilməsi və Bakı şəhəri texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən Səidova(Hacıyeva) Anaxanım Əli qızının adına verilimiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini, habelə apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü hesab edilərək buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-658/2006 nömrəli işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 357-ci maddələrinə istinadən) ərizənin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2(004)-658/2006 qətnaməsi ilə Maraqlı şəxs marağına toxunan şəxs olaraq tanınması, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2(004)-658/2006 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmamış hesab edilməsi və apelyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, Yasamal rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2(004)-658/2006 saylı qətnaməsinin Maraqlı şəxs marağına toxunduğu müəyyən edildiyindən o, iş üzrə marağına toxunan şəxs kimi tanınmalıdır. Belə ki, Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 040832 saylı qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, 13-cü Sovet döngəsində yerləşən 7 saylı yaşayış evinə X2 2/3, X3 1/3 hissədə payları vardır. Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ №271621 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X8 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri 14 saylı Notariat ofisi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan xx.xx.2022-ci il tarixli, 3599 nömrəli məktuba əsasən X2 vərəsələri X5, X9 və Maraqlı şəxsdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2(004)- 658/2006 saylı qətnaməsi ilə Bakı şəhəri 13-cü Nərimanov (keçmiş Sovet) döngəsindəki 7 saylı evin 1 otaqlı mənzilinə Səidova (Hacıyeva) Anaxanım Əli qızının mülkiyyət hüququ tanınmışdır. Qətnamədə qeyd olunur ki, mənzili mülkiyyətçi Həsənəliyev Eldarın vəkaləti əsasında onun qohumu Rəşid Məlik oğlu satmışdır. Bakı şəhəri, 13-cü Sovet döngəsində yerləşən 7 saylı yaşayış evinə X2 2/3 hissədə payı olmuşdur. X8 vəfat etmişdir. Onun vərəsəsi Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə hesab edir ki, nə qədər ki, mübahisə eyni ünvanda yerləşən evlə bağlıdır, sonuncunun qətnaməni mübahisələndirmək hüququ vardır. Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə1 qətnaməni rəsmi qaydada xx.xx.2022-ci il tarixdə almasını təsdiq edən poçt göndərişlərinin izlənməsi barədə məlumatı nəzərə alınmalıdır. Ərizəçi Səidova (Hacıyeva) Anaxanım Əli qızı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-658/2006 nömrəli işi üzrə xx.xx.2022-ci il tarixli qərardadından şikayət verərək Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadın əsassız və qanunsuz olduğundan ləğv edilməsi, miras qoyan tərəfindən qətnamə alındığından və və qətnamə ilə razılaşdığından şikayət verməməsi nəzərə alınaraq verilmiş ərizənin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130, 386, 388; Mülki Məcəllənin 377, 380.1, 1153-cü maddələrinə istinadən qeyd olunmuşdur ki, marağına toxunan şəxs olaraq tanınan Maraqlı şəxs miras qoyan X2 vərəsəsidir. X8 məhkəmənin xx.xx.2006-cı il tarixli qətnaməsindən xəbəri olmuş, məhkəməyə getmiş, qətnamənin surətini maraqlı şəxs kimi almış və ondan şikayət verməmişdir. Hətta,əlavə olaraq ərizəçidən əlavə 300 ABŞ dollan pul da almışdır. X8 məhkəmədə iştirak etməmiş, qətnamənin surətini almaqla öz hüquqlarını müdafiə etmək hüququndan istifadə etməməklə qəbul edilmiş qətnamə ilə razılaşmış, qətnamədən şikayət etməmiş və ya ötürülmüş prosessual müddətin bərpası üçün vəsatət verməmişdir. Belə olan halda, onun vərəsəsinin prosessual müddətin bərpası üçün verdiyi vəsatət baxılmadan sənədlərlə birlikdə geri qaytarılmalıdır. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. X10 eyni əsaslarla ümumi paylı mülkiyyət əsasında DƏDR Xidmətinin 1 saylı Bakı Ərazi idarəsindən çıxarış almış və İddiaçı paylı mülkiyyətdə mülkiyyətçi olmasına razılaşmışdır. Hazırki vərəsə Maraqlı şəxs atasının və özünün bu çıxarışdan xəbəri olmamasını göstəməsi əsassızdır. Məhkəmə mübahisəsi yaradıb, iddaçı ərizəçidən pul almaq mövqeyi nümayiş etdirir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Qanunun tələbindən göründüyü kimi, yalnız miras qoyana mənsub olan əmlak hüququnun özgəninkişləşdirilməsi gələcəkdə miras qoyanın vərəsələr tərəfindən mübahisləndirilə bilməz. Bu əmlak hüququ miras qoyanın ölümü ilə xitam edilmiş olur. Maraqlı tərəf vərəsləlik şəhadətaməsi almaq üçün miras əmlaka dair çıxarışı notariusa təqdim etmiş və həmin miras əmlak üçün vərəsə kimi tanınmış və mübahisə yaratmaq üçün çıxarışdan xəbəri olmamasını bildirməsi özlərinin notariusa təqdim etdiyi çıxarışla tamamilə yalan olması sübuta yetir. Beləliklə, miras qoyan tərəfindən 16 il mübahisələndirilməyən məhkəmə qətnaməsi, onun ölümündən sonra vərəsəsi tərəfindən mübahisələndirilə bilməz. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizəçinin şikayətinin təmin edilməməsi qərara alınmışdır. X1 Anaxanım Hacıyevadan pul tələb etməsi məlumatına istinadən, onun qətnamədən məlumatlı olması barədə ərizəçinin (vəkil-nümayəndəsinin) dəliləri təkzib edilərək, üzərində tarixi qeyd edilməyən sənədin əslinin təqdim edilməməsi, habelə X8 tərəfindən qətnamənin hansı tarixdə alınmasının müəyyən edilməməsi ilə əsaslandırılmışdır. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Şikayətə əlavə edilmiş X2 Anaxanım Hacıyevadan pul tələb etməsi barədə məktubunda məhkəmə qətnaməsi ilə alğı-satqı tanındıqdan və “kupça” alındıqdan sonra sonuncu tərəfindən verilməli olan 300 ABŞ dollar pulun bir ay müddətində böyük oğlu Samid vasitəsilə birinciyə çatdırılması tələb olunur(iş səh.54). Ərizəçi İddiaçı nümayəndəsi vəkil X6 tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixili sorğuya cavab məktubunda qeyd edilmişdir ki, X2 xx.xx.2022-ci il tarixində vəfat etməsi ilə əlaqədar Maraqlı şəxs Bakı şəhəri 14 saylı Notariat ofisinə şifahi müraciət etmişdir.Vərəsələrin dairəsi müəyyən edilmiş, Maraqlı şəxs, X2 vərəsəsi olması təyin olunmuş, miras əmlakın hüquqmüəyyənedici sənədi olmadığından, miras qoyandan qalmış daşınmaz əmlakın özəlləşdirilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış məktub ona verilmişdir. X2 axrıncı daimi yaşayış yeri haqqında arayış təqdim olunmadığından adına vərəsəlik işi açılmamışdır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Konstitusiyasının 13, 24 (İİİ), 29, 80, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 46-50, 128-146, 357, 360-366, 385, 387, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Məcəllənin 129.3, 129.4, 130-cu maddələrinin tələblərinə görə: Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən qeyd edilməlidir ki, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Mülki Prosessual Məcəlləsinin 357.1 və 357.2 -ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Məhkəmə şikayəti onun maraqlarına toxunan şəxs tərəfindən verilməsi qənaətinə gələrkən prosessual müddətin üzrlü səbəbdən buraxılması barədə ərizəyə onun üzrlülük baxımından deyil, müddətin buraxılmamış hesab etməsi baxımından qiymət vermiş, lakin işə baxılan zaman apellyasiya şikayəti verən şəxsi məlumatlandırmaq vəzifəsinin məhkəməyə mənsub olmasına, qətnamənin qanuni qüvvəsinin alaraq onun icra edilməsinə qiymət verməmişdir. Qeyd edilməlidir ki, qətnamə qəbul edilən zaman ərizəçinin hansı hüquqlarının olması müəyyən edilməmiş, ehtimal edilən mülki və ondan irəli gələn hüquqların isə xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 mənsub olması və onun qətnamədən məlumatlı olubolmaması (öz hüquqlarından istifadə etməməsi) dəyərləndirilməmişdir. Prosessual qanunvericiliyin işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan digər şəxslərin də apellyasiya şikayəti vermək hüququna malik olması barədə müddəası, bu qanunvericiliyin zamana görə qüvvəsi baxımından qiymət verilməsini ehtiva edir. Yəni mülki işin baxılması zamanı işdə iştirak etməyə cəb edilməli olan şəxslərin cəlb edilməməsini nəzərdə tutur. Ona görə, işin baxılması (qətnamə qəbul edilən) zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun ərizəçi Maraqlı şəxs marağına toxunan şəxs olması müəyyən edilməli və ondan sonra müddətin buraxılmasının üzrlü hesab edilməsi məsələlərinə qiymət verilməlidir. Diqqətə çatdırılmalıdır ki, mülki iş materiallarının ləğv edilərək yalnız qətnamədən ibarət olması və maraqlı şəxslərə məlumatların verilməsinin müəyyən edilməməsi, şikayətə əlavə edilmiş X2 Anaxanım Hacıyevadan pul tələb etməsi məktubunun (ekspertiza təyin etməklə) əsaslı şübhələrdən kənar olan sübut qismində yoxlanılaraq qiymətləndirilməməsi, məhkəmə qətnaməsi ilə məhz miras qoyana mənsub olan hüquqlarına dair sonuncunun kifayət qədər olan müddətdə onu mübahisələndirilməməsi, iş üzrə maraqlı tərəf olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydiyyat vəsiqəsinin verilməsi və məhkəmə aktının mübahisələndirməməsi araşdırılmalıdır. Bundan əlavə, apellyasiya şikayətində (Bakı şəhəri texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən Səidova(Hacıyeva) Anaxanım Əli qızının adına verilimiş qeydiyyat vəsiqəsinin ləğv edilməsinə dair) yeni tələbin verilməsinə qiymət verməmişdir. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: (3.1-ci maddə) Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. (217.2-ci maddə) Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 361.1.4-361.1.6-cı maddələrinin tələblərinə görə: şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində göstərilməlidir. Məcəllənin 372.2 və 372.4-cü maddələrinə əsasən: Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Diqqətə çatdırılmalıdır ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Ona görə qeyd edilən xüsusatlar səlahiyyət çərçivəsində birinci instansiya məhkəməsi tərəfindən ətraflı tədqiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397, 398-400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Ərizəçi Səidova(Hacıyeva) Anaxanım Əli qızının şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli, 2(004)-658/2006 saylı qərardadı ləğv edilsin, Maraqlı şəxs prosessual müddətin bərpası barədə ərizəsinə yenidən baxılması üçün mülki iş Bakı şəhər Yasamal Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(103)-1165/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1165/2023
09.01.2023 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver