Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11713/2021 03.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, Cavabdeh X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-294/2021 saylı, 18.08.2021-ci il tarixli qərardadından cavabdeh X4 tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh X3 qarşı “icarə haqqı üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə X4 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarə müqaviləsi öhdəliklərindəki şərtlərin tələbi üzərinə hüquq və vəzifələri pozma nəticəsi dəymiş zərər” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və qarşılıqlı iddia ərizəsi məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-294/2021 saylı, 18.08.2021-ci il tarixli qərardadına əsasən X2 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarə müqaviləsi öhdəliklərindəki şərtlərin tələbi üzərinə hüquq və vəzifələri pozma nəticəsi dəymiş zərər” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərarddadan cavabdeh X4 tərəfindən şikayət verilərək qərardadın ləğv edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-294/2021 saylı, 05.11.2021-ci il tarixli qərardadı ilə, şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən cavabdeh X5 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə iddiaçı tərəfə məlumat verilməsinə baxmayaraq, iddiaçı kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya iddiaçı tərəfin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, dövlətin mülkiyyətində olan torpaq sahəsinə icarə müqaviləsinin bağlanmasına dair X2 iddia ərizəsi dövlət orqanının ümumi (publik) hüququn nizamasalma predmetinə aid olub dövlətin mülkiyyətində olan torpağın fiziki şəxsin icarəsinə verilməsi ilə bağlıdır və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı qaydasında baxılmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, iddiaçı qarşılıqlı iddia tələbini “icarə müqaviləsi öhdəliklərindəki şərtlərin tələbi üzrə hüquq və vəzifələri pozma nəticəsində dəymiş zərər” şəklində adlandırsa da, ərizənin məzmunundan aydın olur ki, əslində qarşılıqlı iddiaçı onunla icarə müqaviləsi bağlanması, icarə haqqının axımının əmlakın bərpasından və işin başlanmasından sonra başlanması, 3 il ərzində istifadəsindən məhrum olduğu yerə görə icarə haqqı olaraq ödədiyi məbləğin icarə başladıqdan sonrakı dövrə aid edilməsini xahiş edir. Qeyd edilən tələb İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair (məcburetmə haqqında iddia) iddialara aid deyildir. Belə ki, iddiaçı inzibati orqana qarşı iddia tələbi irəli sürsə də, iddia tələbi inzibati icraatın predmeti deyildir. İddiaçı həmin iddia tələbində icarə müqaviləsinin bağlanması, icarə haqqının axımının əmlakın bərpasından və işin başlanmasından sonra başlanması, 3 il ərzində istifadəsindən məhrum olduğu yerə görə icarə haqqı olaraq ödədiyi məbləğin icarə başladıqdan sonrakı dövrə aid edilməsini xahiş edir. Belə olan halda kollegiya hesab edir ki, X2 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarə müqaviləsi öhdəliklərindəki şərtlərin tələbi üzrə hüquq və vəzifələri pozma nəticəsində dəymiş zərər” tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməlidir. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, qərardad ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: X4 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-294/2021 saylı, 18.08.2021-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-11713/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11713/2021
03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver