Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1184/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3005/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İddiaçı məxsus ******* №-li əmək kitabçasından görünür ki, xx.xx.2002-ci il tarixdə Cavabdeh İ uşaq xəstəlikləri kafedrasına baş laborant vəzifəsinə qəbul edilmiş, xx.xx.2014-cü il tarixdə 0.5 vahid assistent vəzifəsinə seçilməsi haqqında pediatriya fakültəsinin elmi şurasının qərarı təsdiq olunmuş, xx.xx.2019-cu il tarixdə yeni müddətə 0.5 ştat vahid assistent vəzifəsinə seçilməsi ilə əlaqədar əmək müqaviləsi 5 il müddətinə uzadılmış, xx.xx.2020-ci il tarixdə müsabiqədən keçdiyinə görə həmin kafedrada 0.5 ştat vahid dosent vəzifəsinə keçirilmiş və 5 il müddətinə əmək müqaviləsi bağlanılmış, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə Universitetin daxili intizam qaydalarını kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir.
2. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş fəlsəfə doktoru diplomundan görünür ki, 5 oktyabr 2010-cu il tarixli qərar ilə İddiaçı tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
3. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 67 №-li əmək müqaviləsindən görünür ki, işçi İİ Uşaq xəstəlikləri kafedrasına dosent 0.5 ş. v. vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 5 il müddətinə bağlanmışdır. İşçinin gündə 3 saatdan, həftə ərzində isə 18 saatdan çox olmayaraq işləməsi qeyd edilmişdir.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh tərəfindən xx.xx.2021ci il tarixdə verilmiş 292 №-li vəsiqədən görünür ki, İddiaçı İİ Uşaq xəstəlikləri kafedrası dosenti vəzifəsindədir. Vəsiqə xx.xx.2023-cü ilə qədər etibarlıdır.
5. Cavabdeh ilə İddiaçı (qiyabi doktorant) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 01 №-li müqavilədən görünür ki, universitet ödənişli əsaslarla, qiyabi (istehsalatdan ayrılmamaqla) tibb üzrə elmlər doktoru proqramı üzrə təhsil həyata keçirir, doktorant isə seçdiyi pediatriya ixtisası üzrə dövlət standartlarına uyğun təhsil almağı və hər tədris ili üçün 750 AZN məbləğində təhsil haqqının vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Doktoranturada hazırlıq müddəti 5 ildir və xx.xx.2022-ci ildən xx.xx.2027-ci ilə kimi müəyyən edilmişdir.
6. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli resept nüsxələrindən görünür ki, həkim Əzizova R. tərəfindən “İddiaçı” adlı xəstəyə müxtəlif adlı dərmanlar yazılmışdır.
7. Cavabdeh Hərbi-Tibb fakültəsinin İV kurs üzrə 619A2c №-li qrup jurnalından çıxarışdan görünür ki, tələbələrin “uşaq xəstəlikləri” məşğələ dərsində iştirakı bölməsinə xx.xx.2023-cü il tarixdə “könüllü”, xx.xx.2023-cü il tarixdə isə “q” qeyd edilmişdir.
8. SN 00008 seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, Quba-Nügədi ASM tərəfindən İddiaçı “KRVİ” diaqnozu qoyulmuş, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işdən azad edilməsi və xx.xx.2023-cü il tarixdən işə başlamalı olması qeyd edilmişdir. Əmək qabiliyyətinin olmaması vərəqəsi həkim Səlimov tərəfindən imzalanmış, 2-ci X30 Məntəqəsinin möhürü ilə təsdiq edilmişdir.
9. İşçinin iş vaxtında iş yerində olmaması haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 10 mart 2023-cü il tarixində saat 14:15-də işçilər tərəfindən daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarət məqsədilə aparılmış yoxlama nəticəsində kaferanın dosenti İddiaçı iş yerində olmaması müəyyən edilmişdir. Aktın doğruluğunu X5 müdiri, professor Nailə Sultanova, Kafedranın həmkarlar təşkilatının sədri, professor Ələkbər Həsənov və kafedranın laborantı Həmidə Əzizova öz imzaları ilə təsdiq etmişlər.
10. Laboratoriya işçisi Sevinc Əhmədovanın xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, Nərgiz xanım laboratoriyaya xəstə ilə daxil olmuşdur. Sonra o, işdən çıxanda xəstəxananın həyətində Nərgiz xanımla yenidən qarşılaşmışdır.
11. 2 saylı X7 laboratoriya şöbəsinin müdiri X2 xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, o, xx.xx.2023-cü ildə həftənin 5-ci günü İddiaçı xəstəxanada bir neçə dəfə görmüşdür və işdə olmağını təsdiq edir.
12. X4 tərəfindən səlahiyyətli dövlət orqanlarına ünvanlanmış ərizədən görünür ki, o, xx.xx.2023-cü ildə saat 8:30-9:30 radələrində 2 saylı Ə.F.Qarayev adına X10 həkim İddiaçı ilə canlı görüşmüşdür.
13. Hərbi Tibb Fakültəsinin rəisi tibb xidməti polkovniki Çingiz Əlləzov tərəfindən Cavabdeh rektoru professor Nümayəndə1 ünvanlanmış məktubdan görünür ki, ATU Hərbi Tibb Fakültəsinin hərbi həkim ixtisası hazırlığı kurslarının 4-cü kurs 619A2c qrup tələbəsi X6 xx.xx.2023-cü il tarixdə saat 14:20 radələrində Səməd Vurğun küçəsində baş vermiş silahlı insident nəticəsində güllə yarası alması ilə əlaqədar qrup tələbələrindən izahat alınmışdır. Məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 12:30-14:00 və 14:30-16:00 vaxt aralığında adı çəkilən qrup “Uşaq xəstəlikləri” dərsində olmalı olmasına baxmayaraq, saat 12:00-da Psixiatriya dərsindən sonra evə getmişlər. Səbəb olaraq tələbələr tərəfindən bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə “Uşaq xəstəlikləri” fənni üzrə müəllim dos. İddiaçı qrup nümayəndəsinə zəng edərək xx.xx.2023-cü il tarixdə 3-cü, 4-cü saat dərsin olmayacağını, həmin dərsin xx.xx.2023-cü il tarixində saat 20:00-da onlayn qaydada keçiriləcəyini bildirmişdir. Tələbələrin izahatına görə xx.xx.2023-cü il tarixində saat 20:00da 45 dəqiqə onlayn dərs keçirilmişdir. Bu barədə nə tələbələr, nə də müəllim tərəfindən fakültə rəhbərliyinə məlumat verilməmişdir. Məktuba 11 nəfər tələbənin göstərilən məzmundakı yazılı izahatı əlavə edilmişdir.
14. “İİ Uşaq xəstəlikləri” kafedrasının müdiri, t.e.d., professor Nailə Sultanova tərəfindən Cavabdeh Tədris Departamentinin rəhbəri dosent Kamandar Yaqubova ünvanlanmış məktubdan görünür ki, İddiaçı Ağamusa qızı həqiqətən 22/23-cü tədris ilində “İİ Uşaq xəstəlikləri” kafedrasının dosenti (0.5 ş/v) vəzifəsində fəaliyyət göstərdiyi vaxtda cəmi 20 saat mühazirə, 306 saat məşğələ dərslərini tədris etmişdir. Bu da toplamda 326 saat edir. Bir illik tədris yükü - 270 saatdır.
15. Cavabdeh İİ X5 müdiri və Həmkarlar Təşkilatının sədri tərəfindən imzalanmış xasiyyətnamədən görünür ki, kafedranın dosenti, t.ü.f. doktoru, ali dərəcəli həkim İddiaçı 2002-ci ildə ATU-nun İ uşaq xəstəlikləri kafedrasına baş laborant təyin olunmuşdur. Qabiliyyəti və tibb elminin incəliklərinə dərindən yiyələnmək həvəsi ilə diqqəti cəlb etdiyinə görə 2004-2005-ci tədris ilindən pedoqoji işə cəlb edilmişdir. Daha sonra da universitetdə müxtəlif vəzifələrdə çalışmışdır. O, elmi pedaqoji, müalicəvi profilaktika, eləcə də ölkəmizdə səhiyyə sahəsinin inkişafı və gənc tibb kadrlarının hazırlanması yolundakı fəaliyyəti yüksək, professional səviyyəyə uyğun olub, müasir dövrün tələblərinə cavab verir. Dost kimi mehriban, sadə, gözəl insandır, savadlı həkimdir, ləyaqətlidir, qayğıkeş anadır. Möhkəm özüllər üzərində qurulan qürurunu saxlaya bilən, obyektiv mənəviyyata və fəlsəfi irudisiyaya malik ziyalıdır. Cavabdeh Ümumi Şöbəsinə xx.xx.2023-cü ildə daxil olmuş izahatdan görünür ki, İddiaçı rektora məsələ barədə yazılı izahatını təqdim etmişdir.
16. Cavabdeh İntizam Komissiyasının 29 mart 2023-cü il tarixində keçirilən iclasının 3 nömrəli protokolundan çıxarışdan görünür ki, iclasa tədris və müalicə işləri üzrə prorektor professor Sabir Əliyev, İİ X5 müdiri prof. N.Sultanova, kafedra müdirinin tədris işləri üzrə müavini A.Ağayeva, Hərbi Tibb fakültəsinin rəisinin tədris işləri üzrə müavini M.Rzayev, Hərbi tibb fakültəsinin İV kurs 619A2c qrup tələbələri dəvət edilmişdir. Üzrsüz səbəbdən xx.xx.2023-cü il tarixdə işə gəlmədiyinə, həmçinin özbaşına tədris qaydalarını dəyişdirərək tədris prosesini və daxili intizam qaydalarını pozduğuna görə İİ X5 dosenti İddiaçı tutduğu vəzifədən azad olunması Universitetin rektoruna tövsiyə edilmişdir.
17. Cavabdeh Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin xx.xx.2023-cü il tarixli 74 №-li protokolundan çıxarışdan görünür ki, üzrlü səbəb olmadan xx.xx.2023-cü il tarixdə işə gəlmədiyinə, özbaşına tədris qaydalarını dəyişərək tədris prosesini və universitetin daxili nizam-intizam qaydalarını pozduğuna görə İİ X5 dosenti İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir.
18. Cavabdeh xx.xx.2023-cü il tarixli 190/K №-li əmrdən çıxarışdan görünür ki, dosent İddiaçı 10 mart 2023-cü il tarixində işə gəlmədiyinə, həmçinin özbaşına tədrisin təşkili qaydalarını dəyişdirərək tədris prosesini və universitetin daxili intizam qaydalarını kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini, Universitetin intizam komissiyasının xx.xx.2023-cü il tarixli qərarını və Universitetin Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin xx.xx.2023-cü il tarixli qərarını əsas tutuaraq, İİ Uşaq xəstəlikləri kafedrasında 0.5 ştat vahid dosent vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilməsi barədə əmr verilmişdir. İddiaçı əmrlə xx.xx.2023-cü il tarixdə tanış olmuş, qərarla razı olmadığını, bunun ona qarşı haqsızlıq olduğunu qeyd etmişdir.
19. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, heç bir üzrlü səbəb olmadan xx.xx.2023-cü il tarixdə işə gəlməməsi, özbaşına tədris qaydalarını dəyişərək tədris prosesini və universitetin daxili nizamintizam qaydalarını pozmasına görə Cavabdeh rektorunun xx.xx.2023-cü il tarixli 190/K №-li əmri ilə onunla bağlanmış 67 №-li xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023- cü il tarixində xitam verilməsi barədə məlumat verilmiş, ATU-nun kadrlar şöbəsindən xx.xx.2023-cü il tarixində əmrin surətini və əmək kitabçasını götürməsi xahiş edilmişdir.
20. Bakı 8 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-00659 nömrəli arayışından görünür ki, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair mediasiya işi üzrə ilkin mediasiya sessiyasında İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirak etmişdir. Hər iki tərəf öz tələbini müdafiə etmiş, lakin prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı – 50 AZN İMS və 5 AZN poçt-kargüzarlıq xərcini ödəmişdir.
21. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, vətəndaş İddiaçı İİ Nügədi Ailə Sağlamlıq Mərkəzindən (ASM) verilən SN00008 № ******* nömrəli xəstəlik (əmək qabiliyyətinin olmaması) vərəqəsinin müvafiq jurnalda qeydiyyatı mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarının 2 nömrəli Əlavəsinin “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında” təlimatının 31-ci bəndinə əsaslanaraq sözügedən ASM rəhbəri 3 gün müddətinə əmək qabiliyyətinin itirilmə vərəqəsi açmaq səlahiyyətlərinə malikdir. “e-tabib.gov.az” portalında xx.xx.2023-cü il tarixə qədər Quba Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan tibb müəssisələrində müraciəti üzrə qeydiyyatı müəyyən edilməyib. Lakin xx.xx.2023-cü il tarixdə İİ Nügədi ASM-ə müraciəti əsasında müvafiq olaraq ambulator karta açılmışdır. Məktuba İddiaçı adına açılmış ambulator xəstənin tibbi kitabçası, xəstəlik vərəqələrinin qeydiyyat kitabından İddiaçı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin verilməsini təsdiq edən çıxarış, xx.xx.2023-cü ildə həkim qəbulunda olmasını təsdiq edən arayış əlavə edilmişdir.
22. “Quba Rayon Mərkəzi Xəstəxanası” X19 xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı 2023-cü ildən hal-hazırki tarixədək Quba Rayon Mərkəzi Xəstəxanasının “TƏBİB” alt sisteminə ambulator və stasionar müayinə üçün müraciət etməmişdir. Məsələ ilə bağlı araşdırma aparılan zaman məlum olmuşdur ki, Quba Rayon Mərkəzi Xəstəxanası İİ Nügədi Ailə Sağlamlıq Mərkəzinin müdiri X13 rəhbərliyin xəbəri olmadan və iş vaxtından sonra İddiaçı əmək qabiliyyətinin olmaması vərəqəsi təqdim etmişdir. Xəstəlik vərəqəsinin açılması üçün vətəndaş ərazi üzrə qeydiyyatda olmalı və ya iş yeri ərazi üzrə olmalıdır. Vətəndaş ezamiyyətdə, məzuniyyətdə, sanatoriyada və kurortda olduqda və arayış təqdim etdikdə, İİ Nügədi ASM müdiri Mayis Səlimovun 3 gün müddətində əmək qabiliyyətinin itirilməsi vərəqəsi açmaq səlahiyyəti var. Lakin İddiaçı adı çəkilən ərazidə müvəqqəti yaşaması, ezamiyyətdə, məzuniyyətdə, sanatoriya və ya kurort müalicəsində olması barədə heç bir arayış və ya başqa bir sənəd təqdim etməmişdir. Belə olduğu halda vətəndaş müraciət edirsə, Səlimov Mayis xəstəyə yardım göstərdikdən sonra X27 şöbəsinə yönəltməli idi. X21 dediyinə görə xəstəyə evdə baxış keçirib və xəstəlik vərəqəsi təqdim etmişdir. İİ Nügədi ASM şöbəsinin müdiri X28 RMX tərəfindən töhmət elan olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
23. İddiaçı Cavabdehnə qarşı «əmrin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Rektorunun 06 aprel 2023-cü il tarixli, 190/K saylı əmrinin ləğv edilməsi, Cavabdeh uşaq xəstəlikləri kafedrasında (0,5 ştat) dosent vəzifəsinə bərpa olunması, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi, hüquqi xidmət üçün ödənilmiş 220 manat məbləğin, məhkəməyə gediş-gəliş üçün 120 manat məbləğin, mediasiya xidmətinə ödənilmiş 60 manat məbləğin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh rektorunun 06 aprel 2023-cü il tarixli, 190/K saylı əmri ilə uşaq xəstəlikləri kafedrasında 0,5 ştat vahid dosent vəzifəsi üzrə iddiaçının əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İddiaçı 2020- ci il 02 mart tarixdə, Cavabdeh uşaq xəstəlikləri kafedrasında (0,5 ştat) 5 il müddətinə dosent vəzifəsinə təyin olunmuş, əmək müqaviləsi 02 mart 2025-ci il tarixədək bağlanmışdır. İddiaçı Cavabdehn rektoru, professor cənab Nümayəndə1 qəbulunda olmuş və işdən çıxarılmasına səbəb göstərilmiş əsasların qanunsuz olduğunu bildirməklə, əmək müqaviləsinə xitam verilməsi barədə əmrə etiraz etmişdir. ATU-nun nəzdində X16 işə qəbul olunması ilə bağlı ona 07 aprel 2023-cü il tarixdə yeni əmək müqaviləsinə imza etdirmişlər. İddiaçının iradəsini ifadə etmədiyi üçün o, yeni ərizə ilə əmək müqaviləsinin qeydiyyata alınmadan ləğv edilməsini və ya geri qaytarılmasını yazılı bildirmişdir. Mart ayında Quba rayonu Nügədi kəndində özünü yaxşı hiss etmədiyi üçün tibb müəssisəsinə müraciət etmişdir. Səhhətində yaranmış xəstəliklə bağlı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli həkim reseptləri ilə aptekdən dərmanlar almışdır. Bülletenə çıxmasının səbəbi 9-10 mart 2023-cü il tarixdə səhhətində olan problemlər olmuşdur. Tələbələrinin tədrisdən geri qalmaması, tədris mövzularının daha dərin öyrədilməsi məqsədi ilə özünü yaxşı hiss etdiyi üçün 10 mart 2023-cü il tarixdə 2 saylı X11 gəlmişdir. Tədris jurnalında tələbələrin dərsdə iştirak etməmələri ilə bağlı qeydlərini aparmışdır. İddiaçı ziyalı bir müəllimə olaraq tədris qaydalarını, Universitetin daxili nizam-intizam qaydalarını tədris prosesini pozmamışdır. Cavabdeh iddiaçının işdə olmasına, həmçinin, tibbi bülletenin mövcudluğuna baxmayaraq, xx.xx.2023-cü il tarixli, 190/K saylı əmri ilə 67 N-li xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixində xitam verilməsi barədə işdən çıxarılma əmri vermişdir. İddiaçı cavabdehlə yaranmış mübahisəni yoluna qoymaq cəhdləri üzrə mediasiyaya müraciət etsə də, nəticə verməmişdir. AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndi imperativ qayda olmaqla işçini işəgötürənin özbaşınalığından qorunmaq məqsədi daşıyır. İddiaçının hərəkətlərində AR ƏM-in 70-ci maddəsinin “ç” və yaxud, bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrinin kobud şəkildə pozulmasına dair əsaslar yoxdur. Belə ki, ağlabatan mühakimə əsasında aşkar görünür ki, iddiaçı həm tədrisini qaydasında vermiş, həm də eyni zamanda o saat və o gün üçün tibbi bülletendə olmuşdur. Onun üzürsüz səbəbə görə işə gəlməməsi və universitetin daxili intizam qaydalarını kobud şəkildə pozması ilə bağlı dəlillər əsassızdır. İddiaçı tədris müqaviləsində göstərilən 276 saat illik dərs yükünü bir smestr ərzində, əlavə olaraq, işdən qanunsuz çıxarılmağı barədə çıxarıldığı günə qədər isə əlavə 40 saat dərs yükü keçmişdir. Məqsədi tələbələrin bilik səviyyəsini artırmaq olmuşdur. Kollektivin bütün ictimai xeyir-şər işlərində iştirak etmiş, kollektiv ilə heç bir ədavəti olmamış, hal-hazırda da münasibətləri normaldır. 2000-ci ildən başladığı əmək fəaliyyətində heç bir pozulmalar olmayıb. Həmişə biliklərini müasir dövrə uyğun artırmağa çalışmışdır. 70-dən çox elmi əsəri vardır. Konfransda iştirak etmişdir.
25. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddianın əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia əsassızdır. İddiaçı Cavabdeh X5 dosenti vəzifəsində işləyərkən öz əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Cavabdehndə bütün dərslər əyani tədris edildiyi halda, iddiaçı özbaşına tədris qaydalarını dəyişərək, 09 mart 2023-cü il tarixində Hərbi Tibb fakültəsinin 4-cü kurs 619A2c qrupunun nümayəndəsinə zəng edib, 10 mart tarixində keçəcəyi dərsi 09 martda saat 20:00-da online keçəyəci barədə qrupun tələbələrinə məlumat verilməsini demişdir. Qrup nümayəndəsi müəllimin sözünü qrup yoldaşlarına çatdırmış və nəticədə xx.xx.2023-cü il tarixində 20:00-da “Zoom” proqramı vasitəsi ilə onlayn dərs (45 dəqiqə) keçirilmişdir. Növbəti gün, 10 mart 2023-cü il tarixində iddiaçı işə gəlməmiş və gəlməyəcəyi barədə kafedranın rəhbərliyinə məlumat verməmişdir. 10 mart tarixində iddiaçı işdə olmalı və saat 12:30- dan 16:00-a qədər Hərbi Tibb fakültəsinin tələbələrinə dərs keçməli idi. Nəticədə tədris prosesi pozulmuş, tələbələr başlı-başına qalmışdırlar. Kafedra müdiri, kafedra müdirinin tədris işləri üzrə müavini işə gəlməməyinin səbəbini öyrənmək məqsədilə Hacıyevaya zəng etmiş, o isə həmin gün başqa işi olduğunu bildirmişdir. Kafedra müdirinin tədris işləri üzrə müavini 10 martda saat təxminən 15:00-da iddiaçıya təkrarən zəng etmiş və təcili universitetin prorektorunun qəbuluna gəlməyini tələb etsə də, o, hal-hazırda şəhərdə olmadığını və işin sonuna qədər gələ bilməyəcəyini bildirmiş və gəlməmişdir. İddiaçı öz izahatında etdiyi hərəkətlər ilə bağlı təzadlı ifadələr vermişdir. İddiaçı gah həmin vaxt işdə olduğunu, lakin tələbələr özləri dərsə gəlmədiklərini, gah da həmin gün xəstə olduğuna görə işə gəlmədiyini bildirmişdir. İddiaçının təqdim etdiyi əmək qabiliyyətinin itirilməsi vərəqəsinin (ƏQİV) Quba-Nügədi ASM tərəfindən verilməsi onun həqiqiliyinə şübhə yaratmışdır. Belə ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il 9 nömrəli qərarı ilə təsdiq “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”a əsasən xəstələr tibbi xidmət göstərilməsi üçün qeydiyyatda olduğu yer üzrə tibb məntəqəsinə müraciət etməlidirlər. Müstəsna hallarda xəstələrə iş yeri və yaşadığı yerdən kənarda xəstəlik vərəqələri açıla bilər. Bunlar müvafiq qaydalara riayət edilərək həyata keçirilməlidir. İddiaçı özü dediyi kimi tibb məntəqəsinə müraciət etməmiş, həkim onu guya evdə qəbul edibmiş. Ertəsi gün 10 mart tarixində yenə tibb müəssisəsinə müraciət etməmiş, həkimin qəbulunda olmamış, həkimə demədən hətta guya Bakıya işə gəlmişdir. Buna baxmayaraq, həkim ona “KRVİ” diaqnozu ilə xəstəlik vərəqəsi açmışdır. Qeyd olunanların hamısı iddiaçının yalan danışması və saxta xəstəlik vərəqəsini qeyri-qanuni yolla əldə etməsini sübut edir. İddiaçı işə gəlməməyini ört-basdır etmək üçün qeyri-qanuni yolla əmək qabiliyyətinin itirilməsi vərəqəsini əldə etmişdir. Gah işdə olduğunu, lakin tələbələrin özlərinin dərsə gəlmədiyini, gah da həmin gün xəstə olduğuna görə işə gəlmədiyini bildirən iddiaçı yalan, təzadlı ifadələr verərək hamını çaşdırmağa çalışsa da, özü yalanlar içində dolaşmışdır. Hərbi Tibb Fakültəsinin 4-cü kurs 619A2c qrup tələbələri iddiaçının 10 martda işə gəlməyəcəyini və həmin dərsi bir gün qabaq 09 martda saat 20:00-da onlayn keçirdiyini təsdiq etmişlər. İddiaçı verdiyi izahatlarda tutduğu hərəkətlərdən peşman olduğunu bildirməmiş, əksinə özünü haqlı hesab etdiyini bildirmişdir. İddiaçı üzrlü səbədən işə gəlmədiyinə, digər hərəkətləri ilə tədris qaydalarını və tədris prosesini kobud surətdə pozduğuna və bununla əmək vəzifələrini kobud surətdə pozduğuna görə onun məsələsi Universitetin intizam komissiyasında ətraflı araşdırılmış və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi universitetin rektoruna tövsiyə edilmişdir. Universitetin Həmkarlar İttifaqı Komitəsinin razılığı ilə Cavabdeh rektorunun xx.xx.2023-cü il tarixli 190/K nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir.
26. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, uşağı xəstə olduğu üçün xx.xx.2023-cü il tarixdə İddiaçı qəbuluna getmiş, lakin iddiaçının dərsi olduğuna görə qəbuluna düşə bilməmiş, xx.xx.2023-cü il tarixdə saat 08:30-09:30 aralığında Əbülfəz Qarayev adına 2 saylı xəstəxanada iddiaçı ilə görüşmüşdür. X14 ifadəsində bildirmişdir ki, 2019-cu ilədək Qubada xəstəxanada işlədiyindən iddiaçı vəziyyətinin yaxşı olmadığına görə onu çağırmış, iddiaçını müayinə etməyə getdikdə xəstə olduğunu görmüş, özünün bülleten açmaq səlahiyyəti olmadığına görə başqa həkimə yönləndirmişdir.
27. Cavabdeh etiraz təqdim edərək, iddiaçının məhkəməyə təqdim etdiyi şahidlərin ifadələrinin həqiqəti əks etdirmədiyini və əsassız olduğu üçün onların qəbul edilməsinə etiraz etdiklərini bildirmişdir. X1 ifadə verərkən bildirmişdir ki, 10 mart 2023-cü il tarixində onun uşağını müalicə edən iddiaçını Ə.Qarayev adına uşaq klinik xəstəxanasında görmüşdü. Hətta, məsləhət almışdır. Azərbaycan Respublikasında icbari tibbi sığortaya keçiləndən sonra xəstə, həkimin qəbuluna düşmək üçün qeydiyyat şöbəsində mütləq həkimin adı, xəstənin adı, hətta qəbul saatı qeyd olunan göndəriş (talon) almalıdır. Belə bir talon olmamışdır və ola da bilməzdi. Ona görə ki, iddiaçı sertifikasiyadan keçməmiş və buna görə də həmin xəstəxanada o xəstə qəbul edə və müalicə apara bilməzdi. Digər şahidin ifadəsinə görə, o, 10 mart 2023-cü il tarixinə qədər 05 mart və 09 mart tarixlərində İddiaçı Quba rayonu İİ Nügədi kəndindəki evində həkim yardımı göstərməmişdir. Həmin şahid ixtisasca mamaginekoloqdur. Əmək qabiliyyətinin itirilməsi vərəqəsini verən həkim deyil. İddiaçının təqdim etdiyi əmək qabiliyyətinin itirilməsi vərəqəsi ginekoloji problemə görə yox, kəskin respirator virus infeksiyasına (KRVİ) görə açılmışdır. Əmək qabiliyyətinin itirilməsi vərəqəsinin açılması üçün vətəndaş ərazi üzrə qeydiyyatda olmalı və ya iş yeri ərazi üzrə olmalıdır. Bundan başqa, vətəndaş ezamiyyətdə, məzuniyyətdə, sanatoriyada və kurortda olduqda və arayış təqdim etdikdə ona xəstəliklə bağlı əmək qabiliyyətinin itirilmə vərəqəsi açıla bilər. Belə olan halda vətəndaş müraciət edərsə, həkim yardım göstərdikdən sonra X27 şöbəsinə yönəltməli idi. Lakin, iddiaçı Bakı şəhərində qeydiyyatdadır, Bakı şəhərində işləyir və o, adı çəkilən ərazidə müvəqqəti yaşaması, ezamiyyətdə, məzuniyyətdə, sanatoriya və ya kurort müalicəsində olması barədə heç bir arayış və ya başqa bir sənədi də yox idi. Buna baxmayaraq, iddiaçıya həkim (hansı səlahiyyətlə və nəyin əsasında çağırış olmadan) guya 9 mart axşam 20:00-dan sonra da evdə baxış keçirib, səhəri gün 10 martda isə onu görmədən və halından xəbəri olmadan əmək qabiliyyətinin itirilməsi vərəqəsini açmışdır. Halbuki, iddiaçının dediyinə görə o, səhər Bakıda işdə olmuşdur. Bütün bunların hamısı şahidlərin ifadələrinin düzgün olmamasını və sadəcə məhkəməni çaşdırmaq üçün nəzərdə tutulduğunu göstərir. İddiaçı Universitetə düzgün məlumat verərək şəxsi işi ilə əlaqədar işdə olmadığını bildirmək əvəzinə (belə olan halda ona qarşı cəza da daha yüngül ola bilərdi), Hərbi Tibb Fakültəsinin tələbəsinin silahlı insidentdən yaralanması barədə məlumat aldıqdan sonra əmək qabiliyyətinin itirilməsi vərəqəsini əldə edib və yalançı şahidləri məhkəməyə təqdim etmişdir. Ə.Qarayev adına uşaq kliniki xəstəxanasında Cavabdeh 2-ci X5 bazası olmasına baxmayaraq, auditoriya olmadığına görə 2-ci X5 dərsləri 1 nömrəli tədris binasının 2-ci və 5-ci mərtəbəsində keçirilir. Bununla bağlı müvafiq arayış təqdim edilmişdir. Tələbələr də təsdiq edə bilər. İddiaçının dərsi 12:30-dan 16:00-a qədər işdə olmalı olduğu halda Ə.Qarayev adına uşaq klinik xəstəxanasında nə edirdi? Qeyd olunanları nəzərə alaraq, Cavabdeh bir daha bəyan etmişdir ki, iddiaçının işdən azad olmasına səbəb bilavasitə vəzifə borclarının yerinə yetirilməməsi ilə müəllim adına yaraşmayan yalan və təzadlı ifadələri olmuşdur.
28. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, Cavabdeh hərbi tibb fakültəsinin 5-ci kurs kursantıdır, həmin dövrdə qrup nümayəndəsi olmuş, iddiaçı ona martın 10-da səhhəti ilə əlaqədar dərsin olmayacağını, əvəzinə 9 martda saat 8-də “Zoom” vasitəsilə onlayn dərs keçəcəklərini bildirmiş, belə də etmişlər. Həmin gün başqa dərslərində iştirak edib sonra iddiaçının dərsinə qalmadan getmişlər. İddiaçıya qarşı heç bir qərəzi yoxdur, o, normal müəllimdir. X18 ifadəsində bildirmişdir ki, Cavabdeh hərbi tibb fakültəsinin 5-ci kurs kursantıdır, iddiaçıdan müəllim kimi heç bir narazılığı yoxdur. Müəllim dərs barədə qrup nümayəndəsi ilə danışmışdır. X15 ifadəsində bildirmişdir ki, Cavabdeh hərbi tibb fakültəsinin 5-ci kurs kursantıdır, mart ayının 10-da saat 14:32 radələrində yaralanmışdır. İddiaçı ilə heç bir problemi yoxdur, 9 martda onlayn dərs keçmiş, 10 martda isə dərs keçməmişlər.
29. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3005/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 06 aprel 2023-cü il tarixli, 190/K saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh İİ uşaq xəstəlikləri kafedrasına 0.5 ştat vahid “dosent” vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, mediasiya xərci kimi ödənilmiş 55 (əlli beş) manat məbləğində pulun Cavabdehndən alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
30. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 2.2, 9-cu maddəsinin “q” bəndinə, 11-ci maddəsinin 1-ci hissəsinin “d” bəndinə, 70-ci maddəsinin “ç” bəndinə, 71.2, 71.3, 72-ci maddəsinin “a” bəndinə, 186.1, 186.2, 187.1, 190.3, 300.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” xx.xx.1993-cü il tarixli qərarının 31-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 80, 81, 88, 217.1, 218.1, 218.3-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
31. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulmuş vəzifəsini yəni əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək vəzifəsini kobud surətdə pozduğu üçün həmin məcəllənin 72-ci maddəsinin a) bəndinə istinad edərək 70-ci maddəsinin ç) bəndi ilə onun əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, 72-ci maddənin a bəndinə görə özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Belə ki, N,Hacıyeva öz izahatında etdiyi hərəkətlər ilə bağlı təzadlı ifadələr vermişdir. Hacıyeva gah həmin vaxt işdə olduğunu, lakin tələbələr özləri dərsə gəlmədiklərini, gah da həmin gün xəstə olduğuna görə işə gəlmədiyini bildirmişdir. N,Hacıyevanın təqdim etdiyi əmək qabiliyyəti itirilməsi vərəqəsi (ƏQİV) Quba rayon Mərkəzi Xəstəxanasının İİ-Nügədi Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilməsi onun həqiqiliyinə şübhə yaratmışdır. Belə ki, Haciyeva Bakı şəhəri, Z.Əhmədbəyov küç.,ev 24 ünvanında qeydiyyatdadır. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il 9 nömrəli qərarı ilə təsdiq “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”a əsasən xəstələr tibbi xidmət göstərilməsi üçün qeydiyyatda olduğu yer üzrə tibb məntəqəsinə müraciət etməlidirlər. Müstəsna hallarda xəstələrə iş yeri və yaşadığı yerdən kənarda xəstəlik vərəqələri açıla bilər. Bunlar müvafiq qaydalara riayət edilərək həyata keçirilməlidir. Haciyeva özü dediyi kimi tibb məntəqəsinə müraciət etməmiş, həkim onu guya evində(həkimin) qəbul edibmiş. Ertəsi gün 10 mart tarixində yenə tibb müəssisəsinə müraciət etməmiş, həkimin qəbulunda da olmamış, Məhkəmə çıxışına əlavədə qeyd etdiyi kimi guya 10 mart 2023-cü il tarixində səhər saat 8.30 dan 12.06-ya kimi Bakıda işdə olmuşdur, hətta xəstəyə də baxmışdır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1 maddəsinə əsasən, praktik tibb fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyadan keçməlidirlər. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilər praktik tibb fəaliyyətinə buraxılmır. Hacıyeva sertifikasiyadan keçmədiyinə görə tibb fəaliyyəti ilə məşğul olması qadağandır və o heç cür xəstəni qəbul etməsi mümkün deyil. Eyni zamanda bildiririk ki, İcbari tibbi sığorta sistemində xəstənin qəbulu qeydiyyat şöbəsi tərəfindən verilmiş xüsusi göndəriş (talon) əsasında keçirilir. Həmin gün qeyd olunan tarix və saatda həmin xəstənin Hacıyeva tərəfindən qəbulu üçün göndərişi(talonu) olmalı idi. Həmin şahidin dedikləri yalan olsa da məhkəmə İddiaçı təqdim etdiyi sübutları görməzdən gəlmiş, beləliklə də qanunsuz qətnamə qəbul etmişdir. Hətta İddiaçı məhkəmə çıxışına yazılı əlavədə yazır ki, saat 12:06-da iş saatını ödəyib gedib evə(hal bu ki, həmin gün onun iş vaxtı 12.30-da başlayırdı), eyni zamanda da yazır ki , “saat 12:30-da 10 mart 2023-cü il tarixində həmişə keçdiyim tədris zalına gəlmişəm, hərbi tarixində həmişə keçdiyim tədris zalına gəlmişəm, hərbi tibb kafedrasının tələbələrinə həmin günə cədvəl üzrə təyin olunmuş tədrisini aparmaq istəmişəm. Lakin, tələbələr tədrisə gəlmədikləri üçün müvafiq jurnal qeydlərimi aparmışam” Sual yaranır saat 12:06 -da Hacıyeva 12:30-da başlamalı olan dərsə tələbələrin gəlməyəcəyi barədə hansı əsaslarla və necə jurnalda qeydlər aparıb? Bundan əlavə məhkəmə qətnamədə qeyd edir ki, tələbələrlə müəllim arasında razılıq olduqda dərs onlayn aparıla bilər. Cavabdehndə bütün dərslər əyani tədris edilir. Ümumiyyətlə, forsmajor hallar olsa da belə tədrisin qaydalarından kənara çıxması(pozulması) barədə müəllim kafedra rəhbərliyinə məlumatlandırmalı və razılığı almalı idi. Məhkəmə Hacıyevanın əmək qabiliyyətini itirilməsi vərəqəsini etibarlı hesab edərək, tərəfimizdən İddiaçı işdə olmaması barədə tərtib olunmuş aktı əhəmiyyətsiz hesab etmişdir. Məhkəmə Hacıyevaya verilən əmək qabiliyyətini itirilməsi vərəqəsinin qanuni olduğunu, sadəcə həkim tərəfindən onun verilməsinin prosedur qaydasının pozduğunu qeyd etmişdir. Lakin, bu belə deyil. İİ Nügədi Ailə Sağlamlıq Mərkəzi ola-ola onun müdiri öz evində xəstə qəbul etməsi nə qədər qanunidir və əsası var? “Tibbi Ərazi bölmələrini idarəetmə birliyi” publik hüquqi şəxsin İlkin səhiyyə və təcili yardım departamentinin rəhbərinin Məhkəməyə təqdim etdiyi sənədlərdə qeyd olunub ki, həkim-evdə xx.xx.2023-cü il tarixində İddiaçı qəbul edib. Həkim özü də izahatında qeyd edib ki, Hacıyevanı öz evində(həkimin) qəbul edib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 9№-li qərarı ilə təsdiq edilmiş ”Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”a əsasən xəstələr tibbi xidmət göstərilməsi üçün qeydiyyatda olduğu yer üzrə tibb məntəqəsinə müraciət etməlidir. Müstəsna hallarda xəstələrə iş yeri və yaşadığı yerdən kənarda xəstəlik vərəqələri açıla bilər. Bunlar müvafiq qaydalara riayət edilərək həyata keçirilməlidir, Lakin, Hacıyeva adı çəkilən ərazidə müvəqqəti yaşaması, ezamiyyətdə , məzuniyyətdə, sanatoriya və ya kurort müalicəsində olması barədə heç bir arayış və ya başqa bir sənəd təqdim etməmişdir. Belə olan halda həkim xəstəyə yardım göstərdikdən sonra X27 şöbəsinə yönəltməli idi. Hacıyeva özü dediyi kimi tibb məntəqəsinə müraciət etməmiş, həkim onu guya evdə qəbul edibmiş. Bundan başqa, axşam və yaxud gecə vaxtı, poliklinikada və ya ambulatoriyada qəbul olmadıqda, tibb məntəqəsinə müraciət edilərsə, məntəqədə yalnız tibb bacısı və ya feldşer növbə çəkdikdə onlar əmək qabiliyyətini itirmiş şəxsə ilk tibbi yardım göstərib, ertəsi günü poliklinika və ya ambulatoriyaya getməyi, lazım gəldiyi halda isə evə həkim çağırmağı təklif edirlər. Bu halda onlar öz imzası və möhürü ilə arayış verirlər. Arayışda işdən azad olma vaxtı, xəstələnmə və şikəstliyin xarakteri haqqında qısa məlumatlar göstərilir. Poliklinikanın və ya ambulatoriyanın həkimi sığorta edilmiş şəxsin əmək qabiliyyətini itirməsini təsdiq edərək, ona arayışda göstərilmiş vaxtdan etibarən xəstəlik vərəqəsi verir. Həkim onun əmək qabiliyyəti olduğunu etiraf edərsə, bu zaman arayışda göstərildiyi vaxtdan başlayaraq yalnız həmin növbə qurtaranadək xəstəlik vərəqəsi verir. Axşam saat 21:00dan sonra xəstə çağırışı olsa-da belə, səhər xəstə-həkimlə, yaxud həkim-xəstə ilə əlaqə saxlamalı , mümkün olduğu halda tibb mərkəzinə dəvət edib, analiz və digər prosedurları həyata keçirməli idi(ƏQİV verilən xx.xx.2023-cü il tarixində). Bunu həm Hacıyevanı görmədən, müayinə etmədən saxta ƏQİV verən həkim , həmdə ixtisasca həkim olan Hacıyeva çox yaxşı bılırdi. Belə çıxır ki, bütün həkimlərin hamısı qiyabi olaraq xəstələrə ƏQİV verə bilər. Birdə ki, 09 mart gecə Qubada xəstə və həkim qəbulunda olan Hacıyevanın özünün də bildirdiyinə görə 10 mart səhər saat 8:30-da necə artıq Bakıda işdə olmuşdur(Qubanın 2-ci Nügədi kəndi Bakıdan 168 km aralı yerləşir). Belə olan halda niyə o Bakıda, qeydiyyatda olduğu poliklinikaya müraciət edib ƏQİV almamışdır. Bütün bunlar Hacıyevaya verilən ƏQİV saxta olmasını və onu 10 mart 2023-cü il tarixində saat 14:32 radələrində silahlı insident nəticəsində tələbənin yaralanmasından xəbər tutandan sonra özünü sığortalamaq məqsədi ilə onun tərəfindən qeyri-qanuni yolla əldə edilməsini göstərmirmi? Eyni zamanda bildiririk ki, həmin ƏQİV geri tarixlə verildiyi üçün elektron sistemə belə vurulmayıb , bu da onun saxta olmasını bir daha sübut edir. Hacıyevanın və ona saxta ƏQİV verən baş həkimin qeyri-qanuni hərəkətləri gələcəkdə çox pis presedent yarada bilər. Qətnamədə qeyd edilir ki, cavabdeh əmək müqaviləsinə xitam verərkən onun törətmiş olduğunu iddia etdiyi əməlin xarakterini və işçinin şəxsiyyətini nəzərə almamışdır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Əmək Məcəlləsininj 72-ci maddəsinin “a” bəndinə əsasən işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi onun tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 70ci maddəsinin “ç” bəndi məs 72-ci maddəsində sadalanan hallara görə əmək müqaviləsinə xitam verilməsi üçün əsas hesab edilir. Gah işdə olduğunu, lakin tələbələr özləri dərsə gəlmədiyini, gah da həmin gün xəstə olduğuna görə işə gəlmədiyini bildirən İddiaçı yalan bir birinə ziddiyyətli ifadələr vermişdir. Hacıyeva əmək vəzifələrini kobud surətdə pozmasına baxmayaraq, etdiyi hərəkətlərdən peşman olmasını bildirməmiş, əksinə saxta ƏQİV belə rəhbərliyə təqdim etmişdir. Hacıyevanın bu hərəkətləri müəllim adına böyük bir ləkədir. Bundan irəli gələrək ona qarşı universitet tərəfindən belə ciddi inzibati tənbeh tədbiri görülmüş və pedaqoji fəaliyyətdən kənarlaşdırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
34. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
35. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin
36. 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
37. 2-ci maddəsinin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
38. 9-cu maddəsinin “q” bəndinə əsasən, əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir.
39. 11-ci maddəsinin 1-ci hissəsinin “d” bəndinə əsasən, işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək işəgötürənin əsas hüquqlarından biridir.
40. 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
41. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
42. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
43. 72-ci maddəsinin “a” bəndinə əsasən, işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
44. 186-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
45. 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
46. 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.
47. 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir;
48. 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.2. qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır
53. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
54. Maddə 377.1. iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin axımının başlanğıcı həm obyektiv, həm də subyektiv anla bağlıdır.
55. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
56. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
57. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
58. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
59. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3005/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir.
61. Məhkəmə kollegiyası qeyd edir ki, əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçinin əmək müqaviləsi üzrə əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək aiddir.
62. Kollegiya bildirir ki, işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək, işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır.
63. İş materiallarından görünür ki, hazırkı tələb üzrə iddiaçı olan işçi müəssisədaxili intizam qaydalarını pozmuş, işəgötürən (onun səlahiyyətli nümayəndəsi) ilə razılaşdırmadan əmək funksiyalarının həyata keçirilməsi formasını dəyişdirmişdir. Belə ki, iddiaçı təhsil müəssisəsində tədrisin əyani qaydalara uyğun keçirilməsi nəzərdə tutulduğu halda qabaqcadan təhsil müəssisəsinin rəhbərliyi ilə razılaşdırmadan onlayn qaydada dərs tədris etmişdir.
64. Kollegiya eyni zamanda bildirir ki, iddiaçının bir iş günü ərzində üzürlü səbəblər olmadan iş yerinə gəlməməsi əmək funksiyalarının yerinə yetirilməsinin kobud pozuntusu kimi qəbul olunur və işçi ilə bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.
65. Nəzərə alınmalıdır ki, işçi tərəfindən işə gəlməməsinin üzürlü səbəbi kimi özünün səhhətində yaranan problemlər qeyd olunsa və əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair vərəqə təqdim edilsə də, təqdim edilmiş xəstəlik vərəqəsinin həqiqiliyi, mötəbərliyi şübhə doğurmuşdur. Belə ki, iş materiallarından məlum olur ki, iddiaçıya iş yeri və yaşadığı yerdən kənarda xəstəlik vərəqəsi açılmış, iddiaçı tibb məntəqəsində və öz yaşadığı yerdə deyil, həkimin evində müayinə olunmuşdur.
66. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
67. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
68. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
69. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
70. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (son dövrlərdə filial müdiri və digər şəxslərlə arasında yaranmış gəriginliyə görə sonuncuların onu əsassız olaraq işdən çıxarmaq qərarına gəlmələri və s.) dair sübutları məhkəməyə təqdim etməmişdir.
71. Kollegiya hesab edir ki, işçi işdə olmamasının üzürlü səbəbdən olmasını kifayət qədər sübutlarla təsdiq edə bilməmiş, təqdim olunmuş xəstəlik vərəqəsinin etibarlılığı isə şübhə altında olmuşdur. Həmçinin iddiaçının izahatlarında müəyyən uyğunsuzluqlar aşkar olunmuşdur.
72. Kollegiya bildirir ki, birinci instansiya məhkəməsi qeyd olunan halları tam araşdırmayaraq iş üzrə düzgün nəticəyə gəlməmişdir.
73. Beləliklə, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlməmişdir. Odur ki, apellyasiya şikayətində qeyd edilənlər əsas götürülməklə, apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir.
74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3005/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı «əmrin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.