Məhkəmə qərarları › İş №2(103)-1192/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1192/2025

17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1192/2025 17.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(004)-2272/2024 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış müqavilə üzrə 2022-2023-cü təhsil ili üzrə ödənməmiş 3.843 manat miqdarında əsas borcun, ona uyğun hesablanmış 1.270 manat miqdarında dəbbə pulu və dövlət rüsumu qismində ödənilmiş 72 manat olmaqla, yekunda 5.185 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçınə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini tam və lazımınca icra etməməsi nəticəsində 8.750 manat məbləğində təhsil haqqı, 400 manat məbləğində hüquqi xidmətlərin göstərilməsinə görə və 112 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 9.162 manat məbləğində ona dəymiş maddi ziyanın İddiaçındən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktybar 2024-cü il tarixli, 2(004)-2272/2024 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra-cavabdeh) Cavabdeh apellyasiya şikayəti verərək, ilkin iddia tələbinin rədd olunması, qarşılıqlı iddia tələbinin təmin ediləsi barədə yeni qətnamə qəbul ediləsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarından görünür ki, ilkin iddia üzrə dövlət rüsumu 71,85 manat, qarşılıqlı iddia üzrə isə 111,62 manat məbləğində təşkil edir. Hazırkı iş üzrə apellyasiya şikayətini verən cavabdeh birinci instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə, yəni məhkəmənin həm ilkin iddia, həm də qarşılıqlı iddiaya münasibətdə olan mövqeyini mübahisələndirmiş, lakin yalnız qarşılıqlı iddiaya münasibətdə 60 manat dövlət rüsumu ödəmişdir. Halbuki MPM-in 112.3-cü maddəsinin tələbinə əsasən, qarşılıqlı iddia da əsas iddia qaydasında ödənilir. “X4” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Həmin Qanununun 8.6-cı maddəsinə görə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə dövlət rüsumu bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50% ödənilməlidir. Məhkəmə kollegiyası vurğulayır ki, qeyd olunan prosessual qanunvericiliyin tələbinə görə ilkin və qarşılıqlı iddialar üzrə rüsumların cəmlənməsi nəzərdə tutulmayıb. Hazırki iş üzrə ilkin iddia üzrə iddiaçı tərəfindən tələb olunan məbləğ 5185 manat təşkil edir. Bu halda ilkin iddia ərizəsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 71,85 manat (30+4185x1/100=71,85) olduğundan, apellyasiya şikayətinə görə ”X4” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən 71,85 manatın 50%-i yəni 35,9 manat dövət rüsumu ödənilməlidir. Qarşılıqlı iddia üzrə tələb olunan məbləğ 9162 manat təşkil edir. Bu halda qarşılqılı iddia ərizəsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 111,62 manat (30+8162x1/100=111,62) olduğundan, apellyasiya şikayətinə görə ”X4” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən 111,62 manatın 50%-i yəni 55,81 manat dövət rüsumu ödənilməlidir. Göründüyü kimi cavabdeh apellyasiya şikayəti verilərkən dövlət rüsumu ilk iddianın qiyməti olan 5185 manata münasibətdə 35,9 manat, qarşılıqlı iddia qiyməti olan 9162 manata münasibətdə isə 55,81 manat məbləğində ödəməli idi. Odur ki, “X4” Azərbaycan Respublikası Qanununun 8.1, 8.1.2 və 8.6-cı maddələrinin tələblərinə əsasən, hazırkı halda cavabdeh tərəfindən birinci instansiyası məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği hər iki iddianın qiyməti üzrə ayrılıqda hesablanmaqla, ilk iddia üzrə 35,9 manat, qarşılıqlı iddia üzrə isə 55,81 manat olmaqla, cəmi 91,71 manat təşkil etməlidir. Lakin, cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən cəmi 60 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu da MPM-in 112.3-cü maddəsinə ziddir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktybar 2024-cü il tarixli, 2(004)-2272/2024 saylı qətnaməsindən cavabdеh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən apellyasiya qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Həmin Məcəllənin 364.1-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Kollegiya qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayəti geri qaytarılmalı olduğu halda, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 363.1.2, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktybar 2024-cü il tarixli, 2(004)- 2272/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar