Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1188/2022 14.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, Cavabdeh2, onun nümayndəsi (qardaşı) Nümayəndə, vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, iddiaçılar X1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “təsisçilikdən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15.11.2021-ci il tarixli qərardadından iddiaçılar Sədaqət Məmmədova və İddiaçı2 tərəfindən birgə verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, Cavabdeh2 ərizəsi təmin edilsin, hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin 19.03.2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti Cavabdeh2 münasibətdə ötürülməmiş hesab edilsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin edilə bilməz. Belə ki, qətnamənin 15.05.2018-ci ildə Cavabdeh2 verilməsi barədə poçt xəbərnaməsində (iş v. 105) imza olsa da, cavabdeh imzanın ona məxsus olmadığını bildirir. İmzadan sonra soyad yazılmayıb, həmin sənəddə kifayət qədər qrafik işarə olmadığına görə imzanın cavabdehə məxsus olub-olmadığını ekspertiza ilə müəyyənləşdirmək mümkün olmayacaq, yaxud ekspert rəyi mötəbər sübut sayılmayacaq. O cümlədən qətnamənin icrası ilə bağlı sənədlərin cavabdehə verildiyini təsdiq edən sübutlar işdə yoxdur. Apellyasiya şikayəti vermək hüququ məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir, odur ki, bu məsələ üzrə müddətin ötürülməsi barədə nəticəyə gələrəkən şübhədən kənar faktlara istinad olunmalıdır. Birinci instansiya məhkəməsi düzgün olaraq apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verilmiş hesab edib, gəldiyi nəticəni lazımi qaydada əsaslandırıb. Bu nəticə Mülki-Prosesual Məcəllənin 128 və 360-cı maddələrinin göstərişlərinə uyğundur. Ona görə də qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin 15.11.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1188/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1188/2022
14.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver