Məhkəmə qərarları › İş №2(103)-1169/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1169/2023

01.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1169/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə, Gədəbəy rayon Notariat Ofisinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1169/2023 (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsızlığı, tərəflərin bərabər pay hüquqularının tanınması) Bakı şəhəri 01 fevral 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Şirinov İkram Sabir oğlu və X6 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə, Gədəbəy rayon Notariat Ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsinin və tərəflərin bərabər pay hüquqularının tanınması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli e-2(008)-1544/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 01 fevral 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X21 xx.xx.2018-ci il tarixində vəfat etmişdir. O vəfat etdikdən sonra ondan qalan miras əmlak üzrə qanuni pay hüququ olan 4 vərəsə olmuşdur - əri, oğlu və 2 qızları. Qeyd edilən vərəslərdən yalnız mərhumun oğlu olan hazırki iş üzrə Cavabdeh qanunla nəzərdə tutulmuş müddətdə miras əmlakına pay əldə etmək üçün notariat ofisini müraciət etmişdir, mərhumun əri isə notariat ofisinə ərizə yazaraq arvadından qalan miras paysdan imtina etmiş olduğunu bildirmişdir. Beləliklə qanun üzrə vərəsəlik haqqqında şəhadətnamə yalnız Cavabdeh verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı "vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsinin və tərəflərin bərabər pay hüquqularının tanınması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X7 adına Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 96.5 kv.m olan fərdi yaşayış evinə dair Gədəbəy rayon Notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş mülkiyyət huququ haqqında çıxarışın etibarsız hesab edilməsi, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 96.5 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı1, İddiaçı2 və X7 bərabər hissələrdə paylarının müəyyən edilməsi və həmin əmlaka dair bərabərhüquqlu mülkiyyətçilər kimi əmlak üzərində hər birinin payı bərabər olmaqla İddiaçı1, İddiaçı2 və X11 mülkiyyət hüququ haqqında çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qovulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdeh X7 adına Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 96.5 kv.m olan fərdi yaşayış evinə dair Gədəbəy rayon Notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş mülkiyyət huququ haqqında çıxarışın etibarsız hesab edilməsi, İddiaçı1 və İddiaçı2 tərəfindən miras əmlakın (Gədəbəy rayonu. Söyüdlü kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 96.5 kv.m olan fərdi yaşayış evi) faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 96.5 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı1, İddiaçı2 və X7 bərabər hissələrdə paylarının müəyyən edilməsi və həmin əmlaka dair bərabərhüquqlu mülkiyyətçilər kimi əmlak üzərində hər birinin payı bərabər olmaqla İddiaçı1, İddiaçı2 və X11 mülkiyyət hüququ haqqında çıxarışın verilməsi barədə qətnamə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X22 iddiaçıların qardaşıdır. İddiaçıların anası X21 xx.xx.2018-ci il tarixində vəfat etmişdir. Nazlı İsmayılova vəfat etdiyi tarixə qədər Gədəbəy rayonunun Söyüdlü kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 96.5 kv.metr olan fərdi yaşayış evi onun mülkiyyətində olmuşdur. Nazlı İsmayılova ölməmişdən əvvəl cavabdeh Zövqi Məmmədov onun yanında olmuş, bununla belə o, çox pis vəziyyətdə olmuşdur. Belə ki, Zövqi Məmmədov arvadı ilə birlikdə onu natəmiz şəraitdə saxlamışlar, natəmizlik onun vəziyyətini pisləşdirmişdir. Həmin ərəfədə Zövqi Məmmədov bacıları İddiaçı2 və İddiaçı1 zəng edərək analarının vəziyyətinin pis olduğunu bildirmiş, İradə dərhal Moskvadan Bakıya gəlib, anasını digər bacısı Nailənin evinə aparmışdır. Bacılar həmin gün analarına baxmış, onun qulluğunda dayanmışlar və yalnız bundan sonra ana özünü yaxşı hiss etmiş və günlərdir yata bilmədiyi halda dərin yuxuya getmişdir. X38 bacılarından ananın bir gün ərzində necə yaxşılaşdığının səbəbini soruşmuş, bacılar da sadəcə anaya qulluq etdiklərini, nəticədə bu vaxta qədər baxımsız qalan ananın vəziyyətinin yaxşılaşdığını bildirmişlər. Beləliklə, bacılar bir ay müddətində anaya baxıb onu sağaltmışlar. Bundan sonra ana onlardan razı qalıb, məhz onlarla birlikdə yaşamaq isdədiyini bildirmişdir. Bir müddət sonra Zövqi Məmmədov anasını gəzdirmək adı ilə onu bacısının evindən götürüb aparmış və iradəsinin ziddinə olaraq ölənə qədər öz evində saxlamışdır. Yaşlı qadın qızıyla yaşamaq istədiyini bildirsə də oğul buna imkan verməmişdir. Bacılar ananı qardaş evində ziyarət etmişlər və qardaşla mübahisələri yaranmaması üçün güzəştə getməyə məcbur olmuşlar. Qısa müddət sonra Nazlı İsmayılova xx.xx.2018-ci il tarixində vəfat elmişdir. Mərhumun dəfn, həmçinin bütün mərasim xərcləri İddiaçı2 ilə İddiaçı1 tərəfindən qarşılanmışdır. Mərasim müddətində İddiaçı2 ilə İddiaçı1 miras əmlakda birgə yaşamış, həmin əmlakı saxlamış, xərclərini çəkmişlər. Qırx mərasimindən sonra Zövqi Məmmədovun arvadı ilə İddiaçı2 və İddiaçı1 arasında mübahisə düşmüş, gərgin münaqişə yaşanmışdır. Cavabdehin yoldaşı iddiaçılara böhtan alaraq hüquq-mühafizə orqanlarına müraciət edərək döyüldüyünü iddia etmiş, lakin bu iddiası təsdiq olunmadığına görə heç bir araşdırma aparılmamışdır. Yas mərasimindən sonra Zövqi Məmmədov atasının ona bağışladığı, Bakı şəhərində yerləşən evinə qayıtmış, ata isə ölənə qədər miras əmlakda yaşamışdır. Həmin müddət ərzində cavabdeh və ailəsi ataya baxmamış, onun yaşadığı evə belə getməmişlər. İddiaçılar isə həmin evə gəlibgetmiş, ananın qulluğunda dayanmış, ev təsərrüfatı ilə məşğul olmuşlar. Hətta iddiaçılar hal-hazırda həmin evdə pasport qeydiyyatındadırlar. 2020-ci ilin dekabr ayında ata yıxılaraq xəsarət alır, tək yaşadığına görə heç kəs səsini eşilmir. Miras əmlakın qonşuluğunda yaşayan əmigəlini Nuranə xanım Zövqi Məmmədova zəng edərək atanın vəziyyətinin pis olduğunu bildirir, lakin cavabdeh atasına baxmaq üçün kəndə gəlmir. Belə olan halda Nuranə xanım daha sonra iddiaçılara zəng edir və İddiaçı1 bununla əlaqədar Moskva şəhərindən Azərbaycana gəlir. Həmin ərəfədə pandemiya dövrü olduğundan Moskvadan birbaşa reyslər həyata keçirilməmiş və İddiaçı1 İstanbuldan keçməklə min bir əziyyətlə özünü atasının yanına çatdırmışdır. Zövqi Məmmədov isə Bakıdan rayonda yaşayan atanın yanına getməmişdir. İddiaçılar ataya bir ay ərzində özləri baxmış, onun bütün xərclərini qarşılamış, qulluğunda olmuşlar. Lakin ata bir aydan sonra öz evində (miras əmlakda) yaşamaq istədiyini bildirmişdir. Bu səbəbdən İddiaçı2 öz ailəsini və evini qoyub xəstə atasına baxmaq üçün miras əmlakda atası ölənə qədər onunla birlikdə yaşamışdır. Həmin evin açarları indiyə qədər də iddiaçılardadır. Bütün bu hallar bir daha təsdiq edir ki. miras əmlakı iddiaçılar faktiki olaraq qəbul etmişlər.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1544/2022 saylı, 03 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar miras əmlakını yas mərasimlərini yola verməklə, o cümlədən bəzi zamanlarda ata evinə gələrək orada yaşamaqla, o cümlədən valideyinə qulluq etməklə mirası faktiki qəbul etmiş olduğlarını israr etsələr də məhkəmə hesab edir ki, iddiaçılar qeyd edilən miras əmlakda daimi olaraq və ya mütamadi olaraq yaşamamış, ev və evin həyətyanı torpaq sahəsi oların sahibliyində və istifadəsində olmamış, həmin əmlakın faktiki qəbulu üçün zəruri hərəkətləri məhkəmədə sübut edə bilməmişlər (komunal xidmətlərin ödənməsi, əmlaka üzərində hər hansı bir fəaliyyət həyata keçirməsi və.s kimi hərəkətlər).

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1, 1134.1, 1146, 1151.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1252, 1322, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən İddiaçı2 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən İddiaçı2 da bacısı İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

12. Məhkəmə prosesində iştirak edən Cavabdeh nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməsini xahiş etmişdir.

13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

15. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

16. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

17. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

18. Maddə 1159.1.1. 1-ci növbədə – Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

19. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir;

20. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfındən qəbul edilmiş sayılır;

21. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası qəbul etmişdir.

22. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

23. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.

24. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

25. Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.

26. Maddə 1322 Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin İddiaçı2 aid hissənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, İddiaçı2 aid hissədə iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

36. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 Musayib oğlu ifadəsində bildirmişdir ki, o, Gədəbəy rayonunun Söyüdlü kəndində ailəsi ilə birlikdə yaşayır. İddiaçılar və cavabdehlər onun qardaşı uşaqlarıdır. Nazlı İsmayılova vəfat etdikdən sonra onun qardaşı övladları hər üçü yas mərasimində iştirak etmiş, 40 mərasiminədək qardaşına məxsus evdə yaşamışlar. Yas mərasimindən sonrada onlar qeyd olunan evə gedib-gəlmişlər. Dəqiq xatırlamadığı tarixdə qardaşı oğlu Zövqi ondan onunla birlikdə notariusa gedərək orada təqdim olunacaq sənədə imza etməsini xahiş etmiş, o, etiraz etməyərək Zövqi ilə birlikdə notariusa getmişdir. Orada mətn ona oxunmuş və lakin həmin mətinlə hazırda məhkəmə iclasında oxunan mətin eyni deyildir. Mətinin məzmunun tam xatırlaya bilmir. O, həmin sənədə imza etmiş, bir müddət sonra İddiaçı2 ona həmin sənədə imza etdiyinə görə öz iradını bildirmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, ona imza etdirdikləri mətn tamam fərqlidir və həmin mətndə İddiaçı1 və İddiaçı2 ailə qurduqdan sonra həmin kənddə qayıtmadıqları qeyd olunmuşdur.

37. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, İddiaçı2 onun həyat yoldaşıdır. Nazlı İsmayılova vəfat etdikdən sonra 40 mərasiminədək İddiaçı1 və İddiaçı2 orada yaşamış, yas mərasimi onlar tərəfindən keçirilmiş və bütün yas məsrəfləri onlar tərəfindən qarşılanmışdır. İddiaçı1 bütün yas mərasimində Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 96.5 kv.m olan fərdi yaşayış evində qalmışdır. İddiaçı2 həmin kəndə evi olsa da tez-tez ata-ana evinə gedirdi, getməsinin səbəbidə onun orada atasının olması idi. Anan öləndən sonra ata tək qalmış, Nailə isə gedib ona qulluq edir, ev işləri ilə məşğul olurdu.

38. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, Gədəbəy rayonu, Söyüdlü kəndinin sakinidir. O, evdə olan qazın təmiri ilə bağlı müxtəlif vaxtlarda bir neçə dəfə həmin evdə olmuşdur. Bir dəfə dəqiq xatırlanmadığı tarixdə həmin evdə olarkən İradə xanımı həmin evdə görmüşdür. İddiaçı1, İddiaçı2, o cümlədən Cavabdeh kənd sakini kimi tanıyır. Nazlı İsmayılova vəfat etdikdən sonra o, yas mərasimində iştirak etmişdir. Yas mərasimi Nazlı İsmayılova məxsus evdə keçirilmişdir. Həmin vaxt yasa gələn qadınları İddiaçı1 və İddiaçı2, kişiləri isə Cavabdeh qarşılamışdır. 40 mərasiminədək İddiaçı1 və İddiaçı2 orada olmuşdur. Dəqiq xatırlamadığı tarixdə Zövqi ondan onunla birlikdə notariusa gedərək orada təqdim olunacaq sənədə imza etməsini xahiş etmiş, o, etiraz etməyərək Zövqi ilə birlikdə notariusa getmişdir. Orada mətn ona oxunmuş lakin həmin mətində İddiaçı1, İddiaçı2 evlədikdən sonra orada yaşamadıqları qeyd olunmamışdır. O, həmin sənədə imza etmişdir, lakin, sonradan ona məlum olmuşdur ki, imza etdikləri mətn tamamilə fərqlidir və onlara oxunan mətnlə üstüstə düşmür.

39. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh onun xalası uşaqlarıdır. Nazlı İsmayılova vəfat etdikdən sonra o, yas mərasimində iştirak etmişdir. Yas mərasimi Qurban kişiyə məxsus evdə keçirilmişdir. İddiaçı1 və İddiaçı2 hər ikisi 40 mərasiminədək yasda iştirak etmiş və həmin müddətdə qeyd olunan evdə yaşamışlar. İddiaçı1 Rusiya Federasiyasına qayıtdıqdan sonra ona pul göndərmiş o, həmin vəsaiti məzar daşını düzəldilməsinə sərf etmişdir

40. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh onun qohumlarıdır. Nazlı İsmayılova vəfat etdikdən sonra o, yas mərasimində iştirak etmişdir. Yas mərasimi Gədəbəy rayonu, Söyüdlü kəndində Qurban kişiyə məxsus evdə keçirilmişdir. Həmin vaxt yasa gələn qadınları İddiaçı1 və İddiaçı2, kişiləri isə Cavabdeh qarşılamışdır. İddiaçı1 yas mərasimin 7-ci günündən sonra Moskvaya getmiş, lakin, 40 mərasiminə kimi geri qayıtmışdır. Zövqi ondan onunla birlikdə notariusa gedərək orada təqdim olunacaq sənədə imza etməsini xahiş etmiş, o, etiraz etməyərək Zövqi ilə birlikdə notariusa getmişdir. Orada mətn ona oxunmuş və mətndə İddiaçı1, İddiaçı2 evlədikdən sonra orada yaşamadıqları qeyd olunduğu bildirilmişdir. O, həmin sənədə imza etmişdir, lakin, sonradan ona məlum olmuşdur ki, imza etdikləri mətn tamamilə fərqlidir və onlara oxunan mətnlə üst-üstə düşmür.

41. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində bildirmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh onun qohumlarıdır. Nazlı İsmayılova vəfat etdikdən sonra o, yas mərasimində iştirak etmişdir. Yas mərasimi Gədəbəy rayonu, Söyüdlü kəndində Qurban kişiyə məxsus evdə keçirilmişdir. O, dəfn, 3 və 7 mərasimlərində iştirak etmişdir və həmin vaxt İddiaçı1, İddiaçı2 və Cavabdeh orada olduğunu görmüşdür. Zövqi ondan onunla birlikdə notariusa gedərək orada təqdim olunacaq sənədə imza etməsini xahiş etmiş, o, etiraz etməyərək Zövqi ilə birlikdə notariusa getmişdir. Orada mətn ona oxunmuş və mətndə İddiaçı1, İddiaçı2 evlədikdən sonra orada yaşamadıqları qeyd olunduğu bildirilmişdir. O, həmin sənədə imza etmişdir, lakin, sonradan ona məlum olmuşdur ki, imza etdikləri mətn tamamilə fərqlidir və onlara oxunan mətnlə üst-üstə düşmür. İddiaçı1 və İddiaçı2 40 mərasimindək orada yaşamaları barədə dəqiq məlumatı yoxdur

42. AZ-İ seriyalı 934761 saylı xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2018-ci il tarixdə miokard deqenorasiyasından vəfat etmişdir.

43. AZ-İİ seriyalı 154980 saylı xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2021-ci il tarixdə miokard infarktdan vəfat etmişdir.

44. İddiaçılar tərəfindən xx.xx.2021-ci il tarixli Gədəbəy rayon Notariat Ofisinə ünvanlanmış ərizədən görünür ki, X3 miras qalmış Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 96.5 kv.m olan fərdi yaşayış evinə dair Cavabdeh aedına xx.xx.2019-cu il tarixdə verilmiş qanunu üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsini və həmin miras əmlakı ilə bağlı onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahiş edilmişdir.

45. Gədəbəy rayon notariat ofisinin 813 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Gədəbəy rayon Notariat ofisiinin xx.xx.2019-cu il tarixli 2V466 saylı vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mərhum X8 vərəsəsi oğlu X22 təyin edilmişdir. İddiaçı2 və X4 məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür.

46. X3 X5 adına verilmiş vərəsəlik haqqında şəhadətnamədə əsas götürürlmüş sənədlərdən görünür ki, Cavabdeh notariat kontoruna xx.xx.2018-ci il tarixli ərizə ünvanlayaraq xx.xx.2018-ci il tarixdə vəfat etmiş anası X3 qalmış miras əmlakı qəbul etmək üçün vərəsəlik şəhadətnaməsi verilməsinin xahiş etmişdir. Qeyd edilən notariat işinə əlavə edilmiş Gədəbəy şəhəri Söyüdlü İcra Nümayəndəliyi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, X13 mərhum X1 ilə birlikdə Gədəbəy rayonu, Söyüdlü kəndində yaşamışdır. Ailə üzvüləri: X19, İddiaçı2 və X9r. Qeyd edilən Notariat işinə əlavə edilmiş X19 tərəfindən xx.xx.2019-cu il tarixdə əlavə edilmiş sənəddən görünür ki, X1 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra nədən və haradan olmasından aslı olmayartaq ona düşən miras əmlakdan istifadə etməmiş və etməkdə fikiri olmadığını bildirmişdir.

47. xx.xx.2019-cu il tarixli Qanunu üzrə vərəsəlik haqqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X21 miras qalmış Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 96.5 kv.m olan fərdi yaşayış evinə X19 vərəsə hesab edilərək tam pay üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir

48. Azərbaycan Respublikasının Dövlət X31 Nəzarətinin xx.xx.2022-ci il tarixli 33/173 saylı məktubundan görünür ki, X14 xx.xx.2018-ci il tarixdə ölkə əarzisinə daxil olmuş, xx.xx.2018-ci il tarixdə isə çıxış etmişdir. Bundan sonrakı tarixlərədən xx.xx.2021-ci il tarixlərədək İddiaçı1 çoxsaylı olaraq ölkə ərazisinə giriş-çıxış etmişdir.

49. 19.02.22-ci il tarixli X25, Şahid1, Şahid5 və X15 notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, İddiaçı2 və İddiaçı1 1985-ci il və 1987-ci il tarixlərdə ailə qurduqları vaxtdan bu günə qədər valideyinlərinə məxsus olan Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən fərdi yaşayış evində yaşamayıblar.

50. Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 02/00765 saylı xx.xx.2018-ci il tarixli arayışından görünür ki, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən X16 məxsus torpaq sahəsi 30.000 manat dəyərində qiymətləndirilmişdir.

51. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1962-ci ildə Gədəbəy rayonu Söyüdlü kəndində anadan olmuş, atası X12 və anası X17r.

52. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1965-ci ildə Gədəbəy rayonu Söyüdlü kəndində anadan olmuş, atası X12 və anası X17r.

53. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********61 saylı xx.xx.2021-ci il tarixli Cavabdeh adına ünvan 3 ünvanı 16 saylı DNK-nın xx.xx.2016-cı il tarixli,4ə-709 reyestri nömrəli bağışlama müqaviləsinə əsasən, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən ümumi sahəsi 137.5 kv.m olan fərdi yaşayış evi isə Gədəbəy rayonu notariat ofisiinin xüsusi notariusu X26 tərəfindən təsdiq edilmiş 2V-466 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" əsasında qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. X10 adına ölkə ərazisi üzrə qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir.

54. Məhkəməyədək sadələşdirilmiş icraatın açılmasından imtina edilməsinə dair xx.xx.2018-ci il tarixli qərarə əlavə edilmiş ərizədən görünür ki, X2 həyat yoldaşı olan X18 xx.xx.2018-ci il tarixli gədəbəy rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirir ki, baldızları Nailə və İradədən 102 xidmətinə məlumat vermiş, lakin hal-hazırda onlardan heç bir şikayyəti və tələbi yoxdur, xəsarəti olmadığından həkim müayinəsindən keçməkdən imtina edir.

55. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı şahidlər Şahid1 və Şahid4 Məhkəməyə teleqram göndərərək bildirmişlər ki, İradə Məmmədova və İddiaçı2 atalarının yas mərasimində iştirak etmşlər.

56. Beləliklə işin mübasəsiz halı ondan ibarətdir ki, X21 xx.xx.2018-ci il tarixində vəfat etmişdir. O vəfat etdikdən sonra ondan qalan miras əmlak üzrə qanuni pay hüququ olan 4 vərəsəsi olmuşdur, əri, oğlu və 2 qızları. Lakin qeyd edilən vərəslərdən yalnız mərhumun oğlu olan hazırki iş üzrə Cavabdeh qanunla nəzərdə tutulmuş müddətdə miras əmlakına pay əldə etmək üçün notariat ofisini müraciət etmişdir, mərhumun əri is notariat ofisinə ərizə yazaraq arvadından qalan miras paydan imtina etmiş olduğunu bildirmişdir. Beləliklə qanunu üzrə vərəsəlik haqqqında şəhadətnamə yalnəz Cavabdeh verilmişdir.

57. İş materialları ilə müəyyən edilir ki, iddiaçılar yalnız miras qoyan öldükdən 2 ildən çox müddətdən sonra vərəsəlik haqqında şəhadətnamə almaq üçün xx.xx.2021-ci il tarixdə Gədəbəy rayon Notariat Ofisinə müraciət edərək Cavabdeh adına xx.xx.2019-cu il tarixdə verilmiş qanunu üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsini və həmin miras əmlakı ilə bağlı onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahiş edilmiş, lakin notariat orqanı tərəfindən imtina edilərək, məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür.

58. İddianın əsası kimi o göstərilmişdir ki, iddiaçılar miras əmlakını qəbul edilməsi üçün notarial orqana müraciət etməsələr də, mirası əmlakını faktiki qəbul etmişlər. Belə ki, 40 mərasimi dövürdə iddiaçıların həmin evə gedib-gəlməsi, o cümlədən qeyd edilən evdə gecələmələri, 40 mərasimini onlar tərəfindən yola verilməsi, 40 mərasimindən sonrada İradə xanımın Azərbaycan Respublikası hüdudlarına daxil olarkən həmin evdə qalması, o cümlədən öz növbəsində İddiaçı2 atasına baxması mirasın faktiki qəbuluna dəlalət edir.

59. Kollegiya qeyd edir ki, Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.

60. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı).

61. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının (apelyatorun) irəli sürdüyü faktiki hallar tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü onun miras əmlakı faktiki (qeyri-rəsmi üsulla) qəbul etmiş olduğu iş materialları ilə ümumiyyətlə müəyyən olunmur, dindirilmiş şahidlərin isə qeyri-müəyyən ifadələri mirasın faktiki qəbul kimi dəyərləndirilə bilməz.

62. Bundan başqa, Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququna dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Həmin Məhkəmənin İvaşkieviç Polşaya qarşı iş üzrə 26 iyul 2011ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını da tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında "ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (§ 44). Beləliklə, yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, miras qoyana məxsus olan və miras əmlak kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların G.Atamovaya anası tərəfindən verilməsi məqamının apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının mirası qəbul etməsi kimi qiymətləndirilməsi Mülki Məcəllənin 1243.2, 1243.3 və 1246-cı maddələrinin müddəaları ilə uzlaşmır və mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. Azərbaycan Respublikası Miilki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.”

63. Daha sonra, məhkəmə kollegiyası, ona da xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan mülki qanunvericiliyə əsasən müddət – subyektiv hüquqların reallaşdırılması və nəticə etibarı ilə müəyyən hüquqi nəticələrin yaranması üçün müəyyənləşdirilmiş vaxt kəsiyidir. Yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində qanunverici vərəsə tərəfindən mirası qəbul etmək və beləliklə də müvafiq hüquqi nəticələr yaratmaq üçün müddət müəyyən etmişdir. Qeyd olunan qanunun normasına əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göstərilən norma imperativ xarakter daşıyır. Buna görə də mirasın qəbul olunması məqsədilə göstərilən Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq müddətin bərpası üçün ehtimal olunan vərəsənin müəyyən olunmuş müddət ərzində mirası qəbul etməsini mümkün etməyən üzrlü səbəblərin müəyyən olunması vacibdir. Hazırki işə baxılarkən bu cür üzrlü səbəblər müəyyən olunmamışdır.

64. Mülki Məcəllənin 1273-1-ci maddəsində qanunverici təsbit etmişdir ki, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir; həmin Məcəllənin 1262-ci və 1263-cü maddələrinə görə isə, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir.

65. Göründüyü kimi qanunverici, mirasdan imtina edən, habelə mirası qəbul və ya ondan imtina barədə iradəsini bəyan etməyən (susan) vərəsənin bu hərəkətinin hüquqi nəticəsini konkret tənzimləmişdir – belə vərəsənin payı digər vərəsələrin (mirası qəbul etmiş qanun və ya vəsiyyət üzrə vərəsələrin) payına əlavə edilir.

66. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir.

67. Bu baxımdan, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, övladın valideyninin yas mərasimində iştirakı, o cümlədən bəzi zamanlarda ata evinə (uzaq rayona) gələrək orada qalması mirasın faktiki qəbul olunması anlamına gəlmir. Çünki iddiaçı (apelyator) miras əmlakda daimi olaraq və ya mütamadi olaraq yaşamasını, ev və evin həyətyanı torpaq sahəsinin onun sahibliyində və istifadəsində olmasını və həmin miras əmlakın faktiki qəbulu üçün zəruri hərəkətlərini məhkəmədə sübut edə bilməmişdir (komunal xidmətlərin ödənməsi, əmlaka üzərində hər hansı bir fəaliyyət həyata keçirməsi və.s kimi hərəkətlər).

68. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında eyni zamanda göstərilmişdir ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.

69. İşdən görünür ki, Gədəbəy rayon Notariat ofisinin xx.xx.2019-cu il tarixli 2V-466 saylı vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsinə dair sənədlərin təsdiq olunmuş surətini iddiaçıların vəkilinə göndərilməsinə dair Gədəbəy rayon Notariat ofisinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən iddiaçılar ən pis halda vərəsəliklə bağlı mübahisənin mövcud olmasına dair müvafiq əsas olduğunu xx.xx.2021-ci il tarixdə bilmiş və bildiyi gündən iki ay keçdikdən sonra xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

70. Beləliklə, iddiaçının iddia tələbləri ilə bağlı irəli sürdüyü faktiki hallar, onun tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

71. Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyi qənaətinə gəlir və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

72. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1544/2022 saylı iş üzrə 03 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (İddiaçı2 aid hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: İkram Şirinov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar