Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1165/2025 10.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 2(005)-3519/2024 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 26 noyabr 2024-cü il tarixli qərardaddan Cavabdeh verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzildən çıxarılma tələbi barədə” iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi icraata götürülərək, müvafiq prosessual hərəkətlər edilmişdir. Daha sonra cavabdeh xx.xx.2024-cü il tarixdə qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə qarşılıqlı iddia ərizəsinin qaytarılmasını və qarşılıqlı iddia verən cavabdehə həmin tələblə bağlı məhkəmədə ayrıca iddia qaldıra bilmək hüququnun izah edilməsini qərara almışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından şikayət vermişdir. Cavabdeh eyni zamanda ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, qərardaddan şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasını xahiş etmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla “prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməməsini və xx.xx.2024-cü il tarixli qərardaddan cavabdehin verdiyi şikayət qaytarılmasını qərara almışdır. İddiaçı xx.xx.2024-cü il tarixli qərardadından Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və “prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərardadın surəti cavabdehə xx.xx.2024-cü il tarixdə göndərilmiş, lakin cavabdehə çatdırılmamışdır. Cavabdeh qərardad barədə xx.xx.2024-cü il tarixdə öz adına ASAN imza alandan sonra məlumatlı olmuşdur. Bundan sonra qərardaddan dərhal şikayət vermək qərarına gəlmişdir. Cavabdeh həmin qərardaddan xx.xx.2024-cü il tarixdə şikayət vermiş və qanunla nəzərdə tutulmuş müddəti buraxmamışdır. Rayon Məhkəməsi qərardadın cavabdehə təqdim olunub-olunmadığını aydınlaşdırmamışdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 396.1-ci maddəsinin tələbinə görə, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. İş materiallarında görünür ki, Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə cavabdehin və onun vəkilinə (nümayəndəsinə) məxsus şəxsi elektron kabinetlərə yerləşdirilmişdir. Həmin qərardaddan xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə cavabdeh tərəfindən şikayət verilmişdir. MPM-in tələblərinə görə isə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1.). Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (maddə 363.1.). Cavabdeh şikayətin müəyyən edilmiş müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilmədiyi üçün müddətin buraxılması Məhkəmə tərəfindən üzrlü hesab edilə bilməz. Şikayətin dəlilləri əsassızdır. Beləliklə də, qeyd edilənləri nəzərə alan Məhkəmə, hesab edir ki, Rayon Məhkəməsi cavabdeh tərəfindən verilmiş “prosessual müddətin bərpa edilməsi barədə” ərizəni təmin edilməməsi barədə qərardadı qəbul etməkdə və həmin qərardaddan verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayət əsassızdır. Yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 398, 400, 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 26 noyabr 2024-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-1165/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1165/2025
10.01.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver