Məhkəmə qərarları › İş №2(103)-1188/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1188/2025

03.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1188/2025 03.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-59/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-59/2024 saylı işi üzrə xx.xx.2024cü il tarixli qətnaməsi ilə təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, ev 6, 52 saylı mənzilə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 istifadə hüququna ümumilikdə 12000 manat məbləğdə kompensasiya müqabilində xitam verilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat və mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğində pulun Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh2 tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Mülki Kollegiyanın xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş, məhkəmə iclası xx.xx.2025-ci il saat 15:00-a təyin edilmiş, sonradan Xətai Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixində məktubla müraciət edərək, hazırkı mülki iş üzrə Cavabdeh3 tərəfindən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə daxil olduğundan mülki işin Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 onun tərəfindən verilmiş apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə hüquqi qiymət verilməsi üçün mülki işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəmə göndərilməsinə etiraz etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (maddələrinin) tələblərinə əsasən, 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.. 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1188/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli icraata qəbul qərardadı ləğv edilsin, Cavabdeh3 məhkəmənin həmin qətnaməsindən apellyasiya şikayətinin (buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə) mümkünlüyünə, səlahiyyət həddində qiymət verilməsi üçün iş apellyasiya baxışından çıxarılmaqla Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar