Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1185/2020 18.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Fərəh Qulam qızının katibliyi, İddiaçı Şərafəddin qızı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 251/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı“alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Şinçi bağları 241a\2441 saylı bağ sahəsinin (yeni nömrə 203) fərdi yaşayış evinə dair iddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, Cavabdeh 50.000 manat məbləğində maddi ziyan və 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Şinçi bağları 241a\2441 saylı bağ sahəsinin (yeni nömrə 203) xx xxxx 1997-ci ilin tarixdə Cavabdeh ilə aralarında bağlanmış şifahi razılaşmaya əsasən 900 ABŞ dolları məbləğində pula almışdır. Bununla bağlı qəbz yazılaraq o, mərhum əri X15, Cavabdeh, şahidlər X8 və X18 imza etmişlər. Cavabdeh evi özəlləşdirdikdən sonra onların adına rəsmiləşdirəcəyinə söz versədə sonradan öz xətti ilə ərizə yazaraq bağın özəlləşdirilməsi üçün oğlunun razılığının tələb olunduğu, oğlu həbsdə olduğu üçün onunla görüşə bilmədiyini, 1-2 aydan sonra onunla görüşəcəyini və onları aldatmayacağını bildirmişdir. Cavabdeh xx xxxxxx 1998-ci il tarixdə evə dair qeydiyyat vəsiqəsi aldıqdan sonra sənədin əslini onlara vermiş, sonra alqı-satqı müqaviləsi bağlayacaqlarını bildirmişdir. 2016-cı ildə ərinin vəfatından sonra cavabdeh qeydiyyat vəsiqəsində evin nömrəsini dəyişdirəcəyini bildirərək sənədin əslini onun əlindən almışdır. Bunu cavabdeh Xəzər rayon məhkəməsində hakim Z.Axundovanın icraatında olan mülki işə baxılan zaman özü də etiraf etmişdir. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi Şinçi bağları massivində 203 nömrəli 600 kv.m torpaq sahəsi və 18 kv.m təmirsiz betondan inşa edilmiş bağ evində xx xxxx 1997-ci il tarixindən ailəsi ilə birlikdə yaşayırlar. Cavabdeh bağ sahəsinin 900 ABŞ dollarına satmağı barədə xx xxxxxxxx 1999-cu ildə Şinçi bağçılıq yoldaşlığında X4, X13 və X6 iştirakı ilə akt tərtib edilərək təsdiq edilmişdir. Cavabdeh bağ sahəsini idarə etməyi, satmağı və digər səlahiyətləri həyata keçirməyi xx xxxxxxx 2000-ci il tarixli etibarnaməyə əsaəsn üç il müddətinə onun ərinə etibar etmişdir. Bundan sonra onlar aldıqları bir otaqlı təmirsiz evə bitişik əlavə tikililər inşa etmişlər və evi tam olaraq təmir etdirmişlər. Bundan sonra ailəsi üçün torpaq sahəsində əlavə fərdi yaşayış evi inşa etdirmişlər. Aldıqları evə dair əlavə apardıqları tikinti işləri və yeni fərdi yaşayş evi ilə bağlı onlar 50000 manat məbləğində vəsait xərcləmişlər. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2 (003)-251/2018 nömrəli xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə onun Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Şinçi bağları 241a\2441 saylı bağ sahəsindəki 18.6 kv.m-dən ibarət 1 yaşayış otağından çıxarılması qət edilmişdir. Xəzər rayon Məhkəmsinin 2(003)-1354/2018 nömrəli xx xxxxx 2018-i il tarixli qətnaməsi ilə cavabdehlər Babayev Zöhrab Qonsur oğlunun və X7 əşyaları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu Zirə qəsəbəsində yerləşən 2441 saylı bağ evi və həmin bağ evinin yerləşdiyi 0,06 ha torpaq sahəsinin Cavabdeh qaytarılması qət edilmişdir. Bunun nəticəsində onlar torpaq sahəsindən çıxarılmaq məcburiyyətində qalmış, evlərindən məhrum olunmuş və onlara madd ziyan dəymişdir. 2005-ci ilin ilədək qüvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiayrı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Şinçi Bağları 203 nömrəli bağ sahəsində yerləşən evə və torpaq sahəsinə dair onunla Cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, cavabdehdən 50000 manat maddi ziyan və 30 manat dövlət rüsumunun alaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-251/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 17444 (on yeddi min dörd yüz qırx dörd) manat maddi zərər və ödənilmiş 10 (on) manat dövlət rüsumunun tutularaq İddiaçı Şərafəddin qızına ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyərindən 35,00 (otuz beş) manat Cavabdeh tutularaq Dövlət xəzinədarlığı Agentliyinə keçirilməsi, aparılmış ekspertiza tədqiqatının dəyərindən 65,00 (altmış beş) manat İddiaçı Şərafəddin qızından tutularaq Dövlət xəzinədarlığı Agentliyinə keçirilməsi, dövlət rüsumunun 20 (iyirmi) manatının İddiaçı Şərafəddin qızına aid edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı və cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. İddiaçının apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Şinçi bağları 241a/2441 saylı bağ sahəsini (yeni nömrə 203) xx xxxx 1997-ci il tarixdə Cavabdeh ilə tərəflər arasında bağlanmış şifahi razılaşmaya əsasən 900 ABŞ dolları məbləğinə almışdır. Bununla bağlı qəbz yazılaraq iddiaçı, mərhum əri X15, Cavabdeh, şahidlər X8 və X18 imza etmişdir. Cavabdeh evi özəlləşdirdikdən sonra onların adına rəsmiləşdirəcəyinə söz versə də, sonradan öz xətti ilə ərizə yazaraq bağın özəlləşdirilməsi üçün oğlunun razılığının tələb olunduğunu, oğlu həbsdə olduğu üçün onunla görüşə bilmədiyini, 1-2 aydan sonra onunla görüşəcəyini və onları aldatmayacağını bildirmişdir. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Şinçi bağları massivində 203 nömrəli 600 kv.m torpaq sahəsi və 18 kv.m təmirsiz betondan inşa edilmiş bağ evində xx xxxx 1997-ci il tarixdən iddiaçı ailəsi ilə birlikdə yaşaması, Cavabdeh bağ sahəsini 900 ABŞ dolları məbləğində pula satmağı barədə xx xxxxxxxx 1999-cu ildə Şinçi bağçılıq yoldaşlığında X4, X9 və X6 iştirakı ilə akt tərtib edilərək təsdiq edilmişdir. Cavabdeh bağ sahəsini idarət etməyi, satmağı və digər səlahiyyətləri həyata keçirməyi xx xxxxxxx 2000-ci il tarixli etibarnaməyə əsasən üç il müddətinə iddiaçının ərinə etibar etmişdir. Məhkəmə iclasında da, şahidlər Cavabdeh Xəzər rayonu, Zirə qəsəbəsi, Şinçi bağlan massivində yerləşən 203 nömrəli bağ evini iddiaçıya satmasını təsdiq etmişlər. DƏDRX-dən alınmış sorğudan da, görünür ki, 203 nömrəli bağ evinə dair Şinçi bağçılıq yoldaşlıq cəmiyyətinin protokolunda iddiaçının adı qeyd edilmişdir və sənədlərin əsli iddiaçıda olmuşdur. X25 241 saylı bağ sahəsinin sənədləri əsasında həmin bağ sahəsini özəlləşdirmiş və 241a/2441 saylı bağ sahəsi adı ilə koordinatları 203 nömrəli bağın ərazisinə qeyd etdirmişdir. DƏDRX-dən verilmiş məktubdan da, görünür ki, Elmira Əzizova DƏDRX-nə müraciət edərək 241 nömrəli bağ sahəsini özəlləşdirmək istəyərkən iddiaçının bağ sahsinin 203 nömrəli bağ sahəsinin ərazisi olmasını bildirmişlər. 2005-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. İddiaçı tərəf 203 nömrəli bağ sahəsini alaraq pulunu Elmira Əzizovaya ödəsə də, Elmira Əzizova üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və bağ sahəsini hal-hazıradək iddiaçının adına rəsmiləşdirməmişdir. İddiaçı qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən ödənilməsi qət edilən 17.444 manat evin indiki bazar dəyəridir, halbuki tikinti işləri 1996-1997-ci illərə aiddir. Qarşı tərəf 3 illik icarəyə götürdüyü qanunu və şəxsi mülkdə 23 il yaşamış, etibarnamə ilə 3 il üçün 900 dollar (1996-cı ildə) verib, sonrakı 20 ili alacağını bildirmiş, lakin nə kirayə haqqı vermiş, nə də nə də almamışdır. İddiaçının özünün qoyduğu şərtə görə, ili 300 dollar olduğu halda, onun cavabdehə 6000 dollar borcu qalır. 23 ildə vurduğu ziyan 100.000 manatdan çoxdur. Cavabdeh qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, 1996-cı ilə görə olan qiymətlərin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh daha sonra apellyasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, 1996 və 2017-ci ilin texniki pasportlarını təqdim edə bilər. Eyni zamanda qarşı tərəfin dağıtdığı, satdığı, evin layihəsini dəyişdirdiyi, 10 tonluq su çənini satdığı, 30 ədəd meyvə ağacını qırıb yerində 2-ci ev tikdiyi və maddi ziyan vurduğu məhkəmə tərəfindən nəzərə alınmalıdır. Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, qarşı tərəfin apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, iddianın təm təmin olunmasını xahiş etmişdir. Kollegiya iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, qarşı tərəfin şikayətinin dəlillərinə etiraz etmiş, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətlərinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, cvabdehin apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilərək, cavabdehdən tutulan məbləğ 28.000 manat müəyyən edilməlidir. Belə ki, iş materiallarında olan X3 məxsus, Qobustan rayon X11 Mərkəzi tərəfindən verilmiş 3 saylı əlillik vəsiqəsinin surətindən görünür ki, vəsiqə sahibi İİ qrup əlildir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx xxxxxx 1998-ci il tarixli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yeləşən 241a/2441 sahəsində 18.6 kv.m-dən ibarət 1 yaşayış otağı xüsusi mülkiyyət kimi Cavabdeh adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan əlyazmanın surətindən görünür ki, Cavabdeh Zirə qəsəbəsində yerləşən bağ sahəsinin satılması ilə bağlı X1 900 ABŞ dolları almış, şahidlər X10, X18 və X15 şahid kimi bunu öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Bakı İcariyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilmiş müqavilənin surətindən görünür ki, mübahisəli bağ sahəsinin icarədarı Cavabdehdır. İş materiallarına əlavə edilmiş Bakı Şin zavodunun həmkarlar komitəsi «Şinçi» bağçılıq cəmiyyətinin idarəsi tərəfindən verilmiş,X4, X13 və X6 iştirakı ilə tərtib edilmiş xx.xx.1999-cu il tarxli 9 nömrəli aktın surətindən görünür ki, Cavabdeh bağ sahəsini 900 ABŞ dollarına satmışdır. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhər, Xəzər rayonu, Zirə qəsəbəsi, 2441 saylı bağ evi xüsusi mülkiyyət kimi Cavabdeh adına xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 150 nömrəli reyestr kitabının 14921 nömrəli vərəqindən qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-251/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsin surətindən görünür ki, Cavabdeh İddiaçı Şərafəddin qızına qarşı bağ sahəsindən çıxarılma tələbinə dair iddia tələbi təmin edilmiş və İddiaçı 241 a\2441 saylı bağ sahəsindəki 18.6 kv.m-dən ibarət olan 1 yaşayış otağından çıxarılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəmsinin 2(103)-4731/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı Şərafəddin qızına qarşı “bağ evindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(003)-251/2018 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və iş üzrə Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(003)-251/2018 saylı qətnaməsi apellyasiya şikayətinə asasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu Zirə qəsəbəsi, 2441 saylı evin xx.xx.2017-ci il tarixinə bazar dəyəri 24.000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 10075 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Şinçi bağları 241a/2441 saylı bağ sahəsində yerləşən fərdi yaşayış evi üzrə yerinə yetirilmiş tikinti işlərinin ümumi dəyəri 17.444,0 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* çıxarışının surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi 2441 saylı bağ evi tam payla Cavabdeh xüsusi mülkiyyətindədir. Birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, İddiaçı məhrum əri X17 ilə tanış idi. Cavabdehlə aralarında alqısatqı olduqda Q.Babayev ondan şahid kimi imza etməsini xahiş etmiş, o, da imza etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, iddiaçı X2 ilə qonşudur. İddiaçının mərhum əri X15 Cavabdeh 900 ABŞ dolları pul verəndə o da şahidlik etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinəəsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Əlavə Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. 2000-ci ilə qədər qüvvədə olan Mülki Məcəllənin 230-cu maddəsinə əsasən tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alğı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Yaşayış evinin alqı-satqı müqaviləsi qeydə alındığı vaxtdan bağlanmış sayılır. Müqavilə notariatda təsdiq edildiyi gündən bir ay gec olmayaraq qeydə alınmalıdır. Hal-hazırda qüvvədə olan Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 157.7-ci madəəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İş materiallarından və tərəflərin apellyasiya şikayətlərinin məzmunundan görünür ki, İddiaçı Şərafəddin qızı 1997-ci il tarixdən mübahisəli mənzildə öz ailə üzvləri ilə birlikdə etirazsız təsərrüfat aparmış, həmin mübahisəli mənzilin yerləşdiyi torpaq sahəsində əlavə olaraq 3 otaqlı özbaşına tikinti aparmış, həmin torapaq sahəsində başqa əlavə tikinti və təmir işləri görmüşdür. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən aparılmış tikintilərə və təmir-bərpa işlərinə cavabdehin bu müddət ərzində hər hansı bir etiraz etmədən şüurlu surətdə yol verməsinin iddiaçının həmin sahədən faktiki istifadəsinin və sahibliyinin qəbul edilməsi kimi qiymətləndirilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Belə olan halda, yuxarıda qeyd olunan normaların tələblərinə müvafiq olaraq, iddiaçının mübahisəli torpaqda inşa edilmiş yaşayış sahəsini və aparılmış təmir-tikinti işlərini (yəni qanunvericilikdə qeyd edildiyi kimi yaxşılaşdırmanı) həmin bağ sahəsindən ayırması mümkün olmadığından həmin işlərinin dəyərindən artıq olmamaq şərti ilə, çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini cavabdehdən tələb edə bilər. Kollegiya birinci instansiya məhkəməsinin cavabdehdən iddiaçının xeyrinə 17.444 manat məbləğin tutulması hissəsində razılaşmır və hesab edir ki, mübahisəli sahədə aparılmış təmir-tikinti işlərinə görə cavabdehin iddiaçıya ödəməli olduğu məbləğ apellyasiya icraatı zamanı verilmiş mütəxəssis rəyində müəyyən edilən məbləğdə, yəni 28.000 manat məbləğində olmalıdır. Cavabdehin mübahisəli evdə iddiaçı tərəfindən aparılan dağıntılarla bağlı ona maddi ziyan vurulmasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həmin ziyan hər hansı sübutla təsdiq edilmədiyindən cavabdehin apellyasiya şikayəti həmin hissədə əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 117.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Odur ki, məhkəmənin təşəbbüsü ilə verilmiş mütəxəssis rəyinin dəyəri tərəflər arasında bərabər şəkildə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə dəyişdirilərək cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ 28.000 manat müəyyən edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı Şərafəddin qızının apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-251/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdehdən 28.000 manat tutularaq iddiaçıya ödənilsin. Aparılmış mütəxəssis rəyinin dəyərindən 100 (yüz) manat Cavabdeh, 100 (yüz) manat İddiaçı Şərafəddin qızından tutulsun (VÖEN: **********, Hesab: AZ91AİİB********************, Bank: Kapital Bank ASC Nərimanov rayon filialı, KOD: 200093, S.W.İ.F.T.:AİİBAZ2X). Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1185/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1185/2020
18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver