Məhkəmə qərarları › İş №2(103)-11825/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11825/2021

09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11825/2021 09.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair ilk, Cavabdeh İddiaçı MMCyə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(006)-3828/2021 saylı qərardadından ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3828/2021 saylı, 05 avqust 2021ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair ilk iddia ərizəsi baxılmamış saxlanılmışdır. Sonradan ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə şikayət göndərilmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3828/2021 saylı, 05 avqust 2021-ci il tarixli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması xahiş edilmişdir. Həmin şikayət onunla əsaslandırılmışdır ki, Nəsimi rayon məhkəməsinin 2(006)- 3828/2021 saylı 05.08.2021-ci il tarixli qərardadını əsassız və qanunsuz hesab edir. Həmin qərardad belə əsaslandırılmışdır ki, İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, iddia ərizəsinin geri qaytarılmasını və ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi işin mahiyyəti üzrə həll olunmasını tələb etməyərək, iddia ərizəsinin baxılmamış saxlanması barədə ərizəyə etiraz etmədiyini bildirmişdir. Halbuki, o, cavabdehin nümayəndəsi kimi işin mahiyyəti üzrə həll olunmasını tələb etmiş və iddia ərizəsinin baxılmamış saxlanması barədə ərizəyə etiraz etdiyini bildirmişdir. Əgər biz ilkin iddianın mahiyyəti üzrə həll olunmasını tələb etməsəydik, ilkin iddia ilə bağlı qarşılıqlı iddia verilməzdi. Bununla bağlı 14.09.2021-ci il tarixldə məhkəməyə ərizə təqdim edərək iclas protokolunu tanış olmaq üçün təqdim edilməsini xahiş etmişdim. Lakin iclas protokolu mənə təqdim edilməmişdir. Buna baxmayaraq Nəsimi rayon məhkəməsinin 05.08.2021-ci il tarixli tarixli məhkəmə iclas protokoluna dair qeydlərimi məhkəməyə təqdim etmişəm. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(006)- 3828/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək, Mülki Prosessaul Məcəllənin 269.3-cü maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı İddiaçı MMC-nin nümayəndəsi X2 şikayətin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili Vəkil Əbdüləziz oğlu şikayətin təmin edilməsini xahiş etmişdir. Kollegiya tərəflərin izahlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(006)-3828/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə iclasında və iş materialları ilə müəyyən olunur ki, İddiaçı MMCnin nümayəndəsi birinci instansiya məhkəməsinə ərizə göndərərək, iddia ərizəsinin geri qaytarılmasını və ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Həmçinin, birinci instansiya məhkəməsində iştirak edən cavabdehin nümayəndəsi işin mahiyyəti üzrə həll olunmasını tələb etməyərək, iddia ərizəsinin baxılmamış saxlanması barədə ərizəyə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinin tələblərinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.6-cı maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barədə ərizə verildiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(006)-3828/2021 saylı qərardadının ləğvi üçün hüquqi əsaslar yoxdur. Kollegiya həmçinin qeyd edir ki, ilkin iddianın baxılmamış saxlanılması qarşılıqlı iddiaya mahiyyəti üzrə baxılmasına mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya. qərara a l d ı: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şikayəti təmin edilməsin. İddiaçı MMC-nin ilkin iddiasının baxılmamış saxlanılmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(006)-3828/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardadan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar