Məhkəmə qərarları › İş №2(103)-1167/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1167/2023

05.01.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1167/2023 05.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-857/2022 №-li xx.xx.2022-ci il tarixli qərardadından X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-857/2022 saylı iş üzrə qəbul etdiyi 18 aprel 2022-ci il tarixli qətnaməsi ilə, iddia tələbi rədd edilmiş İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə, Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsi, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə, Cavabdeh1 və Cavabdeh5 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan X2 nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2022-ci il tarixə apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-857/2022 №-li xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə, Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsi, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə, Cavabdeh1 və Cavabdeh5 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(008)- 857/2022 saylı qətnaməsindən X2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən xx.xx.2022-ci il tarixdə verilən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə geri qaytarılmışdır. Qərardaddan narazı qalan X3 xx.xx.2022-ci il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-857/2022 №-li xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, geri qaytarılır. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-yə, Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə, Cavabdeh5 və Cavabdeh1 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair mülki iş üzrə X3 tərəf olmamışdır. Ərizəçi onun ərinin həmin iş üzrə cavabdeh olmasına istinad etsə də, kollegiya qeyd edir ki, bu faktın mövcudluğu qətnamənin onun maraqlarına toxunması anlamına gəlmir. Xüsusilə nəzərə alınmalıdır ki, qeyd edilən qətnamə ilə iddia tələbi onun cavabdeh olan əri Cavabdeh5 münasibətdə təmin edilməmişdir. Bununla da müəyyən edilir ki, qeyd edilən qətnamə ilə həll edilən məsələ X2 qanunla qorunan hər hansı maraqlarına toxunmamışdır, bu səbəbdən onun həmin qətnamədən apellyasiya şikayətini vermək hüququ yaranmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən məsələ üzrə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri məhkəmənin qərardadın ləğv edilməsi üçün əsas deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-857/2022 №-li xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar