Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1179/2020 17.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, Cavabdeh və vəkili X3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-ci il tarixli, 2(006)-5843/19 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, onun azyaşlı övladları xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 ilə birlikdə ünvan 1 A ünvanında yaşamaq hüququnun tanınması, həmin ünvana köçürülməsi və yaşayış sahəsindən istifadə etməyə maneciliyin törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-ci il tarixli, 2(006)-5843/19 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı azyaşlı övladları xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 ilə birlikdə ünvan 1 A ünvanında yerləşən mənzilə köçürülməsi və yaşayış sahəsindən istifadə etməyə maneciliyin törədilməsi cavabdehə qadağan edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbinin hüquqi əsası kimi oğlu Əliyev Ələkbərlə 2009-cu ildə faktiki, 2011-ci ildə rəsmi nikaha daxil olmasına, həmin nikahdan xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdü X7 adlı uşaqalarının doğulmasına, toydan sonra bir müddət Bərdə rayonunda yaşaması, daha sonra ünvan 2 A ünvanında yerləşən özbaşına tikintiyə köçüb yaşamasına, cehiz əşyalarının həmin mənzilə yerləşdirməsinə, orada Ələkbərlə bir ailə kimi yaşayıb təsərrüfat aparmasına, Ələkbərlə aralarında münaqişə yaranması səbəbindən boşanmasına, hal-hazırda iki azyaşlı uşağı ilə birlikdə yaşayış yerindən mərhum olmasına istinad etmişdir. Məhkəmə nəinki iddiaçının heç bir əsası olmayan dəlillərini sübut növü kimi qəbul etmiş, eyni zamanda, onun iddia tələbinə dair etirazının dəlillərini izahatına salmamış, onlara qətnamədə qiymət verməmiş və tələb etdiyi sübutların məhkəmə iclasında tədqiq edilməsini təmin etməmişdir. Onun məhkəməyə təqdim etdiyi və ya məhkəmədə tədqiq edilməsini tələb etdiyi həmin sübutlarla tam təsdiq edilir ki, iddiaçı onun istifadəsində olan özbaşına tikintiyə yaşamaq məqsədi ilə gəlməmiş və onun başqasının istifadəsində olan yaşayış sahəsinə heç bir ehtiyacı olmamışdır. Məhkəmə iclasında təqdim etdiyi, lakin məhkəmənin qəbul etməkdən imtina etdiyi rəsmi sənədlərlə tam təsdiq edilmişdir ki, iddiaçı onun istifadəsində olan hazırkı mübahisə predmeti olan evə yaşamaq məqsədi ilə köçməmişdir. Belə ki, iddiaçı oğlu Ələkbərlə 2009-cu ildə faktiki nikaha daxil olduqdan sonra onun mülkiyyətində olan Bərdə rayonu, Türkmən kəndində yerləşən evə gəlin köçmüş və 2013-cü ilədək orada yaşamış, bu evdə uşağı doğulmuş və orta məktəbə getmişdir. Həmin faktı Bərdə rayon İcra hakimiyyəti başçısının Mirzəxan-Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş və məhkəmə tərəfindən qəbul edilməsindən imtina edilmiş xx.xx.2019-cu il tarixli, 1041 saylı Arayış təsdiq edir. İddiaçı əri və uşaqları ilə birlikdə 2013-cü ildən 2018-ci ilin avqust ayınadək onun mülkiyyətində olan Bakı şəhəri, 3-cü Alatava küçəsi, ev 165-də yaşamışdır. Həmin evdə təmir işləri aparıldığına görə o, təmir işləri başa çatanadək ailəsi ilə birlikdə Buzovna qəsəbəsinə, Ələkbər isə ailəsi ilə birlikdə ünvan 2 A ünvanında yerləşən evə köçmüşdür. Bunu 2014-cü ildən 2019-cu ilin avqust ayınadək həmin evdə kirayənişin kimi yaşayan Ucar rayonu, Çiyni kənd sakini X2 və onun arvadı X1 təsdiq edə bilərdi, əgər hakim onların məhkəmə iclasında çağırılıb dindirilmələri barədə tərəfindən verilmiş vəsatəti təmin etmiş olsaydı Rüfanənin təkidli tələbindən sonra onun cehiz əşyalarını da həmin evə yığdılar. Köçdükdən cəmi 10 gün sonra Rüfanə Ələkbərə qarşı məhkəmədə “nikahın pozulması barədə” iddia qaldırdı. Bu isə onu göstərir ki, Rüfanə məqsədli şəkildə cehiz əşyalarını hazırkı iş üzrə mübahisə predmeti olan evə yerləşdirilməsini istəmişdir. Qeyd etdiyi kimi İddiaçı onun istifadəsində olan ünvan 2 A ünvanında yerləşən yaşayış sahəsinə heç bir ehtiyacı olmamışdır. Belə ki, Rüfanənin Ələkbərlə birgə nikah dövründə əldə etdiyini iddia eldiyi və Bərdə Rayon Məhkəməsində bölünməsini tələb etdiyi bir neçə yaşayış evi vardır. O, onun iddia ərizəsini"Mülki işin məhkəmədə baxılmağa hazırlanması haqqında qərardad”ıvə iddianın təmini tədbiri barədə qəradadı məhkəməyə təqdim etsə də, hakim həmin sənədlərin işə aid olmadığını deyərək, qəbul etməkdən imtina etdi. Məhkəmə işdə olan subutarı tam, hərtəfli və obyektiv araşdırmamış və nəticədə onun hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı mübahisə predmeti olan mənzilə son bir ildə köçdüyünii etiraf etsə də, məhkəmə bunu onun izahahatında göstərməmişdir. Bundan əlavə, məhkəmə iddiaçının qeydiyyatsız olaraq ünvan 2 A ünvanında yerləşən özbaşına tikilidə yaşaması faktının təsdiqi kimi qonşuların iştirakı ilə tərtib olunmuş akta əsasən Nəsimi rayon 33 saylı MKİS tərəfindən verilmiş xx.xx.2019cu il tarixli 1221 saylı Arayışa istinad elməklə mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddiaçı Bərdə rayonundakı evə gəlin gəlib. Neçə illər həmin evdə yaşayıblar. Bərdədəki evdə ancaq oğlu qeydiyyatdadır. Nəvəsi də 2-ci sinifə kimi Bərdədə oxuyub. Buzovna qəsəbəsindəki 600 kv.m ev məhkəmənin qərarı ilə bölünüb və ½ hissə oğluna ½ hissəsi isə iddiaçıya verildi. İki nəvəsi var, onları evsiz qoymaz. İddiaçının köçüb yaşamaq üçün həm Bərdədə, həm də Buzovnada evi var. Hansında isətəsə yaşaya bilər. Lakin iddia edilən evə iddiaçının ümumiyyətlə heç bir aidiyyəti yoxdur. Məhkəmə iclasında Cavabdeh vəkili X8 şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı bildirdi ki, rayonda yaşamamışdır. 2009-cu ildə Bərdədə toyu oldu, sabahı gün Bakıya gəldilər. Gəlin köçəndə tələb etdyi evdə yaşamamışdır. Onun bütün əşyaları da həmin evdədir. Bərdədəki evlə bağlı sorğu da verildi, həmin ev keçmiş həyat yoldaşının adına çıxmadı. Hazırda köçmək istədiyi ev qaynatasına məxsusdu, onun tikintisi və təmiri üçün heç bir xərc çəkməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, təqdim edilmiş sübutlardan görünür ki, ünvan 1 A ünvanında yerləşən mənzil özbaşına tikilidir, sahibi (kirayəşin) Cavabdehdur, ailəsi 3 nəfərdən ibarətdir, 2006-cı ildən tək qeydiyyatdadır. X9 ilə İddiaçı arasında nikah xx xxxx 2019-cu il tarixdə pozulmuş, onların xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X6 adlı uşaqları vardır. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən belə nəticəyə gəlmişdir ki, iddiaçı 2009-cu ildə el adəti ilə toy edərək faktiki nikaha daxil olmuş, xx.xx.2011-ci ildə nikahları rəsmiləşdirilmişdir. Birgə nikahdan onların xx.xx.2011-ci təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Toydan sonra bir müddət rayonda yaşamış, sonradan isə mübahisəli ünvan 1 A ünvanında yerləşən özbaşına tikiliyə gəlin köçüb, orada yaşamış və cehiz əşyalarını həmin evə yerləşdirmişdir. Cavabdeh isə iddiaçını sərbəst şəkildə mənzildən istifadə etməsinə imkan vermir. Tərəflərin məhkəmə iclasında verdiyi izahatlarından məlum olduğu kimi iddiaçı cavabdehlə ailə qurduqdan sonra bir müddət rayonda yaşamış, sonradan isə mübahisəli mənzilə gəlin köçmüşdür. Həmin yaşayış sahəsinə dair hüquqlar tərəflərdən hər hansı birinin adına lazımi qaydada dövlət reyestrində qeydə alınmamışdır. Tərəflərin hər ikisi həmin evin özbaşına tikili olduğunu etiraf edirlər. Məhkəmə belə hesab edir ki, həmin fərdi yaşayış evi cavabdehin və ya başqa bir şəxsin xüsusi mülkiyyətində olmadığından, iddiaçı cavabdehlə birgə mübahisəli ünvana 2009-cu ildə sonra köçüb 2019-cu ilədək orada yaşadığından, cehiz və şəxsi əşyaları bu günədək həmin evdə saxlanıldığından və başqa yaşayış yeri olmadığından həmin evə köçürülməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri qətnamənin ləğv və iddianın təmin edilməməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin qanuni əsası tapılmadığından, eləcə də tələbin faktiki əsası analoji münasibətləri tənzimləyən hüquq normalarının da şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş, özbaşına tikiliyə köçürmə, istifadə hüququnun yaranması və həmin evdən istifadə etmələrinə və yaşamalarına maneələrin aradan qaldırılması ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarına uğun olmalıdır. Əks halda bu hüquqdan sui-istifadəyə gətirib çıxara bilər. Əvvəla, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə(özbaşına tikiliyə) iddiaçının yaxud onunla rəsmi nikahda olmuş, keçmiş əri X4 hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır. Belə ki, iddiaçı həmin evin ona yaxud keçmiş ərinə hər hansı bir hüquqla məxsus oduğunu yaxud aidiyyətini mübahisələndirmir. Əksinə qəbul edir ki, mübahisəli ev(özbaşına tikili) cavabdehin oğlu ilə nikaha girməmişdən xeyli əvvəl keçmiş qaynatası olan iş üzrə cavabdehə məxsus olmuşdur. Buna baxmayaraq cavabdehin oğlu ilə nikaha girdiyi və uşaqları ilə birgə yaşayıb təsərrüfat apardığı üçün mübahisə predmeti olan evə yaşayış hüququnun mübahisəsiz yarandığını düşünür. Apellyasiya baxışı zamanı da iddiaçı köçmək istədyi evin tikintisi yaxud təmiri(yaxşılaşdırması) ilə bağlı keçmiş əri ilə birgə yaxud şəxsi vəsaiti hesabına hər hansı bir formada iştirak etmədiyini təsdiq etmişdir. İkincisi, iddiaçının cavabdehin ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından qeydə alınmasa da həmin mübahisəli yaşayış sahəsinə köçmək və ondan istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki, iddiaçının bu istəyi ən azından keçmiş qaynatası olan cavabdehin bilavasitə razılığı ilə şərtləndirilir. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da mübahisə predmeti olan evi faktiki sahiblik edən cavabdehi isə belə razılığı verməyə məcbur etmək hüquqa uyğun sayıla bilməz. Üçüncüsü, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaətini əsaslandırarkən hətta tərəflərin keçmiş gəlin və qaynata olmalarını, yəni onların hüquqi vəziyyətini də unudaraq qeyd edir ki,... iddiaçı cavabdehlə ailə qurduqdan sonrabir müddət rayonda yaşamış, sonradan isə mübahisəli mənzilə gəlin köçmüş,.. iddiaçı cavabdehlə birgə mübahisəli ünvana 2009-cu ildə sonra köçüb 2019-cu ilədək orada yaşadığından,.. başqa yaşayış yeri olmadığından həmin evə köçürülməlidir. Göründüyü kimi, məhkəmə tərəflərin bir-biri ilə hansı münasibətlərdə olmasını da özü üçün dəqiq müəyyənləşdirmədən ziddiyyətli nəticəyə gəlmişdir. Dördüncüsü, apellyasiya baxışı zamanı da cavabdehin izahatından və təqdim etdiyi qətnamədən çıxarışdan da görünür ki, iddiaçı ilə keçmiş əri olan cavabdehin oğlu Ələkbər Əliyev arasında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi bölünərək hər birinə ikidə bir hissədə pay hüquqları tanınmışdır. Demək ki, iddiaçının həm gəlin köçdüyü Bərdə rayonu Türkmən kəndində, həm də Bakı şəhərində yaşaması üçün evlər mövcuddur. Lakin iddiaçı bunlarla kifayətlənməyərək hazırda onunla ailə münasibətlərindən irəli gələn hansısa qohumluq əlaqəsi qalmayan, keçmiş qaynatasına məxsus evə köçmək istəyir. İddiasını isə həm də cavabdehin öz yaşadığı və mülkiyyətində başqa evlərinin olması ilə izah edir. Lakin iddiaçının bu istəyinin səbəbləri anlaşılan deyildir. Beləliklə, bütün bu halları nəzərə almayaraq iddianın qismən təmin etməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdur. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-ci il tarixli, 2(006)-5843/19 nömrəli qətnaməsi ləğv olunmalı, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-ci il tarixli, 2(006)-5843/19 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi alındığı tarixdən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Tofiq Səmədov imza İkram Şirinov Düzdür: Hakim: Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-1179/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1179/2020
17.01.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver