Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1171/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: evin təhvil verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evin təhvil verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3913/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İşin halları ondan ibarətdir ki, İddiaçıxx.xx.2020-ci il tarixdə Cavabdeh ilə Podrat Müqaviləsi bağlamışdır. Podrat Müqaviləsinə əsasən, İddiaçı sifarişçi qismində Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0,03 ha torpaq sahəsində ümumi sahəsi 66 kv. metr olan fərdi yaşayış evinin tam təmirli tikintisini sifariş etmişdir. Podratçı Cavabdeh isə İddiaçı sifariş etdiyi layihəyə uyğun evin tikintisini öz üzərinə götürmüşdür. Podrat Müqaviləsinə əsasən görülən işlərin siyahısı hazırlanmış və siyahını hər iki tərəf razılaşmaqla imzalamışdır. Müqaviləyə əlavə edilmiş Ödəniş Cədvəlinə görə, sifarişin dəyəri 47.000 manat təşkil etmiş və göstərilən məbləğin 48 ay müddətində hissə-hissə Podratçıya ödənilməsi nəzərdə tutulmuşdur. Müqaviləyə əsasən, İddiaçı Cavabdeh ümumilikdə 30.850 manat pul ödəmişdir.
2. İş materiallarında olan, İddiaçı (Sifarişçi) ilə Cavabdeh (Podratçı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli podrat müqaviləsindən görünür ki, sifarişçi Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0,03 ha torpaq sahəsində ümumi sahəsi 66 m2 müqaviləyə əlavə olunan layihəyə əsasən fərdi yaşayış evinin tam təmirli tikintisi sifariş edir. “Sifarişçi” İddiaçı və “Podratçı” Cavabdeh arasında xx.xx.2020-ci ildə bağlanmış “Podrat müqaviləsi”nə əsasən görülən işlər aşağıdakılardan ibarətdir: 1) Beton Təməl, 2) Kürsü 5 daş, 3) 5 daş kürsüdən sonra izalasiyya, 4) Padvala giriş, 5) Pol taxta inşası (bütün otaqlarda) lak və şripofka, 6) Evin kərpiclə inşası. Kənar divarlar çöldən 3 metr.., 7) Kənar divarlardan ön tərəfə çıxıntılar, 8) Arakəsmələr kərpiclə hörgüsü, 9) Dam atmaları, 10) Dam örtüyü (profınastin).rəng seçimi var, 11) Divar suvaq iç və çölündən( podmayak), 12) Plastik pəncərələr.ağ plastik, ağ şüşə (cift,nəfəslik, setka,dəmir barmaqlıqlar aid deyil), 13) Tavan daş yunu ilə (steklavat) döşənməsi sadə alsipanla inşası, 14) Divarın ağardılması, 15) Divarın aboyla inşası (sadə), 16) Otaqların qapısı, 17) Hamam tualet kafel metlax inşası, 18) Hamam plastik qapısı (ağ), 19) Giriş pilləkənin inşası (daş), 20) Evin seyf qapısı (sadə), 21) Elektrik sistemi (kondisaner daxil deyil, 2 rozetka, 1 vkulçater), 22) Kombi sistemi (kombi aparatı və radiator daxil deyil), 23) Kanalzasiya sistemi, həyətdə şambo, 24) Su sistemi (mətbəxə və sanitar qovşaqa çəkiliş), 25) Hasar yan tərəflərdən 5 daş qarşı tərəfdən 10 daş hündürlükdə, 26) Dəmir darvaza (sadə).
3. İş materiallarında olan, İddiaçı (Sifarişçi), Cavabdeh (podratçı) və İradə Abdulova (zamin) arasında bağlanmış xx.xx.2022-ci i tarixli zaminlik müqaviləsindən görünür ki, Podratçı ilə Sifarişçi arasında tikintiyə dair bağlanan müqavilə ilə əlaqədar olaraq “Sifarişçi” “Podratçı” qarşısında öz öhdəliklərini tam yerinə yetirənə qədər “Zamin” “Sifarişçi” lə birlikdə “Podratçı”nın qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür.
4. İş materiallarında olan, xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, tikintinin ümumi qiyməti47.000 AZN, kredit müddəti 48 ay, aylıq ödəniş 400 AZN, ödəniş tarixi xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi müəyyənləşdirilmişdir. İddiaçı tərəfindən ilkin ödəniş olaraq xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 1200 manat, xx.xx.2020-ci il tarixdə 6000 manat, aylıq olaraq isə xx.xx.2020-ci il tarixdə 700 manat, xx.xx.2020-ci il tarixdə 700 manat, xx.xx.2020-ci il tarixdə 700 manat, xx.xx.2020-ci il tarixdə 700 manat, xx.xx.2020-ci il tarixdə 700 manat, xx.xx.2020-ci il tarixdə 700 manat, xx.xx.2020-ci il tarixdə 700 manat, xx.xx.2020-ci il tarixdə 700 manat, xx.xx.2021-ci il tarixdə 700 manat, xx.xx.2021-ci il tarixdə 700 manat, xx.xx.2021-ci il tarixdə 1100 manat, xx.xx.2021-ci il tarixdə 2800 manat, xx.xx.2021-ci il tarixdə 1100 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 800 manat, xx.xx.2021-ci il tarixdə 900 manat, xx.xx.2021-ci il tarixdə 800 manat, xx.xx.2022-ci il tarixdə 850 manat, xx.xx.2022-ci il tarixdə 800 manat, xx.xx.2022-ci il tarixdə 800 manat, xx.xx.2022-ci il tarixdə 800 manat, xx.xx.2022-ci il tarixdə 800 manat, xx.xx.2022-ci il tarixdə 700 manat olmaqla, cəmi 30.850 manat məbləğində pul ödənilmişdir.
5. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli müraciət məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0,03 ha torpaq sahəsində ümumi sahəsi 66 m2 olan fərdi yaşayış evinin 10 gün müddətində tam təmirli vəziyyətdə təvil verilməsi, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edlmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı Cavabdeh qarşı “evin təhvil verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0,03 ha torpaq sahəsində ümumi sahəsi 66 kv. metr olan fərdi yaşayış evinin tam təmirli vəziyyətdə podratçı Cavabdeh tərəfindən sifarişçi İddiaçı təhvil verilməsi, 6000 manat maddi ziyanın, 2000 manat mənəvi ziyanın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat pulun, cəmi 8.100 manat məbləğində pulun Cavabdehdan tutularaq ona verilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixdə Cavabdeh ilə Podrat Müqaviləsi bağlamışdır. Podrat Müqaviləsinə görə, o, sifarişçi qismində Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0,03 ha torpaq sahəsində ümumi sahəsi 66 kv.metr olan fərdi yaşayış evinin tam təmirli tikintisini sifariş etmişdir. Podratçı Cavabdeh isə onun sifariş etdiyi layihəyə uyğun evin tikintisini öz üzərinə götürmüşdür. Podrat Müqaviləsinə əsasən görülən işlərin siyahısı hazırlanmış və siyahını hər iki tərəf razılaşmaqla imzalamışdır. Bundan başqa xx.xx.2020-ci il tarixli Podrat Müqaviləsinə əlavə olaraq xx.xx.2020-ci il tarixli Zaminlik Müqaviləsi bağlanılmışdır. xx.xx.2021-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0,03 ha torpaq sahəsində tikiləcək ümumi sahəsi 66 kv. metr olan fərdi yaşayış evinin layihə-smeta sənədləri hazırlanmış və təsdiq olunmuşdur. Sözügedən layihə-smeta sənədlərində layihəsi hazırlanmış evin hüquq subyekti kimi onun adı göstərilmişdir. Podrat Müqaviləsinin 1.5-ci bəndinə əsasən layihə üzrə görüləcək işlərin haqqının ödənilməsi Sifarişçi və Podratçı arasında razılaşdıqdan sonra müqaviləyə əlavə olunan ödəniş cədvəlində göstərilir. Müqaviləyə əlavə edilmiş Ödəniş Cədvəlinə görə, sifarişin dəyəri 47.000 manat təşkil etmiş və göstərilən məbləğin 48 ay müddətində hissəhissə Podratçıya ödənilməsi nəzərdə tutulmuşdur. Beləliklə, Sifarişçi tərəfindən Podratçıya cəmi: 31.850 manat (67,8 %) pul ödənilmişdir. Tərəfimdən ödənişin 67,8%-i podratçıya ödənilmişdir. Lakin podratçı müqavilə öhdəliyinə əməl etməyərək evi ona təhvil verməmişdir. Bu barədə cavabdehə dəfələrlə müraciət etsə də, hər dəfə müxtəlif bəhalərlə onu aldatmışdır. Tərəfindən yaranmış mübahisənin məhkəmədən kənar həll edilməsi üçün cavabdehə 20 gündən öncə yazılı şəkildə məlumat göndərilmiş, lakin cavabdeh sözügedən məktubu almaqdan imtina etmişdir. Bundan başqa cavabdeh ona 6000 manat məbləğində maddi ziyan vurmuşdur. Belə ki, o, xx.xx.2020-ci il tarixli Ödəniş cədvəlində nəzərdə tutulmuş aylıq 400 manat ödəniş əvəzinə daha artıq məbləğ ödəmiş (təxminən aylıq 800-900 manat). Buna səbəb isə onun evimin olmamağı olmuşdur ki, Podrat Müqaviləsinin 4.3-cü maddəsində nəzərdə tutulan 50%-lik ödənişi tez yerinə yetirmək istəmişdir. Lakin, o, müxtəlif şəxslərdən aldığı borcla, eyni zamanda maddi durumunu çətin vəziyyətə salmaqla, əlavə işlər görməklə çətinliklə göstərilən məbləği ödəmişdir. Cavabdeh isə hələ xx.xx.2021-ci il tarixdə evi təhvil verməli olduğu halda (evin dəyərinin 50%-i həmin tarixdə artıq ödənilmişdir) bu günədək bunu etməmişdir. Nəticədə ona 1 ilə yaxındır ki, əziyyət çəkməklə müxtəlif ünvanlarda kirayə qalır, evlə bağlı çətinlik çəkir. Bu hal ona maddi ziyanla yanaşı eyni zamanda mənəvi ziyan bahasına başa gəlir. Bu səbəbdən mən cavabdehdən 2000 manat məbləğində mənəvi ziyan da tələb edir.əm ki, bu tələbim də Mülki Məcəllənin 21-ci, 442-ci, 443.1-ci, 445.1-ci və 445.2-ci maddələrinin tələbləri çərçivəsində əsaslı sayılmalı və mənə cavabdeh tərəfindən, onun öhdəliyi lazımınca və vaxtında yerinə yetirməməsi səbəbindən mənəzi ziyan vurulması öz təsdiqini tapmalıdır.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(010)-3913/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Təranə Mahmudova) iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən 16 fevral 2020ci il tarixli podrat müqaviləsi üzrə Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 66 kv.m. olan fərdi yaşayış evinin tam təmirli vəziyyətdə İddiaçı təhvil verilməsi, Cavabdeh mənəvi zərərə görə 300 (üç yüz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, iddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 3,75 (üç manat yetmiş beş qəpik) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun qalan 96,25 (doxsan altı manat iyirmi beş qəpik) manat hissəsinin İddiaçı özünə aid edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsinin iddia tələbinin yaşayış evinin tam təmirli vəziyyətdə iddiaçıya təhvil verilməsi və mənəvi zərərin ödənilməsi hissəsində mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinin 4.3-cü bəndinə əsasən tikinti ödənişin 50-70%-i ödənildikdən sonra təhvil verilməlidir. İş materiallarında olan ödəniş cədvəlindən və qəbzlərdən müəyyən olunur ki, iddiaçı tərəfindən 30.850 manat məbləğində pul ödənilmişdir ki, bu da tikintinin ümumi məbləği olan 47.000 manatın 65%ni təşkil edir. Göründüyü kimi tikintinin dəyərinin müqavilədə nəzərdə tutulmuş faizini ödədiyi üçün fərdi yaşayış evi tam təmirli vəziyyətdə cavabdeh tərəfindən iddiaçıya təhvil verilməlidir.
10. Birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi üzrə qeyd etmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələb qismən təmin olunmalıdır. Belə ki, iddiaçı mənəvi sarsıntı keçirmişdir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İş materialları və işin halları iddiaçıya mənəvi ziyan vurulduğu qənaətinə gəlməyə əsas verir. Mənəvi ziyanın həcminə gəldikdə isə, məhkəmə zərərin baş verməsinə səbəb olmuş hərəkətin dərəcəsini, bunun nəticəsində iddiaçının keçiridiyi mənəvi sarsıntının xarakterini, iddiaçının fərdi xüsusiyyətlərini nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi 300 manat məbləğində qiymətləndirilməlidir. Məhkəmə bu məbləği ağlabatan və ədalətli hesab edir.
11. Birinci instansiya məhkəməsi iddia tələbinin yaşayış evinin tam təmirli vəziyyətdə iddiaçıya təhvil verilməsi və mənəvi zərərin ödənilməsi hissəsi üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 442, 445.2.1, 448.1, 752.1, 755, 762.1, 762.3, 771, 772.1-ci, “İnsan hüquqlarının və X2 haqqında” Konvensiyanın 41-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 7 saylı, xx.xx.2008-ci il tarixli qərarına və Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
12. Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri:
13. Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir.
14. Cavabdeh apelyasiya şikayətində göstərilmişdir ki, tərəflər arasında podrat müqaviləsi bağlanan gündən, yəni 16 fevral 2020-ci ildən 1 ay sonra dünyada yayılmış Covid-19 virusu ilə əlaqədar ölkədə qapanmalar həyata keçirilmiş, bununla əlaqədar tikintidə yubanmalar olmuş, demək olar ki, 1 ilə yaxın tikintini normal surətdə aparmaq mümkün olmamışdır. Podrat müqaviləsinin 4.3-cü bəndinə əsasən tikinti ödənişin 50-70%i ödənildikdən sonra təhvil verilməlidir. Müqavilənin istinad edilən bəndində məhz tikintinin təhvil verilməsinin ödənişə görə təyin edilməsi nəzərdə tutulmuşdur. Yəni əgər aylıq ödəniş 823 manatı ötərdisə, bu zaman həmin tikinti ödənişin 50% ödənildikdən sonra təhvil verilməli idi. Lakin təxminən 2 il müddətinə aylıq ödənişin orta səvviyyədən yuxarı qalxmaması ona həmin tikilini yalnız ödənişin 70 faizi, yəni 32.900 manat ödənildikdən sonra təhvil vermək hüququ vermişdir. İddiaçı ödənişin cəmi 65 faizini, yəni 30.850 manat ödəniş etdikdən sonra, ödənişi dayandırmış və tikilini təhvil verməyi tələb etmişdir. Göründüyü kimi onun podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin pozulmasına görə məsuliyyət daşımaması hamıya bəlli olan haldan irəli gəlmiş, pandemiya ilə əlaqədar o tikilini vaxtında tikib qurtara bilməmiş, iddiaçı öz öhdəliyni yerinə yetirməyi davam etdirərsə tezliklə tikinti işlərini başa vuracağını bildirmişdir. Lakin işin hallarından da görünür ki, iddiaçı 30 iyun 2022-ci ildən sonra heç bir ödəniş etməmiş, ödənişin 70 faizini ödəməmişdir. Məhkəmə tikinti podratçı tərəfindən sifarişçiyə təhvil verildikdən sonra sifarişçi tərəfindən həmin müqavilə üzrə ödənişlərin həyata keçirilib-keçirilməyəcəyini aydınlaşdırmamış, sifarişçinin hansı əsasla müqavilə üzrə ödənişləri dayandırmasını müəyyən etməmişdir. Belə ki, hal-hazıradək iddiaçının podrat müqaviləsi üzrə ödənilməmiş 5000 manat məbləğində borcu vardır və bu borc hər ay artır ki, həmin borc ödənilmədən cavabdehin üzərinə hər hansı bir öhdəlik qoyula bilməz. Məhkəmə cavabdehdən iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq 300 manat məbləğində pul tutulması hissəsində də düzgün nəticəyə gəlməmişdir. Evin vaxtında təhvil verilməməsi ilkin olaraq məhz pandemiya ilə əlaqədar olsa da, sonradan iddiaçının öz öhdəliyini layiqincə yerinə yetirməməsi səbəbindən baş vermişdir və bu hal onun təqsiri üzündən iddiaçıya vurulmuş mənəvi sarsıntı kimi nəzərə alına bilməz. b) Apelyasiya şikayətlərinə qarşı etirazın dəlilləri: 15 İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz verərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı:
16. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz edərək, təmin edilməməsini xahiş etdi.
17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.
18. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən, qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 390.1. Fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
23. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.
24. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
27. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
28. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
29. Maddə 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır.
30. Maddə 755. Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur.
31. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
32. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
33. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
34. Maddə 771. Podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır.
35. Maddə 772. Görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
42. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
45. Məhkəmə kollegiyası İddiaçı nümayəndəsi və vəkili Vəkil1 çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən 30.850 manat məbləğində pulun ödənilməsini, bunun da tikintinin ümumi məbləği olan 47.000 manatın 65%-ni təşkil etdiyini, tikintinin dəyərinin müqavilədə nəzərdə tutulmuş faizini iddiaçının ödədiyini, iddiaçının mənəvi sarsıntı keçirdiyini, iş materialları və işin hallarının iddiaçıya mənəvi ziyan vurulduğu qənaətinə gəlməyə əsas verdiyini nəzərə alıb, hesab etmişdir ki, fərdi yaşayış evi tam təmirli vəziyyətdə cavabdeh tərəfindən iddiaçıya təhvil verilməli, həmçinin Cavabdeh mənəvi zərərə görə 300 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır.
47. Cavabdeh qətnamədən verdiyi apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmiş və apelyasiya şikayətini belə əsaslandırmışdir ki, tərəflər arasında podrat müqaviləsi bağlanan gündən, yəni 16 fevral 2020-ci ildən 1 ay sonra dünyada yayılmış Covid-19 virusu ilə əlaqədar ölkədə qapanmalar həyata keçirilmiş, bununla əlaqədar tikintidə yubanmalar olmuş, 1 ilə yaxın tikintini normal surətdə aparmaq mümkün olmamışdır. 2 il müddətinə aylıq ödənişin orta səvviyyədən yuxarı qalxmaması ona həmin tikilini yalnız ödənişin 70 faizi, yəni 32.900 manat ödənildikdən sonra təhvil vermək hüququ vermişdir. İddiaçı ödənişin cəmi 65 faizini, yəni 30.850 manat ödəniş etdikdən sonra, ödənişi dayandırmış və tikilini təhvil verməyi tələb etmişdir. Göründüyü kimi onun podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin pozulmasına görə məsuliyyət daşımaması pandemiya ilə əlaqədar olmuşdur. İddiaçı 30 iyun 2022-ci ildən sonra heç bir ödəniş etməmiş, ödənişin 70 faizini ödəməmişdir. Məhkəmə cavabdehdən iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq 300 manat məbləğində pul tutulması hissəsində də düzgün nəticəyə gəlməmişdir. Evin vaxtında təhvil verilməməsi pandemiya ilə əlaqədar olsa da, sonradan iddiaçının öz öhdəliyini layiqincə yerinə yetirməməsi səbəbindən baş vermişdir və bu hal onun təqsiri üzündən iddiaçıya vurulmuş mənəvi sarsıntı kimi nəzərə alına bilməz.
48. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin dəlillərini işin materialları ilə əlaqəli yoxlayıb, maddi hüquq normalarının tələblərinə uyğun qiymətləndirib hesab edir ki, apelyasiya şikayətinin həmin dəlilləri əsassızdır. Belə ki, Cavabdeh şikayətdə qeyd etdiyi hallarla bağlı məhkəmə kollegiyasına heç bir sübut təqdim edilməmişdir.
49. Belə ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinin 4.3-cü bəndinə əsasən tikinti ödənişin 50-70%-i ödənildikdən sonra təhvil verilməlidir. İş materiallarında olan ödəniş cədvəlindən və qəbzlərdən müəyyən olunur ki, iddiaçı tərəfindən 30.850 manat məbləğində pul ödənilmişdir ki, bu da tikintinin ümumi məbləği olan 47.000 manatın 65%ni təşkil edir. Odur ki, birinci instansiya məhkəməsi düzgün olataq hesab etmişdir ki, iddiaçı tikintinin dəyərinin müqavilədə nəzərdə tutulmuş faizini ödədiyi üçün fərdi yaşayış evi tam təmirli vəziyyətdə cavabdeh tərəfindən iddiaçıya təhvil verilməlidir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanılmış podrat müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozan cavabdeh olduğundan iddiaçı bu müqaviləyə əsasən fərdi yaşayış evini tam təmirli vəziyyətdə cavabdehdən tələb etməkdə haqlıdır və odur ki, birinci instansiya məhkəməsinin bununla bağlı gəldiyi nəticə əsaslıdır.
51. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin ondan iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq 300 manat məbləğində pulun tutulması hissəsində də birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsi barədə dəlilinə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
52. Belə ki, “İnsan hüquqlarının və X2 haqqında” Konvensiyanın 41-ci maddəsinə əsasən (Əvəzin ədalətli ödənilməsi), Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.
53. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 07 saylı, xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması anlaşılır”. Beləliklə, iddiaçı mənəvi sarsıntı keçirmişdir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.
4. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.
54. Məhkəmə kollegiyası qeyd olunan işin faktiki hallarını və yuxarıda sadalanan qanunvericiliyin tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsinin iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq 300 manat məbləğində pulun cavabdehdən tutulmasına dair gəldiyi nəticəni hüquqi cəhətdən qanuni və əsaslı hesab edir.
55. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
56. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apelyasiya şikayətində qeyd edilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilmədiyindən, məhkəmə kollegiyası həmin dəlillərə münasibət bildirməyi zəruri hesab etmir.
57. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3913/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.