Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1194/2024 15.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Yusı̇ f qızının cavabdeh Qulı̇ yeva Pakı̇ zə Yusı̇ f qızına qarşı "mənzilə köçürülmə" tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddianın baxılmamış saxlanılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı Yusı̇ f qızının cavabdeh Qulı̇ yeva Pakı̇ zə Yusı̇ f qızına qarşı "mənzilə köçürülmə" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 6554/2023 nömrəli 6 noyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak edən cavabdeh tərəf işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6554/2023 saylı, 08 dekabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır.
4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə istinadla əsaslandırmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
5. İddiaçı Yusı̇ f qızı Bakı şəhəri, Sabunçu rayonu Məhkəməsinin xx.xx.2023-cü iltarixli, e-2(008)-6554/2023 saylı qərardadından şikayət verərək, onun ləğv edilməsi, iş üzrə növbəti məhkəmə hərəkətlərinin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı qanunsuz, əsassız olduğundan, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləgv ediməlidir. Belə ki, qeyd olunan xx.xx.2023-cü il tarixli məhkəmə iclası barədə onun hər hansı bir məlumatı olmayıb, həmin məhkəmə iclası barədə məhkəmə ona hər hansı bir bildiriş verməmiş, həmçinin, məhkəmə iclasının vaxtı barədə elektron bildiriş (mesaj) göndərməmişdir. Məhkəmənin qərardadı onun konstitusion hüququnu - məhkəmə müdafiəsi hüququnu pozmuşdur, ona qarşı bu cür mövqe sərgiləmək düzgün deyil, hüquqa uyğun deyil, hesab edir ki, onun iddia tələbinə məhkəmədə baxılıb yekun məhkəmə aktı çıxarılmalıdır. Məhkəmə iclasının vaxtı barədə ona məlumat verməmişdir, bu səbəbdən iclasın vaxtından xəbəri olmayıb. Məhkəmə tərəfindən MPM-nin 138-ci maddəsinin tələblərinə riayət edilməməsi nəticəsində onun hüquqları pozulub, iddia ərizəsi baxılmamış saxlanılıb, hesab edir ki, məhkəmə MPM-nin 138-ci maddəsinə uyğun hərəkət etməyib.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6554/2023 saylı 11 dekabr 2023-cü il tarixli qərardadı ilə, şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və məhkəmə baxış iclasının xx.xx.2023-cü il tarixə saat 09:20-yə təyin olunması elan edilmişdir. Eləcə də, məhkəmə tərəfindən İddiaçı ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2023-cü il tarixdə keçiriləcək məhkəmə iclası barədə xx.xx.2023-cü il tarixdə sms-bildiriş göndərilmiş, həmin sms-bildiriş İddiaçı çatdırılmışdır. Göründüyü kimi, İddiaçı xx.xx.2023-cü il tarixdə keçiriləcək məhkəmə iclasından məlumatlı olmuşdur.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
Tətbiq edilən hüquq normaları
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
10. 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir.
11. 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır.
12. 260.0.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir.
13. 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər.
14. 296-cı maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 6554/2023 nömrəli 06 noyabr 2023-cü il tarixli qərardadı ləğv edilməli, mülki iş hazırki qərardadda qeyd olunan məsələlər nəzərə alınmaqla yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır.
16. Mövcud qanunvericiliyə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. İşdə iştirak edən şəxslərin və onların nümayəndələrinin məhkəmə iclasına gəlməməsinin nəticələrini müəyyən edən Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir.
17. Kollegiya qeyd edir ki, ərizənin baxılmamış saxlanılması iddiaçının və ya hər iki tərəfin məhkəmə iclasına gəlməməsinin mümkün prosessual nəticələrindən biridir. Bu səlahiyyət, məhkəməyə gəlməməsinin səbəbləri barədə dərhal məlumat vermək öhdəliyini yerinə yetirməməsinə görə məhkəmə tərəfindən işdə iştirak edən şəxslərə tətbiq edilə bilən prosessual sanksiyadır. İşdə iştirak edən şəxslər üçün ümumi qayda ondan ibarətdir ki, işdə iştirak edən və məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş şəxslərdən hər hansı biri gəlmədikdə və bu barədə məlumat vermədikdə, yaxud da gəlməmə səbəbləri üzrsüz hesab edildikdə, məhkəmə işə baxmaq hüququna malikdir.
18. Mülki işin materiallarından göründüyü kimi, iddiaçı, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində keçirilmiş məhkəmə iclaslarında iştirak etmiş, xx.xx.2023-cü il tarixə təyin olunmuş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə sms-bildirişi vasitəsilə məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən iclasa gəlməmiş, məhkəmə iclasında iştirak edən cavabdeh tərəf isə işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Məhkəmə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə istinadla iddianın baxılmamış saxlanılması barədə nəticəyə gəlmişdir.
19. Lakin yuxarıda sadalanan qanunvericilik normalarına əsasən qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsində ərizənin 259.0.7-ci maddəsində göstərilən əsasla baxılmamış saxlanılması işə onun iştirakı olmadan baxılmasını xahiş etməmiş iddiaçının məhkəmə iclasına təkrar gəlməməsi tələb olunur. Burada təkrarlıq əlaməti tərəflərin üzrlü səbəblər olmadan işin məhkəmə iclasına ən azı iki dəfə gəlməməsini ehtiva edir. Ona görə də işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçının birinci dəfə hətta üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməməsi ərizənin baxılmamış saxlanılması üçün əsas ola bilməz.
20. Beləliklə iş üzrə araşdırılmış hallardan göründüyü kimi məhkəmə iddiaçı tərəfin məhkəmənin iclasında iştirak etmədiyi səbəbilə iddianın Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən, baxılmamış saxlanılması nəticəsinə gəlməsi prosessual qanunvericiliyə zidd olduğu müəyyən edilmişdir.
21. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
22. Belə olan halda, məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı tamamilə ləğv edilməli, iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə alınmaqla yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməlidir.
23. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Yusı̇ f qızı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6554/2023 nömrəli 6 noyabr 2023-cü il tarixli qərardadı tamamilə ləğv edilsin. Mülki iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə alınmaqla mahiyyəti üzrə baxılması məsələsinin yenidən araşdırılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova