Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11823/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlu (sədrlik edən və məruzəçi), Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri X2 və X1 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2869/2021 saylı, 19 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayıb m ü ə y y ə n e t d i: Nəsimi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(006)-2869/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "işə bərpa tələbi"nə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli məktubu ilə həmin iş apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.08.2021-ci il tarixli, 2(103)- 8746/2021 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(006)-2869/2021 saylı qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və mülki işin apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.10.2021-ci il tarixli, 2(006)-2869/2021 saylı qərardadı ilə İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(006)-2869/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırda iddiaçı tərəfindən verilən şikayətin mümkünlüyünün yoxlanılması üçün məhkəmə baxışı təyin edilmişdir. Məhkəmə Kolegiyasının iclasında iddiaçı şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kolegiyasının iclasında cavabdehin nümayəndələri A.Bayramova və F.Aslanova şikayətlə razılaşmayaraq təmin edilməməsini xahiş etdilər. Hazırki məsələ ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(006)-2869/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün apellyasiya icraatına qəbul edilməlidir. Belə ki, iş materiallarında olan reystrdən görünür ki, qətnamə tərəflərə 04.06.2021-ci il tarixdə göndərilmişdir (i/v 129). İddiaçı apellyasiya şikayətini vermiş və şikayət 12 iyul 2021-ci il tarixində (i/v 130) rayon məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət buraxılmamış, şikayət vaxtında verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Eyni zamanda, Kollegiya iddiaçının apellyasiya şikayətinin 01 oktyabr 2021-ci il tarixindən əvvəl verilməsini nəzərə alır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassız olduğundan, şikayət təmin edilməli, qərardad ləğv edilməli və qətnamədən iddiaçının apellyasiya şikayəti vaxtında verilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1.məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X4 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 2(006)-2869/2021 saylı, 19 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin və Nəsimi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(006)-2869/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti vaxtında verilmiş hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-11823/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11823/2021
08.12.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver