Məhkəmə qərarları › İş №2(103)-1173/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1173/2023

10.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1173/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4978/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 Səli qızı və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və payların vərəsələr arasında bərabər bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 14 saylı Notariat ofisi tərəfindən Cavabdeh1 аdınа verilmiş xx.xx.2019-cu il tarixli, 2V-190 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, babaları Nehmət İsmayıl oğlundan (X2) miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinə dair vərəsəlik hüquqlarının tanınması və paylarının müəyyən edilməsi və miras əmlakın vərəsələr arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4978/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilmişdir. İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətindən imtina etdiyini bildirib icraata xitam verilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından imtina qəbul olunmalı və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4978/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar