Məhkəmə qərarları › İş №2(103)-11699/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11699/2021

06.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11699/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Əliyeva Sara Xələf qızına qarşı “cavabdehin və onun ailə üzvlərinin evdən istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılaraq evin boşaldılmasi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4034/2021 saylı işi üzrə 20 oktyabr 2021-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4034/2021 saylı işi üzrə 20 oktyabr 2021- ci il tarixli qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-7039/2021 saylı mülki iş üzrə qəbul olunacaq yekun məhkəmə qərarı qüvvəyə minənə qədər İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "cavabdehin və onun ailə üzvlərinin evdən istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılaraq evin boşaldılması” tələbinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-4034/2021 saylı mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İddiaçı şikayət vermiş, Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-7039/2021 saylı mülki iş üzrə qəbul olunacaq yekun məhkəmə aktı qüvvəyə minənə qədər İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızma qarşı “cavabdehin və onun ailə üzvlərinin evdən istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılaraq evin boşaldılması“ tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-4034/2021 saylı mülki iş üzrə icraatın dayandırılması barədə olan 20 oktyabr 2021-ci il tarixli 2(004)-4034/2021 saylı qərardadın ləğv edilməsi və iş üzrə məhkəmə baxışı davam etdirilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1, 156, 169.3, 254.1.4, 256.0.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı Əliyeva X4 rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 və onun ailə üzvlərinin iddiaçının atası X2 məxsus olmuş evdən istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılaraq evin boşaldılmasına dair qətnaməçıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qeyd olunan mülki iş üzrə işin baxılmasına başlanana kimi həmin iddia ərizəsi ilə bağlı qarşılıqlı iddia verə bilərdi. Qeyd olunanlardan aydın olur ki,Cavabdeh1 İddiaçı qarşı iddiaçının vermiş olduğu iddia tələbi üzrə işin baxılmasına başlanana kimi qarşılıqlı iddia verməmiş və Cavabdeh1 qarşılıqlı iddia vermə müddətini keçirdiyi üçün İddiaçı qarşı ayrı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh kimi İddiaçı qarşı vermiş olduğu “cavabdeh İddiaçı qızma qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair” iddia ərizəsi (hakim Toğrul Axundovun icraatındadır) İddiaçı “Cavabdeh1 və onun ailə üzvlərinin atası X2 məxsus olmuş evdən istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılaraq evin boşaldılmasına dair” iddia ərizəsi ilə qarşılıqlı əlaqəli olduğundan və onlarla birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnəcəyi baxımından (X6 icraatında olmuşdur) birləşdirilməli idi. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4034/2021 saylı işi üzrə 10.11. 2021ci qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil X3 apellyasiya şikayətini müdafiə edərək, icraatın dayandırılması barədə qərardadın əsassız olduğunu, digər işin məhkəmə baxışının 27 dekabr 2021-ci tarixə təyin edildiyini bildirmiş və qərardadın ləğv edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Cavabdeh1 və Əliyeva Sara Xələf qızının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 43,155.1, 156, 169.3-cü maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş (səbəbləri düzgün əsaslandırılmamış) qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edir. Belə ki, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Qeyd edilən xüsusatlar əsasında tərəflərin çəkişmə prinsipinə uyğun mövüelərin dinləməklə işlərin baxılma mərhələləri nəzərə alınmaqla birgə baxılma mümkünlüyü müzakirə edilməli, ondan sonra baxılma mümkün olmadığı təqdirdə işin mahiyyəti üzrə baxılması mümkünsüzlüyü və işin icraatının dayandırılması müzakirə edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397, 398- 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4034/2021 saylı işi üzrə 20 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş üzrə icraatların birləşdirmə və ya dayandırma mümkünlüyünə baxılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar