Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1183/2022 03.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" İstehsalat Birliyi QSC-nin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(008)-2054/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" İstehsalat Birliyi Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən "xxxx" İB-yə vurulmuş 5039,69 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, hüquqi xidmətin göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 300 manat məbləğində xidmət haqqının, ümumilikdə isə 5369,69 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı "xxxx" İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ**********99550019 22) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İstehsalat Birliyi 12.01.2018-ci il tarixli, T/17274 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana "xxxx" İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Zenner markalı G-4 mexaniki tipli markalı, **********1 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydalan”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. "xxxx" İstehsalat Birliyinin əməkdaşları tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına müxtəlif vaxtlarda baxış keçirilərkən, qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmışdır. Bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X1nın pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, 30.12.2016-cı il tarixli ******* saylı akt əsasında 515.60 manat, 30.01,2017-ci il tarixli ******* saylı akt əsasında 285.60 manat, 19.01.2018-ci il tarixli ******* saylı akt əsasında 920 manat, 14.02.2018-ci il tarixli ******* saylı akt əsasında 190.20 manat, 30.03.2018-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, 27.08.2018ci il tarixli ******* saylı akt əsasında 460,80 manat, 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 97,20 manat, 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 97,20 manat, 31.01,2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 30.05.2019cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 29.11,2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 30.12.2019cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, 30.01,2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat və 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat olmaqla, cəmi 4917,40 manat məbləğində "xxxx" İstehsalat Birliyinə ziyan dəymişdir. Həmin aktlar üzrə məbləğin 2566,60 manat hissəsi Gasrep proqramına keçirilmişdir (4917,40-2566,60=2350,80). Cavabdehin əvvəlki aktlar üzrə 35,90 manat məbləğində qalıq borcu 2012-ci ilin V ayında, 88 manat məbləğində borcu 2016-cı ilin İİ ayında, 2566,60 manat məbləğində borcu 2018ci ilin X ayında, 2,20 azn borcu isə 2020-ci ilin Vİ ayında Gasrep proqramına keçirilmişdir. (2692,70+2350,80=5043,50). Abonent tərəfindən həmin borc əsasında edilən ödənişlər üzrə 11,70 manat məbləğində borca görə tutulma aparılmışdır (2692,70-11,70=2681. 2681+2350,80=5031,80). Qeyd olunanlara əsasən, cavabdehin Azəriqaz İB-nə ümumilikdə 5039,69 manat məbləğində qalıq borcu yaranmışdır. Odur ki, iddia tələbinin təmin edilərək Cavabdeh hesablanmış 5039,69 manat məbləğində dəymiş ziyanın, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 5369.69 manat məbləğində pulun "xxxx" istehsalat Birliyinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(008)- 2054/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 30 dekabr 2016cı il tarixli ******* saylı akta əsasən hesablanmış 515,60 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" İstehsalat Birliyinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin təmin edilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Bildirir ki, iddiaçının qeyd etdiyi “kənar müdaxilə” istənilən şəxs tərəfindən edilə bilərdi, onun tərəfindən belə bir müdaxilə olmayıb. X1nın pozulması haqqında çıxarılmış çoxsaylı aktlardan onun məlumatı olmayıb. Formal olaraq həmin aktlarda onun imza etməkdən imtina etməsi səbəbi göstərilmişdir. Həmin aktlar tərtib edilərkən istehlakçı tərəfindən hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Məhkəmə tərəfindən isə bu hallara münasibət bildirilməmişdir. Onun hər hansı bir qanunsuz əməli nəticəsində iddiaçıya maddi ziyan vurmağına dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Təqdim edilmiş aktlar isə məhz onun sayğaca müdaxilə etməsini, yaxud sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsini bilavasitə təsdiq etmir. Çünki bu aktlar yalnız iddiaçı tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. Məhkəmə 30.12.2016-cu il tarixli ******* saylı 1-ci akt əsasında ondan pul tutulmasını qət etmiş, həmin aktla hesablanmış məbləği qanuni hesab etmədiyini göstərsə də, (qətnamənin 6-cı səhifəsi 2-ci abzas) bununla bağlı, AR MPM-nin 13.1-ci maddəsinə, “Normativ Hüquqi aktlar haqqında” AR Qanunun 1-ci maddəsinə istinad etsə də, həmin akt üzrə qanuni hesablamanı göstərməmişdir. Bundan bağqa, iddiaçı ondan ümumilikdə 5369,69 manat tələb etdiyi halda, məhkəmə qətnaməsi ilə 515,60 manat məbləğində pulun tutulması qət edilmişdir. Belə olduğu təqdirdə, ondan 30 manat deyil, ödənilmiş iddia tələbi məbləğinə nisbətdə dövlət rüsumu tutulmalı idi. Hesab edir ki, məhkəmə qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini yalnız iddianın təmin olunmuş hissəsində mübahisələndirmişdir. Ona görə də, hazırkı apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin edilmiş hissəsi təşkil edir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cabadehin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə etdi və təmin edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. İş materiallarında olan İş materiallarında olan 12.01.2018-ci il tarixli, T/17274 saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı barədə müqavilənin surətindən görünür ki, cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsinə dair müqavilə bağlanmışdır. Həmin Müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifəsidir. Həmin Müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayacıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, bü Müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) m3 üçün 0,10 manat məbləğində müəyyən edilir. Müqavilənin “qeyd” hissəsinə əsasən Azərbaycan Respublikası Tarif Şurasının 28 noyabr 2016-cı il tarixli iclasına əsasən təbii qazın pərakəndə satışı illik istehlak həcminin 1700 kub metrdən çox olan hissəsi üçün 20 qəpik müəyyənləşdirilmişdir. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən istehlakçının istifadəsində yalnız bir ədəd PQ-4 tipli qaz cihazı vardır. İş materiallarında olan **********00000 nömrəli abonentin saldosundan görünür ki, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Yeni yaşayış massivi 30-cu dalan ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan istifadəyə görə cəmi 5039,69 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan “Təbii X1nın pozulması haqqında” 30.12.2016-cı il tarixli ******* saylı akt, 30.01,2017-ci il tarixli ******* saylı, 19.01.2018- ci il tarixli ******* saylı, 14.02.2018-cu il tarixli ******* saylı, 30.03.2018-ci il tarixli ******* saylı, 27.08.2018-ci il tarixli ******* saylı, 30.11,2018-ci il tarixli ******* saylı, 28.12.2018-ci il tarixli ******* saylı, 31.01.2019-cu il tarixli ******* saylı, 28.02.2019-cu il tarixli ******* saylı, 29.03.2019-cu il tarixli ******* saylı, 30.04.2019-cu il tarixli ******* saylı, 30.05.2019-cu il tarixli ******* saylı, 28.06.2019-cu il tarixli ******* saylı, 31.07.2019-cu il tarixli ******* saylı, 30.08.2019-cu il tarixli ******* saylı, 30.09.2019-cu il tarixli ******* saylı, 30.10.2019-cu il tarixli ******* saylı, 29.11.2019-cu il tarixli ******* saylı, 30.12.2019-cu il tarixli ******* saylı, 30.01,2020-ci il tarixli ******* saylı, 28.02.2020-ci il tarixli ******* saylı və 30.03.2020-ci il tarixli ******* saylı aktların surətlərindən görünür ki, Cavabdeh məxsus fərdi yaşayış evinə baxış keçirilərkən abonentin fərdi yaşayış evində təbii qazdan sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi hissəsində qətnaməni onunla əsaslandırmışdır ki, ilk dəfə aşkar olunmuş kənar xətt iddiaçının əməkdaşları tərəfindən eyni vəziyyətdə saxlana bilməzdi. Bununla yanaşı iddiaçı kənar xəttin təkrar aşkar etməsi halında cavabdehi bununla bağlı xəbərdar etməsi, qanunsuz qoşulmanın aradan qaldırmasına dair hərəkət etməsi müəyyən olunmur. Belə olan halda təkrar aktların tərtib olunması vaxtı kənar xəttin olmaması aşkar olaraq müəyyən olunmuş olur. İddiaçı tərəfin cavabdehin kənar xəttə qoşulmasını təsdiq edən yeganə sübutu fotoşəkildir, lakin həmin fotoşəkillərin aktların tərtib olunduğu vaxt çəkilməsi və cavabdehə məxsus olan evə aid olması müəyyən edilməmiş olur. Belə olan halda da cavabdehin iddiaçının göstərdiyi əsaslarla borcunun yaranması təsdiq olunmur, bu vəziyyətdə isə cavabdehdən iddia tələbində göstərilən məbləğdə pulun tutulması yolverilən hesab edilə bilməz. Belə olan halda məhkəmə hesab etmişdir ki, 30.12.2016-cı il tarixli ******* saylı akt əsasında 515,60 manat dəymiş zərərin tutulması hissəsində iddia tələbi sübuta yetirildiyindən təmin edilməli, digər aktlara əsasən dəymiş zərərin tutulması hissəsində isə iddia tələbi sübuta yetirilmədiyindən təmin edilməməlidir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 24.01.2003-cü il tarixli 844 №-li Fərmanı ilə təsdiq olunmuş "xxxx"nin 2.4-cü bəndində Şirkətin strukturuna daxil olan qurumların, nizamnamə kapitalındakı səhmlərinin (paylarının) nəzarət zərfi şirkətə məxsus olan müəssisələrin yanacaq-enerji resurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itki, sərf və əməyin ödənilməsi normalarının, eləcə də sahə üzrə tətbiqi məcburi xarakter daşıyan digər daxili normativ sənədlərin hazırlanması, təsdiq və tətbiq edilməsi nəzərdə tutulmuşdur. Lakin «SOSAR-ın Şurasının 14.03.2011-ci il tarixli 11 №-li qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii X1nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları» normativ hüquqi akt deyil. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. İş materiallarından görünür ki, iddiaçı "xxxx" İstehsalat Biriliyi təbii X1nın pozulması barədə ******* №-li 22.12.2016-cı il tarixli akta və həmin akt əsasında tərtib edilmiş itirilmiş qazın dəyərinin hesablanaraq ödənilməsinə dair 30.12.2016-cı il tarixli qərara istinad etməklə cavabdehə ümumilikdə 515,60 manat məbləğində vurulmuş ziyan məbləği hesablamışdır. Cavabdeh isə həmin aktın mötəbər olmadığını, onu yalnız maraqlı tərəf olan iddiaçının əməkdaşlarının tərtib edərək imzaladıqlarını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, 22.12.2016-cı il tarixdə tərtib edilmiş birinci aktın mötəbər olmaması ilə bağlı cavabdehin dəlili əsassızdır. Belə ki, qeyd edilən akt vəzifə səlahiyyətlərinə uyğun olaraq Azəriqaz İB-nin əməkdaşları tərəfindən tərtib edilərək imzalanmışdır. Aktın onlar tərəfindən tərtib edilməsi özlüyündə onun maraqlı şəxsin mənafeyinə xidmət etməsi anlamına gəlmir. Cavabdehin özünün də etiraf etdiyi kimi, qeyd edilən müddətdə o, həmin ünvanda yaşamamış, orada təmir işləri getmişdir. Göründüyü kimi, həmin aktın tərtibi zamanı cavabdehin iştirakının aktı tərtib edən şəxslər tərəfindən təmin olunması qeyri mümkün olmuşdur. Cavabdeh həmin ünvanda yalnız 2019-cu ilin sonlarında bağlayaraq yaşadığını bildirsə də, iş materiallarında olan abonent saldosundan görünür ki, cavabdehə məxsus ünvan 2010-cu ildən başlayaraq qazla təchiz olunub və mütəmadi olaraq qazdan istifadə olunub. Beləliklə, 22.12.2016-cı il tarixdə cavabdehə məxsus ünvanda qaz xəttinə qanunsuz qoşulmanın mövcud olması və həmin qoşulmanın iddiaçı Azəriqaz İB-nin əməkdaşları tərəfindən aşkar edilməsinə dair dəlillərini məhkəmə kollegiyası əsaslı hesab edir. Bununla yanaşı, kollegiya hesab edir ki, iddiaçı Azəriqaz İB tərəfindən həmin qoşulmaya görə dəymiş ziyanın məbləği düzgün müəyyən edilməmiş, işə baxan birinci instansiya məhkəməsi isə bu hala qiymət verməmişdir. Belə ki, iş materiallarında olan 30.12.2016-cı il tarixli “itirilmiş qazın dəyərinin hesablanaraq ödənilməsinə dair” sənəddən görünür ki, Azəriqaz İB tərəfindən abonentə borc məbləği 83 gün üçün hesablanmış, hesablama 1 ədəd PQ-4, 1 ədəd dəmir soba və 1 ədəd QSQ (qeyri standart qızdırıcı) qaz cihazları üzrə qış və yay mövsümləri üzrə aparılmışdır. Lakin iş materiallarında olan qazın alqı-satqısına dair tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndindən müəyyən edilir ki, cavabdehin həmin ünvanda istifadəsində yalnız bir ədəd PQ-4 tipli qaz cihazı olmuş, həmin cihaz üzrə hesabat müddəti ərzində itirilmiş qazın miqdarı isə 797 m3 təşkil etmişdir. Göstərilən məbləğin dəyəri isə 159,40 manat təşkil etmişdir. İddiaçı tərəfindən birinci instansiya məhkəməsində icraat zamanı abonentin istifadəsində sənəddə qeyd olunmuş digər qaz cihazlarının olması müəyyən edilməmişdir. Bundan başqa, mübahisələndirilən qətnamənin məzmunundan görünür ki, birinci instansiya məhkəməsi bir tərəfdən SOSAR-ın Şurasının 14.03.2011-ci il tarixli 11 №-li qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii X1nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»nın normativ sənəd olmadığıni qeyd etmiş, digər tərəfdən isə bir akt üzrə həmin sənəd əsasında hesabat apararaq müəyyən edilmiş ziyan məbləğini təmin etmişdir. Qeyd edilən qərarla bağlı məhkəmə kollegiyası xatırladır ki, birinci instansiya məhkəməsinin özünün də qeyd etdiyi kimi, SOCAR-ın Nizamnaməsi ilə onun strukturuna daxil olan qurumların, nizamnamə kapitalındakı səhmlərinin (paylarının) nəzarət zərfi Şirkətə məxsus olan müəssisələrin yanacaq-enerji resurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itki, sərf və əməyin ödənilməsi normalarının, eləcə də sahə üzrə tətbiqi məcburi xarakter daşıyan digər daxili normativ sənədlərin hazırlanması, təsdiq və tətbiq edilməsi kimi səlahiyyəti müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddiaçı Azəriqaz İB qazın talanmasına görə dəymiş zərərin məbləğini müəyyən edərkən istifadə olunan qaz cihazlarının texniki göstəricilərini nəzərə almaqla, 14.03.2011-ci il tarixli 11 №-li qərarla təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii X1nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»na istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı ilə cavabdehin arasında mübahisəli məsələnin həlli ilə bağlı normativ hüquqi akt kimi qəbul edilməsə də, dəymiş ziyanın məbləğinin müəyyən edilməsi zamanı qeyd edilən sənəddə müəyyən edilmiş itirilmiş qazın hesablanması qaydasının məhkəmə tərəfindən nəzərə alınması həmin sənədin normativ hüquqi akt kimi qəbul edilməsi anlamına gəlmir. Bu yanaşma həm də, mövcud məhkəmə praktikasından irəli gəlir. Bundan başqa, cavabdeh apellyasiya şikayətində dövlət rüsumunun tərəflər arasında iddianın təmin edilmiş hissəsinə uyğun olaraq bölünmədiyini bildirmişdir. Kollegiya şikayətin həmin dəlili ilə razılaşaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1. maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2. maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti beş min manatdan az olduğuna görə, bu qətnamədən kassasiya şikayəti nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(010)-2054/2021 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə qismən ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilsin. Cavabdeh 159,40 manat iddiaçı "xxxx" İB-nin xeyrinə tutulsun. İş üzrə ödənilmiş dövlət rüsumunun 3 manat hissəsi Cavabdeh alınaraq iddiaçı "xxxx" İB-nə verilsin. İş üzrə apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun 10 manat hissəsi iddiaçı "xxxx" İB-dən alınıb Cavabdeh verilsin. Qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1183/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1183/2022
03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver