Məhkəmə qərarları › İş №2(103)-11917/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11917/2021

13.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11917/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətə malik faktların; qohumluq əlaqəsinin təsdiq edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3541/2021 saylı, 28.10.2021-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətə malik faktların; qohumluq əlaqəsinin təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bacısı X4 doğum haqqında bərpa aktının ata qrafasında qeyd edilmiş X5, ana qrafasında qeyd edilmiş X2 ilə mənim doğum haqqında bərpa aktının ata qrafasında qeyd edilmiş X6 və ana qrafasında qeyd edilmiş X1 göstərilmiş şəxslərin eyni şəxslər olması (yəni onların doğma valideynlərimiz olması) faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3541/2021 saylı, 28.10.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsini və ona əlavə olunmuş sənədlərinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır (sədrlik edən: Gülnar Əhmədova). Ərizəçi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3541/2021 saylı, 28.10.2021-ci il tarixli qərardadından şikayət vermişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3541/2021 saylı, 16.11.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, ərizəçinin qeyd etdiyi hal doğum akt qeydində göstərilmiş şəxsin eyni şəxs olması halının məhkəmə qaydasında müəyyən edilməsi yol verilməz olduğundan, habelə qohumluq faktının müəyyən edilməsi məhz doğum akt qeydinə yol verilmiş səhvlə bağlı olduğundan, qeyd edilən məsələnin həlli məqsədilə doğum akt qeydində yol verilmiş səhvlərin aradan qaldırılması üçün həmin sənədi verən orqan qismində çıxış edən müvafiq qeydiyyat şöbəsinə müraciət edilməli, həmin orqan tərəfindən bundan imtina olunduqda, qeyd edilən məsələnin həlli ilə bağlı xüsusi icraat qaydasında məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ vardır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, hazırki işə Mülki Prosessual Məcəllənin 308-ci maddəsinin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. Həmin maddəyə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Elektron məhkəmə informasiya sistemindən görünür ki, ərizəçi Bakı şəhəri 8 saylı Notariat Ofisinə müraciət etmiş və Bakı şəhəri 8 saylı Notariat Ofisinin 23.07.2021-ci il tarixli, 1833 saylı məktubuna əsasən qohumluq faktını təsdiq edən sənədin aşkar edilməməsi, qohumluq faktının təsdiq edilməsi üçün müvafiq məhkəməyə müraciət edilməsi xahiş edilmişdir. Göründüyü kimi, ərizəçi Mülki Prosessual Məcəllənin 308-ci maddəsinin tələbləri gərəyi müvafiq oraqana qohumluq faktının müəyyən edilməsi ilə bağlı müraciət etmişdir. Kollegiya iş materiallarına əsasən hesab edir ki, ərizəçi tərəfindən verilmiş şikayət əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş xüsusi icraat qaydasında baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3541/2021 saylı, 28.10.2021-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş icraata götürülüb baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar