Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11812/2019 10.10.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X4 və X9 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iştirakları ilə İddiaçı Cavabdeh1, X18, Cavabdeh3, X12, Cavabdeh4 və X5 qarşı “mənzilə köçürülmə və cavabdehlərin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə ilkin, Cavabdeh1 İddiaçı qarşı “maddi zərərin tutulması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2017-cı il tarixli qətnaməsindən Ağayeva (Abbasova) Lalə Sərvər qızı, Cavabdeh4 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağayeva X1 Mehriban Əziz qızına qarşı iddia ərizəsi, sonradan isə X19, Cavabdeh3, X13, Cavabdeh4 və X6 da cavabdehlər qismində göstərdiyi iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evə köçürülməsi, cavabdehlərin həmin evdən istifadə hüququnun itirilmiş hesab edilməsi, habelə Cavabdeh1 evdən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, xx.xx.2004-cü il tarixdə X20 ilə nikaha daxil olaraq ailə qurmuş, ünvan 1 ünvanında yerləşən evdə onunla birlikdə yaşamış, övladları olmadığından evdə onlardan başqa heç kim olmamışdır. Sərvərin qohumları olan cavabdehlər mübahisəli evdə yaşamasalar da, formal qeydiyyatdadırlar (Cavabdeh1, O.Ağayev, Cavabdeh3 2005 ildən, Lalə və Cavabdeh4lar isə 2004-cü ildən). Sərvər Ağayev xx.xx.2016-cı il tarixdə ölmüş, yas mərasimi ilə əlaqədar olaraq Buzovna qəsəbəsində yaşayan anasıgilə köçməli olmuş, geri dönərkən evin giriş qapısının qıfılının baldızı – evdə formal olaraq qeydiyyatda olan, lakin evdə heç vaxt yaşamamış Cavabdeh1 tərəfindən özbaşına dəyişdirildiyini və evə gözətçi təyin etdiyini bilmişdir. Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində öz evinə bu günədək daxil ola bilmir, baxmayaraq ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən mübahisəli evə istifadə hüququ tanınmışdır. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən dəyişdirilmədən saxlanıldığından qanuni qüvvəsinin almış və sözügedən ünvana pasport qeydiyyatına alınmışdır. Mənzilin bütün ödənişləri mərhum həyat yoldaşı tərəfindən yerinə yetirilmişdir. Yasamal rayon 60 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 94 saylı arayışa əsasən mübahisəli ev dövlət mənzil fonduna aiddir, icarədarı isə xx.xx.2001-ci il tarixdə vəfat etmiş X7 (qayınanası) olmuşdur. Şikayəti əsasında Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi tərəfindən aparılmış araşdırma zamanı toplanmış materiallardan aydın olur ki, evdə yaşamayan, lakin formal qeydiyyatda olan Cavabdeh1 mübahisəli evə qanunsuz olaraq daxil olmuş, bundan sonra onu evə buraxmamışdır. Cavabdehlərin qeydiyyatı formal xarakter daşımaqla onun mənzildən istifadə hüquqlarını məhdudlaşdırır və qüvvədən düşmüş Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələblərinin mənasına görə, onların evdən istifadə hüququ itirilmiş hesab olunmalıdır. Cavabdeh1 isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, onun əvəzinə kommunal xərclərə görə ödədiyi pulun əvəzi qismində 300 manatın İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, qardaşı Sərvər Ağayevin mülkiyyətində olan mübahisəli yaşayış sahəsində yaşamaqla orada qeydiyyatdadır, İddiaçı isə evə formal qeydiyyata düşmüş, Sərvərlə nikaha girməsinə baxmayaraq heç vaxt onun yanında olmamış, əksinə nikaha düşməkdə niyyəti qardaşının mənzilindən pay əldə etmək olmuşdur. İddiaçı özü də etiraf edir ki, mübahisəli evə onu heç kim könüllü olaraq qeydiyyata salmamış, Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi əsasında oraya qeydiyyata düşmüşdür. O, mübahisəli evdə qeydiyyatda olmasına baxmayaraq kommunal xərcləri ödəməmişdir və buna görə də İddiaçı əvəzindən 300 manat məbləğində kommunal xərcləri ödəmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsindəki 73 saylı evə köçürülməsi, X17, Cavabdeh3, X10, Cavabdeh4 və X3 həmin evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, ilkin iddianın qalan hissədə, habelə qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin Cavabdeh1 aid hissədə rədd olunması ilə bağlı hissəsinin ləğv edilməsi və həmin hissədə də ilkin iddianın təmin olunması; Cavabdeh1 şikayət verərək qarşılıqlı iddia tələbinin təmin edilmədiyi, eləcə də İddiaçı evə köçürülməsi ilə bağlı hissədə qətnamənin ləğv olunması, ilkin iddia tələbinin həmin hissədə rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə həmin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi müvafiq hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Sonradan Abbasova (Ağayeva) X14 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, qətnamənin özünün evə istifadə hüquqlarının itirilməsi və İddiaçı evə köçürülməsi ilə bağlı hissələrinin ləğv olunmasını xahiş etmişdir. Lalə Abbasova apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə Cavabdeh3 xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh4 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsindəki 73 saylı evə hüquqları tanınmış, Cavabdeh3, Cavabdeh4 və onun həmin evə köçürülmələri qət edilmiş, qətnamə qüvvəyə minərək icraya yönəldilmiş, o, sözügedən evə köçürülmüşdür. Bu baxımdan onun mübahisəsi gedən evə istifadə hüququnun olmasının yenidən sübut edilməsinə ehtiyac yoxdur və daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmədiyindən birinci instansiya məhkəməsinin onunla bağlı gəldiyi nəticə qanunsuz olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Lalə Abbasovanın apellyasiya şikayəti təmin olunmamış, Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ona aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı ilə Lalə Abbasovanın kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apellyasiya baxışına göndərilmişdir. X23 apellyasiya şikayəti əsasında təkrar baxılarkən Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən Cavabdeh4 və Cavabdeh3 da birgə apellyasiya şikayəti vermiş, şikayətlərini Lalə Abbasovanın şikayəti ilə bənzər məzmunda əsaslandırmaqla qətnamənin özlərinin evə istifadə hüquqlarının itirilməsi və İddiaçı evə köçürülməsi ilə bağlı hissələrinin ləğv olunmasını xahiş etmişlər. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış apellyatorlar məhkəmə iclaslarına gəlməmiş (Lalə Abbasovanın vəkili Əjdər Cavadov məhkəmə bildirişini almasına baxmayaraq məhkəməyə gəlməmiş, Cavabdeh3 və Lalə Abbasovanın nümayəndəsi olan vəkil Zaman Səmədov isə məhkəmə iclasına gəlsə də order təqdim etmədiyindən prosesə buraxılmamışdır),İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh1 isə şikayətlərin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. Həmçinin nəzərə alınmalıdır ki, hazırkı apellyasiya icraatında Lalə Abbasovanın, Cavabdeh4 və Cavabdeh3 apellyasiya şikayətlərinə baxılır və qətnamə yalnız onların mübahisələndirdikləri hissələrdə və onlara münasibətdə yoxlanılmaqdadır. Lakin bu zaman o da nəzərə alınmalıdır ki, qətnamənin adı çəkilən şəxslər tərəfindən mübahisələndirilən “İddiaçı evə köçürülməsi” ilə bağlı hissəsinə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə qiymət verildiyindən həmin hissə hazırkı apellyasiya baxışının predmeti ola bilməz və apellyatorlar apellyasiya instansiyasının həmin qətnaməsindən kassasiya şikayəti vermək hüququna malikdirlər. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını bu kontekstdə аrаşdırаrаq hеsаb еdir ki, şikayətlər təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə hazırkı apellyasiya baxışının predmeti olan mübahisələndirilən hissələrdə və onu mübahisələndirilən şəxslərə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsindəki 73 saylı ev əvvəllər X2 adlı şəxsin mülkiyyətində olsa da, xx.xx.1931-ci il tarixdə Dövlət mənzil fonduna keçmiş və sonradan Cavabdeh1 atasına ayrılmış, onun ölümündən sonra, Oktyabr Rayon Xalq Deputatları Sovetinin 79/14 saylı xx.xx.1987-ci il tarixli qərarına əsasən evə dair icarə müqaviləsi mərhumun arvadı Minəxanım Ağayeva ilə bağlanılmış, Minəxanım Ağayeva xx.xx.2001-ci il tarixdə vəfat etmiş, bundan sonra evə onun övladları Sərvər Ağayev (İddiaçı əri, Cavabdeh1 isə qardaşı) və Cavabdeh1 sahiblik etmiş, Sərvər Ağayev xx.xx.2004-cü il tarixdə İddiaçı ilə nikaha daxil olmuş, sonuncu, mübahisəsi gedən evə köçmüş, o və Cavabdeh1 həm sözügedən evdə, həm də digər yerlərdə yaşamış, sonradan onların arasında evlə bağlı mübahisə yaranmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı evə (yaşayış sahəsinə) istifadə hüququ tanınmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Cavabdeh3 Sərvər Ağayevlə xx.xx.1988-ci il tarixdə rəsmi nikaha daxil olmuş, bu nikahdan Lalə və Cavabdeh4lar dünyaya gəlmiş, onların nikahları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə pozulmuş, həmin məhkəmənin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə isə, Cavabdeh3 xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh4yla birlikdə Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsindəki 73 saylı evə hüquqları tanınmış, Cavabdeh3, Cavabdeh4 və onun həmin evə köçürülmələri qət edilmişdir. Hazırkı apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh3 və Cavabdeh4 Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il qətnaməsi əsasında mübahisəsi gedən evə pasport qeydiyyatına alınmış, lakin nə onlar, nə də Lalə Ağayeva (Abbasova) oraya köçürülməmiş (orada yaşamamış), Cavabdeh3 təxminən 2013-cü ildə ailə quraraq X8 daimi yaşamaq üçün getmiş, Lalə Ağayeva isə ailə həyatı quraraq ər evinə köçmüşdür; Lalə Ağayevanın (Abbasovanın) Yasamal RPİ-nin 27-ci PB-də xx.xx.2019-cu il tarixdə verdiyi izahata görə o, anası Mehriban və bacısı Ləman sözügedən evdə (Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsindəki 73 saylı evdə)15 ilə yaxındır ki, yaşamırlar. İşin müəyyən olunan həmin halı, yəni apellyatorların uzun müddətdir mübahisəsi gedən evdə yaşamadıqları Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il qətnaməsi ilə təsdiq olunur; həmin işə baxılarkən Cavabdeh3 bildirmişdir ki, Sərvər Ağayev onları Səbail rayonu ərazisində yerləşən evə köçürmüş, sonradan Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsindəki 73 saylı evə qayıtmaq istəsələr də, onları evə buraxmamışlar (iş səh. 304). İş materiallarında olan, Yasamal rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin 60 saylı MKİS-nin məktubunda da apellyatorların mübahisəsi gedən evdə yaşamadıqları göstərilmişdir. Tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə, “kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “...Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Yuxarıda qeyd olunduğu kimi, apellyatorların mübahisəsi gedən evə köçürülmələri barədə məhkəmə qətnaməsi olmasına və oraya pasport qeydiyyatına alınmalarına baxmayaraq onlar evə köçürülməmiş, bu qətnamənin çıxarılmasından sonra həmin evdə ümumiyyətlə yaşamamış, Cavabdeh3 təxminən 2013-cü ildə ailə quraraq qızı Ləmanla birlikdə X8 daimi yaşamaq üçün getmiş, Lalə Ağayeva isə ailə həyatı quraraq ər evinə köçmüşdür. Başqa sözlə, apellyatorlar öz iradələrinə əsasən mübahisəsi gedən evdə yaşamamışlar; onlar həmin evləəlaqəni kəsmədiklərini və orada qeydiyyatda olduqlarınıirəli sürərək evdən istifadə hüquqlarının qorunub saxlandığını iddia etsələr də, kollegiya onların bu arqumentləri ilə razılaşmır. Çünkü hamıya bəlli olan haldır ki, ailə qurub başqa ölkəyə köçən qadın vəfat etmiş əvvəlki həyat yoldaşının evinə qayıtmaq niyyətində olmur; habelə qız övladı ailə qurub başqa ünvana gəlin köçəndə bunu müvəqqəti etmir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi apellyatorların mübahisəli evdən daimi yaşamaq üçün başqa yaşayış sahəsinə getməsi halının sübut olunduğuna dair düzgün nəticəyə gəlmişdir və işdəki sübutların məcmusu onların mübahisəli evdən daimi yaşamaq üçün getdikləri qənaətinə gəlməyə əsas verməklə, evə dair hüquqlarının itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olduğunu təsdiq edir. Kollegiya həmçinin qeyd edir ki, apellyatorların mübahisəli evdə hazırkı dövrədək qeydiyyatda olmaları da onların həmin ünvana istifadə hüquqlarının itirilməməsinə zəmin yaratmır və apellyasiya şikayətlərində bununla əlaqədar irəli sürülənlər əsassızdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”. Bu mənada, qeydiyyat amilindən bu məqsədlərə uyğun gəlməyən məqsədlər üçün (məsələn, daşınmaz əmlakdan istifadə hüququ əldə etmək üçün) istifadə edilməsi adı çəkilən qanunun özünün tələbinə ziddir. O cümlədən nəzərə alınmalıdır ki, mənzil, ev və digər bu kimi obyektlər əmlakdır, əmlak münasibətlərini tənzimləmək Mülki Məcəllənin vəzifəsi (maddə 1.2), mülki dövriyyənin azadlığını təmin etmək isə Mülki Məcəllənin məqsədidir (maddə 1.1). Lakin Mülki Məcəllə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı əmlaka hüquq əmələ gətirən fakt kimi tanımır (maddə 14). Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi qənaətinə gəlmək üçün mütləq onun özünə məxsus yaşayış sahəsinə malik olması halının müəyyən olunmasına ehtiyac yoxdur. Burada əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstərib-göstərmədiyidir. Bu mənada kollegiya hesab edir ki, nə Cavabdeh3 ailə qurub ABŞ-a gedərkən, nə Cavabdeh4 onunla birlikdə həmin ölkəyə, nə də Lalə Ağayevanın ailə qurub ər evinə gəlin köçərkən mübahisəsi gedən evə gəlmək niyyətində olduqları inandırcı deyildir və onlar bu yaşayış sahəsi ilə bağlı qaldıqlarını təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişlər. Bu baxımdan kollegiya hesab edir ki, göstərilən meyarlar nəzərə alındığında apellyatorlar mübahisəli evdən daimi yaşamaq üçün (Cavabdeh3 və Lalə Ağayeva ər evinə ərlərinin ailə üzvü kimi, Cavabdeh4 isə başqa ölkəyə yaşamaq üçün) köçüb getmişlər və köçüb getdikləri vaxtdan itirilmiş hesab olunan istifadə hüquqları bərpa oluna bilməz. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin hazırkı apellyasiya baxışının predmeti olan mübahisələndirilən hissələrdə ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Ağayeva (Abbasova) Lalə Sərvər qızı, Cavabdeh4 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-303/2017 saylı iş üzrə xx xxxxxxx 2017-cı il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan mübahisələndirilən hissələrdə və onu mübahisələndirilən şəxslərə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-11812/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11812/2019
10.10.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver