Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1178/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X2 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5617/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh oğluna qarşı “mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, iki övladı ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi və köçürüldükdən sonra onun və iki övladının həmin ünvanda təhlükəsiz yaşamağının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 23.10.2007-ci ildə Cavabdeh ilə ailə qurmuş, birgə nikahdan 10.11.2008-ci ildə qızı X5 və 27.09.2011-ci ildə oğlu X6 dünyaya gəlmişdir. Aralarında mübahisələr yaranmış və bu mübahisələr nəticəsində Sabunçu Rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli qətnaməsi ilə nikahlarına xitam verilmişdir. O, ailə qurandan Mehdi Hüseynzadə 630 b ünvanına köçmüş, lakin ailədə olan mübahisələr və ona qarşı olan təzyiqlər nəticəsində rahat yaşaya bilməmişdir. Bu təziqlər Cavabdeh tərəfindən göstərilmişdir. Uşaqları dünyaya gələndən sonra təzyiqlər daha da çoxalmış və o, Cavabdeh boşanmaq qərarına gəlmişdir. Boşanmadan sonra ona həmin evdə yaşamağa imkan verməmişlər və o, uşaqları ilə birgə anasının evinə köçməli olmuşdur. Həmin mənzili onun toyundan əvvəl valideynləri tikib Musyev Məmmədə veriblər. O, ordan məcburi çıxandan sonra ona məxsus olan mebellər hamısı həmin evdə qalıb. Hazırda o, uşaqları ilə anasıgildə yaşayırlar. Lakin orda onların rahat yaşamaq üçün nə yeri, nə də şəraiti yoxdur. Ailə qurmamışdan öncə Məmməd ona evinin olmadığını, lakin torpağının olduğunu demişdir. O atası ilə razılaşmışdır ki, həmin torpaq sahəsində ev tiksinlər və o həmin evə gəlin köçsün. Atası Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, 630/b ünvanda yerləşən 6 sot üzərindəki torpaqda 128 kv.m 1 mərtəbəli ev tikmiş və o, cehizlərini həmin evdə yerləşdirmişdir. Ailədə olan mübahisələr onu həmin evdə yaşamağa imkan verməmiş və Məmməd tərəfindən ona edilən sıxıntılar nəticəsində uşaqları ilə birlikdə evdən çıxaraq, anası evinə getmişdir. Anasıgilə köçəndə cavabdeh ona cehizlərini aparmağa imkan verməmişdir. Hazırda usaqları ilə anasıgildə sıxlıqda yaşayır və onların mebellərindən istifadə etmək məcburiyyətində qalmışdır. Anasının evi balacadır mebelləri cox azdır kiçik bacısı da həmin evdə anası ilə bir yerdə yaşayır. Vaxt keçdikcə uşaqlar böyüyür və onların bir yerdə yaşamağı çətinləşir. O, Məmmədə dəfələrlə uşaqları ilə bir yerdə yaşamaq üçün müraciət etsə də ona hədə qorxu gələrək rədd cavabı vermişdir və onların geri qayıtmağına icazə vermir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5617/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi və köçürüldükdən sonra onun və uşaqlarının həmin ünvanda təhlükəsiz yaşamağının təmin edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmə zamanı o, qeyd etmişdir ki, 23.10.2007-ci ildə Cavabdeh Mənsum oğlu ilə ailə qurmuş, nikahlarının ilk günündən o, öz şəxsi cehizləri ilə cavabdehin valideyinlərinin dəvəti ilə onlara məxsus olan mübahisəli evə ailə üzvü kimi gəlin köçmüş, 14 il ərzində cavabdeh və onun validenyinləri ilə birgə yaşamış və birgə təsərrüfat keçirmişdir. Sonradan ailənin birgə qərarı ilə yaşadıqları evin həyətində yerləşən 6 sotluq torpağın üzərindəki 128 kv.m-lik evə köçmüşlər. Ev bir mərtəbəlidir, köçdükləri bu ev atası Mirzə tərəfindən hələ onlar ailə qurmamışdan əvvəl inşa edilib ailələrinə hədiyyə kimi verilmişdir. Lakin son zamanlarda cavabdeh və onun yaxın qohumları onunla pis rəftar etməyə başlamış, bundan sonra boşanmaq və öz evində rahat yaşamaq istəmiş, boşansa da vəziyyət daha da pisləşiş və cavabdeh onu evindən faktiki olaraq qovmuşdu. İki uşaqlarını götürüb müvəqəti olaraq atası gilə köçmüşdü. Bütün şəxsi əmlakları mübahisəli evdə qalıb. Məhkəmənin formal əsaslarla qətnamə çıxarmasına dair ən əsas sübut məhkəmənin iş üzrə qanunun heç bir normasına istinad etməməsidir. Qətnamənin əsaslandırıcı hissəsində məhkəmə yalnız öz subyektiv fikrini bildirməklə qeyd edir ki, güya o, iddianı təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. O, təkcə cavabdehin yox onun anası X3 da ailə üzvü olmuş, onu öz ailəsinə gəlin kimi məhz qaynanası Rübabə Musayeva qəbul etmiş, keçmiş əri iş üzrə yeganə cavabdeh kimi göstərilsə də onlar bir ailə olmuş, buna aid isə çoxlu sübütlar var. 2009-cu ilə qədər qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddsinə görə mülkiyyətçinin razılığı ilə mənzilə köçmüş ailə üzvünün onunla bərabər mənzildən istifadə etmək huququ vardır. Digər sübut isə onun Musayeva Rübaba ilə onun oğlu Cavabdeh yaşadığı evə gəlin kimi köçməyi və həmin evdə onun iki övlaldının dünyana gəlməsidir. Daha sonra isə onlarla bərabər birgə təsərüfat keçirməyidir. Onunla bu şəxlər arasında 14 il mütəmadi və etibarlı ailə münasibəti olmuşdur. Apelyasiya şikayətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5617/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi, iddia ərizəsində göstərdiklərinə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5617/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh nümayəndəsi və vəkili Vəkil İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5617/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, o cümlədən bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Əksinə cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi sənədlər etirazın əsası kimi istinad etdiyi hallara dair gətirdiyi dəlillər daha inandırıcı olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Cavabdeh nümayəndəsi və vəkili Vəkil çıxışını və İddiaçı izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Azərbaycan Respublikası Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilmiş 10 nömrəli orderin surətindən görünür ki, X4 Bakı şəhər icraiyyə komitəsinin 13 dekabr 1991-ci il tarixli 130 №-li qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində bağlar sahəsində 50 №-li BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan 630/b №-li bağ ayrılmışdır.(İ.vər. 10) İş matеriallarında olan, Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin X4 ünvanladığı 17 dekabr 1991-ci il tarixli, 799 saylı məktubunun surətindən görünür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 18-/924 15.101986-cı il və 6/333 14.06.1988-ci il tarixli qərarlarına əsasən Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi icarədara ona verilmiş sahədə öz gücüylə ev və hasar tikməyə icazə vermişdir.(İ.vər. 11) İş matеriallarında olan, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının M-775-112 saylı, 16.10.2020-ci il tarixli arxiv arayışının surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 13.12.1991-ci il tarixli 130 nömrəli sərəncamından çıxarışa əsasən ın surətindən görünür ki, X4 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində torpaq sahəsinin ayrılması barədə qərar verilmişdir.(İ.vər. 27) Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik iddianın əsasını təşkil edən halların sübut edilməsi yükünü iddia edən tərəfin üzərinə qoyur. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiacı İddiaçı apelyasiya şikayətinin əsas dəlillərindən biri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə sübutetmənin bütünlüklə iddiaçının üzərinə qoyulması qanunun tələbindən irəli gəlməməklə, məhkəmənin əsassız nəticəyə gəlməsinə səbəb olmuşdur. Məhkəmə kollegiyası iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə üzrə verilmiş apelyasiya şikayətini nəzərə alaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “Mahmudov Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində 0.12 ha torpaq sahəsində yerləşən 630/b nömrəli bağ sahəsi Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin 13 dekabr 1991-ci il tarixli 130 №-li qərarına əsasən 10 №-li X1 icarəyə verilmiş və ona həmin sahədə ev və hasar tikməyə icazə verilmişdir. Göründüyü kimi, həmin torpaq sahəsinin Cavabdeh məxsus deyil və həmin torpaq sahəsində tikilmiş evə dair tərəflərin adına heç bir hüquq müəyyənedici sənəd yoxdur. Eyni zamanda iddiaçı köçürülməsini tələb etdiyi mənzilin onun atası tərəfindən tikildiyini qeyd etsədə, bunu təsdiq edən sübutlar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən halları nəzərə alaraq iddia tələbinin rədd edilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin cavabdehin anası X4 məxsus torpağın üzərindəki 128 kv.m-lik bir mərtəbəlidi evin atası Mirzə tərəfindən hələ onlar ailə qurmamışdan əvvəl inşa edilib ailələrinə hədiyyə kimi verilməsi barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı apelyasiya şikayətində qeyd edilənləri təsdiq edən sübutları apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərkən bunu əsaslandıran hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim еtməmişdir. Bundan başqa, İddiaçı apelyasiya şikayətinin hal-hazırda azyaşlı uşaqları ilə birlikdə atasına məxsus olan mənzildə yaşaması, bütün şəxsi əmlaklarının isə mübahisəli evdə qalması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, qeyd olunan bu dəlillər iddia tələbinin əsaslı hesab edilərək təmin edilməsi üçün əsas ola bilməz. Həmçinin, məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin birinci nstansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, sübutların tam və obyektiv qiymətləndirməməsi, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməsi və yaşayış hüquqlarının pozulmasına səbəb olan məhkəmə aktı qəbul etməsi, məhkəmənin həmin mövqeyinin qanunsuz və əsassız olması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı apelyasiya şikayətində qeyd edilənləri təsdiq edən sübutları apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərək bunu əsaslandıran hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim еtməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5617/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5617/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-1178/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1178/2022
22.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver